Sabitlik adası: Azərbaycan dünyanın ən yüksək antiterror REYTİNQİNDƏ
---
Oxunub: 1
18 мар 2024 | 09:57
Sabitlik adası: Azərbaycan dünyanın ən yüksək antiterror REYTİNQİNDƏ


“Global Terrorism Index 2024” (GTI) hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanması açıqlanıb.

GTI reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə qəbul edilmiş mürəkkəb hesablamalara əsaslanır.

Azərbaycan terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0” indekslə sonuncu - 89-cu yerdə Danimarka, Finlandiya, Qətər kimi ölkələrlə birgə qərarlaşmaqla, dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi ən yüksək reytinqə sahiblənib.

Ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralara Burkina Faso (8.571), İsrail (8.143), Mali (7.998), Pakistan (7.916), Suriya (7.89), Əfqanıstan (7.825) daxil edilib.

Qeyd olunan sıralamada İran (4.464) 26-cı, Türkiyə (4.168) 29-cu, ABŞ (4.141) 30-cu, Rusiya (3.016) 35-ci, Fransa (2.647) 38-ci, Norveç (1.747) 53-cü, Ermənistan (0.423) 76-cı, Birləşmiş Ərəb Əmirlikləri (0.233) 79-cu, Litva (0.059) 87-ci yerdə qərarlaşıb.

Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı və digər beynəlxalq təşkilatlar, akademik institutlar, beyin mərkəzləri, qeyri-hökumət təşkilatlarının istinad mənbəyi kimi çıxış edən “Global Terrorism Index” hesabatları İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace - İEP) tərəfindən dövri olaraq açıqlanır

Məlum olduğu kimi, daha əvvəl Avropa Şurasının “Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi”nin (MONEYVAL) Azərbaycan üzrə uzun müddət gözlənilən son 5 il üzrə qiymətləndirmə nəticələrinə görə hesabatı açıqlanmış, terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılması kriteriyası üzrə nəticələr yüksək qiymətləndirilmişdi. Hesabatda “Azərbaycan qeyd olunan cinayətlərlə mübarizədə yüksək səviyyədə effektivliyə nail olub və bu cinayətlərin araşdırılmasının uğurla aparılması bacarıqları nümayiş etdirilib” qeyd edilmişdi.

Beynəlxalq hesabatlardan göründüyü kimi, nə qədər həssas və mürəkkəb geosiyasi məkanda olsa da, müstəsna dərəcədə uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş sürətli inkişaf, sabitlik və əmin-amanlıq, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanları tərəfindən son illər görülən effektiv işlər nəticəsində Azərbaycan dünyada ən yüksək daxili təhlükəsizlik reytinqinə yüksəlib.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bu gün Azərbaycan təhlükəsizlik adasıdır.(Modern.az)

Сегодня, 16:10
Türkiyədə 39 küçəyə şəhidlərimizin adı verildi
Сегодня, 15:30
Prezident bu qanuna dəyişiklik etdi
Сегодня, 15:02
Kremldən “Crocus City Hall”un bərpası ilə bağlı açıqlama
Сегодня, 13:43
“Azneft”in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
Сегодня, 11:45
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
Сегодня, 11:04
Bu məktəbin direktoru işdən çıxarıldı
Сегодня, 10:30
Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - DTX rəisi
Сегодня, 09:40
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi
Сегодня, 09:14
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
Вчера, 15:46
Azərbaycan millisi İrəvana getməkdən İMTİNA ETDİ
Вчера, 14:56
İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ
Вчера, 14:33
İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsində dəyişiklik edildi - FƏRMAN
Вчера, 13:28
Türkiyə şəhərləri merlərini seçir: A-dan Z-yə SEÇKİ PROSESİ
Вчера, 12:47
Sabah 21° isti olacaq
Вчера, 10:46
Teleaparıcıların efir vaxtı azaldıldı
Вчера, 10:11
"Qış parkı"ndakı dayanacaqda bahalaşma - Parkinq qiymətləri
Вчера, 09:38
Azərbaycan neftini qiyməti 88 dollara düşüb
Вчера, 09:13
Azərbaycanda Elm Günüdür
Вчера, 08:51
Bu yollarda TIXAC var
26-03-2024, 16:37
İranda polis zabiti öldürüldü
26-03-2024, 15:38
Ordumuzda psixoloq işləmək istəyənlərin nəzərinə - Video
26-03-2024, 14:45
HƏMAS lideri İrana gəldi
26-03-2024, 14:24
“Krokus” teraktı: Əlişir Qasımov da həbs edilir
26-03-2024, 13:30
Bayramdan sonrakı ilk iş gününün HAVASI
26-03-2024, 12:17
"Qarabağ" cəzalandırıldı
26-03-2024, 12:06
Xankəndidə saatlı bomba aşkarlandı
26-03-2024, 11:05
Bazara çıxarılan avtomobillərin sayı kəskin artıb - VİDEO