Fəzair Piriyev : Gələcək inkişafın əsası.
Bölgə
Oxunub: 165
28 апр 2023 | 18:15

Bərdə rayonu, Yeni Daşkənd bələdiyyəsinin sədri Fəzair Piriyev-Ulu Öndər Heydər Əliyev türk dövlətləri arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hüquq bərabərliyi və qarşılıqlı faydalılıq prinsipləri əsasında qurulması, davamlı inkişaf etdirilməsi və genişləndirilməsi istiqamətində qətiyyətlə çalışmışdır.


Ulu Öndər cəmiyyəti sağlam ideologiya ətrafında birləşdirdi

Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası təsis edildi. Ümummilli Liderin qurduğu bu partiya çox keçmədən ölkəmizin son onilliklərdə nail olduğu ən böyük uğurların carçısına çevrildi. Ulu Öndər Heydər Əliyev ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində ölkəmizin müstəqil, demokratik, sivil dövlət kimi bərqərar olmasına və möhkəmlənməsinə əvəzsiz töhfələr verdi, Heydər Əliyevin müdrik siyasi baxışlarından və zəngin dövlətçilik təcrübəsindən bəhrələnərək öz fəaliyyətini mükəmməl siyasi mexanizmlər üzərində qurdu, ölkənin taleyüklü problemlərinin həllində həmişə ön cərgədə oldu, xalqın maraq və mənafelərinin keşiyində durdu. Yarandığı gündən öz siyasi xəttinə bağlılığı, xalq və dövlət qarşısındakı xidmətləri və ölkəmizin dinamik inkişafı Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki nüfuzunu artırdı və mövqeyini xeyli möhkəmləndirdi. YAP eyni zamanda bölgənin ən güclü və nüfuzlu siyasi qüvvəsi kimi özünü təsdiq etdi. 800 minə yaxın üzvü olan partiyamızın sıraları xüsusilə gənc nəsli təmsil edənlər tərəfindən gündən-günə genişlənir. Bu, çox sevindirici haldır, çünki gələcəyimizin etibarlı əllərdə olmasından xəbər verir.
Ümumiyyətlə, Azərbaycan gəncliyinin milli mənəvi dəyərlər ruhunda tərbiyə alması, Vətənə, dövlətə bağlı olması Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin əsas xəttidir. Ulu Öndərin "Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir" və "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir" kimi müdrik fikirləri bu gün də gənclər siyasətinin devizidir.
Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyev demişdir: "Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdirərək, zənginləşdirərək bu gün Azərbaycanda, hesab edirəm ki, dünya miqyasında nadir və təkrarolunmaz mühit yaratdıq. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim böyük üstünlüyümüzdür.

Ümummilli Lider Heydər Əliyevin ideyalarını əldə rəhbər tutan və onların həyata keçməsinə çalışan Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyeva da gənc nəslin təlim və tərbiyəsinə, onların müasir biliklərlə yanaşı, milli-mədəni irsə hərtərəfli yiyələnməsinə xüsusi diqqət ayırır.
Yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuş Azərbaycan xalqı Ümummilli Liderin hakimiyyətə qayıtdığı günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir. 20 ildir Prezident İlham Əliyev 15 iyundan başlanan yolu - müstəqilliyin əbədi və dönməz xəttini uğurla davam etdirir. "Müstəqillik 1993-cü ildə də əldən gedirdi, əgər Heydər Əliyev gəlməsəydi. O, müstəqilliyi qorudu, saxladı, gücləndirdi, bizi düz yola gətirdi. Biz də Onun yolu ilə gedirik, müstəqilliyi möhkəmləndiririk və möhkəmləndirəcəyik", - deyir ölkə rəhbəri İlham Əliyev.
Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir. Onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında qeyd olunduğu kimi: "Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir".
Сегодня, 16:47
Rusiyalı bloger "ordunu diskreditə etməkdə" ittiham olunur
Сегодня, 16:25
Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb
Сегодня, 15:52
AÇG-də yeni ACE platformasından hasilata başlanılıb
Сегодня, 15:01
İsrail və İranın aramsız savaş anonsu - müharibə riski nə qədər ciddidir? - ŞƏRH
Сегодня, 14:35
Prezidentdən Türkiyə-Azərbaycan Universiteti barədə FƏRMAN
Сегодня, 14:22
Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM
Сегодня, 13:53
Azərbaycan lideri: Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur
Сегодня, 13:10
İlkinin şikayətinə başqa hakim baxacaq
Сегодня, 12:47
Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ
Сегодня, 12:24
Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıb
Сегодня, 11:40
İmtahan nəticələri ilə bağlı DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək
Сегодня, 11:16
Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub
Сегодня, 10:39
Lənkəranda “Range Rover” yandı
Сегодня, 09:46
TƏBİB sürücülərə müraciət etdi - “Yol ver, həyat qurtar!”
Сегодня, 09:24
Bürclərin ən səxavətli kişiləri: Siz hansı yerdəsiniz?
Сегодня, 08:49
Bakının əsas yollarında TIXAC var
Вчера, 16:45
Türkiyəyə gələcək əcnəbi VAR hakimlərinin maaşı diqqət çəkdi
Вчера, 16:19
Üçüncü dünya müharibəsi: Azərbaycan üçün əsas milli maraqların qorunmasıdır - ŞƏRH
Вчера, 15:33
Tiktoker Adəmin atası həbs olunub
Вчера, 15:07
Gürcüstan parlamentində deputatlar arasında dava olub
Вчера, 14:27
Ali təhsil müəssisələrinə qəbul imtahanının növbəti mərhələsi üçün qeydiyyat elan edilib
Вчера, 13:48
Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyət istiqamətləri genişləndirilir
Вчера, 13:28
Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq
Вчера, 13:00
Azərbaycanda dəhşətli statistika: Evlənənlərin yarısı qədər BOŞANMA
Вчера, 12:30
Tokayev Ermənistanla Azərbaycana vasitəçilik TƏKLİF ETDİ
Вчера, 11:51
"Qaçqınkom"un mətbuat departamenti ləğv edildi
Вчера, 11:23
Paşinyan Tokayevlə görüşdü