Mehparə Əhmədova : Azərbaycanın xilaskarı.
Təhsil
Oxunub: 69
3 май 2023 | 18:51

Masazır kənd 2 №li tam orta məktəbin direktoru Mehparə Əhmədova - “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir” söyləyən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev, eyni zamanda, bu məqamı da böyük fəxr hissi ilə qeyd edirdi ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var. Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində Ümummilli Liderin misilsiz xidmətləri olmuşdur. Belə ki, 1970-ci illərin ortalarından başlayaraq SSRİ-yə daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdir. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq böyük cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyasından bəhs edərkən xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.

Ümummilli Lider Heydər Əliyev ana dilinin dövlət dili olması uğrunda mübarizəsini davam etdirdi. Dahi şəxsiyyət ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə aparmış, bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərmişdi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”
1978-ci il Konstitusiyası Ulu Öndər Heydər Əliyevin dövləti, xalqı, öz Vətəni qarşısında göstərdiyi böyük xidmət idi. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı.
Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadıqları faciələr yaddaşlardadır. Həmin dövrdə ölkəyə səriştəsiz, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan ünsürlərin rəhbərlik etməsi bütün sahələrdə uğursuzluqlara yol açdı. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə böyük narazılıqlara səbəb olan addımlardan biri də heç bir məntiqi əsasa söykənmədən dövlət dilinin adının dəyişdirilməsinin və “türk dili” adlandırılmasının təklif edilməsi oldu. Xalqın rəyi nəzərə alınmadan Azərbaycanda dövlət dilinin “Türk dili” olması barədə qərar qəbul edilmişdir.
Azərbaycan böyük uçurumun kənarında dayananda, xalqın sabaha ümidləri tamamilə yox ediləndə Ulu Öndər Heydər Əliyev canından artıq sevdiyi dövlətinin, xalqının taleyinə biganə qalmadı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Azərbaycanı bütün sahələrdə inkişaf yoluna çıxardı. Hər bir dövlətin, xalqın kimliyinin, varlığının təqdimatında əsas amil olan dilimizin qorunması məsələsi əsas diqqət göstərilən məsələlər sırasında oldu. Azərbaycan dilinin inkişaf etdirilməsi məsələsinə xüsusi önəm verən Ümummilli Lider ana dilimizin - Azərbaycan dilinin adını özümüzə qaytarmışdır. Belə ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. Bir-birinin ardınca Fərmanlar imzalanmış, qanunlar qəbul edilmişdir.

Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı tariximizin, milli-mənəvi dəyərlərimizin, dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atır. Hər zaman bu çağırış edilir ki, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilimizi qoruyaq və inkişaf etdirək!
Вчера, 16:54
Sabiq nazir evində ölü TAPILDI
Вчера, 16:27
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
Вчера, 16:03
Valeh Kərimov: “Köhnədən qalan adamam, müasir fikirləşə bilmərəm” – ÖZƏL
Вчера, 15:40
Azərbaycan-Ermənistan sərhədində ilk dirək - normallaşmanın başlanğıc nöqtəsi - ŞƏRH
Вчера, 14:49
İntihardan əvvəl məktub yazıbmış
Вчера, 14:16
İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək
Вчера, 13:46
Prezident 2 fərman imzaladı
Вчера, 13:20
Prezident onu ordenlə təltif etdi
Вчера, 12:24
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
Вчера, 11:51
Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
Вчера, 11:25
Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri başlayıb
Вчера, 10:29
Azərbaycanda "molla kəbini": Vətəndaş nikahları qadağan olunacaq?
Вчера, 10:02
“Brent” neftin qiyməti 88 dolları ÖTÜB
Вчера, 09:21
Bu gün 30 dərəcə isti olacaq
Вчера, 08:56
Bakıda tıxac olan yolların sayı artıb - SİYAHI
23-04-2024, 19:47
“Qırmızı xətləri keçmirik” - İlham Əliyev
23-04-2024, 18:55
Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım
23-04-2024, 17:02
Bütün sahələrdə əməkdaşlıq: Azərbaycan və Rusiya etibarlı tərəfdaşlardır - ŞƏRH
23-04-2024, 16:21
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik
23-04-2024, 15:36
Azərbaycan lideri: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var
23-04-2024, 15:04
Prezident COP29-la bağlı forumda iştirak edir - Canlı
23-04-2024, 13:59
Onlar əfv olunmaq istəyir
23-04-2024, 13:18
Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnaməyə dəyişiklik layihəsi I oxunuşda təsdiqlənib
23-04-2024, 12:45
DTX-nin nümayəndələrinin maaşı ilə bağlı qərar qəbul edildi
23-04-2024, 12:23
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
23-04-2024, 11:03
Çempionlar Liqasının 2028-ci ildəki final oyunu Tbilisidə keçirilə bilər
23-04-2024, 10:32
Anjey Kasprşik – ATƏT-in fəaliyyətinin göstəricisi - ŞƏRH