Heydər Əliyev və Azərbaycan səhiyyəsi
Gündəm / Siyasət / Sosial
Oxunub: 66
10 май 2023 | 13:08
Heydər Əliyev və Azərbaycan səhiyyəsi

“HEYDƏR ƏLİYEV 100”
"SƏHİYYƏ BİZİM ÜÇÜN, HƏR BİR CƏMİYYƏT VƏ DÖVLƏT ÜÇÜN ÇOX LAZIMLI, HƏYATIN BÜTÜN SAHƏLƏRİNİ ƏHATƏ EDƏN SAHƏDİR"
Heydər Əliyev
Ümummilli Lider

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində onun Azərbaycan Respublikasının tarixində, bugünkü mövcudluğunda, ictimai–siyasi həyatın müxtəlif sahələrində, o cümlədən səhiyyə sahəsinin inkişafı, onun yenidən qurulmasındakı xidmətlərini bir daha qeyd etmək hər birimizin borcudur.
Ulu Öndər üçün ən vacib sahələrdən biri insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub. O, ilk növbədə, tibb üzrə xarici mütəxəssislərin diqqətini respublikaya cəlb etməyə, onların yerli mütəxəssislərlə əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışırdı. Bununla da dahi rəhbər respublika səhiyyəsində mövcud olan durğunluğun aradan qaldırılmasına səy göstərirdi və buna müvəffəqiyyətlə nail olurdu.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev siyasi dünyagörüşü, zəngin dövlət təcrübəsi ilə dövlətçiliyin, azərbaycançılıq ideyasının elmi-nəzəri və təcrübi əsaslarını yaradan görkəmli dövlət xadimi olaraq əbədiyaşarlıq qazanıb. Ölkə tarixində mühüm proseslərin həyata keçirildiyi zamanda müasir və yeniləşmiş dövlətimizin Memarı və Qurucusu Heydər Əliyevin düşünülmüş siyasəti dövlətin gələcək həyatının inkişafına hesablanmışdır. Belə ki, Ulu Öndər Azərbaycan dövlətini və xalqını dövrün ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. O, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində titanik fəaliyyət göstərərək, fundamental uğurlara imza atıb. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından - 1993-cü ildən sonra Azərbaycan dövlətinin dirçəlməsində, onun mövqeyinin, təməlinin möhkəmlənməsində rolu əvəzsiz olmuşdur. Dahi Öndər Heydər Əliyevin hələ sovet məkanında və müstəqillik illərində xidmətlərinin əhəmiyyəti ictimai-siyasi həyatımızda özünü göstərmişdir. Dahi Şəxsiyyət xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir müstəqil Azərbaycanı bəxş etmişdi.
Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəlişi ilə Azərbaycanı gerilikdən və tənəzzüldən xilas etdi. Kənd təsərrüfatının, sənayenin, iqtisadiyyatın digər sahələrinin inkişafında, sosial məsələlərin həllində, əhalinin rifah halının yaxşılaşdırılmasında böyük irəliləyiş əldə edildi. Təkcə 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektlər inşa olundu. Azərbaycanın bütün sahələrinin inkişafı ilə yanaşı, səhiyyənin də sivil ölkələr səviyyəsinə yüksəlməsinə çalışmış, bu istiqamətdə böyük nailiyyətlər əldə olunmuşdur. İnsanların fiziki və ruhi sağlamlığı ölkənin inkişafında həlledici rol oynayan amillərdən olduğundan ötən əsrin 60-cı illərininin sonu - 70-ci illərin əvvəllərində, Dahi Öndərin hakimiyyətə gəldiyi dövrdən səhiyyədə ciddi inkişaf dövrü başlandı. Ümummilli Lider səhiyyə quruculuğu ilə əlaqədar qarşıya qoyduğu tədbirlərə kompleks yanaşdı. Köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir aparatlarla təchiz edilməsi, eləcə də, əhalinin kütləvi surətdə dispanser qeydiyyatdan keçirilməsi və s. istiqamətdə tədbirlər həyata keçirildi.
Səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirən Ulu Öndər Heydər Əliyev deyirdi: "Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir".
Böyük Şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu işlərin bir hissəsi, müvəqqəti olaraq təxirə salınsa da, müstəqillik dövründə yenidən həyata keçirməyə və genişmiqyaslı islahatların aparılmasına başladı. Müstəqilliyimizin ilk illərindəki ictimai-siyasi hadisələr, yaşanılan böhran əhalinin sağlamlığının pisləşməsinə səbəb olmuşdur. Demoqrafik göstəricilərin pisləşməsi ilə yanaşı, təhlükəli infeksion xəstəliklər çoxalmışdır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bir sıra fərman və sərəncamların imzalanması, tibb sahəsində həyata keçirdiyi islahatlar səhiyyənin səmərəsinin intensivləşdirilməsinə baza yaratdı.
«AZƏRBAYCANDA BİR DƏNƏ DƏ ŞƏHƏR, RAYON OLMAYACAQ Kİ, ORADA ƏN MÜASİR STANDARTLARA CAVAB VERƏN TİBB MƏRKƏZİ OLMASIN»
Ümummilli Liderin başladığı işlər bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Dövlət başçısının sonsuz qayğısı və diqqətinin məntiqi nəticəsi olaraq, iqtisadiyyatın inkişafı səhiyyədə də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Ölkənin dinamik iqtisadi inkişafı demoqrafik və tibbi-statistik göstəricilərinin yaxşılaşmasına səbəb olmuşdur.
Səhiyyə sahəsində aparılan islahatların davamı olaraq icbari tibbi sığortanın tətbiqi hökumətin səhiyyə sahəsində apardığı islahatların tərkib hissəsidir. İcbari tibbi sığortaya keçid ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığını artırır. Müasir və keyfiyyətli tibbi xidməti təmin edən səhiyyənin maliyyələşdirilməsinin yeni forması olan icbari tibbi sığorta xəstəliklərin erkən mərhələdə aşkar edilməsində, daha ağır mərhələyə keçidinin qarşısının alınmasında, ən ucqar kəndlərdə belə yaşayan əhalinin keyfiyyətli tibbi xidmətlərlə təmin olunmasında əhəmiyyətli rol oynayır.
"İNSAN SAĞLAMLIĞI SOSİAL MƏSƏLƏLƏR ARASINDA ƏN BİRİNCİ YERDƏDİR VƏ BU GÜN AZƏRBAYCANDA BU SAHƏDƏ GÖZƏL NƏTİCƏLƏR VAR"
Bu gün Azərbaycan səhiyyəsi Ulu Öndərin yürütdüyü siyasət nəticəsində inkişaf yolundadır. Vətəndaşların sağlamlığına göstərilən qayğı Azərbaycanın həm bugünkü, həm də gələcək nəsillərinin sağlamlığının təminatıdır.
Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan dövləti bu gün Ulu Öndərin siyasətinə istinad edərək qətiyyətlə irəliləyir, gücünü və qüdrətini durmadan artırır, dahi azərbaycanlıya məxsus ideyaların həmişəyaşar olduğunu bir daha təsdiqləyir
İntibahını Ulu Öndər Heydər Əliyev rəhbərliyindən başlayaraq bu günədək yüksək uğur və nailiyyətlərə imza atan çağdaş səhiyyəmiz dünya səviyyəsində öncül yerlərdən birini tutur. Bütün bu uğurlara görə Azərbaycanı öz qəlbi qədər sevən Ulu Öndərimizə minnət borcumuz Azərbaycanımız yaşadıqca olacaq...

Rüstəm Budaqov
Bakı şəhəri 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi
Вчера, 19:47
“Qırmızı xətləri keçmirik” - İlham Əliyev
Вчера, 18:55
Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım
Вчера, 17:02
Bütün sahələrdə əməkdaşlıq: Azərbaycan və Rusiya etibarlı tərəfdaşlardır - ŞƏRH
Вчера, 16:21
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik
Вчера, 15:36
Azərbaycan lideri: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var
Вчера, 15:04
Prezident COP29-la bağlı forumda iştirak edir - Canlı
Вчера, 13:59
Onlar əfv olunmaq istəyir
Вчера, 13:18
Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnaməyə dəyişiklik layihəsi I oxunuşda təsdiqlənib
Вчера, 12:45
DTX-nin nümayəndələrinin maaşı ilə bağlı qərar qəbul edildi
Вчера, 12:23
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
Вчера, 11:03
Çempionlar Liqasının 2028-ci ildəki final oyunu Tbilisidə keçirilə bilər
Вчера, 10:32
Anjey Kasprşik – ATƏT-in fəaliyyətinin göstəricisi - ŞƏRH
Вчера, 10:07
İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib
Вчера, 09:32
Kürdəmirdə qadın su quyusuna düşüb öldü
Вчера, 09:11
Bürclərin kişiləri ər kimi necədirlər? Nəyi bilməlisiniz və...
22-04-2024, 17:45
Azərbaycanla münasibətlər yüksək səviyyədədir - Putin
22-04-2024, 17:20
Heydər Əliyev BAM-ın inşasında böyük rol oynayıb - Rusiya lideri
22-04-2024, 15:50
Dünya ölkələrinin inflyasiya REYTİNQİ
22-04-2024, 14:40
Ərdoğan İraqın baş naziri ilə görüşdü - FOTOLAR
22-04-2024, 14:12
Paşinyan delimitasiya ilə bağlı ikinci işçi qrupu yaratdı
22-04-2024, 13:31
İranda qadınların geyiminə nəzarət SƏRTLƏŞİR
22-04-2024, 12:49
İlham Əliyev Rusiyaya getdi
22-04-2024, 12:01
NATO-dan Qazaxın kəndlərinin qaytarılmasına REAKSİYA
22-04-2024, 11:17
Avropa İttifaqı 18+ saytlara qarşı tələbləri sərtləşdirib
22-04-2024, 10:38
Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
22-04-2024, 09:58
Erməni bloger: “Kəndlər üçün etiraz edən ermənilər bir-iki gün də hay-küy salıb qaçacaqlar” – ÖZƏL
22-04-2024, 09:23
Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür