Impera

XƏBƏR LENTİ
21:35“Qudası yüksək vəzifədədir deyə bütün məhkəmələr zəngi ilə hərəkət edir”21:29Vidadi Zeynalovun oğlu ilə bankir kürəkəninin şirkəti haqda sənədlər yayıldı13:57Stimul Hospitaldan növbəti hümanist addım15:35DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb15:17Bakı metrosunda interval 2 dəqiqəyə düşdü15:05İki güləşçimiz dünya çempionatının finalına çıxmaq üçün mübarizə aparacaq14:43Yağış, leysan gəlir - SABAHIN HAVASI14:28Elgiz türk serialına çəkilənləri tənqid etdi: "Süpürgəçi, cibgir, qulluqçu"12:31Həftəsonu işləyənlərə əlavə ödənişlər verilsin - TƏKLİF12:14DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yaydı12:00Onlar bu il universitetlərə qəbul olundular, amma ali təhsildən imtina etdilər - Şok RƏQƏMLƏR11:36Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi11:21DIN və polis rəisləri kimlərə müharibə elan edib? - Xətai polis rəisi barədə ilginc faktlar11:13SON DƏQİQƏ: Türkiyədə ardıcıl iki GÜCLÜ ZƏLZƏLƏ: Çox sayda xilasedici cəlb edildi23:03Məktəbə forma ilə getməyən şagirdlərin cəzası nə olacaq? - Təhsil Nazirliyi cavablandırdi22:59Sumqayıt DYP xanım sürücünü necə xilas etdi? – İnanılmaz jest17:48Faciəvi QƏZA: 3 nəfər DİRİ-DİRİ YANDI17:34Həcc ziyarətinə gedənlərə vacib xəbər: gələn ildən etibarən...17:23Manatı gələn il nə gözləyir? - Rəsmi inflyasiya proqnozu AÇIQLANDI17:12Nazir küçədə piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verib17:01Geyim mağazasından oğurluq edən qadın tutuldu16:51Gələn ilin dövlət büdcəsində neftin qiyməti neçə dollar olacaq?16:18Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı - QƏRAR15:45Bu rüsumun qiyməti 1000 manatdır - DMX-nin rəisi15:36SDU-nun Mühəndislik fakültəsinə müasir laboratoriya avadanlıqları alınıb14:33Adam oğurlayaraq işgəncə verən keçmiş idmançımızın məşqçisi: "Atası deyirdi ki, pul lazımdır"14:14Atambayevin tərəfdarları ad günündə mitinq keçirəcək14:03Şəkidə infotur çərçivəsində konfrans keçirilib13:53Abşeron və Sumqayıtda yaşayanlara XOŞ XƏBƏR! – VİDEO13:28"Qarabağ" - "Sevilya" oyununun biletləri satışda13:09Azərbaycan vətəndaşlarının daha çox hansı ölkədən geri qaytarıldığı məlum olub12:54Azərbaycanda İLK: Qidalar bu texnologiya ilə yoxlanılacaq - FOTO12:23DYP: Avtomobilinizdə bu olmasa 10 AZN cərimələnəcəksiz12:00Azərbaycan Ordusu 10 minlik hərbçi ilə genişmiqyaslı təlimə başlayır10:57Mərhum pilotumuzla bağlı xəbər yayıldı - İfşa edin...10:36Arçil Talakvadze: "Gürcüstan NATO-ya qoşulmağa hazırdır"10:33BirKart-la UNEC-də təhsil haqqını hissə-hissə ödəmək olar09:54Ermənilər atəşkəs rejimini 20 dəfə pozub18:00Melaniya Trampın plaşı qalmaqala səbəb oldu - FOTO17:32Biləsuvar Məşğulluq Mərkəzinə qarşı ŞOK İDDİA-VİDEO17:20Azərbaycanda hər 10 ailədən 1-i sonsuzdur - Süni mayalanma gizlədilir17:0022 yaşlı atadan körpəsinə qarşı dəhşətli əməl15:52Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək14:41Bakının bu metrostansiyası təmirə bağlanacaq14:16İlqar Məmmədov: “Əli Kərimli ilə debata razılıq verdim”14:03Volfqanq Şoyble Azərbaycana gələcək13:5328° dərəcə isti - HAVA PROQNOZU13:44“Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşdi13:35Girnədə silah-sursat anbarında partlayış olub13:22Elinanın ölümündə təqsirli bilinən direktor barədə MƏHKƏMƏ QƏRARI VERİLDİ13:13Vilayət Eyvazov Zeynalovu rəis TƏYİN ETDİ12:44Prezident İlham Əliyev Bakıdakı 101 nömrəli məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub11:49“Xətai” açıldı11:35Bakıda bir qrup abunəçinin qaz təchizatı dayandırılacaq11:27Badamdar sakini Bəybala Hüseynovla bağlı Prezidentə müraciət etdi11:19Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR11:06Baş nazirdən əlilliyi olan şəxslərlə bağlı QƏRAR10:47Pambıq yığımına start verilir - prosesə ciddi nəzarət olacaq10:35Bakıda daha 570 güzəştli mənzil satışa çıxarıldı - QİYMƏTLƏR10:09Müdafiə Nazirliyi: Düşmən atəşkəs rejimini 21 dəfə pozub01:00Göyçayda Loğman və Əhliman Əliyevlərin məcaraları bitmir23:48Dəyəri yüz minlərlə ölçülən avtomobillər, bahalı restoranlar: - Qlamur YAP-çının hekayəsi21:56İmişliyə Bakıdan başçı göndərilir... - Vilyam Hacıyevi himayədarları meydanda tək qoyası olacaq...21:54“Zamin Bank”ın Biləsuvar filialının müdirindən Zakir Qaralova şikayət: “Pulları yığıb cibinə qoyub”17:50İnam Kərimovdan işdən qovduğu direktorun yerinə - TƏYİNAT17:40“Qaçqınların əksəriyyətini sərhəd və təmas bölgələrində yerləşdirmək lazım idi...”17:30Model olmağa hazırlaşan qızın burnunu qırdılar - QORXUNC...17:20Sabit Səmədova yüksək vəzifə verildi - ƏMR17:09Azərbaycanda uşaq pulu BƏRPA OLUNACAQ? - Baş Nazirin müavini AÇIQLADI16:45"Azərbaycanın ən güvənli tərəfdaşı ABŞ deyil, Rusiyadır" - Y.Hacıyevadan İLGİNC AÇIQLAMA16:35Eyyub Hüseynovun qızı Kanadada vəfat etdi16:03Deputat: Maaşlar, pensiyalar, müavinətlər diqqət mərkəzində olacaq15:49Bakının mərkəzində 6 otaqlı ev yandı15:36Mahir Emrelinin evi QARƏT OLUNDU15:22Türk dövlətlərinin ortaq kəşfiyyat qurumu nə iş görəcək? - çox böyük əhəmiyyəti var15:05"Kiminlə oturduğunuzu göstərəcəm ki, evinizdə qırğın düşsün"14:44"Qarabağ"ın Beqoviçindən yeni açıqlamalar - "O cür pul qazanmaq mənə görə deyil”14:37Türkəçarə ilə müalicə, yoxsa travmadan travmaya-Problem14:33İQTİDARIN SİYASƏTİ SABOTAJ OLUNUR, YOXSA…? – Əhalinin sağlamlığı ciddi təhlükə altındadır! (Araşdırma)14:28Əli Əhmədovla Sərdar Cəlaloğlu arasında gərginlik14:12"Nu poqodi"dəki canavarın adı "Zayesdir" - Şəbnəm Tovuzlu13:58“O, Dağlıq Qarabağın Ermənistana verilməsini istəyir...” - ETİRAZ13:48Uşaq pulu hansı formada olmalıdır? - TƏHLİL13:20Arda Turan cəzalandırıldı - Berkayla növbəti məhkəmə13:03Azərbaycandakı karqo şirkətləri insanlardan niyə əlavə xərclər tutur?12:52Təhsil Şurasını ələ keçirənlər məhkəmə qarşısında12:16Metro istifadəçilərinin nəzərinə! sentyabrın 14-dən...12:05Azərbaycandakı bu hadisə hər kəsi DƏHŞƏTƏ GƏTİRƏCƏK: ər hamamda arvadı ilə birlikdə...11:45Bakının "ən xəstə" rayonları bəlli oldu - SİYAHI11:15Dünyanın ən qeyri-dəqiq aeroportlarının REYTİNQİ11:00Təhsil naziri: Azərbaycanda iki növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizədək azalıb10:52Bu şəxslərin maaşları artırılır - QƏRAR22:30Sumqayıt Gömrüyünün "şefi" Vəzir Həsənovun Çex Respublikasındakı biznesinin DGK-inin şöbə müdürü olan şəriki kimdir? - FOTO19:40Erməni şirkətləri Azərbaycana necə yol tapır? - Gömrükdəki problem18:00Sabah dollar neçəyə olacaq?17:40"ABŞ Suriyadakı terrorçulara 50 min TIR silah-sursat göndərib" - Ərdoğan17:20Yığmamızın DÇ-2020-nin seçmə mərhələsində keçirəcəyi oyunların TƏQVİMİ17:09Rusiyalı ekspertlərdən separatçılara sərt təpgi16:12NATO-nun keçmiş baş katibinin fikirləri Gürcüstanda narazılıq doğurub16:02Afət Fərmanqızından sərt REAKSİYA: “Mənim ifamı izləyənlər 11 milyondu, Sami Yusufda neçə milyondu?
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2019 (301)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Sabiq İH başçısının qardaşı oğlu 1 milyonunu istəyir: “Məni döyərək səsimi diktafona yazdılar”

22 avq 2019, 13:21   
    20
Sabiq İH başçısının qardaşı oğlu 1 milyonunu istəyir: “Məni döyərək səsimi diktafona yazdılar”
965 min dollar dələduzluqda ittiham olunan şəxs növbəti dəfə hakim önünə çıxarılıb. Bu işdə zərərçəkən şəxs sabiq icra hakimiyyəti başçısının qardaşı oğludur.

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Xəyyam Balayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə iclasının əvvəlində Xəyyam Balayevin müdafiəçisi Amil Aslanov vəsatətlə çıxış edib.

Vəkil məhkəməyə iki vəsatət təqdim edib. İlk vəsatətdə vəkil müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını istəyib.

Müdafiəçi digər vəsatətində sübutlar siyahısında olan səs yazısının sübutlar siyahısından çıxarılmasını istəyib. Vəkil bunu belə əsaslandırıb ki, müdafiə etdiyi şəxs döyülüb və onu məcbur edərək səsini diktafona yazıblar.

Məhkəmə vəsatətləri təmin etməyib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs ifadə verib.

Xəyyam Balayev bildirib ki, uzun müddət bizneslə məşğul olub. O, bu işdə zərər gördüyünü deyən Yalçın Abdullayevi də bu vasitə ilə tanıyıb.

"Mən Elçin Əliyevlə steklavat alışı-satışı ilə məşğul olurdum. Mal bizə əsasən Türkiyədən göndərilirdi. Elçin Əliyev vasitəsi ilə Yalçın Abdullayevi tanıdım. Bir gün Dubaydan gələndə Yalçın Abdullayev özü mənə iş görməyi təklif elədi. Mən ona Elçin Əliyevlə işim haqda danışmamışdım. Onun özü məlumatlı idi və buna görə də təklifi o etdi. O bildirdi ki, steklavat işinə başlamaq istəyir. İş də bundan sonra görülüb. Ancaq alınan pul geri qaytarılıb. Verilən pulla iş görülüb, sonra da geri qaytarılıb. Pulu hissə-hissə almışam. 200 min, 100 min, 150 min. Mən bu gün də niyə, hansı səbəbə həbs edildiyimi bilmirəm” – deyə təqsirləndirilən şəxs bildirib.

Xəyyam Balayev bu işlə bağlı təzyiqlərə məruz qaldığını deyib. O bildirib ki, heç bir günahı olmadığı ibtidai istintaq zamanı sübuta yetirilib. Lakin uzun zaman ailəsinə və özünə təzyiqlər olub: "Mən sonda bezdim. Heç bir günahım olmadığı halda indi həbsdəyəm. Ailəmə, yaxınlarına təzyiqlər var. Özüm hədələnirəm”.

Təqsirləndirilən Xəyyam Balayev ifadəsində bildirib ki, cinayət işi materiallarında olan səs yazısı sübut sayıla bilməz: "Yalçın Abdullayev bir neçə nəfərlə məni dəmir boru ilə döyüb. Məcburi səsimi yazaraq mənim ona borclu olduğumu dedirtdirib. İndi həmin səs yazısı sübut kimi cinayət işi materiallarındadır”.

Suallara cavab verən X.Balayev steklavat alışı və satışı ilə bağlı dəqiq məlumatlar verə bilməyib. Ondan malı Türkiyədən kimdən və hansı şirkətdən aldığı soruşulduqda X.Balayev deyib ki, Bakıda Orxan adlı şəxs olub və pulu ona verərək Türkiyədən mal alırmış. Həmin Orxan adlı şəxslə indi əlaqəsi yoxdur. Balayev deyir ki, yaranan söz-söhbətlərdən sonra Orxanla əlaqəsi tamam kəsilib.

Qazaxıstanla da ticarət əlaqələrinin olduğunu deyən Xəyyam Balayev bu barədə də qısa danışıb. O bildirib ki, həmin ölkəyə də malı tanışları vasitəsi ilə göndərib və ticarəti tanışlıq vasitəsi ilə edib. O, birlikdə işlədiyi şəxslərin hansısa biri haqda dəqiq məlumat verməyib.

Sonuncu məhkəmə iclasında zərərçəkmiş Yalçın Abdullayev məhkəmə iclasında iştirak etməyib. Onu məhkəmədə nümayəndəsi təmsil edib.

Məhkəmə araşdırması davam etdirilir.

Qeyd edək ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Yalçın Sabir oğlu Abdullayev ərizə ilə Nərimanov rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, 2015-ci ilin yanvar ayında Qazax rayon sakini, 1986-cı il təvəllüdlü Xəyyam Nazim oğlu Balayev onun etibarından sui-istifadə edərək 965 000 ABŞ dollarını alaraq qaytarmayıb.

İstintaq orqanı tərəfindən Xəyyam Balayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, Y.Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vaqif Abdullayevin qardaşı oğludur.

Qeyd edək ki, məhkəmə prosesi başlayan zaman Xəyyam Balayev ev dustaqlığında idi. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri ləğv edilərək, həbs-qətimkan tədbiri ilə əvəzlənmişdi.

İlkin Muradov
OXŞAR MÖVZULAR