Sabahdan əmlakını sığortalamayanlar cərimələnəcək?
Gündəm
Oxunub: 35
31 май 2023 | 19:45







"Bəzi sığorta şirkətləri mənzillərə xəbərdarlıqlar göndərərək əmlakını sığortalmayanların iyunun 1-dən cərimələcəyini bildiriblər. Bu məsələ ilə bağlı müraciətlərin sayının çox olduğunu nəzərə alaraq bildirmək istərdik ki, mənzillərin icbari sığortası ilə bağlı xəbərdarlıqlar rəsmi deyil. Qanunvericilikdə mənzilini icbarı sığorta etdirməyənlər üçün cərimələr nəzərdə tutulsa da, bu cərimələr artıq xeyili müddətdir ki qüvvədədir, yəni onun 1 iyun tarixi ilə heç bir əlaqəsi yoxdur".
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Bakıdakı ev və mənzillərin illik sığorta haqqı 50, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40, digər şəhər və rayonlarda isə 30 manatdır:
"Müvafiq olaraq, paytaxtdakı mənzillərə 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəki mənzillərə 20 min, digər şəhər və rayonlardakı mənzillərə isə 15 min manat sığorta təminatı verilir. Daşınmaz əmlakın icbari sığortasına dair qanun hələ bir neçə il əvvəl qüvvəyə minməsinə baxmayaraq sığorta haqqının yığılmasında çətinliklər qalmaqdadır. Daşınmaz əmlakın təxminən 80 faizə yaxını hələ də sığortasızdır. Nəticədə icbari sığortadan istifadə edilmədiyi üçün əmlaka fərqli səbəblərdən ziyan dəyən zaman ödənişlər həyata keçirilmir. Halbuki, icbari sığortadan istifadə əmlaka dəymiş ziyanın şirkət tərəfindən qarşılanmasına gətirib çıxara bilər".
Deputat qeyd edib ki, sığorta mexanizminin təkmilləşdirilməsinə ehtiyac var:
"Elə əmlaklar var ki, onlar mütəmadi sığorta olunurlar, həmin əmlaklara ziyan dəymir. Belə əmlaka ziyan dəymədiyi üçün illərlə sığortadan istifadə etmirlər. Hazırda əmlakın sığortalanmasında fiks-vahid tariflər tətbiq olunur. Məsələn, iki vətəndaş əmlakını sığortalayıbsa, onlardan biri son beş ildə sığortadan istifadə etməyibsə, digər vətəndaş isə əmlakını sığortalayıb, son beş ildə iki dəfə sığorta hadisəsi baş veribsə, yenə də hər iki vətəndaşın sığorta haqqı eynidir. Buna görə də sığorta hadisəsi baş verməyən əmlaklar üçün daha aşağı tariflərin müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Bu, təbii olaraq imkan verəcək ki, həm vətəndaşlar daha geniş şəkildə sığortadan istifadə etsinlər, həm də əmlakına ziyan dəyməyən, sığorta hadisəsi baş verməyən vətəndaşımız əmlaka görə daha az sığorta tarifi ödəsin".
Сегодня, 14:35
Prezidentdən Türkiyə-Azərbaycan Universiteti barədə FƏRMAN
Сегодня, 14:22
Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM
Сегодня, 13:53
Azərbaycan lideri: Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur
Сегодня, 13:10
İlkinin şikayətinə başqa hakim baxacaq
Сегодня, 12:47
Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ
Сегодня, 12:24
Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıb
Сегодня, 11:40
İmtahan nəticələri ilə bağlı DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək
Сегодня, 11:16
Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub
Сегодня, 10:39
Lənkəranda “Range Rover” yandı
Сегодня, 09:46
TƏBİB sürücülərə müraciət etdi - “Yol ver, həyat qurtar!”
Сегодня, 09:24
Bürclərin ən səxavətli kişiləri: Siz hansı yerdəsiniz?
Сегодня, 08:49
Bakının əsas yollarında TIXAC var
Вчера, 16:45
Türkiyəyə gələcək əcnəbi VAR hakimlərinin maaşı diqqət çəkdi
Вчера, 16:19
Üçüncü dünya müharibəsi: Azərbaycan üçün əsas milli maraqların qorunmasıdır - ŞƏRH
Вчера, 15:33
Tiktoker Adəmin atası həbs olunub
Вчера, 15:07
Gürcüstan parlamentində deputatlar arasında dava olub
Вчера, 14:27
Ali təhsil müəssisələrinə qəbul imtahanının növbəti mərhələsi üçün qeydiyyat elan edilib
Вчера, 13:48
Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyət istiqamətləri genişləndirilir
Вчера, 13:28
Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq
Вчера, 13:00
Azərbaycanda dəhşətli statistika: Evlənənlərin yarısı qədər BOŞANMA
Вчера, 12:30
Tokayev Ermənistanla Azərbaycana vasitəçilik TƏKLİF ETDİ
Вчера, 11:51
"Qaçqınkom"un mətbuat departamenti ləğv edildi
Вчера, 11:23
Paşinyan Tokayevlə görüşdü
Вчера, 10:46
Ceyhun Bayramov ilk dəfə olaraq Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının toplantısına qatılıb
Вчера, 10:07
Kolleclərə qeydiyyat başa çatır - Ərizəsini təsdiq edənlərin SAYI
Вчера, 09:36
Akademik Zərifə Əliyevanın anım GÜNÜDÜR
Вчера, 09:09
Sabirabadda maşın aşdı - Ölən və yaralananlar var