Impera

XƏBƏR LENTİ
13:37"Baku Steel Company" zavoduna yeni rəhbər gətirilir11:42İlham Əliyev bu ASC-yə 3,3 milyon manat ayırdı - SƏRƏNCAM11:37Hacıqabulda BİABIRÇILIQ: rəisin atasının adı qoyun oğurluğunda hallanır - VİDEO11:24XİN Laçının işğalının 28-ci ildönümü ilə bağlı bəyanat yaydı11:19Füzuli bu gün11:15Xızının icra başçısı Xaçmazda zeytun, əncil meyvələrin biznesini qurub11:01Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi - RƏSMİ10:53Salyanın icra başçısına həbs təhlükəsi – Növbədə Sevindik Hətəmovdur?10:48Vidadi İsayevin iqtidara başağrı olan repressiv siyasəti: ətalət, hədə, zülm... - VİDEO12:10Aqil Nəzərli qaynatasını Baxışovlar ailəsinə minnətçi salıb- səs yazısı11:56Azərbaycanda Pənahovlar imperiyası: - Vəzifədə olmayanı yoxdur11:51Tərtərdə ağacların dibinə asfalt döşəndi, etiraza səbəb oldu22:10Nadir Qafarzadə: “Evdən gedəndə ucuzlaşırsınız” - VİDEO22:03Lənkəranda etiraz edən tibb işçiləri təhqir olundu - VİDEO21:4765 yaşdan yuxarı şəxslərə şad xəbər21:43Baku TV-də “Xəbər” vaxtıdır - VİDEO21:39Vilayət Eyvazovdan DİN Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə TƏYİNAT21:33İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə görüşdü21:28II Elizabet İlham Əliyevə məktub göndərdi12:22Naxçıvan korovirus avandanlıqlarını hardan alıb? - Fransızlar bizi Afrika ilə qarışdırmayıblar ki? - VİDEO12:12Universitet ilə keçmiş dosenti arasında qalmaqal - "Dekanın mənimlə ədavəti olduğu üçün..."12:02Koronavirusun dünya iqtisadiyyatına vuracağı itki hesablandı12:00“Bakı Metropoliteni” gediş haqqının artırılacağı xəbərlərinə CAVAB VERDİ - VİDEO11:54Məşhur həkim səhvən xəstənin ürəyinə gedən damarı kəsdi11:47Rüşvət almış, dələduzluq etmiş icra başçıları… – VİDEO11:43Tutulan generala bu maddələrlə cinayət işi açılıb11:38Eldar Mahmudovun oğlunun xaricdəki milyonluq şirkətləri - biri bağlandı, neçəsi qaldı...11:33Naxçıvanın yeni Baş naziri olacağı gözlənilən seyid kimdir?11:29Mikayıl İsmayılov adını təmizə çıxarır... - Bu nə həyəcan, bu nə təlaş?..16:47“Mən şortik geyinsəm, hamı ...” - Pişik Günel - VİDEO16:40Artıq bu şəxslər də ünvanlı sosial yardım ala biləcəklər - VİDEO16:36Azərbaycanda daha 44 nəfər koronavirusdan sağaldı - RƏSMİ16:31Rusiyada koronavirus statistikasında 12 gün sonra ilk yaşandı16:28Azərbaycanda kriminal aləmin nümayəndəsi belə öldürüldü - ANBAAN VİDEO16:22Metroda gedişhaqqı qaldırılacaq? - VİDEO16:16“Azərbaycan Dəmir Yolları” QSC bu rəqəmləri niyə açıqlamır? – Cavid Qurbanov gəldikdən sonra...16:11“Ramiz Mehdiyev prezident olmaq istəyirmiş” – VİDEO16:06Zakir Fərəcovun kürəkəni dənizi zəbt edib? - VIDEO15:48Eldar Mahmudovun oğlu Britaniyadakı əsas şirkətini bağladı15:40Parlamentin növbəti iclasının vaxtı açıqlandı15:36Əhaliyə ŞAD XƏBƏR! Karantin rejimi təyin olunan vaxtdan tez bitə bilər - AÇIQLAMA15:31Vilayət Eyvazovdan yeni TƏYİNAT15:28Vilayət Eyvazov bu postun komandirini VƏZİFƏSİNDƏN AZAD ETDİ15:20SOCAR: “Abşeron” layihəsinin icrasında hər hansı dəyişiklik nəzərdə tutulmur”15:16İlham Əliyev bu ASC-yə vəsait ayırdı - SƏRƏNCAM19:52Zakir Həsənovun “minalanmış” ətrafı: Azad Salamov getdi , bəs Fuad Məmmədov?19:4465 yaşdan yuxarı şəxslər nə vaxt küçəyə çıxacaq? - AÇIQLAMA19:39Mayın 31-dən sonra sərhədlər açılacaq?19:35Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb - VİDEO19:23DTX-nın kamerasına danışan İdarə rəisi haqqında şok iddia - VİDEO19:17İlham Əliyev icra başçısı təyin etdi - SƏRƏNCAM19:14İlham Əliyev tutulan icra başçılarından danışdı: “Buna son qoyulacaq!”19:11Prezident: “Köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır, kim yerləşdirib onları?”19:08Hacıqabul Sənaye Məhəlləsinin ərazisi genişləndiriləcək - SƏRƏNCAM19:06Prezident nazir müavini təyin etdi11:25May ayı üzrə 190 manatı alacaq şəxslərin nəzərinə! - VİDEO11:21Elman Rüstəmov Azərbaycanda iki bankın bağlanmasını şərh edir - CANLI YAYIM19:48Bərdənin icra başçısı vəzifəsindən azad edildi19:40Əmlakı SOCAR-ın işçiləri tərəfindən uçurulan vətədaş dövlət başçısına müraciət etdi – VİDEO19:29Azərbaycan Prezidenti vətəndaşlara çağırış etdi19:05Daha bir icra başçısı vəzifəsindən azad edildi18:59Nüşabəylə videosu yayılan KİŞİ DANIŞDI: "Nazir müavini olmağım..." - VİDEO18:52Bərbər və gözəllik salonlarına gedənlərə XƏBƏRDARLIQ18:47Vilayət Eyvazovdan plyonka ilə bağlı sərt göstəriş18:40Bu gün ləğv olunan bankların arxasında hansı məmurlar dayanıb?18:37Fransa - Azərbaycan işgüzar görüşü keçirildi18:33İlham Əliyev və Mehriban Əliyeva Sumqayıtda açılışda - FOTO18:21ÜST-ün baş direktoru İlham Əliyevə məktub ünvanladı18:17DTX-dan nazir müavini ilə bağlı ŞOK FAKTLAR -VIDEO12:23“Atabank” ASC-yə borc öhdəliyi olan hüquqi və fiziki şəxslərin NƏZƏRİNƏ12:17İlham Əliyev rektor təyin etdi - SƏRƏNCAM12:11Sumqayıtda BİABIRÇILIQ: “MERO” “WhatsApp”la işləyir11:59Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, barama saxlanılan məntəqələrdə oldu - FOTO11:44Alimpaşa Məmmədovun Şəmkir fironluğu: oğlu insanlara qul kimi yanaşır – VİDEO11:00Kəmaləddin Heydərov “EuroHome”un sahibini günahlandırdı - “Məsuliyyətsiz insandır”10:54Bakı Metropoliteninə giriş məhdudlaşdırılıb10:51KORONAVİRUS - CANLI STATİSTİKA Yanan "Eurohome" bazarından ən son görüntülər - VİDEO10:43“Qarabağ” yatağında hasilata başlamaq üçün hazırlıq işləri görülür11:29Bakıda kafeyə basqın - 17 nəfər saxlanıldı - VİDEO11:19Adil Vəliyevin rayonunda nələr baş verir... - VİDEO11:12Vətənə qayıda bilməyən azərbaycanlılar üçün Rusiyada yerləşmə məntəqəsi açılır - VİDEO11:03Məcburi köçkün Bərdə DYP rəisindən şok faktlar açıqladı: “Cənab nazir, Anar Cəlilov və işçiləri...” - VİDEO10:59"LİDER TV"-nin BÜTÜN ƏMƏKDAŞLARI İŞDƏN ÇIXARILIB10:55Zərdabın icra başçısı da hədəfə gələ bilər10:50GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ ƏMƏKDAR MÜƏLLİMLƏR NİYƏ DƏRS KEÇMİR???10:44Dövlət qurumlarının "dəli" çıxardığı biznesmen yeni məlumatlar açıqladı - VİDEO19:23Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı - VİDEO19:17Azərbaycanda koronavirsa 143 yeni yoluxma19:10İlham Əliyev Vladimir Putinə zəng edib19:08İlham Əliyev nazir müavinini vəzifəsindən azad etdi - SƏRƏNCAM19:05Prezident onu da vəzifəsindən azad etdi - SƏRƏNCAM19:03İlham Əliyevdən Heydər Əliyevin doğum günü münasibətilə paylaşım - VİDEO11:03Rafiq Bayramovun korrupsiya əlaqələrinin təfərrüatları10:5650 minlik maşın sürən vayner xanım 190 manat yardım alıb – VİDEO10:52İlham Əliyev: “Azərbaycan nefti olmadan Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsi mümkün olmazdı”10:48Samuxun da bir əməliyyata ehtiyacı var... - VİDEOLAR10:37Ağdaşlıların kabusu İlqar İsmayılov kimdir?- 190 AZN PROBLEMİ VƏ KORRUPSİYA!-VİDEO10:31Şəmkirdə ancaq Alimpaşa Məmmədovun şələsi fırlanır – VİDEO10:26Vilyam Hacıyev Göygöl İcra Hakimiyyətinin binasını necə alıb?10:21İlham Əliyev Qələbə Günü münasibətilə paylaşım edib - FOTO
BÜTÜN XƏBƏRLƏR
May 2020 (209)
Aprel 2020 (517)
Mart 2020 (535)
Fevral 2020 (211)
Yanvar 2020 (560)
Dekabr 2019 (600)

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Alimpaşa Məmmədovun Şəmkir fironluğu: oğlu insanlara qul kimi yanaşır – VİDEO

12 may 2020, 11:44   
    28
Alimpaşa Məmmədovun Şəmkir fironluğu: oğlu insanlara qul kimi yanaşır – VİDEO
"Başçının oğlu dedi, direktor deyən olacaq”...
 
"1 ildir ki, işlədiyim balıq zavodunda sol biləyimi itirmişəm, ömürlük əlil qalmışam. Müəssisə nə kompensasiya ödəyir, nə də vəziyyətimlə maraqlanır. Müəssisənin sahibi rayonumuzun icra başçısının oğludur. O da xəstəxanada olduğum ilk günlər gəlib-getdi, dedi, heç yerə xəbər eləmə, nə lazımdırsa, edəcəyik. Ancaq tələb etdiyim hərəkətli protez biləyi təşkil etmir. Halbuki, özü söz vermişdi ki, protez bilək düzəltdirəcək. İndi deyir, çox bahadır, ucuzlu protez istəyirsənsə, edək, mən də razılaşmıram”.

Şəmkir rayonunun Əliyaqublu kənd sakini, 27 yaşlı Şahmar Qurbanov 2015-ci ildə Dövlət Aqrar Universitetinin baytarlıq və zoomühəndislik fakültəsini bitirib. O cumhuriyyet.az-a bildirib ki, 2017-ci ilin mayında rayonun Seyfəli kəndində yeni qurulmaqda olan "Azfarel” balıqartırma müəssisəsində işə başlayıb. Əvvəl zavodun qurulmasında fəhləlik edib, zavod işə başlayanda öz ixtisası üzrə mütəxəssis kimi işinə davam edib. Ancaq bir neçə aydan sonra müəssisənin direktoru Mahir Abbasov ona müəssisənin yem istehsalı sexində xırda balıqlar üçün yem hazırlamağı tapşırıb. Şahmar Qurbanov yem hazırlayarkən bilgisizlik üzündən iri elektrik ət maşını ilə naşı davranarkən sol biləyi maşının içində qalaraq barmaqlarının hamısı dibindən doğranıb.

"Başçının oğlu dedi, direktor deyən olacaq”

Şahmar Qurbanov başına gələnlərdən cumhuriyyet.az-a danışır:"Mənim işim balıqların saxlanma yerlərinin təmizliyini, yemlərinin standarta uyğun olub-olmamasına nəzarət etmək, xəstə balıqları müəyyən edib ümumi balıqlardan ayırmaq, xəstə balıqların xüsusi yemlənməsini nəzarətdə saxlamaqdan ibarət idi. İlk aylarda işə başlayanda müqavilə bağlanmamışdı, zavodun işi qurulurdu, mən də gələcəkdə işə götürüləcək digər rayon sakinləri kimi müəssisədə aparılan inşaat və digər işlərdə çalışırdım.

Şəmkir rayonunun Əliyaqublu kənd sakini Şahmar Qurbanov

Müəssisənin qurulması başa çatdı, açılışı oldu və iş başlayanda müqavilə bağlanmasını tələb etdim. Təxminən 6 ay müqaviləsiz işlədim, 2018-ci il aprelin 2-də mənimlə müqavilə bağlandı. Müqavilədə maaşım 276 manat qeyd olunmuşdu, gerçəkdə isə 470 manat ödənilirdi. Həmin vaxtdan 276 manata qol çəkib 470 manat almağa başladım. İşimin öhdəsindən yaxşı gəlirdim, özləri də məni yaxşı işçi kimi tərifləyirdilər. Ancaq həmin ilin yayında müəssisənin direktoru Mahir Abbasov dedi ki, sən burda 470 manat maaş alırsan, işinsə yüngüldür, səni yem hazırlama sexinə keçirdirəm, get, orda işlə. Etiraz etdim, bir neçə gün işə getmədim. Zəng vurub işə çağırdı, dedi, gəl, qısa müddət yemçəkən işçilərə kömək elə, sonra öz sahənə qayıdarsan. Etiraz elədim, icra başçısı Alimpaşa Məmmədovun oğluna – müəssisənin sahibi Adil Məmmədova zəng vurub şikayət etdim. Dedi, Mahir müəllim nə deyirsə, o da olmalıdır. Deyirsə "yemçəkən sexə keçməlisən, deməli, ora keçməlisən”. İşsiz qalacağımı düşünüb məcburiyyətdən razılaşdım”.

Ətçəkən maşın barmaqlarını doğrayıb

Şahmar Qurbanov müqavilədə öz ixtisası üzrə işçi kimi qeyd olunsa da, ötən ilin yayından işinə balıq yemi istehsalı sexində davam edib. Ötən il noyabrın 19-da növbəti dəfə iri elektrik ət maşınında yem çəkərkən sol biləyi maşının içində qalıb, maşın barmaqlarını doğrayıb:
"İş yoldaşlarımdan birinin maşınıyla məni Şəmkirin mərkəzi xəstəxanasına apardılar. Xəstəxana vəziyyətimin ağır olduğunu bildirib qəbul eləmədi. Oradan Gəncədəki 3 saylı xəstəxanaya götürüldüm. Dekabrın 12-dək orada qaldım. Xəstəxanada qaldığım müddətdə Alimpaşa Məmmədovun oğlu Adil müəllim yanıma gəldi, dedi, heç yerə xəbər eləmə, nə lazımdırsa, sənin üçün edəcəyik. Elə xəstəxanada olduğum vaxt Mahir müəllim gətirib mənə maaş kartımı verdi, dedi, kart sisteminə keçmişik, içində 276 manat vardı. Əlbəəl də 200 manat verdi. Dedi, başçı da, oğlu da nə kömək lazımdırsa, edəcəklər sənə…”
Şahmar Qurbanov deyir, xəstəxanadan çıxandan iki gün sonra müəssisə rəhbərliyindən ona zəng gəlib, bildirilib ki, biləyini protezləşdirmək üçün Bakıya getmək lazımdır.

"Dedilər, protezə ödəməyə 70 min dollarımız yoxdur”

"Birlikdə Bakıya gəldik, Protez Ortopedik Bərpa Mərkəzindən dedilər ki, onlarda hərəkətli protez yoxdur, xaricdən sifarişlə gətirilir, bunun üçün isə Səhiyyə Nazilriyinin icazəsi olmalıdır. Qiyməti də təxminən 70 min dollaradır. Müəssisə rəhbərliyi əvvəl razılaşmışdı. Mərkəzdən dedilər ki, protez yara sağalandan sonra – ən tezi iki aya qoyula bilər. Qayıtdıq Şəmkirə, o vaxtdan da nə qədər zəng etdimsə, nə müəssisənin direktoru Mahir Abbasov, nə də müəssisənin sahibi Adil Məmmədov zənglərimə cavab verdi. Sonra da xəbər göndərdilər ki, hərəkətli protezin belə baha olduğunu bilmirdik, istəyirsənsə, 2-3 min manatlıq hərəkətsiz, sadə protez düzəltdirək”, – Şahmar Qurbanov deyir.
"Azfarel” MMC-dən bildirilib ki, müəssisənin başqa sahəsində çalışan Şahmar Qurbanov balıqyetişdirmə sexinə özbaşına girib və elektrik ət maşınını işə salarkən barmaqları kəsilib. Sexin nəzarətsiz qalmasına görə müəssisənin balıqyetişdirmə zonasının müdiri İlham Hüseynov cəzalandırılaraq işdən çıxarılıb, hazırda isə Şəmkir Rayon Məhkəməsində məhkəməsi davam edir. Müəssisə rəhbərliyi Şahmar Qurbanovun əlinin protezləşdirilməsini təklif etsə də, o, imtina edib. Şahmar Qurbanova ömürlük kompensasiya kəsilib-kəsilməyəcəyi isə məhkəmədən sonra məlum olacaq.

Hazırda məhkəmə qarşısında dayanan İlham Hüseynov həbs altında saxlanılmır, istintaq zamanı ondan heç yerə getməmək barədə iltizam alınıb. O, Cinayət Məcəlləsinin 162.1-ci (Əmək mühafizəsi qaydalarını pozma nəticəsində sağlamlığa ağır zərər vurma) maddəsilə təqsirləndirilir. O, istintaqa verdiyi ifadəsində bildirib ki, Şahmar Qurbanovu başqa sexin işçisi kimi tanıyıb. Hadisə zamanı balıqyetişdirmə vətəgəsində olarkən işçilərdən biri onunla əlaqə saxlayaraq Şahmarın başına gələnlər barədə məlumat verib.

Məhkəmə bu il oktyabrın 30-da Protez Ortopedik Bərpa Mərkəzinə sorğu göndərib. Məhkəmə Mərkəzdən Şahmar Qurbanova gələcəkdə tətbiq olunacaq bionik əl protezinin, silikon kosmetik əl protezinin və mexaniki əl protezinin ayrı-ayrılıqda qiymətləri ilə bağlı məlumat verməsini istəyib. Mərkəz noyabrın 20-dək məhkəmənin sorğusunu cavablandırmalıdır. Hüquqşünas Namizəd Səfərov deyir, Şahmar Qurbanov ömürlük kompensasiya ilə bağlı müəssisəyə mülki qaydada ayrıca iddia qaldırmalıdır.

"Azfarel” MMC-nin "Azfarel” balıqyetişdirmə müəssisəsi Şəmkirçay su anbarının sahilində – 6 hektar ərazidə yerləşir. Müəssisənin qurulması 43 milyon manata başa gəlib. Müəssisə Şəkmir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun oğlu Alim Paşayevə məxsusdur. Müəssisə istifadəyə verilərkən başçı "Azfarel”i Qafqazın ən böyük balıqyetişdirmə müəssisəsi adlandırıb.
Şahmar da öz hüquqları uğrunda mübarizəyə başlayır. Döymədiyi qapı, gəzmədiyi ünvan qalmır. Nəhayət, Birinci vitse prezident Mehriban Əliyevanın qəbuluna düşməyi bacarır.
Mehriban xanım onun şikayətinə ədalətlə baxılması üçün müvafiq qurumlara göstəriş verir. Bu göstərişdən sonra işlə maraqlanan qurumlar şikayəti Şəmkir rayon məhkəməsinə göndərməyi məsləhət bilirlər. Beləcə, quzu qurda tapşırılır. Qərar da elə gözlənildiyi kimi qurdun quzu qarşısındakı ədaləti qədər olur: məhkəmə 9 aylıq süründürməçilikdən sonra cüzi kompensasiya ilə iş qabiliyyətini 80% itirən Şahmarı başından edir.
Şikayətçi bu səfər Gəncədəki Apellyasiya məhkəməsinə müraciət edir. Alimpaşa bu məhkəmə instansiyasını da ələ ala bilir. İş yenidən ibtidai istintaqa göndərilir və hər şey yenidən başlayır. Bir sözlə, zavallı Şahmar Qurbanovun Mehriban xanıma etdiyi şikayət də nəticəsiz qalır. Çünki Şəmkirdə ancaq Alimpaşanın şələsi fırlanır.

Gəlin, ən yaxşısı, təfsilatı Şahmar Qurbanovun öz dilindən eşidək.
 
Korrupsiya.org
 
 

OXŞAR MÖVZULAR