Yaqub Hüseynov : Yerinə yetirilən vəsiyyət
Bölgə
Oxunub: 68
3 май 2023 | 18:14

İmişli rayon Bəhrəmtəpə qəsəbə sakini qəhrəman şəhid mayor Nazim Hüseynovun atası Hüseynov Yaqub Xanış oğlu - Azərbaycan xalqının müasir dövlətçilik tarixinin formalaşmasında və inkişafında görkəmli dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin rolu və xidmətləri əvəzolunmazdır. Bu gün ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Məhz Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.

Ümummilli Lider Heydər Əliyev ömrü Azərbaycan xalqının XX əsr tarixinin ikinci yarısı ilə sıx bağlıdır və onları bir-birindən ayırmaq və izah etməyə çalışmaq mümkün deyil. "Mən ömrümün qalan hissəsini də bundan sonra xalqıma həsr edəcəyəm"- deyən Ümummilli Lider ikinci dəfə siyasi hakimiyyətə qayıdışından dərhal sonra müstəqilliyimizin qorunub möhkəmləndirilməsi üçün ən vacib tədbirlərə əl atdı. Qısa müddət ərzində həm yüngül, həm də ağır sənaye inkişaf etdi, bir sıra zavod və fabriklər istifadəyə verildi. Yaradılmış yeni iş yerləri əsasında insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanı tənəzzüldə olan dövlətdən inkişaf edən ölkəyə çevirdi. Respublikamız beynəlxalq əlaqələrini möhkəmləndirərək, gələcək inkişafa hesablanmış neçə- neçə layihənin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün beynəlxalq nüfuzu artmağa, iqtisadiyyatın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayə yatırılmağa başlanıldı.
Ümummilli Lider sərkərdə qətiyyəti, polad iradəsi ilə dövlətçiliyimizi uçurumdan qaytardı. Böyük siyasi təcrübəsi ilə ölkəni parçalanmadan, vətəndaş müharibəsindən qurtardı. Dağınıq ordunu mütəşəkkil orduya çevirdi. Separatçı qüvvələrə qarşı əməli tədbirlər görüldü. Ümummilli Lider millətlərarası münasibətlər siyasətini demokratik prinsiplər əsasında inkişaf etdirmək istiqamətini əsas götürərək, azsaylı xalqların hüquq və azadlıqlarını qorumağı dövlətçilik quruculuğunun ümdə vəzifəsi kimi qarşıya qoydu, multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırdı.

Qürurla qeyd etməliyik ki, Ümummilli Liderin Hakimiyyətə qayıdışından ötən 30 ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin irəli sürdüyü "Güclü dövlət-müstəqil siyasət" ideyası tam mahiyyəti ilə reallaşıb. Bəli, Azərbaycan xalqı əsrlər boyu həsrətində olduğu müstəqilliyi qoruyub saxlaya bildi. Bu baxımdan 15 iyun - Milli Qurtuluş Günü Vətənini, xalqını sevən hər bir azərbaycanlı üçün möhtəşəm tarixdir. Məhz bu əlamətdar tarix Azərbaycan xalqının qanı, canı bahasına ötən əsrin sonlarında yenidən bərpasına nail olduğu dövlət müstəqilliyini öz böyük liderinin rəhbərliyi ilə qoruyub saxlamaq əzmini simvolizə edir.
Bu gün Ümummilli Liderin siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Məhz işğaldan azad edilmiş Qarabağımızda yenidən üçrəngli bayrağımızın dalğalanması, bu ərazilərdə Azərbaycanın dövlət quruluşunun bərpası, qısa müddət ərzində azad olunmuş torpaqlarımızda həyata keçirilən bərpa-abadlıq tədbirləri, artıq bu torpaqlara böyük qayıdışın başlanması Ulu Öndər Heydər Əliyevin gerçəkləşən arzuları, sadiqliklə yerinə yetirilən vəsiyyətləridir.
Сегодня, 16:43
KİV: Naməlum şəxs İranın Parisdəki konsulluğunu partlatmaqla təhdid edir
Сегодня, 16:22
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
Сегодня, 15:50
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
Сегодня, 15:03
Gerisayım BAŞLADI – “Rusiya Ermənistanı 12 saata ram edəcək”
Сегодня, 14:13
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
Сегодня, 13:21
Parlament vergi orqanlarının vəzifəli şəxslərinin maaşının artırılmasını təsdiqləyib
Сегодня, 12:24
"Meyxananı böyük səhnəyə atam gətirib"
Сегодня, 11:55
Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazır
Сегодня, 10:42
Qərb Zelenskini zərərsizləşdirmək istəyir - Medvedevdən qəribə İDDİA
Сегодня, 10:05
BDU-nun tələbəsi vəfat etdi
Сегодня, 09:32
Bu gün Milli Məclis toplaşır - Gündəlikdə 14 məsələ var
Сегодня, 09:00
Paytaxtda tıxac olan yolların SİYAHISI
17-04-2024, 16:30
Fransanın "səfir oyunu": Paris forpost İrəvanla müstəqil Bakını səhv salır - ŞƏRH
17-04-2024, 15:56
Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı
17-04-2024, 15:26
Mirzoyan Səudiyyə Ərəbistanında: Ər-Riyad İrəvanla təhsildə əməkdaşlıq edəcək
17-04-2024, 14:37
Daha bir sabiq deputat vəfat etdi
17-04-2024, 14:00
Kreml sülhməramlıların Azərbaycanı tərk etməsini təsdiqlədi
17-04-2024, 13:29
Əməkdar artistimiz tanınmaz halda
17-04-2024, 12:28
Ədliyyə Nazirliyində yeni təyinatlar
17-04-2024, 12:05
İlham Əliyev Portuqaliya Prezidentini COP29-a dəvət edib
17-04-2024, 11:35
Hadı Rəcəbli ilə vida mərasimi keçirilir
17-04-2024, 10:42
İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib
17-04-2024, 10:14
Əsgəran avtomobil yolunun inşasına start verilib
17-04-2024, 09:37
Çempionlar Liqası: "Mançester Siti" "Real"la üz-üzə gələcək
17-04-2024, 08:58
Hadı Rəcəbli vəfat etdi - YENİLƏNİB
17-04-2024, 08:36
Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI
16-04-2024, 16:47
Rusiyalı bloger "ordunu diskreditə etməkdə" ittiham olunur