Impera

XƏBƏR LENTİ
16:39Ağdamda 1700 manata satılan MÖHLƏT HÜQUQU... Kimdi bu "Komissar" ELXAN? - ŞOK SƏS YAZISI14:31Xəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQ edildi14:27Ehtiyatda olan polis və hərbiçilərə iş təklifi14:23"Mənim ağzımdan söz çıxmır, sözü deyirəm" - Elnarə Abdullayevadan AÇIQLAMA14:19İTV-nin sabiq əməkdaşı faciəvi şəkildə həlak oldu14:16Leyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı11:58Kərbəlada dəhşətli partlayış - ÖLƏNLƏRİN SAYI ARTIR11:39Tramp Yaxın Şərqə əlavə qoşun göndərir - GƏRGİNLİK ARTIR11:25Satılmayan mallar supermarketlər tərəfindən pulsuz paylanacaq - Polşada11:10Noyabrda Bakıda IV Beynəlxalq Bankçılıq Forumu keçiriləcək10:54Prezident İlham Əliyev: "Neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər"23:01İradə Gülməmmədova səyyar qəbul keçirdi18:00İlham Əliyev bu xanımı icraçı direktor təyin etdi - SƏRƏNCAM17:37Millət vəkili: "İnternetə nəzarət tətbiq olunmalıdır"17:26Məşhur şirkətin işçisi binanın damında nə etdi?17:11SON DƏQİQƏ: Azərbaycanlılar Rusiyada DƏHŞƏTLİ QƏZAYA DÜŞDÜ - Çox sayda ölü və yaralı var / VİDEO16:50Arvadını 5-ci mərtəbədən atan art-direktordan XƏBƏR VAR16:38Sürücü tərəfindən söyülən yol polisi ilə bağlı qərar — EKSKLÜZİV (VİDEO)16:11Bir neçə dəqiqəyə 90 milyon insan məhv ola bilər - Dəhşətli PROQNOZ15:44Azərbaycanlı gənc jurnalist vəfat etdi15:24Uduzdurulan Hacı Əliyev: Hakimlərə haqqımı halal etmirəm - FOTO15:00Rafael Cəbrayılovdan deputat vəsiqəsini girov qoyması xəbərinə - REAKSİYA14:44Hava kəskin soyuyacaq, yağış yağacaq - XƏBƏRDARLIQ14:15Vilayət Eyvazov onu işdən azad etdi13:55"Bizim Cəbiş müəllim" filmindəki meyxananın müəllifi açıqlandı - 50 İLDƏN SONRA - FOTO13:10Mehriban Əliyeva neftçiləri təbrik etdi: "Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik" - FOTO12:56Rusiyada Afrika taunu yayılıb12:20Çiçarito "Qarabağ"a qol vurduğu oyundan danışdı11:46Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyevə milyonluq “hədiyyə”si - İTTİHAM11:44Nərimanov rayonunda vətəndaşların evləri dağıdılır Şahmar İbadovdan isə səs çıxmır – ŞİKAYƏT11:12Gəncədə şəhid olan polisin ailəsindən Prezidentə müraciət - MƏTN10:56Fuad Qəhrəmanlının ikinci qızı bacısını dəstəklədi10:39Qobustan qoruğunda “Avropa irs günləri” qeyd olunub10:25“Əsrin müqaviləsi” gənclərin düşüncəsində10:12MN: Düşmən iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi 21 dəfə pozub21:53Beyləqanda Anar Vəliyevin “xanım jurnalistlərə” “Cənnət Bağı” nda verdiyi ziyafətin “Cəhənnəm” əzabı …21:24Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub17:55Azərbaycanda bir yaşadək körpələr arasında ölüm kabusu - SƏBƏBLƏR17:43Ermənistandan Dilqəm Əsgərov və Şahbaz Quliyeviin dəyişdirilməsinə münasibət17:25Dollarla bağlı MÜHÜM QƏRAR17:04Azərbaycanda ana və oğul özünü Araza atmaq istədi16:52"Liverpul"dan Maneyə yeni müqavilə16:41Bakıda dələduzluq edən şəxs döyüldü16:28“Maşın”da onlar yarışacaq – SİYAHI15:47Azərbaycanda beş yeni “ASAN xidmət” mərkəzi açılacaq15:13Ötən gün əməliyyat edilən Kamil Musəvi danışdı: "Ağciyərimdə zədələr var idi"14:59Azərbaycanda erkən nikahların daha çox qeydə alındığı bölgələr açıqlandı14:39Öncə qeyd etdiyim kimi Bakı şəhər icra hakimiyyətinin başçısı olanda Hacıbala Abutalıbovun Ramiz Verdiyev adında bir kadrı vardı, baş zibildaşıyan idi.14:36Kərəm Həsənov Əliyevlərə qarşı: “Cənab prezident, var-yoxumuz söyülür” - Video14:33Ölkəni dərmanla zəhərləyən mafiya (ARAŞDIRMA)14:11GÜNÜN OYUNU: "Qarabağ" - "Sevilya"13:57Moskvada MDB ölkələrinin Oxucu Assambleyası keçirilib13:41Sabahaın hava PROQNOZU13:30"Ramalın acığına..." - Fatimədən cavab12:43Krallığa hücum müharibə səbəbidir - Pompeo12:07Ağsunun qara günləri – Bacanaqların talan etdiyi rayon… – İTTİHAM12:04ÖLÜMÜNƏ İNANMADIĞIM KÖLGƏ ADAM… –Elxan Şükürlü dostu Etimad İsmayılovdan yazdı12:02Qoşqar Təhməzli “Broker Əbülfəz”in palma yağlarına necə göz yumur? – Özəl11:58Fəvvarələr meydanında konsert təşkil edilib-Milli Musiqi Günü münasibətilə11:47Bakının Baş planının hazırlanması işləri gələn ilin sonlarınadək yekunlaşacaq11:28“Xətai” metrostansiyasında nasazlıq: eskalator xarab oldu11:09Azərbaycandakı milyarder və milyonçular...10:45Ana 10 aylıq körpə qızını boğub öldürdü — Ağdamdakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI10:30Erkan Özoral: Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb22:39Son zamanlar spirtli içkilərin, daha dəqiq desək pivə satışının geniş vüsət alması, yaşından və cinsiyyətindən asılı olamayaraq hər kəsə istehlak olması adamı düşünməyə məcbur edir.20:54Qəbələ rayonunun bir sıra meşə massivləri bir sıra şəxslər tərəfindən qırılaraq məhv edilir.17:59Cəlilabad Ziyalıları Şəhid Adına Məktəbin Direktoru Sücaət Mehtiyevin Saxtakarlığndan Yazdı – MÜRACİƏT17:44Məktəbdə YANĞIN: 30 şagird öldü17:32Qurban Qurbanov: Ən çox izlədiyim çempionat La Liqa, milli isə İspaniyadır17:20Ermənistanda ŞOK SƏNƏD yayıldı: - Nikol Paşinyan dəlixanada yatıb (FOTOFAKT)17:07Azərbaycan və Gürcüstan qaz tədarükü ilə bağlı məsələləri müzakirə ediblər16:48Aztəminatlı ailələrlə bağlı UNİKAL TƏKLİF16:29"Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin dühası və iradəsi sayəsində mümkün olub" - Əli Əhmədov16:11Gələn il Azərbaycanda sosial müdafiə məqsədləri üçün ayrılan vəsait 10 faiz artırılacaq15:59Peşə məktəblərində işləmək istəyənlərin DİQQƏTİNƏ!15:31Hadi Rəcəbli: Bəzi deputatlar fantastik fikirlər səsləndirirlər15:15“Azərişıq”: Hər bir sahibkar elektrik şəbəkəsinə onlayn qaydada qoşulacaq15:00Bu gün Milli Musiqi Günüdür14:45Hacının ilk rəqibi rus oldu - Dünya çempionatı14:31SON DƏQİQƏ: Türkiyədə güclü yanığın14:20Azərbaycanda hamilə qadınlara qənim kəsilən qadın saxlanıldı14:07Mal ətindən ölüm12:35Sabiq deputat YAP-dan QOVULDU12:05Göygöl şefinin oğlunun dəbdəbəli həyatı – Fotolar12:02Baş dəmiryolçunun yüksəlişi və Cavid Qurbanova STOP qoyan sənəd – VİDEO+FOTO11:34Sürücünün yol polisini təhqir etməsi ilə bağlı araşdırma başlanıldı10:47Bakıda helikopter qəzaya uğradı: Pilot ağır xəsarət alıb10:36Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı10:21“Sevilya” Bakıya gəldi09:48Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir20:55“SƏDƏRƏK YUSİF” KÜRÜ “İŞĞAL” ETMƏKDƏ DAVAM EDİR: QANUNSUZ TİKİLİNİN İCAZƏSİNİ İCRA BAŞÇISI VERİBMİŞ – YENİ VİDEO20:53Xəzər rayonunda Hacı Gülağanın sususz qoyduğu adamlar – Vətəndaşı dövlətdən narazı salanlar niyə cəzasız qalır? VİDEO18:00Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE17:40Bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb17:20Əmisi oğlunun arvadını qaçıran şəxsi döyüb öldürənlərlə bağlı YENİ XƏBƏR17:00"Qarabağ" öz futbolçusunun qardaşını da — TRANSFER ETDİ16:40Parlamentdə lombard fırıldaqçıları müzakirə edildi16:20“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir16:00Bakı məktəblərinə 29 direktor təyin edildi - SİYAHI15:20Azərbaycann məhşur saytları Qazaxıstan tərəfindən alındı... - ADLAR
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2019 (446)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycanda hər 10 ailədən 1-i sonsuzdur - Süni mayalanma gizlədilir

12 sen 2019, 17:20   
    12

2019-cu ilin 6 ayında ölkədə 8 324 boşanma qeydə alınıb. Rəsmilər boşanma səbəbləri sırasında sonsuzluğun artdığını vurğulayır. Məsələ burasındadır ki, valideynlər qızını ərə verməyincə, oğlunu evləndirməyincə, onda hansısa ginekoloji, androloji xəstəliklərin inkişafından xəbəri olmur. Mütəxəssislər erkən diaqnoz qoyulmasını sonsuzluğun qarşısının alınmasında mühüm rol oynadığını vurğulayırlar.

Bəzi valideynlər "qız uşağının ultra səs müayinəsində (USM) nə işi var?", "həkimə apararam, qızımı ginekoloji masaya çıxarar” düşüncəsiylə övladında olan hansısa narahatlıqların müalicəsi üçün həkimdən imtina edirlər. Əgər 13-14 yaşlı övladımızın qaraciyər, böyrək, ürəyində yaranan narahatlıqdan dolayı həkimə aparıb, USM aparatında müayindən keçiririksə, niyə qız uşaqlarının ginekoloji orqanlarının müayinəsindən qorxuruq? Niyə "ayıbdır”, "uşağa ziyan olar” deyib ərə gedəndən sonra "sonsuz” diaqnozu qoyulmasını gözləyirik?...

 

Uşaqların xəstəlik tarixçəsində hər şey qeyd olunmur

 

Respublika Perinetal Mərkəzinin direktoru Sevinc Məmmədova Modern.az-a bildirib ki, hər yenidoğulan poliklinikada qeydiyyata götürülməli və həkim müayinəsinə cəlb olunmalıdır:


"Həmin uşaq ildə bir dəfə "cek-up” müayinəsinə cəlb edilməlidir. Aşkar olunan xəstəliklər müalicə olunmalıdır. Uşaq 17 yaşına çatanda kartı yeniyetmə kabinetindən böyüklər üçün nəzərdə tutulmuş poliklinikaya verilir. Uşaq davamlı müayinədə olursa, onun kartında bütün xəstəlik tarixçəsi qeyd edilir. İndiki zamanda uşaqlar xəstələnəndə analar onları ya ara həkimlərinə, ya da özəl klinikalara aparırlar. Buna görə də uşaqların xəstəlik tarixçəsini izləmək mümkün olmur”.

 

"Analar qızlarını ərə verəndə xəstəliklərini gizlədir”

 

S.Məmmədova qeyd edib ki, nikah yaşındakı övladında hər hansı xəstəlik olduğunu bilən valideynlər çox vaxt bunu gizlədirlər:


"Nikaha girmək istəyənlər dövlət tərəfindən müəyyənləşmiş məcburi həkim müayinəsindən keçir. Amma valideyn aparıb övladının ürəyini, ağciyərini, qaraciyərini və s. yoxlatdırmır. Hətta övladının xəstə olduğunu bilən də 90 faiz hallarda bunu qarşı tərəfdən gizlədir. "Toyu olsun, sonrasına baxarıq” deyir. Qız da gedir hamilə qalır, ondan sonra baxırsan ki, iş işdən keçib. Ümumiyyətlə, ana çox hallarda ərə verilən qızın hansı ginekoloji problemləri olduğunu bilmir”.

 

Qızın ginekoloqa getməsi...

 

Direktorun sözlərinə görə, sonsuzluq əlamətləri erkən yaşlarda müəyyən ediləndə onu aradan qaldırmaq daha asan olur:

"Qanunla qızlar 14 yaşından başlayaraq, yeniyetmə ginekoloqunun nəzarətində olmalıdır. Ginekoloqa getmək o demək deyil ki, həkim ona hansısa müdaxilələr edəcək. Sadəcə, həkim sual-cavab əsasında, USM vasitəsilə həmin uşaqda ginekoloji problemlərin olub-olmadığını müəyyən edə biləcək. Neqativ hal müəyyən olunanda həmin uşaq qan müayinəsinə cəlb olunmalıdır. Amma edirikmi?”

 

USM qız uşaqlarına zərərlidir?

 

Həkim bəzi anaların "qız uşağını da USM-yə apararlar?”, "USM şüadır, ziyan olar” fikirlərinə də münasibət bildirib:


"Uşağın qaraciyəri, böyrəyi, dalağı ehtiyac olanda ultra səs müayinəsindən keçirilirsə, cinsi orqanlarının müayinəsindən niyə qorxmalıyıq? O da daxili orqandır, yoxlanış zamanı orqana hansısa zərər dəymir. Qızları USM-yə aparanda yeganə tələb bu olur ki, çoxlu maye qəbul etsin, vəssalam. Ginekoloqa getmək o demək deyil ki, onu dərhal stola qaldıracaqlar. Axı kimin nəyinə lazımdır? Həkim qaraciyərinə, böyrəyinə baxdığı kimi, digər orqanlarına da baxacaq. Təəssüf ki, valideynlər bunu bilmir, ya da bilmək istəmir. Odur ki, sonsuzluq diaqnozu qoyulanda əl-ayağa düşürlər”.

 

Sonsuzluq və səbəbləri...

Sonsuzluq - nizamlı şəkildə 1 il cinsi əlaqəyə girilməsinə baxmayaraq, hansısa  qorunma üsulu istifadə olunmdan hamiləliyin gerçəkləşməməsinə deyilir. Gənc cütlüklərdə müalicə üçün gözləmə müddəti daha uzun ola bilər. Lakin qadının yaşı 35 və ondan çoxdursa, müalicə dərhal başladılmalıdır.


S.Məmmədova qeyd edib ki, sonsuzluğun bir neçə səbəbi var:


"Birinci səbəb endokrinoloji, hormonların pozulması sonsuzluğudur. 15-16 yaşında hormon pozğunluğunu müəyyənləşdirib korrektə etmək olar ki, gələcəkdə böyük fəlakətə çevrilməsin. Bunun üçün də qızları elə erkən yaşlarından müayinəyə cəlb etmək vacibdir.

Sonsuzluğun ikinci səbəbi, cinsiyyət üzvlərində anadangəlmə qeydə alınan anomaliyalardır. Erkən müayinə zamanı valideyn biləcək ki, onun qızının uşaqlığı, yumurtalığı inkişaf etməyib və s. Artıq gələcək üçün qarşıya çıxa biləcək problemlərin həllini düşünəcək. Hətta qızı ilə ailə qurmaq istəyən oğlana, ailəsinə də bunu deməlidir, yəni "razısansa al, razı deyilsənsə alma. Aparıb uşağı olmayanda, bədbəxt edib, psixoloji travma verib üstümə qaytaracaqsansa, evlənmə qızımla”.

Üçüncü səbəb, immunoloji səbəbdir. Əgər sağlam xanım, sağlam bəylə ailə qurubsa və bir ildən artıq müddətdə övladı olmursa, onlarda immunoloji uyğunsuzluğunu yoxlayırıq. Amma 90 faiz hallarda sonsuzluğun səbəblərini nikahdan əvvəl müəyyən etmək olar”.

 

10 ailədən 1-i sonsuzdur, süni mayalanma ilə doğanlar bunu gizlədir

 

Mərkəz rəhbəri sonsuzluqla bağlı statistikaya da aydınlıq gətirib:

"İllər boyu dünyada da, ölkəmizdə də sonsuz nikahlar bütün nikahların təxminən 25 faizini təşkil edib. Sadəcə 15 il əvvəl diaqnostika belə yüksək inkşaf etməmişdi, süni mayalanma yox idi. Ona görə də sonsuzluq o qədər də insanların diqqət mərkəzində deyildi. İndi respublikada süni mayalanma həyata keçirilir, avadanlıqlarımız, mütəxəssislərimiz var, klinika-laborator diaqnostikamız yaxşılaşıb. 15 il əvvəldən fərqli olaraq indi sonsuzluq olub-olmadığını ayırd edə bilirik. Əvvəl çoxu həkimə müraciət etmirdi deyə, rəqəmləri də ayırd etmək olmurdu. Amma indi olur ki, ailə qurandan 2-3 ay sonra gəlirlər ki, "uşağım olmur”. Hazırda sonsuzluğun aşkarlanması yaxşılaşıb. Demək olmaz ki, sonsuzluq ilbəil artır. Sadəcə, aşkarlanma və müalicə yaxşılaşıb.

Azərbaycanda rəsmi olaraq hər 10 ailədən 1-i sonsuzluqla bağlı müraciət edir. Amma süni mayalanma ilə uşaq dünyaya gətirənlərin statistikası toplanmır. Kimisi xaricdə elətdirir, kimisi özəl klinikada və s. Onların çoxu uşağının süni mayalanma ilə doğulduğunu bildirmir. Ailə sirri olduğu üçün həkimin bu məlumatları açıqlamağa ixtiyarı yoxdur. Ona görə də biz dəqiq deyə bilmərik ki, nə qədər ailə sonsuzluğa görə müraciət edib, onlardan neçəsi süni mayalanma ilə valideyn olub və s. Biz bu rəqəmləri açıqlaya bilmirik. Çünki pasiyentlər istəmir. Azərbaycan mentaliteti hələ buna hazır deyil. Amma aradan qaldırıla biləcək sonsuzluq aşkarlandıqda qadınların 50 faizi müalicə ilə hamilə qalır”.

OXŞAR MÖVZULAR