Qurban Qurbanovdan qapıçı Şahruddinin səhvinə REAKSİYA
İdman
Oxunub: 150
28 окт 2022 | 10:12
"Rəqib ikinci hissədə çox yaxşı dəyişikliklər etdi. Baş məşqçi meydana bacarıqlı oyunçular buraxdı. Futbolçularım 90 dəqiqə mükəmməl mübarizə apardılər. Rəqibdən çəkinmədik”.

Report xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Fransada "Nant"a 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan sonra "CBC Sport”a açıqlamasında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, futbolda belə hallar olur:

"Futbolun gözəlliyi də bundadır. Futbolçularım üzgündür. Hər birinə yaxınlaşdım, hamısını göstərdikləri oyuna görə təbrik etdim. Heç-heçəni əldən verdiyimiz üçün məyusuq. Amma irəliyə baxmalı, böyüməliyik. Bu komanda mənə ümid verir. Qarşıdakı illərdə daha yaxşı olacağıq”.

O, Bakıya inamla qayıtdıqlarını söyləyib:

"Hər şeyi gözəl anlayırıq. Bu gün yenə 2-ci yerdəyik. Son turda diqqətimizi Yunanıstandakı matça yönəltməyəcəyik, "Frayburq”la oyunumuza köklənəcəyik. Düzdür, mobil komandaya qarşı oynayacağıq. Bu görüşün bizim üçün böyük faydası olacaq. Məğlubiyyət barədə düşünmürük. Amma uduzsaq belə, yaxşı təcrübə olacaq”.

Qurbanov rəqibin sağ cinahdan təşkil etdiyi hücumların qarşısını kəsməkdə çətinlik çəkən Marko Veşoviçin çıxışına da toxunub:

"Çox yaxşı oynadı. Rəqibin sol cinahında bacarıqlı futbolçular var. Ona görə Veşoviçdə yorğunluq hiss olunurdu. Qarşısındakı rəqib çox fəal idi. Hücumu gücləndirmək üçün Ramil Şeydayevi meydana buraxdım. Yaxşı mübarizə apardığımızı düşünürəm”.

Təcrübəli mütəxəssis qapıçı Şahruddin Məhəmmədəliyevin buraxılan ilk qoldakı səhvinə də münasibət bildirib:

"Texniki, dünya futbolunda olan normal səhvdir. Biz bu cür böyüməliyik. Futbol pas oyunudur və bu, qapıçıdan başlayır”.
Сегодня, 13:24
Tramp prezident seçilsə şahzadə Harrini ABŞ-dan qovacaq
Сегодня, 12:44
NATO Baş katibi Gürcüstandan Ermənistana GETDİ
Сегодня, 12:02
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
Сегодня, 11:22
Azərbaycanlı alimin oğlu ABŞ-ın ən nadir məktəbinə qəbul olunub - MARAQLI
Сегодня, 10:46
Bayram ab-havası: Bazarda qiymətlər necədir... - VİDEO
Сегодня, 10:17
Mehriban Əliyevadan İlaxır çərşənbə ilə bağlı PAYLAŞIM
Сегодня, 09:57
Bu gün sonuncu çərşənbədir
Вчера, 17:10
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - YENİLƏNİB
Вчера, 16:51
Xankəndinin mərkəzi meydanına ad verildi
Вчера, 16:22
Prezident xalqı təbrik etdi
Вчера, 15:57
Dövlət qulluğu imtahanının nəticələri elan olundu
Вчера, 14:52
Silk Way West Airlines daha bir Boeing 777 Freighter ilə donanmasını yeniləməyə davam edir
Вчера, 14:18
“Azərbaycan-Rusiya münasibətləri sabit inkişafı ilə seçilir”
Вчера, 13:19
Çərşənbə bayramının havası - Şimşək çaxacaq, leysan yağış yağacaq
Вчера, 12:45
Prezident Xankəndidə Novruz tonqalı alovlandırdı
Вчера, 11:57
Xocalıda qalıqları tapılan daha bir nəfərin kimliyi MÜƏYYƏNLƏŞDİ
Вчера, 11:13
Aİ Şurası Azərbaycanla Ermənistanın münasibətlərini müzakirə edəcək
Вчера, 10:30
Sosial müavinətlər vaxtından əvvəl ÖDƏNİLƏCƏK
15-03-2024, 16:38
“Pensiyaçılara bayramlarda müavinət verilsin”
15-03-2024, 16:11
Əmək pensiyalarının minimum məbləği artırılsın!
15-03-2024, 15:31
“Qarabağ” Vətənə qayıtdı - FOTO
15-03-2024, 15:08
Ukrayna həlak olan daha 100 hərbçisinin cəsədini geri alıb
15-03-2024, 14:35
Səfirlik Ermənistandakı Rusiya vətəndaşlarına səs vermək üçün avtobuslar ayırıb
15-03-2024, 13:58
Azərbaycan telekanalları sabahdan yeni TV standartına keçir
15-03-2024, 13:24
Yağış yağacaq, dolu düşəcək - Sabahın havası
15-03-2024, 12:28
Azərbaycanda girov belə azad edildi - DTX-dən antiterror tədbiri
15-03-2024, 11:49
Baş nazir təhlükəli binalardan danışdı