Paşinyanın ayağının sürüşdüyü daha bir MÜNHEN PANELİ... - AKTUAL
Siyasət
Oxunub: 72
20 фев 2023 | 15:30
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı plenar iclas keçirildi. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, ATƏT-in baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər.

Prezident İlham Əliyev növbəti dəfə Azərbaycanın tələblərini açıq şəkildə dilə gətirdi, Azərbaycan tərəfindən yaradılmış yeni reallıqları növbəti dəfə bütün dünyaya çatdırdı. Azərbaycan tərəfi artıq Ermənistana sülh sazişi ilə bağlı təkliflərini təqdim edib və Ermənistan siyasi rəhbərliyi müxtəlif yollarla sülh sazişinin imzalanması ilə bağlı prosesi ləngitməyə çalışır.

Sülh müqaviləsində Qarabağ haqqında hansısa müddəanın olması qəbuledilməzdir

Sülh müqaviləsinin müddəaları ilə bağlı Azərbaycanın mövqeyi qətidir. Dağlıq Qarabağ problemi həll olunub. Azərbaycan hərbi-siyasi iradə nümayiş etdirərək BMT qətnamələrini öz hərbi gücü hesabına həll edib. Bu reallıq bütün dünya tərəfindən qəbul olunub və olunmalıdır.

Vardanyan Azərbaycan ərazisindən qovulmalıdır

Münhen Təhlükəsizlik Konfransı sülh üçün yaxşı platformadır, lakin sülhə doğru atılacaq addımlara kənar müdaxilələr prosesi ləngidir. Müxtəlif qüvvələrin prosesi birbaşa müdaxilə cəhdi, öz maraqlarından çıxış etməsi, "Vardaniyan" kimi layihələr, Paşinyanın qeyri-stabil mövqeyi indiyə qədər sülh müqaviləsinin imzalanmasını ləngidən əsas amillərdir. Azərbaycan hakimiyyəti dəfələrlə Qarabağda yaşayan erməni icması ilə danışıqlar aparmağa hazır olduğunu bəyan edib, lakin Vardanyan onun timsalında digərləri ermənilərin yox, kənar qüvvələrin maraqlarına xidmət edir. Azərbaycan isə Ermənistandan fərqli olaraq daxili işlərinə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməyib və imkan verməyəcək.

Azərbaycan və Ermənistanın uzun sürən qarşılıqlı nifrət və düşmənçiliyə son qoyulmasına keçidi nümayiş etdirməsi zəruridir

Azərbaycan tərəfinin müharibədən dərhal sonra Ermənistana sülh sazişinin imzalanması ilə bağlı təkliflər göndərməsi də bunun əməli sübutudur. Lakin Ermənistanda revanşist fikirlər bu gün də qalmaqdadır və bir çox hallarda bu fikirlər Ermənistan siyasi rəhbərliyi tərəfindən səsləndirilir və alovlandırılır. İsrarla erməni cəmiyyətinə Azərbaycana–fobiya, azərbaycanlılara qarşı düşmənçilik, qisas ideyaları aşılanır. Regionda sülhün formalaşması üçün isə bu yol verilməzdir.

İclas çərçivəsində isə Ermənistan baş naziri növbəti dəfə absurd bəhanələr səsləndirməyə çalışdı, gah Azərbaycanlıların dağıdılan abidələrinin Sover dövründə baş verdiyini bildirdi, gah da gündə 50-dən çox avtomobilin keçdiyi Laçın yolunun bağlandığını və ermənilərin guya blokada da qaldığını dilə gətirdi. Artıq bir növ dünya ictimaiyyəti də ermənilərin bu yalanlarına, özlərini yazıq göstərmə cəhdlərindən təngə gəlib. Geniş anlamda neytral mövqedə dayanan beynəlxalq birlik ermənilərin bu təxribatçı açıqlamalarının əsl mahiyyətini anlayır.

Ümumilikdə Münxen konfransı çərçivəsində baş tutan panel müzakirələri region üçün müsbət yöndə addım hesab etmək olar. Təbbi ki, sonrakı gedişat bu müzakirələrin nəticələrini daha aydın göstərəcək. Ermənistan Baş nazirinin dəfələrlə müsbət addımlarının əslində manipulasiya olduğunun və sonrakı mərhələdə tamam əks təşəbbüslər göstərdiyinin də şahidi olmuşuq.
Asif Mehman //trend//
Сегодня, 11:55
Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazır
Сегодня, 10:42
Qərb Zelenskini zərərsizləşdirmək istəyir - Medvedevdən qəribə İDDİA
Сегодня, 10:05
BDU-nun tələbəsi vəfat etdi
Сегодня, 09:32
Bu gün Milli Məclis toplaşır - Gündəlikdə 14 məsələ var
Сегодня, 09:00
Paytaxtda tıxac olan yolların SİYAHISI
17-04-2024, 16:30
Fransanın "səfir oyunu": Paris forpost İrəvanla müstəqil Bakını səhv salır - ŞƏRH
17-04-2024, 15:56
Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı
17-04-2024, 15:26
Mirzoyan Səudiyyə Ərəbistanında: Ər-Riyad İrəvanla təhsildə əməkdaşlıq edəcək
17-04-2024, 14:37
Daha bir sabiq deputat vəfat etdi
17-04-2024, 14:00
Kreml sülhməramlıların Azərbaycanı tərk etməsini təsdiqlədi
17-04-2024, 13:29
Əməkdar artistimiz tanınmaz halda
17-04-2024, 12:28
Ədliyyə Nazirliyində yeni təyinatlar
17-04-2024, 12:05
İlham Əliyev Portuqaliya Prezidentini COP29-a dəvət edib
17-04-2024, 11:35
Hadı Rəcəbli ilə vida mərasimi keçirilir
17-04-2024, 10:42
İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib
17-04-2024, 10:14
Əsgəran avtomobil yolunun inşasına start verilib
17-04-2024, 09:37
Çempionlar Liqası: "Mançester Siti" "Real"la üz-üzə gələcək
17-04-2024, 08:58
Hadı Rəcəbli vəfat etdi - YENİLƏNİB
17-04-2024, 08:36
Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI
16-04-2024, 16:47
Rusiyalı bloger "ordunu diskreditə etməkdə" ittiham olunur
16-04-2024, 16:25
Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb
16-04-2024, 15:52
AÇG-də yeni ACE platformasından hasilata başlanılıb
16-04-2024, 15:01
İsrail və İranın aramsız savaş anonsu - müharibə riski nə qədər ciddidir? - ŞƏRH
16-04-2024, 14:35
Prezidentdən Türkiyə-Azərbaycan Universiteti barədə FƏRMAN
16-04-2024, 14:22
Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM
16-04-2024, 13:53
Azərbaycan lideri: Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur
16-04-2024, 13:10
İlkinin şikayətinə başqa hakim baxacaq