Röyal Sarıməmmədov: Dünyaya örnək
Cəmiyyət
Oxunub: 168
17 фев 2023 | 14:16
Pirallahı rayon MKTB - rəisi Röyal Sarıməmmədov - Azərbaycan Türkiyə qardaşlığı qədim tarixə malikdir. Bu iki qardaş ölkə əsrlər boyu bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, münasibətləri qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurmuşdur. Bu münasibətlər müasir dövrümüzdə daha da möhkəmlənmiş, bütün sahələrdə qarşılıqlı əlaqələr yüksək səviyyədə inkişaf etmişdir. Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq, qardaşlıq münasibəti, həmçinin bütün sahələrdə qarşılıqlı əməkdaşlığın qurulması, həm ölkələrimizin dinamik inkişafına, həm də regionun tərəqqisinə, sabitliyin möhkəmləndirilməsinə öz müsbət təsirini göstərir.

Cari ilin fevral ayının 6-da qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ bütün türk dünyasını və sözsüz ki, ilk növbədə Azərbaycanı sarsıtdı. 7.7 bal gücündə olan zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb oldu. Faciə qardaş ölkəyə böyük insan itkisi ilə yanaşı, həm də görünməmiş fəlakət və böyük kədər yaşatdı. Bu xəbər Azərbaycana çatan andan bütün cəmiyyətdə eyni üzüntü və qəlb ağrısı ilə yaşandı.

Bu ağır gündə qardaş ölkəyə yardım üçün müraciət edən ilk ölkə məhz Azərbaycan oldu. Zələzələnin baş verdiyi ilk gündən bu günə kimi prezident cənab İlham Əliyevin göstərişinə əsasən qardaş Türkiyəyə yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət, tibbi personal, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, çadırlar, yataq dəstləri və sair, habelə zərər çəkmiş əhali üçün humanitar yardım, həmçinin digər təxirəsalınmaz yardım vasitələrini göndərilib. Eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərildi. Edilən yardımların miqdarı hər keçən gün daha da artmaqdadır.

Hər bir soydaşımız, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu ağır günlərdə qardaş ölkəyə dəstək verməyə çalışır. Azərbaycan xalqı əsl qardaşlıq nümunəsi göstərir. Buda xalqımızın zəngin milli-mənəvi keyfiyyətlərinin daha bir göstəricisidir.

Zəlzələ hamımızı kədərləndirsə də bir həqiqəti ortaya qoydu ki, Türkiyə-Azərbaycan münasibətləri bütün sınaqlar və bütün dövrlər üçün dünyaya örnək olacaq səviyyədədir. Biz qardaş xalq olaraq bu çətin günlərdə hər zaman qardaşlıq borcumuzu yerinə yetirib Türkiyənin yanında olacağıq. Bu gün Azərbaycan Türkiyə qardaşlığı bütün dünyaya nümunədir. Bu dostluq, qardaşlıq dayaqları isə ölkə Prezidentlərinin səmimi qardaşlıq münasibətləri, xalqlarımızın tarixi, ortaq mədəniyyəti və mədəni dəyərləridir.

Azərbaycan xalqı olaraq qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının tezliklə aradan qaldırılmasını arzu edir, faciə zamanı dünyasını dəyişənlərə Allahdan rəhmət, xəsarət almış insanlara şəfa diləyirik.
Вчера, 16:10
Türkiyədə 39 küçəyə şəhidlərimizin adı verildi
Вчера, 15:30
Prezident bu qanuna dəyişiklik etdi
Вчера, 15:02
Kremldən “Crocus City Hall”un bərpası ilə bağlı açıqlama
Вчера, 13:43
“Azneft”in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
Вчера, 11:45
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
Вчера, 11:04
Bu məktəbin direktoru işdən çıxarıldı
Вчера, 10:30
Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - DTX rəisi
Вчера, 09:40
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi
Вчера, 09:14
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
27-03-2024, 15:46
Azərbaycan millisi İrəvana getməkdən İMTİNA ETDİ
27-03-2024, 14:56
İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ
27-03-2024, 14:33
İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsində dəyişiklik edildi - FƏRMAN
27-03-2024, 13:28
Türkiyə şəhərləri merlərini seçir: A-dan Z-yə SEÇKİ PROSESİ
27-03-2024, 12:47
Sabah 21° isti olacaq
27-03-2024, 10:46
Teleaparıcıların efir vaxtı azaldıldı
27-03-2024, 10:11
"Qış parkı"ndakı dayanacaqda bahalaşma - Parkinq qiymətləri
27-03-2024, 09:38
Azərbaycan neftini qiyməti 88 dollara düşüb
27-03-2024, 09:13
Azərbaycanda Elm Günüdür
27-03-2024, 08:51
Bu yollarda TIXAC var
26-03-2024, 16:37
İranda polis zabiti öldürüldü
26-03-2024, 15:38
Ordumuzda psixoloq işləmək istəyənlərin nəzərinə - Video
26-03-2024, 14:45
HƏMAS lideri İrana gəldi
26-03-2024, 14:24
“Krokus” teraktı: Əlişir Qasımov da həbs edilir
26-03-2024, 13:30
Bayramdan sonrakı ilk iş gününün HAVASI
26-03-2024, 12:17
"Qarabağ" cəzalandırıldı
26-03-2024, 12:06
Xankəndidə saatlı bomba aşkarlandı
26-03-2024, 11:05
Bazara çıxarılan avtomobillərin sayı kəskin artıb - VİDEO