İsmayıl Əvəzov : Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir
Bölgə
Oxunub: 63
28 апр 2023 | 18:22

Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İsmayıl Əvəzov - Ulu öndərin ölkəyə rəhbərliyə yenidən qaydışı ilə nəinki Azərbaycanın uğurlu gələcəyi təmin olundu, düzgün yol seçildi, həm də ümumi dünya siyasətində pozulmuş tarazlıq bərpa edildi. Fenomenal yaddaşa, qeyri-adi istedad və biliyə malik olan Heydər Əliyev dəfələrlə ən çətin problemlərin həllini reallaşdırdı.
“Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və həyatımı xalqıma qurban verməyə hazıram” kəlamı xalqın yaddaşında həkk olunmuşdur. XX əsrin 70-ci illərindən etibarən quruculuq missiyasını cəsarətlə öz üzərinə götürən böyük tarixi şəxsiyyətin xalq təsərrüfatının bütün sahələrində, eləcə də elm və təhsildə apardığı nəhəng islahatlar gələcək uğurlarımız üçün geniş zəmin və şərait yaratmışdır. 1969-cu ildə respublika rəhbərliyinə irəli çəkilən Heydər Əliyev o vaxtkı mövcud rejimin sərt qanunları çərçivəsində Azərbaycanın intibahı və tərəqqisi, iqtisadiyyat, elm və təhsilin yüksəlişi üçün düşünülmüş siyasət yeritdi. Heydər Əliyevin respublikada rəhbərlikdə olduğu 1969-1982-ci illərdə Azərbaycan hökumətinin diqqət mərkəzində ən ümdə vəzifələrdən biri kənd təsərrüfatının inkişafına qayğının artırılması olmuşdur.
Təbiətin Azərbaycana verdiyi imkanlardan və potensialdan yalnız 70-ci illərin əvvəllərindən, yəni Heydər Əliyevin respublikaya rəhbərlik etməyə başladığı illərdən etibarən daha geniş, düzgün və səmərəli istifadə edilməyə başlanmışdır.
Məhz Heydər Əliyev xalqımızın əvəzsiz sərvəti olan torpaqdan və xüsusilə əkinçiliyin qızıl fondu sayılan suvarılan torpaqlardan daha səmərəli, daha təsərrüfatçılıqla istifadə etməyin forma və metodlarını öyrətdi. Azərbaycanda kənd təsərrüfatını sürətlə inkişaf etdirməyin mümkünlüyünü sübut etdi, bu sahədə, sözün əsl mənasında, dönüş yaratdı.

Həmin dövrdə ulu öndər çox böyük məharət və bacarıqla keçmiş SSRİ rəhbərlərinin diqqətini Azərbaycanın kənd təsərrüfatının inkişaf etdirilməsinə yönəltmiş, respublikaya texnika, yanacaq, ehtiyat hissələri, tikinti materialları, mineral gübrə, kimyəvi preparatların gətirilməsinə nail olmuşdu.
Çoxdan bəri SSRİ rəhbərliyinin diqqətindən kənarda qalmış Azərbaycanın kənd təsərrüfatını inkişaf etdirmək haqqında geniş tədbirlər planı hazırlandı və 1970-ci il iyul ayının 23-də Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin “Azərbaycan SSR-də kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında” xüsusi qərarı qəbul olundu. Praktiki olaraq həmin qərar doqquzuncu beşillikdə və ondan sonrakı dövrlərdə respublikamızın kənd təsərrüfatının inkişafını müəyyənləşdirən əməli fəaliyyət proqramı idi.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə də az bir zamanda iqtisadi tərəqqi nəzərə çarpdı. Sürətlə qurulmuş infrastrukturun, neft-qaz sənayesinin və onun əsasında digər sahələrin, aqrar-sənaye kompleksinin dinamik inkişafı və Azərbaycan kəndinin simasının dəyişməsi dövlətin təməlinin möhkəmlənməsinə səbəb oldu.
Heydər Əliyev çox aydın hiss edirdi ki, kənd təsərrüfatına məqsədli vəsait qoymadan yüksək nəticələr əldə etmək mümkün deyil. Ona görə də bu istiqamətdə düşünülmüş, əsaslı tədbirlər ardıcıllıqla həyata keçirilməyə başlandı. Nəticədə doqquzuncu beşillikdə respublikanın iqtisadiyyatında illər boyu davam etmiş geriliyə son qoyulmuş, aqrar sahənin inkişafında yeni dönüş mərhələsi başlanmış, kənd təsərrüfatı istehsalının əsaslı yüksəlişi təmin edilmişdir. Həmin beşillikdə kənd təsərrüfatının inkişafının konkret yolları müəyyənləşdirilmiş və bu inkişafın dinamikliyi üçün əsaslı tədbirlər həyata keçirilmişdi.
O dövrdə aqrar sahəyə vəsait qoyuluşunun artırılması mühüm vəzifə kimi qarşıda dururdu. Ona görə də doqquzuncu beşillikdə respublikamızın kənd təsərrüfatına ayrılan əsaslı vəsaitin miqdarı 1518 milyon manat məbləğində müəyyən edildi ki, bu da səkkizinci beşillikdəkinə nisbətən 57,1 faiz çox və yeddinci beşillikdəkindən 2,5 dəfə çox idi. Bu əsaslı vəsait əsas etibarilə respublikada kənd təsərrüfatının məhsuldarlığını inkişaf etdirmək üçün torpaqların irriqasiya, meliorasiya və bir sözlə, suvarma sisteminin yaxşılaşdırılmasına yönəldildi.
Məhz bu dövrdə yeni torpaq sahələrinin istifadəyə verilməsi, torpaq fondunun sağlamlaşdırılması, su təchizatının yaxşılaşdırılması sahəsində konkret tədbirlər görüldü və beləliklə də kənd təsərrüfatının intensiv inkişafı təmin edildi. Muğan-Salyan zonası rayonlarında meliorasiya qurğuları tikilməsinin miqyası genişləndirildi. Respublikanın qərb zonasında 60 min hektar sahəni əkin suyu ilə təmin edən Ağstafaçay dəryaçasının inşası başa çatdırıldı. Arazboyu zonada suvarma işlərinin inkişafına səmərəli təsir göstərəcək dəryaça-sugötürmə qurğusunun tikintisinə başlanıldı.
Beşillik ərzində 27 min hektar sahədə yeni suvarılan torpaq istifadəyə verildi. 189 min hektar sahədə suvarılan torpaqların meliorasiya vəziyyəti yaxşılaşdırıldı. 120 min hektar sahədə torpaq əsaslı surətdə yuyuldu, 140 min hektar sahədə əkin yerləri əsaslı surətdə hamarlandı, 189 min hektar sahədə suvarma sistemləri yenidən quruldu və torpaqların su ilə təchizatı yaxşılaşdırıldı. Bu işlər də öz növbəsində əkinçilik məhsulları istehsalının xeyli artmasına səbəb oldu. Həmin beşillikdə respublikamız üçün əlavə olaraq dövlət 80 min hektar suvarılan torpağın şoranlıqdan təmizlənməsi xərcini öz öhdəsinə götürdü.
Doqquzuncu beşillikdə dövlət tərəfindən kənd təsərrüfatına əsaslı vəsait qoyuluşunun əhəmiyyətli dərəcədə artırılması respublikada 18 sənaye xarakterli heyvandarlıq kompleksinin tikilib istifadəyə verilməsinə imkan yaratdı. Bu komplekslərdən 12-si quşçuluq, 3-ü maldarlıq 3-ü də donuzçuluq kompleksi idi. Şəkidə, Salyanda, Binədə, Ramanada ilk dəfə heyvandarlıq kompleksləri tikilib istifadəyə verildi. Səkkizinci beşilliyə nisbətən iki dəfə çox mineral gübrə anbarları, beş dəfə çox elevatorlar, iki dəfə yarım çox quşçuluq fabrikləri, təqribən səkkiz dəfə çox tərəvəz anbarları, silos qurğuları tikildi. Beş il ərzində Kənd Tikintisi Nazirliyinin gördüyü işlərin həcmi 47 faiz artmışdı.
Lənkəranda Xanbulançay su təsərrüfatı kompleksinin tikintisi onuncu beşilliyin birinci ilində müvəffəqiyyətlə başa çatdırıldı. Ümumi uzunluğu 40 kilometrə çatan kanallarla Lənkəran rayonunun 6 sovxozunun, Astara rayonunun 3 sovxozunun və digər təsərrüfatların torpaqları suvarıldı. Kompleksin tikintisinə 50 milyon manat vəsait sərf edilmiş, burada 10 milyon kubmetr torpaq-çınqıl işi görülmüş, 315 min kubmetrdən çox beton işlənmişdi. Xanbulançay dəryaçası 22 min hektar, yəni 1975-ci ildəkindən təqribən 5 dəfə çox münbit torpağı suvarmağa, Lənkəranda faraş tərəvəz istehsalını az bir müddət ərzində 200-250 min tona çatdırmağa, çay və subtropik bitkilər əkinini xeyli genişləndirməyə imkan vermişdi.

Bundan başqa, Tərtər, Bərdə, Goranboy rayonlarının əkin sahələrinin suvarılmasını xeyli yaxşılaşdırmağa imkan verən Tərtərçay enerji və su təsərrüfatı kompleksi də məhz 1976-cı il dekabrın son günlərinlə istifadəyə verildi. Suvarılan əkinçilik respublikası olan Azərbaycanda doqquz və onuncu beşilliklər ərzində dəryaçaların ümumi su tutumu təqribən 20 milyard kubmetrə, suvarma şəbəkələrinin uzunluğu 50 min kilometrə, kollektor-drenaj şəbəkəsinin uzunluğu 18 min kilometrə, nasos stansiyalarının sayı 700-ə çatdırılmışdı. Torpaqların irriqasiya və meliorasiyasının ənənəvi suvarma regionu olan Kür-Araz ovalığından başqa, dağətəyi və dağlıq zonalarda aparılması üçün 10-cu beşillikdə xeyli iş görüldü. Bu dövrdə Quba, İsmayıllı, Qubadlı, Zəngilan rayonlarında və bir sıra başqa rayonlarda, Naxçıvan MR-də və DQMV-də böyük həcmdə meliorasiya işləri aparıldı. Bir çox bölgələrdə iri hidrotexniki qurğular tikilmiş, 83 min hektar yeni suvarılan torpaq istifadəyə verilmiş, 452 min hektar otlağa su çıxarılmış, 700 min hektar sahədə suvarma şəbəkəsi yenidən qurulmuşdu. Əgər yaxın keçmişdə kənddə əsaslı tikinti miqyasına və əhəmiyyətinə görə kiçik obyektlərin tikilməsi ilə məhdudlaşdırılırdısa və primitiv səviyyədə, lazımi miqyas olmadan aparılırdısa, indi o, xalq təsərrüfatının iri müstəqil sahəsinə çevrilmişdi.
Ulu öndərin ikinci dəfə ölkə rəhbərliyinə gəlməsi ilə Azərbaycan iqtisadiyyatında yeni inkişaf mərhələsi başlandı. Ölkə Prezidenti aqrar sahədə də vəziyyəti araşdıraraq, kənd təsərrüfatının inkişafına diqqətin artırılması üçün bütün qüvvələri səfərbər etdi. O, göstərdi ki, “müstəqil inkişaf yoluna qədəm qoymuş respublikada artıq köhnə sosialist sistemindən imtina edilməli, yeni mütərəqqi sistem yaradılmalı, iqtisadi siyasət gücləndirilməlidir, yəni bazar iqtisadiyyatına keçilməli, iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında islahatlar aparılmalıdır, təsərrüfat sahəsində iqtisadi islahatlar yeganə yolumuzdur”. Bununla da ulu öndər 1991-ci ildən iqtisadiyyatda, o cümlədən də aqrar sahədə islahatlar haqqında gedən uzun- uzadı mübahisələrə və müzakirələrə son qoydu, sözdən işə keçməyin yolunu müəyyən etdi və eyni zamanda, islahatların keçirilməsi yolları, üsulları və müddəti barədə proqram hazırlanmasının labüdlüyünü əsaslandırdı. Beləliklə də Heydər Əliyev respublikada aqrar islahatın hüquqi bazasının yaradılması, onun təşkili və həyata keçirilməsi kimi çox mühüm iqtisadi tədbirin həm banisi, həm də təşkilatçısı oldu.
Məlumdur ki, aqrar islahatın həyata keçirilməsinin ilkin addımları Naxçıvan Muxtar Respublikasında atılıb. Hələ Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri işləyərkən 1992-ci ilin aprel ayında muxtar respublikanın Ali Məclisinin sessiyasında aqrar islahatlara dair xüsusi qərarlar qəbul olunmuşdu.

Heydər Əliyev respublikada dövlət mülkiyyətinin özəlləşdirilməsində, mülkiyyət formalarının dəyişdirilməsində, sahibkarlıq üçün şərait yaradılmasında və ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının bütün sahələrində bazar iqtisadiyyatı prinsiplərinin həyata keçirilməsində aqrar bölmənin ehtiyat mənbələrinin böyük əhəmiyyəti olduğunu xüsusi qeyd etmişdir.
Ulu öndər respublikanın əhalisinin ərzaqla, sənayenin bir çox sahələrinin xammalla təmin edilməsində kənd təsərrüfatının imkanlarından maksimum istifadə edilməsi ilə yanaşı, kənd təsərrüfatı sahəsində iqtisadi islahatların keçirilməsinin sürətləndirilməsini ilk plana çəkir, respublikada heyvandarlıq sahəsində özəlləşdirmənin sürətləndirilməsini tələb edirdi: “Artıq ictimai təsərrüfatlarda mal-qaranın bütün növləri üzrə sayı azalırdı, əksinə, fərdi təsərrüfatlarda onların miqdarı və məhsuldarlığı getdikcə artırdı. Bu isə, öz növbəsində, ictimai təsərrüfatlarda olan mal-qaranın əsas fondlarının özəlləşdirilməsi üçün şərait yaradırdı. Bu işi sürətləndirmək məqsədi ilə ictimai sektora ayrılan yem sahələrini özəl sektora vermək, onları zəruri texnika və ləvazimatla təmin etmək lazım idi. Nəticədə respublika əhalisinin ərzaq məhsulları ilə daha yaxşı təmin olunmasına şərait yaranacaqdır ki, iqtisadiyyatda bizim əsas strateji yolumuz məhz bundan ibarətdir”.
Ulu öndər 23 dekabr 1994-cü ildə kənd təsərrüfatında iqtisadi islahatlara həsr olunmuş respublika müşavirəsində aqrar islahatların vacibliyini bir daha vurğulayaraq bildirdi: “...Aqrar bölmədə iqtisadi islahatlar aparmaq, mülkiyyət formasını dəyişmək, torpaq islahatı keçirmək, sərbəst iqtisadiyyata geniş yol açmaq respublikamızın həyatında çox mühüm, eyni zamanda, son dərəcə əhəmiyyətli, məsuliyyətli və taleyüklü məsələdir”.
Heydər Əliyev respublikada ictimai bölmədə heyvandarlığın tənəzzülə uğramasının, sahənin zərərlə işləməsinin, heyvandarlıq məhsullarına süni surətdə aşağı qiymət qoyulmasının, satılmış məhsulun dəyərinin vaxtında alına bilməməsinin, istehsal, emal və istehlak arasında iqtisadi mütənasibliyin pozulmasına səbəb olduğunu nəzərə alaraq heyvandarlığın özəlləşdirilməsini sürətləndirdi.
Heydər Əliyevin fəaliyyəti ilə kənd təsərrüfatının əsas sahəsi olan heyvandarlığın özəlləşdirilməsi artıq öz bəhrəsini vermiş, başqa respublikalardan idxal olunan heyvandarlıq məhsullarına olan asılılıq aradan qaldırılmış və əhalinin ət və süd məhsullarına tələbatı respublikadaxili istehsalla tam təmin olunur.
Heydər Əliyevin yenidən rəhbərliyə başladığı dövrdən etibarən respublikada həyata keçirdiyi çoxsahəli özəlləşdirmə tədbirləri aqrar elmin yeniləşdirilməsində də özünü göstərməkdədir. O bilirdi ki, islahatlar yalnız elmi əsaslarla həyata keçirilməlidir. Bu münasibətlə respublikada aqrar elmi tədqiqatlar sistemində də islahatlara başlanılmış və 15 aqrar elmi-tədqiqat institutunu birləşdirən Aqrar Elm Mərkəzi yaradılmışdır. Bununla da Aqrar Elm Mərkəzi öz işini elmi nəticələrin tətbiqində özəl bölmənin real problemlərinin aradan qaldırılmasına yönəltmişdir.
Сегодня, 15:30
Prezident bu qanuna dəyişiklik etdi
Сегодня, 15:02
Kremldən “Crocus City Hall”un bərpası ilə bağlı açıqlama
Сегодня, 13:43
“Azneft”in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
Сегодня, 11:45
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
Сегодня, 11:04
Bu məktəbin direktoru işdən çıxarıldı
Сегодня, 10:30
Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - DTX rəisi
Сегодня, 09:40
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi
Сегодня, 09:14
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
Вчера, 15:46
Azərbaycan millisi İrəvana getməkdən İMTİNA ETDİ
Вчера, 14:56
İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ
Вчера, 14:33
İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsində dəyişiklik edildi - FƏRMAN
Вчера, 13:28
Türkiyə şəhərləri merlərini seçir: A-dan Z-yə SEÇKİ PROSESİ
Вчера, 12:47
Sabah 21° isti olacaq
Вчера, 10:46
Teleaparıcıların efir vaxtı azaldıldı
Вчера, 10:11
"Qış parkı"ndakı dayanacaqda bahalaşma - Parkinq qiymətləri
Вчера, 09:38
Azərbaycan neftini qiyməti 88 dollara düşüb
Вчера, 09:13
Azərbaycanda Elm Günüdür
Вчера, 08:51
Bu yollarda TIXAC var
26-03-2024, 16:37
İranda polis zabiti öldürüldü
26-03-2024, 15:38
Ordumuzda psixoloq işləmək istəyənlərin nəzərinə - Video
26-03-2024, 14:45
HƏMAS lideri İrana gəldi
26-03-2024, 14:24
“Krokus” teraktı: Əlişir Qasımov da həbs edilir
26-03-2024, 13:30
Bayramdan sonrakı ilk iş gününün HAVASI
26-03-2024, 12:17
"Qarabağ" cəzalandırıldı
26-03-2024, 12:06
Xankəndidə saatlı bomba aşkarlandı
26-03-2024, 11:05
Bazara çıxarılan avtomobillərin sayı kəskin artıb - VİDEO
26-03-2024, 10:27
Belarusda erməni işçilərinə QADAĞA