Impera

XƏBƏR LENTİ
21:35“Qudası yüksək vəzifədədir deyə bütün məhkəmələr zəngi ilə hərəkət edir”21:29Vidadi Zeynalovun oğlu ilə bankir kürəkəninin şirkəti haqda sənədlər yayıldı13:57Stimul Hospitaldan növbəti hümanist addım15:35DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb15:17Bakı metrosunda interval 2 dəqiqəyə düşdü15:05İki güləşçimiz dünya çempionatının finalına çıxmaq üçün mübarizə aparacaq14:43Yağış, leysan gəlir - SABAHIN HAVASI14:28Elgiz türk serialına çəkilənləri tənqid etdi: "Süpürgəçi, cibgir, qulluqçu"12:31Həftəsonu işləyənlərə əlavə ödənişlər verilsin - TƏKLİF12:14DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yaydı12:00Onlar bu il universitetlərə qəbul olundular, amma ali təhsildən imtina etdilər - Şok RƏQƏMLƏR11:36Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi11:21DIN və polis rəisləri kimlərə müharibə elan edib? - Xətai polis rəisi barədə ilginc faktlar11:13SON DƏQİQƏ: Türkiyədə ardıcıl iki GÜCLÜ ZƏLZƏLƏ: Çox sayda xilasedici cəlb edildi23:03Məktəbə forma ilə getməyən şagirdlərin cəzası nə olacaq? - Təhsil Nazirliyi cavablandırdi22:59Sumqayıt DYP xanım sürücünü necə xilas etdi? – İnanılmaz jest17:48Faciəvi QƏZA: 3 nəfər DİRİ-DİRİ YANDI17:34Həcc ziyarətinə gedənlərə vacib xəbər: gələn ildən etibarən...17:23Manatı gələn il nə gözləyir? - Rəsmi inflyasiya proqnozu AÇIQLANDI17:12Nazir küçədə piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verib17:01Geyim mağazasından oğurluq edən qadın tutuldu16:51Gələn ilin dövlət büdcəsində neftin qiyməti neçə dollar olacaq?16:18Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı - QƏRAR15:45Bu rüsumun qiyməti 1000 manatdır - DMX-nin rəisi15:36SDU-nun Mühəndislik fakültəsinə müasir laboratoriya avadanlıqları alınıb14:33Adam oğurlayaraq işgəncə verən keçmiş idmançımızın məşqçisi: "Atası deyirdi ki, pul lazımdır"14:14Atambayevin tərəfdarları ad günündə mitinq keçirəcək14:03Şəkidə infotur çərçivəsində konfrans keçirilib13:53Abşeron və Sumqayıtda yaşayanlara XOŞ XƏBƏR! – VİDEO13:28"Qarabağ" - "Sevilya" oyununun biletləri satışda13:09Azərbaycan vətəndaşlarının daha çox hansı ölkədən geri qaytarıldığı məlum olub12:54Azərbaycanda İLK: Qidalar bu texnologiya ilə yoxlanılacaq - FOTO12:23DYP: Avtomobilinizdə bu olmasa 10 AZN cərimələnəcəksiz12:00Azərbaycan Ordusu 10 minlik hərbçi ilə genişmiqyaslı təlimə başlayır10:57Mərhum pilotumuzla bağlı xəbər yayıldı - İfşa edin...10:36Arçil Talakvadze: "Gürcüstan NATO-ya qoşulmağa hazırdır"10:33BirKart-la UNEC-də təhsil haqqını hissə-hissə ödəmək olar09:54Ermənilər atəşkəs rejimini 20 dəfə pozub18:00Melaniya Trampın plaşı qalmaqala səbəb oldu - FOTO17:32Biləsuvar Məşğulluq Mərkəzinə qarşı ŞOK İDDİA-VİDEO17:20Azərbaycanda hər 10 ailədən 1-i sonsuzdur - Süni mayalanma gizlədilir17:0022 yaşlı atadan körpəsinə qarşı dəhşətli əməl15:52Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək14:41Bakının bu metrostansiyası təmirə bağlanacaq14:16İlqar Məmmədov: “Əli Kərimli ilə debata razılıq verdim”14:03Volfqanq Şoyble Azərbaycana gələcək13:5328° dərəcə isti - HAVA PROQNOZU13:44“Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşdi13:35Girnədə silah-sursat anbarında partlayış olub13:22Elinanın ölümündə təqsirli bilinən direktor barədə MƏHKƏMƏ QƏRARI VERİLDİ13:13Vilayət Eyvazov Zeynalovu rəis TƏYİN ETDİ12:44Prezident İlham Əliyev Bakıdakı 101 nömrəli məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub11:49“Xətai” açıldı11:35Bakıda bir qrup abunəçinin qaz təchizatı dayandırılacaq11:27Badamdar sakini Bəybala Hüseynovla bağlı Prezidentə müraciət etdi11:19Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR11:06Baş nazirdən əlilliyi olan şəxslərlə bağlı QƏRAR10:47Pambıq yığımına start verilir - prosesə ciddi nəzarət olacaq10:35Bakıda daha 570 güzəştli mənzil satışa çıxarıldı - QİYMƏTLƏR10:09Müdafiə Nazirliyi: Düşmən atəşkəs rejimini 21 dəfə pozub01:00Göyçayda Loğman və Əhliman Əliyevlərin məcaraları bitmir23:48Dəyəri yüz minlərlə ölçülən avtomobillər, bahalı restoranlar: - Qlamur YAP-çının hekayəsi21:56İmişliyə Bakıdan başçı göndərilir... - Vilyam Hacıyevi himayədarları meydanda tək qoyası olacaq...21:54“Zamin Bank”ın Biləsuvar filialının müdirindən Zakir Qaralova şikayət: “Pulları yığıb cibinə qoyub”17:50İnam Kərimovdan işdən qovduğu direktorun yerinə - TƏYİNAT17:40“Qaçqınların əksəriyyətini sərhəd və təmas bölgələrində yerləşdirmək lazım idi...”17:30Model olmağa hazırlaşan qızın burnunu qırdılar - QORXUNC...17:20Sabit Səmədova yüksək vəzifə verildi - ƏMR17:09Azərbaycanda uşaq pulu BƏRPA OLUNACAQ? - Baş Nazirin müavini AÇIQLADI16:45"Azərbaycanın ən güvənli tərəfdaşı ABŞ deyil, Rusiyadır" - Y.Hacıyevadan İLGİNC AÇIQLAMA16:35Eyyub Hüseynovun qızı Kanadada vəfat etdi16:03Deputat: Maaşlar, pensiyalar, müavinətlər diqqət mərkəzində olacaq15:49Bakının mərkəzində 6 otaqlı ev yandı15:36Mahir Emrelinin evi QARƏT OLUNDU15:22Türk dövlətlərinin ortaq kəşfiyyat qurumu nə iş görəcək? - çox böyük əhəmiyyəti var15:05"Kiminlə oturduğunuzu göstərəcəm ki, evinizdə qırğın düşsün"14:44"Qarabağ"ın Beqoviçindən yeni açıqlamalar - "O cür pul qazanmaq mənə görə deyil”14:37Türkəçarə ilə müalicə, yoxsa travmadan travmaya-Problem14:33İQTİDARIN SİYASƏTİ SABOTAJ OLUNUR, YOXSA…? – Əhalinin sağlamlığı ciddi təhlükə altındadır! (Araşdırma)14:28Əli Əhmədovla Sərdar Cəlaloğlu arasında gərginlik14:12"Nu poqodi"dəki canavarın adı "Zayesdir" - Şəbnəm Tovuzlu13:58“O, Dağlıq Qarabağın Ermənistana verilməsini istəyir...” - ETİRAZ13:48Uşaq pulu hansı formada olmalıdır? - TƏHLİL13:20Arda Turan cəzalandırıldı - Berkayla növbəti məhkəmə13:03Azərbaycandakı karqo şirkətləri insanlardan niyə əlavə xərclər tutur?12:52Təhsil Şurasını ələ keçirənlər məhkəmə qarşısında12:16Metro istifadəçilərinin nəzərinə! sentyabrın 14-dən...12:05Azərbaycandakı bu hadisə hər kəsi DƏHŞƏTƏ GƏTİRƏCƏK: ər hamamda arvadı ilə birlikdə...11:45Bakının "ən xəstə" rayonları bəlli oldu - SİYAHI11:15Dünyanın ən qeyri-dəqiq aeroportlarının REYTİNQİ11:00Təhsil naziri: Azərbaycanda iki növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizədək azalıb10:52Bu şəxslərin maaşları artırılır - QƏRAR22:30Sumqayıt Gömrüyünün "şefi" Vəzir Həsənovun Çex Respublikasındakı biznesinin DGK-inin şöbə müdürü olan şəriki kimdir? - FOTO19:40Erməni şirkətləri Azərbaycana necə yol tapır? - Gömrükdəki problem18:00Sabah dollar neçəyə olacaq?17:40"ABŞ Suriyadakı terrorçulara 50 min TIR silah-sursat göndərib" - Ərdoğan17:20Yığmamızın DÇ-2020-nin seçmə mərhələsində keçirəcəyi oyunların TƏQVİMİ17:09Rusiyalı ekspertlərdən separatçılara sərt təpgi16:12NATO-nun keçmiş baş katibinin fikirləri Gürcüstanda narazılıq doğurub16:02Afət Fərmanqızından sərt REAKSİYA: “Mənim ifamı izləyənlər 11 milyondu, Sami Yusufda neçə milyondu?
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2019 (301)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Ankaranın növbəti PKK əməliyyatını zəruri edən nədir? - TƏHLİL

20 avq 2019, 17:40   
    22
Ankaranın növbəti PKK əməliyyatını zəruri edən nədir? - TƏHLİL
 
Türkiyənin Diyarbəkir, Mardin və Van başda olmaqla, 29 vilayətdə PKK terror təşkilatına qarşı əməliyyat keçirilib. Türkiyə DİN-in yaydığı məlumata görə, 418 nəfər saxlanılıb, əməliyyat davam edir. Əməliyyat çərçivəsində HDP-dən seçilmiş Diyarbəkir şəhər bələdiyyəsinin sədri Adnan Səlcuq Mızraklı, Mardin şəhər bələdiyyəsinin sədri Əhməd Türk və Van şəhər bələdiyyəsinin sədri Bedia Özgökçə Ertan vəzifədən uzaqlaşdırılıb, yerlərinə qəyyum təyin edilib. Polis bələdiyyə binalarını mühasirəyə alıb, axtarış aparılıb. Vəzifəsindən uzaqlaşdırlan bələdiyyə sədrləri terror təşkilatlarına dəstək verməkdə ittiham olunur. Bundan başqa, bölgədə PKK yaraqlılarına qarşı irimiqyaslı "Kıran" əməliyyatına başlanılıb.

Türkiyənin sabiq prezidenti Abdulla Gül, sabiq baş nazir Əhməd Davudoğlu, ana müxalifət olan CHP, eləcə də digər müxalif partiyalar bələdiyyə sədrlərinin vəzifələrindən kənarlaşdırılmasını pisləsələr də, Türkiyə ilə sərhəddə "kürd qruplaşmaları”nın fəallaşdığı bir zamanda rəsmi Ankaranın belə addım atması anlaşılandır.

 

Ərdoğan Qərb dairələrinin "Türkiyədə insan haqları pozulur” spekulyasiyasına başlayacağını anlayır, lakin ölkənin təhlükəsizliyi üçün mühüm olan addımları atmaqdan da çəkinmir. Ankara üçün ən önəmli məsələ Türkiyənin təhlükəsizliydir. Bu baxımdan, Ankara yarı yolda dayana bilməz. Bu tendensiyanın kürdlərin sıx məskunlaşdığı digər ərazilərdə davam etdirilməsi ehtimalı da az deyil. PKK-nın açıq fəaliyyət göstərdiyi ərazilərdə eyni əməliyyatların keçirilə biləcəyi də proqnozlaşdırılır.

Əslində, rəsmi Ankaranın addımlarını tələsik adlandırmaq da olmaz. Uzun illərdir, adıçəkilən ərazilərdə separatçı meyllər davam edir. 2015-ci ildə bu ərazilərdəki bələdiyyələr o qədər irəli getmişdilər ki, hətta muxtariyyət qurmaq fikrinə düşmüşdülər. 2015-2016-cı illərdə Türkiyə təhlükəsizlik qüvvələri orada əməliyyat keçirdilər və demək olar ki, PKK silahlıları tamamilə məhv edildi. Buna baxmayaraq, son seçkilərdən sonra yenə də adıçəkilən bölgələrdəki bələdiyyələr PKK-ya açıq dəstək verməyə başladı. Belə ki, şəhid ailələrinin üzvləri müxtəlif bəhanələrlə işdən kənarlaşdırıldı. Diyərbəkirdə bələdiyyənin açılış iclaslarında Türkiyənin İstiqlal marşı deyil, PKK-nın "himn”i səsləndirildi. Bundan əlavə, Diyərbəkirin bələdiyyə sədri Adnan Səlçuq Mizraqlı PKK ilə yaxınlığına görə işdən qovulan 248 nəfəri təkrar işə götürdü. Bütün bunlar PKK-ya açıq dəstək verən vəzifəli şəxslərin işdən uzaqlaşdırılmasının Türkiyənin təhlükəsizliyi baxımından nə qədər zəruri olduğunu bir daha göstərir.

Ərdoğan iqtidarı "kürd problemi”ni həll etməyə çalışır. Ərdoğan 2005-ci ildə Diyarbəkirdə çıxış edərkən AKP hökumətinin kürd probleminin çözülməsi ilə bağlı yeni plan hazırladığının anonsunu vermişdi. Ərdoğan çıxışında hər bir dövlətin keçmişdə səhvlər etdiyini vurğulamış, "Hər bir xətaya ad qoymaq da gərəkməz. Çünki problemlər hamımızındır. Amma mütləq "ad qoyaq" deyirsinizsə, kürd problemi bu millətin bir hissəsinin deyil, hamısının problemidir. Mənim də problemimdir” söyləmiş, faktiki olaraq, barış çağırışı etmişdi.

Bu tarixi çıxışdan 4 il sonra, 2009-cu ildə AKP "Milli Birlik və Qardaşlıq” layihəsini elan etdi. 1 sentyabr 2009-cu ildə PKK atəşkəs elan etdiyini açıqladı. Bu layihəyə uyğun olaraq kürdlər yaşayan bölgələrdə sosial-iqtisadi problemlərin həlli, kürd dilində tədris, kürd dilində telekanalın açılması istiqamətində addımlar atıldı. Kürdlərin siyasi təşkilatlanması təşviq edildi. 2007-ci ildə kürdlərin Demokratik Toplum Partiyası (DTP) parlamentdə təmsilçilik qazandı. AKP sədri kimi Ərdoğan DTP təmsilçiləri ilə görüşdü. 2011-ci ildə AKP hökuməti təmsilçilərinin Oslo şəhərində PKK nümayəndələri ilə məxfi saxlanılan danışıqlar aparması barədə məlumat açıqlandı. 2012-ci ildə İmralı həbsxanasında PKK-nın həbs edilən lideri Abdulla Öcalanla görüşlər keçirildi. "Milli Birlik və Qardaşlıq” layihəsini xalqa anlatmaq məqsədilə "Müdrik İnsanlar Şurası" yaradıldı. Bu layihə çərçivəsində qanunvericiliyə çoxsaylı dəyişiklik də edildi.

Şübhəsiz ki, Ərdoğan komandasının belə addımları atmasına ciddi zərurət vardı. Ərdoğan anlayırdı ki, PKK problemi yalnız güc üsulları ilə çözülə bilməz. Bu baxımdan, AKP hökuməti doğurdan da çox böyük məsuliyyət altına girərək, "kürd açılımı”na start verdi. Bununla belə, Ərdoğanın "kürd açılımı” layihəsi ciddi müqavimətlə üzləşdi. Ərdoğan kürd məsələsinin yaxın gələcəkdə regionda necə böyük amilə çevriləcəyini hesablaya bilsə də, oyunun miqyası böyük olduğundan, ən qorxulu ssenarilərin qarşısını tam mənada ala bilmədi.

Vaşinqtonun "Yeni Yaxın Şərq layihəsi” Ərdoğana "kürd problemi”ni həll etməyə imkan vermirdi. Uzun illər ərzində Türkiyə siyasi elitasında kök atmış Vaşinqtonun "təsir agentləri” bu prosesi ləngitməyə başladılar. Həyata keçirilən tədbirləri əsas söz sahiblərindən olan hərbçilər müşahidəçi kimi izləməklə kifayətləndilər. Görünən bu idi ki, ABŞ Türkiyə hərbi elitasında təmsil olunan emissarlarını neytrallaşdıra bildi. Rəsmi Ankaranın sülh çağırışlarına və addımlarına baxmayaraq, 1999-2014-cü illər atəşkəsindən PKK daha çox faydalana və güclənə bildi. PKK yeni təbliğat vasitələri əldə etdi, onun leqal siyasi qrupları gücləndi. Daha uzun zaman kəsiyi üçün planlaşdırılmalı olan tədbirlərin sabiq baş nazir, bu gün Ərdoğanın PKK-ya qarşı addımlarını tənqid edən Davudoğlunun təkidi ilə qısa bir zamanda həyata keçirilməsinə çalışması problemlərə səbəb oldu. Cəmiyyətin bu dəyişikliklərə hazırlanması üçün də zəruri işlərin görülməsi zaman alırdı. Davudoğlu bu məsələni daha tez həll etmək istəyirdi. Nəticədə "barışıq prosesi” dalana dirəndi. AKP isə yenidən, Tansu Çillərin baş nazir olduğu vaxtlarda olduğu kimi, PKK ilə faktiki olaraq bütün vasitələrlə müharibəyə başladı. Lakin PKK əvvəlki illərə nisbətən indi daha güclü görünür və əslində, bu təşkilat kürdlərin marağının müdafiəçisi kimi çıxış etmir. PKK dünya güclərinin əlində Türkiyəyə təzyiq alətidir. Burada, şübhəsiz ki, çox əhəmiyyətli olan kənar təsirlərlə yanaşı, Ankaranı zəiflətmək istəyən Vaşinqtonun rolu az deyil.

Ərdoğanın barışıq əlinin havada buraxılması kürd probleminin siyasi üsullarla çözülməsi ideyasına da zərbə vurub. Yəqin ki, bununla əlaqədar hər şeyin yenidən danışıqlar müstəvisində müzakirəsinə nail olmaq üçün zaman və çox böyük zəhmət vermək lazım gələcək. Eyni zamanda, Yaxın Şərqdə ABŞ-ın yeni planlarının, strategiyasının da hədəflərinin düzgün qiymətləndirilməsi lazım gəlir.

Türkiyənin hazırda düşdüyü vəziyyəti də obyektiv qiymətləndirmək çox vacibdir. Ərdoğanın narahatlığı anlaşılandır. Böyük hədəflər olmadan uğur qazanmaq mümkün deyil. Eyni zamanda, Türkiyə ilə bağlı ABŞ-ın yeni planlarını da düzgün dəyərləndirmək lazım gəlir. Bu baxımdan, Türkiyə cəmiyyəti yekdillik nümayiş etdirməlidir. Ərdoğanın həll etməyə çalışdığı problem bütövlükdə Türkiyənin taleyini həll edə bilər. Milli maraqlar məsələsində isə partiya maraqları heç bir önəm daşımır...

APA Analytics

OXŞAR MÖVZULAR