Rusiya Qarabağda NƏ HOQQA ÇIXARIR? - Hürən itin əsl sahibi Kremldir...
Siyasət
Oxunub: 63
27 янв 2023 | 16:00
Artıq 46 gündür ki, Şuşa Xankəndi yolunda azərbaycanlı ekofəalların dinc aksiyası davam edir. Azərbaycanlı fəalların irəliləməməsi üçün Rusiya sülhməramlı kontingenti yolu bağlayıb. Hazırda Laçın dəhlizindən keçən bütün avtomobillər Azərbaycanın müvafiq qurumları tərəfindən yoxlanılaraq keçir.
Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu nümayişin keçirilməsi zəruri idi. Çünki 44 günlük müharibədən sonra Ermənistan bütün imkanları ilə sülh müqaviləsinin imzalanmasından yayınır, xarici havadarlarının təhriki, Rusiya sülhməramlıları vasitəçiliyi ilə yenidən Qarabağda ermənilərin məskunlaşması üçün şərait yaradırdı.

Hətta müharibədən əvvəl Qarabağdan köçmüş ermənilərin geri qaytarılması prossesinə başlanmışdı. Deputat hesab edir ki, digər bir məsələ Ermənistanın siyasi hakimiyyətində olan şəxslərin daha çox Qərb yönümlü siyasət aparmaları ilə bağlı idi.

Çünki Nikol Paşinyan başda olmaqla Ermənistan hakimiyyəti 10 noyabrda imzalanmış “Üçtərəfli razılaşma”-nın icrasından yayınır, sərhədlərin delimitasiya və demarkasiya prossesinə başlanılmır, Zəngəzur dəhlizi açılmırdı. Ən əsası Qarabağda məskunlaşmış erməni silahlı terror dəstələrinin çıxarılması prosesi dayandırılmışdı. Bu da bölgədə yeni bir münaqişə ocağının alovlanmasına gətirib çıxaracaqdı.

“Moskva və Brüsseldə keçirilən görüşlərdə Azərbaycan prezidentinin irəli sürdüyü 5 prinsip qəbul olundu. Brüsseldə keçirilən görüşlər, Moskvada, daha sonra Soçidə keçirilən danışıqlar sayəsində ümumi razılıq əldə olundu. Amma sonradan Fransa prezidenti Makronun prosseslərə kobud müdaxiləsi nəticəsində, əvvəlcə Brüssel prossesi dayandı, sonra isə Rusiya ilə Fransanın pərdəarxası rəqabəti nəticəsində ümumiyyətlə danışıqlar prossesi dalana dirəndi. Aydın məsələdir ki, Qərb və Rusiya geosiyasi maraqlar üzərində ciddi rəqibdirlər. Fransa yaranmış şəraitdən istifadə edərək Qafqaza qayıtmaq istəyirdi.

Rusiya isə Ruben Vardanyan adında siyasətdən uzaq, Qarabağa heç bir aidiyyatı olmayan, orada doğulub- yaşamayan bir milyarderi konkret gündəliklə Qarabağa göndərdi. Ruben Vardanyan “dövlət naziri” vəzifəsini tutdu və perespektivdə planlaşdırılırdı ki, Ruben Qarabağda ermənilərin hörmətini qazanacaq, nüfuz sahibi olacaq. Bundan sonra isə onun Ermənistan siyasi hakimiyyətinə gətirilməsi nəzərdə tutulurdu.

Ruben Vardanyan siyasətdən uzaq bir adamdır. Rusiya kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, Rus xalqından oğurladığı milyardlarla vəsaiti afşor şirkətlərə keçirməklə məşğul olub.

Rusiya - Ukrayna müharibəsi fonunda həm öz varidatını qorumaq üçün, həm də konkret tapşırıqların icrasına görə Qarabağa göndərilib. Bu vəziyyətlə Azərbaycan hökuməti qətiyyən razılaşa bilməzdi”.

Deputat bildirib ki, Vardanyanın separatçılığa daha çox dəstək verməsi, erməni diasporasına müraciət edərək dırnaqarası “Arsaxın” müdafiəsinə səsləməsi və orada layihələrin icra olunması, özünü bir dövlət olaraq dünyaya təqdim etməsi ilə Azərbaycan dövləti razılaşa bilməzdi.

N. Məhəməliyev vurğulayıb ki, ən əsası Qarabağ ərazisində yerləşən qızıl, mis, molibden yataqları 30 il ərzində ermənilər və onların yaratdığı şəraitə uyğun olaraq, xarici şirkətlər tərəfindən vəhşicəsinə talanıb.

Bunun qarşısını almaq, ekoloji terrora son vermək üçün Ekalogiya və Təbii Sərvətlər nazirliyinin nümayəndələri, qeyri- hökumət təşkilatları, aktivistlər Xankəndi - Laçın yolunun üzərində sülh aksiyası keçirməyə başladılar.

“Biz imkan verə bilmərik ki, göz görə-görə Qarabağın sərvətləri talansın. Ermənilər bundan istifadə edərək oradan qazandıqları puldan Rusiya sülhməramlılarının orada saxlanılmasına şərait yaradır. Eyni zamanda hansısa kriminal qrup bundan varlanır. Biz sadəcə öz sərvətlərimizə sahib çıxırıq!”
Вчера, 18:28
ABŞ-nin təzyiq “hesabatı” - hədəf müstəqil siyasət yürüdən ölkələrdir
Вчера, 16:38
Prezidentlər birgə nahar etdilər
Вчера, 16:17
Goranboyda 8-ci sinif şagirdinin qaçırılması hadisəsinin TƏFƏRRÜATI – ÖZƏL
Вчера, 15:34
Tbilisidə etirazlar: Gürcüstan “Maydan hadisələri”nin astanasındadırmı? - ARAŞDIRMA
Вчера, 14:53
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
Вчера, 14:24
Azərbaycanın ilk ombudsmanı vəfat edib
Вчера, 14:00
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
Вчера, 12:27
Spirtli içkilər BAHALAŞACAQ - BU TARİXDƏN
Вчера, 12:03
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
Вчера, 11:31
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
Вчера, 10:31
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
Вчера, 09:54
Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb
Вчера, 09:31
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
Вчера, 09:03
Hazırda bu yollarda TIXAC var
24-04-2024, 16:54
Sabiq nazir evində ölü TAPILDI
24-04-2024, 16:27
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24-04-2024, 16:03
Valeh Kərimov: “Köhnədən qalan adamam, müasir fikirləşə bilmərəm” – ÖZƏL
24-04-2024, 15:40
Azərbaycan-Ermənistan sərhədində ilk dirək - normallaşmanın başlanğıc nöqtəsi - ŞƏRH
24-04-2024, 14:49
İntihardan əvvəl məktub yazıbmış
24-04-2024, 14:16
İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək
24-04-2024, 13:46
Prezident 2 fərman imzaladı
24-04-2024, 13:20
Prezident onu ordenlə təltif etdi
24-04-2024, 12:24
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
24-04-2024, 11:51
Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
24-04-2024, 11:25
Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri başlayıb
24-04-2024, 10:29
Azərbaycanda "molla kəbini": Vətəndaş nikahları qadağan olunacaq?
24-04-2024, 10:02
“Brent” neftin qiyməti 88 dolları ÖTÜB