Bu tarixdə rezidenturanın 1-ci mərhələsinə imtahan keçiriləcək
Gündəm
Oxunub: 49
10 май 2023 | 17:18






14 may 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) imtahanı keçiriləcək.
Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanda 1302 namizəd iştirak edəcək. Onlardan 1002 nəfər Azərbaycan, 300 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 566 nəfəri oğlan, 736 nəfəri isə qızdır. 314 nəfər cari ilin, 587 nəfər əvvəlki illərin məzunudur. 401 nəfər növbəti illərdə məzun olacaq tələbələrdir. 9 nəfər xarici ölkə vətəndaşıdır.
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İmtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- “İmtahana buraxılış vərəqəsi".
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
İmtahanların keçirilməsi üçün ümumilikdə 6 imtahan binası, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 106 nəzarətçi-müəllim, 13 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.
Сегодня, 16:47
Rusiyalı bloger "ordunu diskreditə etməkdə" ittiham olunur
Сегодня, 16:25
Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb
Сегодня, 15:52
AÇG-də yeni ACE platformasından hasilata başlanılıb
Сегодня, 15:01
İsrail və İranın aramsız savaş anonsu - müharibə riski nə qədər ciddidir? - ŞƏRH
Сегодня, 14:35
Prezidentdən Türkiyə-Azərbaycan Universiteti barədə FƏRMAN
Сегодня, 14:22
Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM
Сегодня, 13:53
Azərbaycan lideri: Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur
Сегодня, 13:10
İlkinin şikayətinə başqa hakim baxacaq
Сегодня, 12:47
Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ
Сегодня, 12:24
Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıb
Сегодня, 11:40
İmtahan nəticələri ilə bağlı DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək
Сегодня, 11:16
Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub
Сегодня, 10:39
Lənkəranda “Range Rover” yandı
Сегодня, 09:46
TƏBİB sürücülərə müraciət etdi - “Yol ver, həyat qurtar!”
Сегодня, 09:24
Bürclərin ən səxavətli kişiləri: Siz hansı yerdəsiniz?
Сегодня, 08:49
Bakının əsas yollarında TIXAC var
Вчера, 16:45
Türkiyəyə gələcək əcnəbi VAR hakimlərinin maaşı diqqət çəkdi
Вчера, 16:19
Üçüncü dünya müharibəsi: Azərbaycan üçün əsas milli maraqların qorunmasıdır - ŞƏRH
Вчера, 15:33
Tiktoker Adəmin atası həbs olunub
Вчера, 15:07
Gürcüstan parlamentində deputatlar arasında dava olub
Вчера, 14:27
Ali təhsil müəssisələrinə qəbul imtahanının növbəti mərhələsi üçün qeydiyyat elan edilib
Вчера, 13:48
Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyət istiqamətləri genişləndirilir
Вчера, 13:28
Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq
Вчера, 13:00
Azərbaycanda dəhşətli statistika: Evlənənlərin yarısı qədər BOŞANMA
Вчера, 12:30
Tokayev Ermənistanla Azərbaycana vasitəçilik TƏKLİF ETDİ
Вчера, 11:51
"Qaçqınkom"un mətbuat departamenti ləğv edildi
Вчера, 11:23
Paşinyan Tokayevlə görüşdü