Impera

XƏBƏR LENTİ
13:37"Baku Steel Company" zavoduna yeni rəhbər gətirilir11:42İlham Əliyev bu ASC-yə 3,3 milyon manat ayırdı - SƏRƏNCAM11:37Hacıqabulda BİABIRÇILIQ: rəisin atasının adı qoyun oğurluğunda hallanır - VİDEO11:24XİN Laçının işğalının 28-ci ildönümü ilə bağlı bəyanat yaydı11:19Füzuli bu gün11:15Xızının icra başçısı Xaçmazda zeytun, əncil meyvələrin biznesini qurub11:01Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi - RƏSMİ10:53Salyanın icra başçısına həbs təhlükəsi – Növbədə Sevindik Hətəmovdur?10:48Vidadi İsayevin iqtidara başağrı olan repressiv siyasəti: ətalət, hədə, zülm... - VİDEO12:10Aqil Nəzərli qaynatasını Baxışovlar ailəsinə minnətçi salıb- səs yazısı11:56Azərbaycanda Pənahovlar imperiyası: - Vəzifədə olmayanı yoxdur11:51Tərtərdə ağacların dibinə asfalt döşəndi, etiraza səbəb oldu22:10Nadir Qafarzadə: “Evdən gedəndə ucuzlaşırsınız” - VİDEO22:03Lənkəranda etiraz edən tibb işçiləri təhqir olundu - VİDEO21:4765 yaşdan yuxarı şəxslərə şad xəbər21:43Baku TV-də “Xəbər” vaxtıdır - VİDEO21:39Vilayət Eyvazovdan DİN Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə TƏYİNAT21:33İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə görüşdü21:28II Elizabet İlham Əliyevə məktub göndərdi12:22Naxçıvan korovirus avandanlıqlarını hardan alıb? - Fransızlar bizi Afrika ilə qarışdırmayıblar ki? - VİDEO12:12Universitet ilə keçmiş dosenti arasında qalmaqal - "Dekanın mənimlə ədavəti olduğu üçün..."12:02Koronavirusun dünya iqtisadiyyatına vuracağı itki hesablandı12:00“Bakı Metropoliteni” gediş haqqının artırılacağı xəbərlərinə CAVAB VERDİ - VİDEO11:54Məşhur həkim səhvən xəstənin ürəyinə gedən damarı kəsdi11:47Rüşvət almış, dələduzluq etmiş icra başçıları… – VİDEO11:43Tutulan generala bu maddələrlə cinayət işi açılıb11:38Eldar Mahmudovun oğlunun xaricdəki milyonluq şirkətləri - biri bağlandı, neçəsi qaldı...11:33Naxçıvanın yeni Baş naziri olacağı gözlənilən seyid kimdir?11:29Mikayıl İsmayılov adını təmizə çıxarır... - Bu nə həyəcan, bu nə təlaş?..16:47“Mən şortik geyinsəm, hamı ...” - Pişik Günel - VİDEO16:40Artıq bu şəxslər də ünvanlı sosial yardım ala biləcəklər - VİDEO16:36Azərbaycanda daha 44 nəfər koronavirusdan sağaldı - RƏSMİ16:31Rusiyada koronavirus statistikasında 12 gün sonra ilk yaşandı16:28Azərbaycanda kriminal aləmin nümayəndəsi belə öldürüldü - ANBAAN VİDEO16:22Metroda gedişhaqqı qaldırılacaq? - VİDEO16:16“Azərbaycan Dəmir Yolları” QSC bu rəqəmləri niyə açıqlamır? – Cavid Qurbanov gəldikdən sonra...16:11“Ramiz Mehdiyev prezident olmaq istəyirmiş” – VİDEO16:06Zakir Fərəcovun kürəkəni dənizi zəbt edib? - VIDEO15:48Eldar Mahmudovun oğlu Britaniyadakı əsas şirkətini bağladı15:40Parlamentin növbəti iclasının vaxtı açıqlandı15:36Əhaliyə ŞAD XƏBƏR! Karantin rejimi təyin olunan vaxtdan tez bitə bilər - AÇIQLAMA15:31Vilayət Eyvazovdan yeni TƏYİNAT15:28Vilayət Eyvazov bu postun komandirini VƏZİFƏSİNDƏN AZAD ETDİ15:20SOCAR: “Abşeron” layihəsinin icrasında hər hansı dəyişiklik nəzərdə tutulmur”15:16İlham Əliyev bu ASC-yə vəsait ayırdı - SƏRƏNCAM19:52Zakir Həsənovun “minalanmış” ətrafı: Azad Salamov getdi , bəs Fuad Məmmədov?19:4465 yaşdan yuxarı şəxslər nə vaxt küçəyə çıxacaq? - AÇIQLAMA19:39Mayın 31-dən sonra sərhədlər açılacaq?19:35Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb - VİDEO19:23DTX-nın kamerasına danışan İdarə rəisi haqqında şok iddia - VİDEO19:17İlham Əliyev icra başçısı təyin etdi - SƏRƏNCAM19:14İlham Əliyev tutulan icra başçılarından danışdı: “Buna son qoyulacaq!”19:11Prezident: “Köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır, kim yerləşdirib onları?”19:08Hacıqabul Sənaye Məhəlləsinin ərazisi genişləndiriləcək - SƏRƏNCAM19:06Prezident nazir müavini təyin etdi11:25May ayı üzrə 190 manatı alacaq şəxslərin nəzərinə! - VİDEO11:21Elman Rüstəmov Azərbaycanda iki bankın bağlanmasını şərh edir - CANLI YAYIM19:48Bərdənin icra başçısı vəzifəsindən azad edildi19:40Əmlakı SOCAR-ın işçiləri tərəfindən uçurulan vətədaş dövlət başçısına müraciət etdi – VİDEO19:29Azərbaycan Prezidenti vətəndaşlara çağırış etdi19:05Daha bir icra başçısı vəzifəsindən azad edildi18:59Nüşabəylə videosu yayılan KİŞİ DANIŞDI: "Nazir müavini olmağım..." - VİDEO18:52Bərbər və gözəllik salonlarına gedənlərə XƏBƏRDARLIQ18:47Vilayət Eyvazovdan plyonka ilə bağlı sərt göstəriş18:40Bu gün ləğv olunan bankların arxasında hansı məmurlar dayanıb?18:37Fransa - Azərbaycan işgüzar görüşü keçirildi18:33İlham Əliyev və Mehriban Əliyeva Sumqayıtda açılışda - FOTO18:21ÜST-ün baş direktoru İlham Əliyevə məktub ünvanladı18:17DTX-dan nazir müavini ilə bağlı ŞOK FAKTLAR -VIDEO12:23“Atabank” ASC-yə borc öhdəliyi olan hüquqi və fiziki şəxslərin NƏZƏRİNƏ12:17İlham Əliyev rektor təyin etdi - SƏRƏNCAM12:11Sumqayıtda BİABIRÇILIQ: “MERO” “WhatsApp”la işləyir11:59Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, barama saxlanılan məntəqələrdə oldu - FOTO11:44Alimpaşa Məmmədovun Şəmkir fironluğu: oğlu insanlara qul kimi yanaşır – VİDEO11:00Kəmaləddin Heydərov “EuroHome”un sahibini günahlandırdı - “Məsuliyyətsiz insandır”10:54Bakı Metropoliteninə giriş məhdudlaşdırılıb10:51KORONAVİRUS - CANLI STATİSTİKA Yanan "Eurohome" bazarından ən son görüntülər - VİDEO10:43“Qarabağ” yatağında hasilata başlamaq üçün hazırlıq işləri görülür11:29Bakıda kafeyə basqın - 17 nəfər saxlanıldı - VİDEO11:19Adil Vəliyevin rayonunda nələr baş verir... - VİDEO11:12Vətənə qayıda bilməyən azərbaycanlılar üçün Rusiyada yerləşmə məntəqəsi açılır - VİDEO11:03Məcburi köçkün Bərdə DYP rəisindən şok faktlar açıqladı: “Cənab nazir, Anar Cəlilov və işçiləri...” - VİDEO10:59"LİDER TV"-nin BÜTÜN ƏMƏKDAŞLARI İŞDƏN ÇIXARILIB10:55Zərdabın icra başçısı da hədəfə gələ bilər10:50GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ ƏMƏKDAR MÜƏLLİMLƏR NİYƏ DƏRS KEÇMİR???10:44Dövlət qurumlarının "dəli" çıxardığı biznesmen yeni məlumatlar açıqladı - VİDEO19:23Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı - VİDEO19:17Azərbaycanda koronavirsa 143 yeni yoluxma19:10İlham Əliyev Vladimir Putinə zəng edib19:08İlham Əliyev nazir müavinini vəzifəsindən azad etdi - SƏRƏNCAM19:05Prezident onu da vəzifəsindən azad etdi - SƏRƏNCAM19:03İlham Əliyevdən Heydər Əliyevin doğum günü münasibətilə paylaşım - VİDEO11:03Rafiq Bayramovun korrupsiya əlaqələrinin təfərrüatları10:5650 minlik maşın sürən vayner xanım 190 manat yardım alıb – VİDEO10:52İlham Əliyev: “Azərbaycan nefti olmadan Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsi mümkün olmazdı”10:48Samuxun da bir əməliyyata ehtiyacı var... - VİDEOLAR10:37Ağdaşlıların kabusu İlqar İsmayılov kimdir?- 190 AZN PROBLEMİ VƏ KORRUPSİYA!-VİDEO10:31Şəmkirdə ancaq Alimpaşa Məmmədovun şələsi fırlanır – VİDEO10:26Vilyam Hacıyev Göygöl İcra Hakimiyyətinin binasını necə alıb?10:21İlham Əliyev Qələbə Günü münasibətilə paylaşım edib - FOTO
BÜTÜN XƏBƏRLƏR
May 2020 (209)
Aprel 2020 (517)
Mart 2020 (535)
Fevral 2020 (211)
Yanvar 2020 (560)
Dekabr 2019 (600)

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Füzuli bu gün

18 may 2020, 11:19   
    30
Füzuli bu gün
Heydər Əliyevin ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, ideologiyası yaşayır, onun qurduğu, yaratdığı Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Haqqında söhbət açacağımız barlı bərəkətli torpaq – Füzuli torpağıdır. Göz gəzdirərkən gördüyümüz gözəl mənzərələr, bol məhsullu zəmilər, göz oxşayan yaşıllıqlar zəhmətkeş füzulilərin alın tərinin və bərəkətli, eyni zamanda müqəddəs vətən torpağının birgə məhsuludur.
Müqəddəs dedim... bəli, bu torpaq müqəddəsdir. Müqəddəsdir ona görə ki, vətən uğrunda canından keçməyi bacaran oğullar yetişdirdi bu torpaq.. Müqəddəsdir ona görə ki, qəhrəman, şəhid oğullarını doğma bağrına basıb, özünə qovuşdurdu bu torpaq... Düşmən tapdağına düşdü, yağı əsarətində qaldı, lakin itirmədi məğrurluğunu, yenilməzliyini və sadiqliyini.
1994-cü ilin yanvar ayında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Milli Ordusunun ilk mühüm qələbəsi—"Horadiz əməliyyatı” da Füzuli torpağında gerçəkləşdi. Bu qələbə nəticəsində Horadiz və 22 yaşayış məntəqəmiz düşməndən azad olundu. Doğma yurd yerlərimiz düşmən tapdağından azad olunarkən xarabalığı, viranəliyi xatırladırdı. Vəhşiliyin, vandalizmin, insanlığa nifrətin hər cür izlərini görmək olardı bu yerlərdə. Biz füzulilər məcburi köçkün olduq, doğma ev – eşiyimizdən , isti yuvamızdan uzaq düşdük, çadırlarda yaşadıq, lakin " yaman günün ömrü az olar” deyib göydə Allaha , yerdə dövlətimizə olan inam və etibarımızı heç vaxt itirmədik. Və elə bu inam və etibara sığınıb qayıtdıq doğma yurd yerinə .
Dövlətimizin gücü , qayğısı və füzulilliərin zəhmətkeşliyi sayəsində indi bu torpaqlar gülüstana çevrilib. Yolların kənarında bir-birinə boy verən çinarlar bol- bərəkətli Füzuli torpağına xüsusi gözəllik verir. Yaşıl xalıya hörülmüş rəngbərəng, əlvan ilmələri xatırladan qızıl güllər Horadizi sanki çiçəklər şəhərinə çevirib. Abadlıq, təmizlik, səliqə səhman , yaşıllıq, gül-çiçək naxışına çevrilib doğma Füzulimizin. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək " Biz burada, düşmənlə üz-üzə Horadizdə bir gülüstan, bir abad şəhər görürük”.
Ölkə başçımız cənab İlham Əliyevin apardığı siyasət nəticəsində yeni-yeni uğurlara imza atan dövlətimiz və qüdrətli ordumuz 2016-cı ilin aprel ayında daha bir zəfər sevincini bizlərə bəxş etdi. Horadiz şəhərində Bayraq meydanında əzəmətlə dalğalanan üçrəngli bayrağımız , Lələtəpə zirvəsində məğrur – məğrur öz doğma yerini alan bayrağımızı salamladı.
Bu qələbə, bu zəfər camaatımıza yeni ruh, yeni nəfəs gətirdi. İndi füzulililər daha böyük istəklə torpağa can verməyə - əkməyə, biçməyə başladılar. Ölkə başçımız cənab İlham Əliyevin neftdən asılılığın minimuma endirilməsi, aqrar sektorun canlandırılması istiqamətində verdiyi dəyərli tapşırıq və tövsiyələr tarixən aqrar bölgə olan Füzuli rayonunda da öz müsbət nəticələrini verməyə başladı. Ənənəvi təsərrüfat sahələrimizdən olan taxılçılıq, pambıqçılıq, baranaçılıq füzulililərin başlıca məşğuliyyətinə çevrildi.
Son dövrlər koronavirus adlı kabus dünyanı lərzəyə gətirdi. Bu dəhşətli kabus qarşısında ən güclü dünya dövlətləri belə sarsıldılar. Ölkələrin başı üstünü epidemiya adlı qara bulud aldı. Qısa bir zamanda pandemiya həddinə çatan bu xəstəlik təəssüf ki, dünyanın bir parçası olan ölkəmizdən də yan keçmədi. Çətinliklərə, təhlükələrə baxmayaraq, ölkə başçımız cənab İlham Əliyev, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva verdikləri hər bir qərarda, atdıqları hər bir addımda əhalinin sağlamlığını, təhlükəsizliyini və rifahını düşündülər.
"Biz birlikdə güclüyük!” devizi altında bizləri həqiqətən də bir yumruq kimi birləşdirməyi bacaran ölkə başçımız gördüyü qabaqlayıcı tədbirlər, vaxtında verdiyi qərarlar sayəsində xalqımızı bu bəladan da xilas etməkdədir.
Biz füzulililər bütün çətin vaxtlarda , təhlükəli dönəmlərdə olduğu kimi, bu dəfə də öz dövlətimizə və dövlət başçımıza arxalandıq, güvəndik. Gözəgörünməz düşmənə qarşı mübarizədə dövlət tərəfindən verilən bütün tapşırıq və göstərişlərə bütünlüklə əməl etdik. Təhlükəsizliyimiz naminə tətbiq edilən bütün karantin qaydalarına ciddi şəkildə riayət etdik. Yaşlılara, tənhalara, ehtiyacı olanlara dəstək olduq. Gecə gündüz oyaq qalan,sağlamlığımızın , asayişimizin keşiyində duran həkimlərimizə, polislərimizə mənəvi cəhətdən dəstək durduq.
Budur, artıq bu təhlükədən də -- koronavirus bəlasından da xilas olmaqdayıq.
Bizlər bir daha həm görünən, həm də görünməyən düşmənə qarşı mübarizədə gücümüzün birliyimizdə olduğunun şahidi olduq.
Və bir də onun şahidi olduq ki, xalqa, millətə bağlı olan, vətəndaşın məmnunluğunu, əhalinin rifahını, mənafeyini hər şeydən üstün tutan dövlət başçımızın xəyanətkarlara, məsuliyyətsizlərə qarşı mövqeyi həmişəki kimi sərt və dəyişməzdir. Ölkə başçımızın apardığı uğurlu kadr islahatlarının əsasını xalqın malına göz dikən, vəzifə səlahiyyətlərindən sui -istifadə edən , dövlətin siyasətinə kölgə salan məmurların qanun qarşısında cavab verməsi təşkil edir.
Bu gün müstəqil Azərbaycan dövlətində hər hansı bir məmurun istənilən formada xalqa və dövlətə xəyanəti bağışlanılmazdır. Ulu Öndər Heydər Əliyevin siyasi yoluna layiq şəkildə, dövlət başçımız cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin icraçısı olmaq, ölkə rəhbərinin çağırışlarına uyğun olaraq xalqa vicdanla xidmət etmək isə hər bir dövlət məmurunun borcu və şərəfidir. Füzulililər bu borcu və şərəfi daşımağı daim özlərinə fəxr bilirlər. Çünki, füzulililər dövlətimizin diqqətini, qayğısını həmişə yaxından hiss etmişlər. Məhz buna görə də düşmənlə göz-gözə yaşamağımıza baxmayaraq rahat yaşamaq və işləmək imkanımız var.
İndi Füzulidə gözəl bir yaz havası, təravərli, gül-çiçək qoxulu bahar nəfəsi var. Zəmilərdəki bol məhsul , həyətlərdəki bostan tərəvəz, yaşıl yamaclara yayılan qoyun quzu sürüləri torpağın kəndlidə, çörəyin çörəkçidə olduğunu, füzulililərin isə doğma yurd yerlərində olduqlarını təsdiqləyir.
Budur, həvəslə ipəkqurdu bəsləyən kümçü də, məhsulunu həvəslə toplayan kəndli də, çörəyini həvəslə bişirən çörəkçi də iş başındadır.
Çünki bizləri yaşamağa, işləməyə, çalışmağa, tikməyə , qurmağa həvəsləndirən böyük bir inam, sarsılmaz bir etibar var. Bu inam biz füzulililərin dövlətçiliyimizə və dövlətimizə olan sarsılmaz etibarımızdır.
Bizlər qəti əminik , əminik ki, tezliklə düşmən tapdağında olan yurd yerlərimiz də ölkə başçımız cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində işğaldan azad olunacaq və həmin torpaqlarımızda da Horadiz kimi gülüstanlar quracağıq. Əminik ki, bütün füzulililərin ruhunu oxşayan, düşmən gözü tökən Horadizimizin zəfər halayı olan "Horadiz halayı " tezliklə "Qələbə halayı” na calanacaq. Axı biz birlikdə güclüyük.

Zülfüqar Əliyev
Rayon Ağsaqqallar Şürasının sədri

Tural Nəbiyev
Rayon gənclərinin nümayəndəsi
 
Korrupsiya.org
OXŞAR MÖVZULAR