Impera

XƏBƏR LENTİ
21:53Beyləqanda Anar Vəliyevin “xanım jurnalistlərə” “Cənnət Bağı” nda verdiyi ziyafətin “Cəhənnəm” əzabı …21:24Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub17:55Azərbaycanda bir yaşadək körpələr arasında ölüm kabusu - SƏBƏBLƏR17:43Ermənistandan Dilqəm Əsgərov və Şahbaz Quliyeviin dəyişdirilməsinə münasibət17:25Dollarla bağlı MÜHÜM QƏRAR17:04Azərbaycanda ana və oğul özünü Araza atmaq istədi16:52"Liverpul"dan Maneyə yeni müqavilə16:41Bakıda dələduzluq edən şəxs döyüldü16:28“Maşın”da onlar yarışacaq – SİYAHI15:47Azərbaycanda beş yeni “ASAN xidmət” mərkəzi açılacaq15:13Ötən gün əməliyyat edilən Kamil Musəvi danışdı: "Ağciyərimdə zədələr var idi"14:59Azərbaycanda erkən nikahların daha çox qeydə alındığı bölgələr açıqlandı14:39Öncə qeyd etdiyim kimi Bakı şəhər icra hakimiyyətinin başçısı olanda Hacıbala Abutalıbovun Ramiz Verdiyev adında bir kadrı vardı, baş zibildaşıyan idi.14:36Kərəm Həsənov Əliyevlərə qarşı: “Cənab prezident, var-yoxumuz söyülür” - Video14:33Ölkəni dərmanla zəhərləyən mafiya (ARAŞDIRMA)14:11GÜNÜN OYUNU: "Qarabağ" - "Sevilya"13:57Moskvada MDB ölkələrinin Oxucu Assambleyası keçirilib13:41Sabahaın hava PROQNOZU13:30"Ramalın acığına..." - Fatimədən cavab12:43Krallığa hücum müharibə səbəbidir - Pompeo12:07Ağsunun qara günləri – Bacanaqların talan etdiyi rayon… – İTTİHAM12:04ÖLÜMÜNƏ İNANMADIĞIM KÖLGƏ ADAM… –Elxan Şükürlü dostu Etimad İsmayılovdan yazdı12:02Qoşqar Təhməzli “Broker Əbülfəz”in palma yağlarına necə göz yumur? – Özəl11:58Fəvvarələr meydanında konsert təşkil edilib-Milli Musiqi Günü münasibətilə11:47Bakının Baş planının hazırlanması işləri gələn ilin sonlarınadək yekunlaşacaq11:28“Xətai” metrostansiyasında nasazlıq: eskalator xarab oldu11:09Azərbaycandakı milyarder və milyonçular...10:45Ana 10 aylıq körpə qızını boğub öldürdü — Ağdamdakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI10:30Erkan Özoral: Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb22:39Son zamanlar spirtli içkilərin, daha dəqiq desək pivə satışının geniş vüsət alması, yaşından və cinsiyyətindən asılı olamayaraq hər kəsə istehlak olması adamı düşünməyə məcbur edir.20:54Qəbələ rayonunun bir sıra meşə massivləri bir sıra şəxslər tərəfindən qırılaraq məhv edilir.17:59Cəlilabad Ziyalıları Şəhid Adına Məktəbin Direktoru Sücaət Mehtiyevin Saxtakarlığndan Yazdı – MÜRACİƏT17:44Məktəbdə YANĞIN: 30 şagird öldü17:32Qurban Qurbanov: Ən çox izlədiyim çempionat La Liqa, milli isə İspaniyadır17:20Ermənistanda ŞOK SƏNƏD yayıldı: - Nikol Paşinyan dəlixanada yatıb (FOTOFAKT)17:07Azərbaycan və Gürcüstan qaz tədarükü ilə bağlı məsələləri müzakirə ediblər16:48Aztəminatlı ailələrlə bağlı UNİKAL TƏKLİF16:29"Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin dühası və iradəsi sayəsində mümkün olub" - Əli Əhmədov16:11Gələn il Azərbaycanda sosial müdafiə məqsədləri üçün ayrılan vəsait 10 faiz artırılacaq15:59Peşə məktəblərində işləmək istəyənlərin DİQQƏTİNƏ!15:31Hadi Rəcəbli: Bəzi deputatlar fantastik fikirlər səsləndirirlər15:15“Azərişıq”: Hər bir sahibkar elektrik şəbəkəsinə onlayn qaydada qoşulacaq15:00Bu gün Milli Musiqi Günüdür14:45Hacının ilk rəqibi rus oldu - Dünya çempionatı14:31SON DƏQİQƏ: Türkiyədə güclü yanığın14:20Azərbaycanda hamilə qadınlara qənim kəsilən qadın saxlanıldı14:07Mal ətindən ölüm12:35Sabiq deputat YAP-dan QOVULDU12:05Göygöl şefinin oğlunun dəbdəbəli həyatı – Fotolar12:02Baş dəmiryolçunun yüksəlişi və Cavid Qurbanova STOP qoyan sənəd – VİDEO+FOTO11:34Sürücünün yol polisini təhqir etməsi ilə bağlı araşdırma başlanıldı10:47Bakıda helikopter qəzaya uğradı: Pilot ağır xəsarət alıb10:36Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı10:21“Sevilya” Bakıya gəldi09:48Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir20:55“SƏDƏRƏK YUSİF” KÜRÜ “İŞĞAL” ETMƏKDƏ DAVAM EDİR: QANUNSUZ TİKİLİNİN İCAZƏSİNİ İCRA BAŞÇISI VERİBMİŞ – YENİ VİDEO20:53Xəzər rayonunda Hacı Gülağanın sususz qoyduğu adamlar – Vətəndaşı dövlətdən narazı salanlar niyə cəzasız qalır? VİDEO18:00Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE17:40Bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb17:20Əmisi oğlunun arvadını qaçıran şəxsi döyüb öldürənlərlə bağlı YENİ XƏBƏR17:00"Qarabağ" öz futbolçusunun qardaşını da — TRANSFER ETDİ16:40Parlamentdə lombard fırıldaqçıları müzakirə edildi16:20“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir16:00Bakı məktəblərinə 29 direktor təyin edildi - SİYAHI15:20Azərbaycann məhşur saytları Qazaxıstan tərəfindən alındı... - ADLAR15:00“Ermənistanı gərgin payız gözləyir...” - TƏHLİL14:40Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq - Belə deyirlər...14:31DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır - GƏLİŞMƏ14:16"Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə ciddi zərbələr vurur" - PA rəsmisi12:48Süleyman Mikayılovun qoçuları Müdafiə Nazirliyi adından alver edir – VİDEO12:46Baba Rzayevin falçı sevdası: “Azərenerji”ni ektrasenslər idarə edir? – VİDEO12:34Rüşvət almaqda ittiham edilən komandirin işi - əsgər yoldaşını güllələyən Qasımzadə də dindirildi12:19Gürcüstanın elektrik enerjisi idxalının 91%-dən çoxu Azərbaycanın payına düşüb12:08Fədayə Laçının məhkəməsi niyə onuncu dəfə təxirə düşüb? - VƏKİLDƏN AÇIQLAMA11:09"Xalq Sığorta"da yeni TƏYİNAT10:56Putin Ankarada “Quran”dan sitat gətirdi - VİDEO10:22Benksinin “Devolved Parliament” əsəri hərracda rekord məbləğə satıla bilər10:07Həbib Nurməhəmmədov məğlub etdiyi rəqibə 100 min dollar bağışladı09:53Gəncədə 29 yaşlı gənc başından bıçaqlandı09:38Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə09:24Azərbaycan Mərkəzi Bankı sığortaçılar arasında seçim edib22:41Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında Bilik günü qeyd olunub.17:48İran prezidenti Ermənistana səfər edəcək17:35Azərbaycanın ixrac etdiyi meyvə-tərəvəzin dəyəri 14,5%, həcmi isə 0,7% artıb17:19Məşhur müğənni evində ölü tapıldı - FOTO17:07Azərbaycanda yol polisi 1 aylıq uşağı xilas etdi - Atanın təşəkkürü hamını mat qoydu - VİDEO16:49Özbəkistanın Kokand şəhərində keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub16:34Ən qeyri-adi 5 idman növü16:17Deputat Aydın Hüseynov: “Qondarma qurumu dəvət edən dövlət ilk növbədə özünə hörmət etmir”15:52Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT15:39Venesuela müxalifətinin lideri BMT Baş Asambleyasında müzakirələrə qatılmaq niyyətindədir14:56Azərbaycanda tamah cinayəti – Mənzilə daxil olaraq ev sahibini öldürdülər14:45Tender qalmaqalı: Şəhid ailələrinə tikilən evlərin pulunu kimlər mənimsəyib?14:44Sevindik Hətəmovun Qaradağ arzuları: “karyer müdiri” Bakı intizarındadı14:42Şəmkirdə ermənilik: “1800 manata görə körpəm can verdi…” – Video14:40Azərbaycanın çörəyi ilə çörəkli olanlar…14:37Sumqayıt Dövlət Universitetində Bilik günü” təntənə ilə qeyd olundu14:30SOCAR son 10 ildə gəlirlərini 26 dəfədən çox artırıb13:29DİN Novxanıda baş verən dəhşətli hadisə barədə məlumat yaydı13:25İşsizlərin sayı AÇIQLANDI
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2019 (411)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Saytların kölgəsində qalan bloqlar...

10 sen 2019, 15:35   
    13
Saytların kölgəsində qalan bloqlar...
 

Hazırda dünyada 1.6 milyarddan artıq sayt var. Lakin bu saytların dəqiq neçə faizinin işlək olduğunu təyin etmək mümkün deyil. Bu saytlar arasında bloqlar da xüsusi çəkiyə sahibdir.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu gün dünyada sosial şəbəkə elementləri daşıyan platformalarda təxminən 500 milyondan çox bloq mövcuddur. Bunlardan 440 milyonu ən böyük mikrobloq xidməti olan "Tumblr”, 60 milyonu "WordPress”, 2.5 milyonu isə digər şəbəkələrin payına düşür.

 

Nazirlikdən bildirilib ki, Azərbaycanda isə bloqların rəsmi statistikası aparılmır.

Amma maraqlıdır ki, son zamanlar həm xarici ölkələrdə, həm də Azərbaycanda "WordPress” şəbəkəsinə daxil olan şəxsi bloqların sayı çoxalır. İnsanlar öz bloqunu yaradaraq, orada müxtəlif mövzularda məqalələr, informasiyalar, fotoşəkillər və s. paylaşırlar. Bu bloqların izləyiciləri də kifayət qədər çoxdur.

Daha çox bir istiqamət, konkret mövzu üzərində qurulmuş fəaliyyəti əks etdirən bloq yazarları bundan pul da qazana bilirlər. Siyasət, sosial, incəsənət, İT mövzularına həsr edilmiş ayrı-ayrı bloqlara daha çox rast gəlmək mümkündür.

 

Bloqlar haqqında ətraflı məlumat almaq üçün ən aktiv azərbaycanlı bloq yazarlarına müraciət etdik. Xaricdə yaşayan jurnalist Vahid Qazi bloqunu 2011-ci ildə yaradıb:

"Bloqu Şəbnəm adlı bir gənc dostum yaratdı, yazıları yerləşdirməyin qaydalarını öyrətdi. Dizaynı da elə ilk vaxtdan qalandır. Əsas məqsədim yazılarımı, məqalələrimi arxivləşdirmək, bir yerə cəmləmək idi. Təzə yazılarla yanaşı, köhnə yazıları, aldığım və verdiyim müsahibələri, kitablarımı, foto-reportajlarımı və s. orada topladım. Oxuculara təqdim etmək həvəsi tədricən yarandı. Sonra yazıları qruplaşdırdım və beləcə "Adamlar və kitablar”, "Azadlıq və insan haqları”, "Qarabağ”, "Səyahət yazıları” da daxil olmaqla 20 bölmədə yer aldılar. Bloqda yazılar 4 dildədir: Azərbaycan, rus, ingilis və isveç.

 

İndiyədək ən çox oxunan "Tarkovskinin "Nostalgiya”sındakı Zaur Həsənov” yazısı olub. Onu 2013-cü ilin 31 dekabr günü dərc etmişdim. Onda 2 mindən çox adam oxumuşdu. Sonradan "Azadlıq” radiosu qarışıq 10-a qədər sayt dərc etdi. Rus dilində isə ən çox bu ilin yanvarında "Пазл-мозаика сломанных судеб. О Светлане Алексиевич и ее книге "Время секонд хэнд” məqaləsi oxunub. "Svoboda” radiosunda Svetlana Aleksiyeviçin kitabları müzakirə olunurdu. Mən də bu məqalə ilə qoşulmuşdum. Statistikaya yenicə baxdım. 99 ölkədən giriş olub. Oxucu sayı 60 minə çatmaqdadır. Ən çox oxucu,təbii ki, Azərbaycandandır. Sonra İsveç, ABŞ, Rusiya, Almaniya, Ukrayna və s. gəlir. Rusca yazılar dərc edən gün rus dilinin dominant olduğu coğrafiyadan giriş sayı çoxalır”.

Həmsöhbətimiz bizimlə maraqlı bir müşahidəsini də bölüşüb:

"Qarabağ mövzusunda hər yazı dərc edəndə Ermənistandan 3-5 giriş olur”.

 

Vahid Qazi bloqunun oxucularını gənclər, siyasi fəallar, ədəbi-mədəni mühitin adamları və s. qruplara bölür. Amma onun fikrincə, hamısı zövqlü oxuculardır:

"Bloqum geniş kütlə üçün maraqlı deyil. Onu yalnız ciddi oxucular, yazını sonacan oxumağa səbri, həvəsi olanlar, təhlil edə bilənlər izləyir. Azadlıq, demokratiya problemlərinə həsr olunan yazılara siyasi fəallar maraq göstərdiyi kimi, ədəbiyyat, mədəniyyət yazılarına bu sahənin adamları daha çox diqqət edirlər. Səfər reportajları çox dərc olunur və oxunur. Məsələn, Şri-Lankadan yazdığım "Filli-pələngli Seylondan pürrəngi foto-reportaj”ı 20-dən çox sayt dərc etdi.

Saytların ən çox maraq göstərdikləridən Qarabağa səfər edən çexiyalı jurnalist dostumla Praqada görüşün təəssüratından alınan "Solovyov, Petruşka və acı Qarabağ həqiqəti”, Tağıyevin qızı Sara xanımdan bəhs edən "Taundan qaçan kimi qaçırlar məndən” yazılarını qeyd edərdim. Siyasi mövzuda "Etiraz – ləyaqətin bir başqa adı” çox oxunanlar sırasında olduğu kimi ictimai temada "Rəsulzadənin çimərlik fotosu” və "Vətəndaş cəmiyyətini kim öldürdü?” yazılarıdır”.

 

Siyasi yazılara saytlarımızın ehtiyyatla yanaşdığını qeyd edən bloq yazarı ən məşhur yazılarını dərc etməyən saytları tənqid edib:

"Vəzirovun memuarından yazdığım "Tamamlanmış yarımçıq portret” yazısını ümumiyyətlə, heç bir sayt yaxına qoymadı. Avropadakı özünü "dünya azərbaycanlılarının intellektual saytı” adlandıran  ən radikalların belə onu dərc etməyə hünərləri çatmadı. Amma oxunma sayı "Adamlar və kitablar” silsiləsindən olan bütün yazılardan çox oldu.

Ölkədə insanlarımızın oxumağa marağı nə qədərdisə, burada da vəziyyət elədir. Hər kəs marağına uyğun yazını, yaxud kitabı oxuyur. "Ruhlar şəhəri” kitabının əsas oxucuları keçmiş Ağdam sakinləridirsə, "Çöl Qala”ya ədəbiyyatsevərlər maraq göstərirlər.

Onu da deyim ki, hekayələrə maraq heç də siyasi, yaxud mədəniyyət yazılarından az deyil. Xüsusən də, "Yelena”, "Oginskinin melodiyası””.

 

Vahid Qazi sosial şəbəkələrdən yalnız feysbukda aktivdir, yazılarını da orada paylaşır. Amma o, təəssüflənir ki, yazılarını dərc edən saytların böyük əksəriyyəti www.vahidqazi.com bloquna istinad etməyə həvəsli deyillər:

"Mən də təkid etmirəm.

Bloqumu reklam üçün başqa bir iş görmürəm. Reklam maddi maraq olanda yada düşür. Təəssüf ki, bu gün azərbaycandilli bloqlardan maddi qazanc götürmək mümkün deyil. Heç gündəlik 10 minlərlə izləyicisi olan saytların belə imkanı yoxdur. Hamısı dövlətin dotasiyasındadılar. Mənəvi qazancımsa böyükdür, oxucular sağ olsunlar!”.

 

Gənc bloq yazarı Xavər Zahir isə incəsənətlə bağlı maraqlı bir bloq hazırlayıb. O deyir ki, 2017-ci ildən bu işlə məşğuldur:

"Bloqu xüsusi məqsədlə açmamışdım, əslində... Sadəcə ora-bura səpələnmiş yazılarımın bir yerdə yığılmasını istəyirdim. Hər dəfə məqalələr yazdıqca, tərcümələr etdikcə bloqa yükləyirdim. Mədəniyyət, xüsusilə də təsviri incəsənətə böyük marağım olduğundan bu sahədə araşdırdıqca rəssamlar və əsərlər haqqında məlumatları məqalələr halına salıb yazırdım. Hazırda bloqumda 53 yazı var, hələ yerləşdirmədiyim 7 məqalə isə növbəsini gözləyir. Onların əksəriyyəti sırf rəssamlığa aiddir deyə, elə bu sahədə də davam etdirmək istəyirəm. Çünki Azərbaycanda belə kontentə malik bloq, demək olar ki, yoxdur”.

 

Xavər deyir ki, yazılarını sosial şəbəkələrdə paylaşdıqca, bloqunun oxucuları da çoxalır:

"Görürəm ki, məqalələrimə maraq var və bu, məni daha da həvəsləndirir.

Ən pik oxuma həddi elə ötən ilin avqustuna təsadüf edir. "Romanı əxlaqsızlıqda boğan imperator, yaxud çəhrayının 50 tonu” adlı yazım çox maraqla qarşılanmışdı. Oxucuların əksəriyyəti real oxuculardır, yəni daim izləyir və oxuyub fikir bildirirlər. Bəyənmədikləri tərəf isə bloqun dizaynıdır. Əslində, onlarla razıyam. Qeyd etdiyim kimi, sırf yazılarımı bir yerə yığa bilmək üçün açdığımdan, görünüşünə o qədər də vaxt ayıra bilmirəm. Ona görə də, tanıtmaq üçün hələ tələsmirəm. Yazılar çoxaldıqca, məzmun dolğunlaşdıqca, dizayn məsələsinə də diqqət edəcəm”.


OXŞAR MÖVZULAR