Impera

XƏBƏR LENTİ
18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov17:34Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır16:26VƏRƏM MÜALİCƏ OLUNANDIR, KORRUPSİYA XƏSTƏLİYİ YOX-VİDEO15:30İki ay icra başçısında "haqq" çatdıra bilmədi işini itirdi - Alı Alıyev yerli məmurları necə şantaj edir?15:11Yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycan... – Əhmədov14:59Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 3%-dən çox artıb14:48Mayk Pens ANKARADA14:33Hava buludlu olacaq14:12Təhsil naziri: Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir13:59XƏZƏR RAYONUNUN İNDİKİ BAŞÇISI SƏLƏFİNƏ QARŞI SAYMAMAZLIQ EDİB?13:14İlk "El Klassiko"nun vaxtı dəyişdirilir12:54Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...12:38“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI12:0813 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM11:30Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR11:26Polkovnikdən Fuad Ələsgərova məktub var: “Ümidim Sizədir…”11:25Deputat Ülvi Quliyevin oğlu 18 yaşında Avropada şirkət açıb —FOTO11:20"Bütün bunlar Sizin işlədiyiniz dövrdə olub" - Əbülfəs Qarayevə müraciət21:3310 min manat rüşvət verməklə vəzifəyə təyin olunub-Qazanda bir tikə ət qalıb, onu kim yeməlidir?21:10"BAZARSTORE"- də kassaları azaldıblar ki, müştəriləri basabasda rahat aldatsınlar...18:07Prezident Mayıl Əhmədovu təltif etdi17:41“Qiymət artımını ciddi şəkildə hiss edəcəyik” - İlk zərbə hansı məhsullardan gələcək?17:25Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal17:12İlham Əliyevdən 7 milyonluq SƏRƏNCAM16:54DSMF-in direktor müavininin məhkəmə özbaşınalığı - Müraciət...16:30Dövlət Komitəsindən ƏCAİB ÇAĞIRIŞ... - Güləkmi, ağlayaqmı?16:16Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı – BU MADDƏ İLƏ15:55"5 min dollar verirəm, o xanım gəlib bizim stolda otursun"15:34Zakir Həsənov idarə rəisini işdən çıxardı - TƏYİNAT15:19Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – Foto15:03"Qarabağ"dan 3 futbolçu – UEFA açıqladı14:46Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq14:30"Şəmsəddin Xanbabayev istəsə..." - GİLEY13:56Özü iki müharibənin veteranı, oğlu da 2 Aprel Savaşı döyüşçüsü... - Sosial durumu ağırdır...13:39Azərbaycanda yeni sığorta fırıldağı – ÖLƏN ADAMLARLA BİZNES13:22Erməni səfir Paşinyanı necə ifşa etdi? - “Əvvəl Serj, sonra Kim Kardaşyan...”13:04Gürcü sahibkarın bir milyonluq malı əlindən çıxıb-Leyla Janasianı tora salan dələduzlar kimlərdir12:49Bakıda saatlar tutuşduruldu - Ermənistan üçün Suriya “tələsi”12:16Gəncədə naqolay kadr islahatları... - İDDİA11:49İmişlidə maliyyə maxinasiyaları... - İTTİHAM11:27“Tac Mahal MTK” yenə də narazılıq yaradır... - GİLEY11:13Cəlilabadda süqut edən təhsil sistemi - İTTİHAM10:53Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:32Azərbaycana Qarabağda antiterror əməliyyatı aparmağa nə MANE OLUR… - TƏHLİL21:49BNA-nın şok planı - İDDİA21:31Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır - TƏHLİL21:22Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA - İLGİNC21:07Gədəbəy təhsilində biabırçı mənzərə... - İTTİHAM20:56Yeni baş nazir onunla işləmək istəmədi... - İDDİA16:08İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması16:03Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko15:52"Camaat aylarla sürünür növbədə..." - GİLEY15:39Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı15:12GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var14:59“İstedArt” layihəsinin yeni mövsümünə start veriləcək14:46Ramil, Riçard, Bəhlul - Millinin ən yaxşıları14:30Lənkəranda 42 yaşlı qadını DÖYDÜLƏR14:09Göygöl DYP-yə yeni rəis təyin olunub13:54“Evrascon” ASC 5 aydır işçilərin maaşını vermir... - GİLEY12:42Masallıda işlər niyə əyri gedir? - ARAŞDIRMA12:10“İnşaat konstruksiyaları” MMC narazılıq yaradır - hər sakindən min manat rüşvət11:57Rafael Cəbrayılovun şok səs yazısı yayıldı: “Türməyə gedirəm...” - AUDİO11:27Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı10:51Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir10:33Azərbaycan neftinin SON QİYMƏTİ17:03Məktəb direktorundan nazir müavininə ağır ittiham16:59Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görülüb16:41"Şəffaf" tenderlər rubrukasından: İcra Hakimiyyəti MTN-in pulunu aldığı şəxslə müqavilə bağladı – 259 min manat16:27Azərbaycanın yeniyetmə şahmatçısı dünya çempionu olub15:58İnhisarçılıq zəifləyərsə, nə baş verər?! - TƏHLİL15:44Azərbaycan “Keşikçidağ”ı gürcülər üçün açdı - Yalnız turist kimi gələ bilərlər...11:35"Bu yolda həm qardaş Türkiyəyə, həm də Azərbaycanımıza uğurlar diləyirik" - Əli Həsənov11:28Rafael Cəbrayılov prokurorluğa çağırılıb - keçmiş deputata məsləhət görülüb ki....11:01"Azəriqaz" yenə də narazılıq yaradır... - GİLEY10:43Qardaş ölkənin Suriyada başladığı 3-cü antiterror əməliyyatı ilə bağlı yaxın gözləntilər - əməliyyat uzana bilərmi...10:23Gəncə təhsilində pulyığma sezonu... - İDDİA18:23Paşinyanın casusla yazışması üzə çıxdı – İrəvan çalxalanır18:14“Dövlətin malını dədə malı kimi dağıdırdılar” - İTTİHAM18:04BDU-da “2 ELÇİN FAKTORU” – Universiteti kim idarə edir: Elçin Babayev, yoxsa Elçin Məmmədov?17:41İradə Gülməmmədovanın rayonun Görədil kəndində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib.17:40DTX-dən müdhiş əməliyyat: xaricdə təlim keçən terrorçu dəstə belə yaxalandı - VİDEO17:38Председатель “Конгресса Азербайджанцев" Муртазе Гюлмамедов встретиться с Министром национальной политики РСО-Алания с Цуциевым Аслан Аркадьевичом15:14Əliyev Paşinyanı darmadağın etdi: Nikol isə yalana əl atdı - VİDEO13:30İşdən çıxarılan xanım dosent açıq məktub YAZDI - İTTİHAM13:13Bakı Nəqliyyat Agentliyinin rəsmisi saxta arayış verib - İTTİHAM12:46Oktyabrın 11-i ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycan Prezidenti seçildiyi gündür12:30Rüşvətxorlu ittihamı ilə qovulan general yenidən vəzifə ümidində... - ŞOK İDDİA12:07Məhərrəm Quliyevlə bağlı ilginc iddia... - "O, kimdən ehtiyat edir ki?"11:11Təhməzlinin rəhbərliyi altında işləmək istəmirlər... - İDDİA10:58Lənkəran şefi biznesə girişib... - İDDİA10:42Bu ərazilərdə qaz olmayacaq10:21Sentyabrda Azərbaycanın gündəlik neft hasilatı 755 min barrel olub10:04Atəşkəs rejimi 22 dəfə pozulub20:43Səfər Mehdiyev, yoxsa Əbülfəz Məlikov?20:41Kəmaləddin Heydərovun şirkətində nə baş verir? – İşdən çıxarılmış 15 nəfər müraciət etdi20:34SDU XIII Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olundu18:24Masallıda sakinlər etiraz edir... - VİDEO18:07"Suriyanın xəritəsini öz xeyrinə dəyişdirmək istəyənlər bunu Azərbaycana da edə bilərlər"17:46Dilqəm və Şahbazla bağlı son durum: - Ailəsindən AÇIQLAMA
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (279)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Tender qalmaqalı: Şəhid ailələrinə tikilən evlərin pulunu kimlər mənimsəyib?

16 sen 2019, 14:45   
    37
Tender qalmaqalı: Şəhid ailələrinə tikilən evlərin pulunu kimlər mənimsəyib?
 
Şikayətçilər: "Vüqar 79" Məhdud Məsuliyyətli Cəmiyyəti şahid ailələrinə mənzillərin tikintisi zamanı korrupsiyaya yol verib"

2017-ci ildə Saatlı rayonunda şəhid ailələri üçün mənzil tikintisi zamanı korrupsiya hallarına yol verilib.

Bu barədə bir neçə gün öncə iş icraçısı Əzizxan Əzizov məlumat  vermişdi.

O bildirmişdi ki, 2017-ci ilin aprel ayında Saatlı rayonu Qıraqlı kəndində şəhid ailələri üçün 2 otaqlı mənzil tikib. Mənzillərin tikintisinə və ustalara xərci şəxsi vəsaitləri hesabına ödəmək məcburiyyətində qalıb. 

Qanunla mənzillərin tikintisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tender sifarişi ilə "Vüqar 79" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilsə də, şirkət iş icraçılarına veriləcək vəsaiti mənimsəyib.

Sabiq nazirin və müavinin adı 530 min manatlıq tender qalmaqalında...

Şikayətçi Arqument.Az-a bildirib ki, tikinti Səlim Müslümovun nazir olduğu dövrdə aparılıb və işdə Dövlət Sosial Müdafiəsi Fondunun Təmir-Tikinti İdarəsinin rəisi Natiq Əzizovun da adı olub. 

Onun sözlərinə görə, ümumi işə ayrılan 530 min manat təyinatı üzrə xərclənməyib. 

Deyilənə görə, 530 min manat vəsaitin bir hissəsini "Vüqar 79" MMC Natiq Əzizova "otkad" formasında geri qaytarıb: "2017-ci ilin aprelin 23-də tikintiyə nəzarət edən Quliyev Nadir mənə dedi ki, bizə Saatlıda şəhid ailələri üçün 7 mənzilin tikilməsi tapşırılıb. Mənzilin bir neçəsinin tikintisini də mənə həvalə etdilər. Dedilər ki, tikinti başlayanda - özülü qoyanda 30 faiz avans veriləcək. Biz işə başlasaq da, pul verilmədi. Soruşanda dedilər ki, tikintini dayandırmayın, pullar veriləcək. Özümüzdən 12 manat pul xərclədik, ustalara və fəhlələrə pul verdik ki, kasıb adamlardır, işə gəliblərsə, evlərinə pul aparmalıdır. Pulun da hamısını özümdən ödədim. Halbuki onlar hələ də işlətdikləri fəhlələrə pul verməyiblər".

Onun sözlərinə görə, nazirlik onları aldadıb: "Bizə dedilər ki, yenidən ərizə (forma 2) yazın, pulu verək. Biz də təzədən yazdıq, sənəd təsdiq olundu, amma indiyə qədər mənə çatacaq 12 min manatı qaytarmayıblar. Bu da Səlim Müslümovun nazir olduğu dönəmdə, yəni Dövlət Sosial Müdafiəsi Fondunun Təmir-Tikinti İdarəsinin rəisi Natiq Əzizovun dövründə olub".

Şikayətçi bildirib ki, nazirlikdə dəyişiklik olunandan sonra tikinti onlardan alınıb, yenə də pulları verilməyib: "Sonra nazir dəyişdi. Sahil Babayev da işi başqasına verdi. Tikintini onlar apardı. Bizə də pul qaytarılmadı".

""Vüqar 79" MMC deyir ki, pulu nazirlik yeyib"

Əzizov ona çatacaq vəsaitin ƏƏSMN və "Vüqar 79" MMC-nin məniməsdiyini iddia edir: "Nazirlik bizə dedi ki, pulu "Vüqar 79" MMC-nin rəhbəri yeyib. "Vüqar 79" MMC isə deyir ki, nazirlik ümumiyyətlə bizə pul verməyib. Hətta bizdən sonra tikinti materiallarımızı da götürüb işlədiblər. Bununla bağlı Saatlı Rayon Məhkəməsinə müraciət edilib. Məhkəmə isə qətnamə çıxararaq, mənimsənilən materialın dəyərinin 74 min manat olduğunu təsdiqləyib".

O qeyd edib ki, "Vüqar 79" MMC "Forma 2"ni gizlədir, şikayətçilərə isə vəsaiti Səlim Müslümov və Natiq Əzizovdan tələb etməyi tövsiyə edir. 

Məhkəmə isə şikayətçilərin xeyrinə qərar çıxarsa da, iş üzrə qətnaməni onlara vermir. 

Hazırda Səlim Müslümov və Natiq Əzizova çıxış əldə edə bilməyən şikayətçilər dövlət qurumlarına müraciət etmək məcburiyyətində qaldıqlarını deyirlər.

Sahil Babayev məsələni niyə araşdırmadı?

Əzizxan Əzizov ona çatacaq 12 min manat pulu almaq üçün bütün hüquqi yollara baş vuracağını deyib.

O, məsələ ilə bağlı ölkə başçısına, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyi düşünür.

Şikayətçilər bildiriblər ki, Sahil Babayev nazir təyin ediləndən sonra işi başqa şirkətlərə həvalə etsə də, onaqədərki korrupsiya faktını araşdırmayıb, bununla bağlı hər hansı bir hüquqi addım atmayıb.

"Vüqar 79" MMC kimindir? 

"Vüqar 79" MMC ilə bağlı internetdə çox az sayda məlumata rast gəlinir. Bu şirkətin adı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daha bir korrupsiya "camaşırxana"sında - "laundromat"larda hallanır. Belə ki, 2016-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2 nömrəli Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsinə yumşaq inventarın satın alınması zamanı şirkətin adı 20953.00 AZN vəsaitin alınmasında keçir, lakin bu vəsaitin necə xərclənməsi barədə heç bir məlumata rast gəlinmir. Hətta nazirliyin kotirovka sorğusunu nə vaxt elan etdiyi barədə də hər hansı bir məlumat internetdə əksini tapmayıb. 

"VÜQAR 79" Məhdud Məsuliyyətli Cəmiyyəti 14.11.2014 tarixdə Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində rəsmi qeydiyyata alınıb. Hüquqi ünvanı Sumqayıt şəhəri, 3 mkr, ev 23, m. 18 yerləşən MMC-nin nizamnamə kapitalı 10.00 AZN-dir. 

MMC-nin qanuni təmsilçisi isə 1979-cu il təvəllüdlü Vüqar Elxan oğlu Əhmədlidir. Bundan başqa, şirkət haqqında məlumat almaq mümkün deyil. Ümumilikdə isə dövlət qurumları fəaliyyəti qeyri-şəffaf olan bu tip MMC-lərlə işləyir, tender və katirovkaları da məhz bu şirkətlərə ötürürlər. 

Mövzunu diqqətdə saxlayacağıq. Yazıda adıçəkilən şəxsllərin də mövqeyini dərc etməyə hazırıq. 

OXŞAR MÖVZULAR