Impera

XƏBƏR LENTİ
18:00İlham Əliyevdən növbəti sərəncam17:45Beyləqanda əcaib-qəraib olaylar... - İDDİA17:30İlham Əliyev Lənkərana 2,3 milyon manat ayırdı17:15“26-lar” kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb? – FOTO17:00İlham Əliyev Şahin Mustafayevi vəzifəsindən azad etdi16:36Daha 8 oyuna hakim təyinatları açıqlandı - Çempionlar Liqası16:23Milli Kitabxanada növbəti kitab sərgisi ədəbiyyatşünas alimə həsr olunub16:13Ərdoğan və Putin arasında görüş başladı - Soçidə16:00Gəncənin “təhsil şefi” haqqında ŞOK İTTİHAMLAR - “Zakir Hüseynov üçün idarəçilikdə heç bir sərhəd, qayda-qanun yoxdur”15:44Sahil Babayevin işçilərinə qarşı SƏRT İTTİHAMLAR - Müraciət...15:41Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının əməkhaqları növbəti dəfə artırıldı.15:23Bu saxtakarlıq Azərbaycan polisi üçün başucalığıdır14:41Gəncənin abadlaşmasına ayrılan milyonlar necə xərclənir?14:23Goranboyda icra başçısı ortalarda görünmür... - Şikayətçilər isə qapıdan qovulur...14:11"Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edən Nərmini hansı cəza gözləyir?"-Hüquqşünas rəyi13:47Qusarda dağlıq əraziyə düşən şəxsin ölümü ilə bağlı DƏHŞƏTLİ FAKTLAR13:20Ağsunun yeni icra başçısı da sakinləri dinləmir... – “Kəndimizin örüş sahələri satılıb”13:17"120 saat bitir" - Ərdoğandan xəbərdarlıq12:38Əli Əsədovun kabineti yenilənir... - Daha kimlər yol üstündədir?..12:20LC Waikiki mağazasında müştərilərə qarşı hörmətsizlik - GİLEY12:08SABİQ MƏMURUN ŞİRKƏTİNƏ 2 MİLYONLUQ DAHA BİR TENDER – “Azəri Servis LTD”-nin “udduğu” tenderlərin sayı-hesabı yoxdur11:53“Flaqman” halal kolbasa satmır: etiraf, vəhabi izi, 1,3 ton atılmış məhsul… – Sensasiya10:51Payız-qış mövsümünə hazırdırmı? - Rəsmilər danışır10:37Vahid Əhmədov: Yəqin ki, kadr islahatlarının davamı olacaq10:22Bu rayonlarda qaz təchizatı DAYANDIRILACAQ10:11Atəşkəs 20 dəfə pozuldu18:00Oqtay Şirəliyev də gedir... - Gözlənti17:45Prezidendən Qüdrət Qurbanovla bağlı SƏRƏNCAM17:40Azərbaycanda vəzifəli şəxs qəzaya düşdü -17:18Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR17:09Prezident Tünzalə, Röya və Miri Yusifə “Xalq artisti” adı verdi16:52Prezident Əli Həsənovu vəzifəsindən azad etdi16:24300-dən çox İŞİD terrorçusu məhv edilib - Akar16:15Prezident bu şəxsləri təltif etdi16:02"Uninet"-in əndrabadi qanunları - ŞİKAYƏT15:49“Dedilər, bu işlər elə-belə görülmür” - Ağdamda NARAZILIQ14:40Dəniz limanlarında 6,7 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib14:32Adil Vəliyevin kadrları da özü kimi işləyir... - Sakinləri dinləyən yoxdur...14:20Bankların "YASMİN" TAMAHI... - İTTİHAM14:08Azərbaycan şəhərində PKK-ya abidə qoyuldu - FOTO13:58Dərmanları həm baha, həm də saxta... - İTTİHAM13:47Ləğv edilmiş dövlət qurumunun rəhbərinə yeni vəzifə verilib12:51Əliyar Qasımovun dostu tərəfindən bıçaqlanmasının TƏFƏRRÜATI - "Çıxanda bizimlə hesablaşacaq"12:41Metyu Brayza: Əgər ABŞ Konqresi NATO-nun müttəfiqini düşmən hesab edirsə, dünya ağlını itirib - ÖZƏL12:32"Beşiktaş"da yeni prezident12:18Bakıda “Sovet dövründə Türkiyəni Vətən seçənlər” mövzusunda fotosərgi açılacaq12:07R.Tağıyevin siyasi orientasiyasının ciddi araşdırılmasına ehtiyac vardır - Təhsilimizə uzanan barmaqlar...12:03Razi Nurullayev: “Rəngli inqilablar dövrü keçib”11:30"Bütün bunlardan artıq bezmişik" - Xaçmazda ÖZBAŞINALIQ11:09Laçınlı məmurdan prezidentə şikayət olundu - İTTİHAM10:43“1000 bərəkət, halal nemət" TƏHLÜKƏSİ... - ARAŞDIRMA10:30Azərbaycan nefti həftə ərzində 2%-ə yaxın bahalaşıb10:18Atəşkəs 22 dəfə pozulub15:09Müxalifətin mitinqində “Sipark”a etirazlar – Video11:35Binəqədi DSMF-dən ciddi narazılıq11:30Türkiyə ordusuna hücum: şəhid və yaralı var11:25Qobustanda ev yandı, Bakıda faciənin qarşısı alındı11:21Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar11:15Əli Kərimli: “Az qala ölürdüm” / Siyavuş Novruzov: “Təxribat törətməyəydin”16:32Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanılıb - Bu gündən16:08Gələn həftə dəyişikliklərin START DÜYMƏSİ BASILIR... - Kimlər gedir?15:54Rafael Cəbraylovun binaları sökülərsə... - "...binaların çoxu “kaçalka”ların yerində tikilib"15:34Ceyhun Bayramov işinin öhdəsindən gəlirmi? - Görünəni odur ki...15:22UEFAdan İKİLİ STANDART!!! - “Qarabağ”ı cərimələdi, amma erməni təxribatı ilə bağlı açıqlama vermədi13:00BANK SEKTORUNA “SARI VƏRƏQƏ” – Məmur-bankirlər son müşavirədən nəticə çıxaracaqlarmı?12:33Türkiyəyə qarşı ŞOK TƏLƏBLƏR: 60 deputat imzaladı12:11Sabiq nazir oğlu Londondakı şirkətlərini niyə bağlayıb?11:56Texniki-Humanitar Liseydə bazar qanunları - İTTİHAM11:34Vilayət Eyvazovdan növbəti — TƏYİNAT00:05Gömrük Generalının Çexiyadakı nəhəng mülkləri-FOTOLAR20:35"Bakı Metropoliteni"nin bütün stansiyalarının rəisləri və müavinləri dəyişib - SİYAHI20:17Sahil Babayevin abadlaşdırdığı “xarabalığın” əsl memarı Füzuli Ələkbərov: - Keçmiş nazir hələ “göylərdədir”20:06Azərbaycanda internetin sürəti ilə bağlı MÜƏMMA - Nazirlik inkar edir19:51"Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" - Əli Həsənov19:35Qubadlının icra başçısı Xətaiyə gətirilir? - İDDİA16:40Руководитель пресс службы “Kонгресса Азербайджанцев” РСО-Алания Эльчин -Шукур, встретился с Уполномоченным по правам человека Чеченской республики Нухажиев Нурди Садиевичом.16:17SDU-da “Azərbaycanda elmin və təhsilin inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda elmi-praktik konfrans keçirildi15:55Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək15:51İradə Gülməmmədova Xırdalan şəhər sakinlərilə görüşdü15:41Prezident Rövşən Rzayevi qəbul edib15:22“Araz-Alko” MMC-də müəmmalı olaylar... - Müraciət...15:05Türkiyədə dollar ucuzlaşdı14:48Taleh Qaraşovla bağlı iddia... - VİDEO14:28Ağsuda nə baş verir? - İTTİHAM14:14İlham Əliyev hansı nazirlərlə vidalaşır? – arxaik idarəçiliyə son!12:54Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:33Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:14Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:49Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO11:22“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:09Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:47Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:27"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!23:27Prezidentin ayırdığı pullar Ağsuda necə mənimsənilir?-FOTOLAR18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (376)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

“Ermənistanı gərgin payız gözləyir...” - TƏHLİL

17 sen 2019, 15:00   
    38
“Ermənistanı gərgin payız gözləyir...” - TƏHLİL
 
Ermənistanda keçiriləcək Avrasiya İqtisadi Birliyinin sammiti ərəfəsində Nikol Paşinyan hökumətinin həyəcanlı günləri davam edir. Xüsusilə də Rusiya prezidenti Vladimir Putinin İrəvana gəlib-gəlməyəcəyi barədə konkretlik yaranmadığı üçün erməni hökuməti bərk narahatdır.

Rusiya dövlət başçısının həbsdə olan eks-prezident Robert Köçəryanı ad günü münasibətilə təbrik etməsindən sonra İrəvan-Moskva münasibətlərində "buzlaşma dövrü” başlayıb. Düzdür, ayrı-ayrı rəsmilər münasibətlərin normal olduğunu bildirir, amma əslində vəziyyət başqadır. İrəvanda artıq şübhə etmirlər ki, Putin dostunu azad etmədiyi üçün Paşinyanı cəzalandıracaq. İndiki halda ermənilər Rusiyanı Ermənistan vətəndaşı olan sürücülərin vəsiqələrini tanımadığına görə açıq şəkildə ittiham edir. Hətta Ermənistan rəhbərliyi Rusiyaya sürpriz etməyə də hazırlaşır. Bu münasibətlərin Paşinyanın ABŞ səfəri ərəfəsində kəskinləşməsi də maraqlı detaldır.

Putinin N.Paşinyana Köçəryanı həbsdən azad etmək üçün verdiyi on günlük müddət başa çatdı, ancaq eks-prezident azadlığa buraxılmadı. Hələlik Rusiyadan məsələyə hər hansı reaksiya verilməyib. Ancaq bu ərəfədə hər kəs oktyabrın ilk gününü gözləyir, çünki o zaman Putin İrəvana gəlməlidir. Rusiya prezidenti Ermənistana gələcəyi halda, Köçəryanla həbsxanada görüşə bilər. Bugünlərdə erməni mətbuatının diqqət mərkəzində olan əsas mövzu Rusiya prezidenti Vladimir Putinin İrəvana qarşıdakı səfəri zamanı hazırda həbsdə olan Ermənistanın sabiq prezidenti Robert Köçəryanla görüşəcəyi ilə bağlıdır.

"Sputnik-Armenia” agentliyi bu sualla Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova müraciət edib. Axar.az-ın xəbərinə görə, D.Peskov bu məsələ barədə deyib: "Hələ ki bilmirik”. Kremlin sözçüsü məlumatı nə təsdiq, nə də təkzib edib ki, bu da erməni siyasətçiləri arasında yeni müzakirələrə səbəb olub.

Xatırladaq ki, Avrasiya İttifaqı Ali Şurasının iclası oktyabrın 1-də İrəvanda keçiriləcək. Erməni mətbuatı yazır ki, bu tədbirdə iştirak edəcək Rusiya prezidenti səfər zamanı Köçəryanla da görüşə bilər. Həbsdə olan sabiq dövlət başçısının azadlığa buraxılması ilə bağlı son məhkəmə qərarı isə sentyabrın 17-də elan ediləcək.

Rusiya hakimiyyəti N.Paşinyana basqılarını artırdıqca, Köçəryanın azad olunması ilə bağlı birbaşa, yaxud dolayı təzyiqləri gücləndirdikcə, "Qarabağ klanı”nın ayrı-ayrı təmsilçiləri də "başından böyük” danışmağa başlayırlar. "Nikol Paşinyan Ermənistanı müharibəyə aparır və istefa verməlidir”.

Belə sensasion bəyanatla Dağlıq Qarabağdan general, "təhlükəsizlik şurasının” keçmiş katibi Vitali Balasanyan çıxış edib. Ermənistanda yayımlanan "5-ci kanal”a müsahibəsində o, Qarabağ münaqişəsinin nizamlanmasına dair situasiyaya toxunaraq deyib: "Paşinyan Ermənistanı danışıqlara yox, müharibəyə aparır. O, Ermənistanı məhvə aparır. Mən bunu əsaslandıra bilərəm və əminliklə deyirəm: Paşinyan və onun hökuməti hələ dünəndən istefa verməliydi. Bundan sonra Nikol Paşinyanın hakimiyyətinə heç kim dözən deyil”. Balasanyana görə, Nikol Paşinyan özü 2008-ci ilin 1 mart hadisələrinə görə məsuliyyət daşıyır. Çünki Paşinyan tribunadan kütləni polisləri döyməyə, onların qalxan və dəbilqələrini ələ keçirməyə çağırırdı. General Ermənistanın Xüsusi İstintaq Komitəsinin ona 1 mart hadisələri ilə bağlı göndərdiyi çağırış haqda da danışıb. Deyib ki, ifadə verməyə getməyəcək. "Ola bilsin çoxları sosial şəbəkələrdə yazacaqlar ki, Balasanyan qorxaqlıq elədi. Lakin bu il mayın 19-da milli təhlükəsizlik xidməti, polis, xüsusi istintaq xidməti, Baş prokurorluq tərəfindən mənə qarşı edilmiş qanunsuzluqdan sonra onlara inanmıram”, - Balasanyan deyib. Virtualaz.org xəbər verir ki, həmin gün İrəvanda Balasanyanın maşını xüsusi təyinatlılar tərəfindən saxlanılmışdı və silah axtarılmışdı. Balasanyan habelə Paşinyanın 2016-cı ilin yayında İrəvanda post-patrul alayının binasını ələ keçirən "Sasna Tsrer” terrorçularının rəhbərləri ilə qapalı görüşü haqda danışıb. Deyib ki, "Sasna Tsrer” terrorçularının əli üç polis əməkdaşının qanına batıb, onlar terrorçudur. "Dövlət başçısı dövlət binasında, hökumət iqamətgahında, rəsmi kabinetində terrorçu qruplaşmanın başçılarını qəbul edir. Hansı ki, onlar terror aktı törədiblər və qan töküblər”, - o deyib. Balasanyan istisna etmir ki, yeni hakimiyyətin siyasi uğursuzluqları təcrübəsizliklə bağlı ola bilər. Lakin bu da onlara haqq qazandırmır. "Bizdə heç nə bilməyən, bir az təcrübə keçib sonra rəhbərlik etmək istəyən hansısa adamlar üçün ölkə yoxdur. Belə adamlar gedib bağ-bostan sahəsində işləməli, orada pomidor, xiyar və qarğıdalı yetişdirməlidir”, - Balasanyan bildirib. Xatırladaq ki, Balasanyan Qarabağda vəzifədə olanda da Paşinyana istehza edirdi, hətta buna görə Paşinyandan sərt reaksiya gəlmişdi. Son nəticədə Paşinyan onun vəzifədən uzaqlaşdırılması üçün qondarma rejimin rəhbərliyinə təzyiq göstərdi.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı "Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, hələ Paşinyan hakimiyyətə gələrkən Ermənistanda olan terrorçu qruplarla işləməyi üstün tutub: "O, ”Sasna Tsrer" qruplaşmasına arxayın olub Sərkisyana meydan oxudu. Həmin terrorçu qruplaşma həm Ermənistanda, həm də Qarabağda hər kəsin bildiyi və dilə gətirməyə cəsarət eləmədiyi cinayətlər törədib. Sərkisyan "Sasna Tsrer” qrupunun üzvlərini mühakimə etməyə cəhd edərkən Dağlıq Qarabağdakı terrorçu qrup - onların içərisində Vitali Balasanyan da var idi - onları müdafiə etdi. İndi maraqlar fərqli olduğundan Balasanyan Paşinyanı terrorçularla gizli danışıqlar keçirməkdə ittiham edir".

Q.Çaxmaqlı təsdiqləyir ki, Ermənistanda Köçəryanın həbsdə qalmaqda davam etməsi silahlı qruplaşmalar arasında gərginliyi daha da artıracaq: "Balasanyan əslində bu müsahibə ilə Paşinyana 2020-ci ildə Dağlıq Qarabağda keçiriləcək oyuncaq ”prezident seçkiləri"nə qarışmamaq ultimatumunu verib. Törətdiyi bir çox qanunsuz əməl və cinayətlərin izini itirmək üçün Balasanyana bir dönəm Dağlıq Qarabağda hakimiyyəti ələ alması lazımdır. Ən böyük maneə Paşinyandır. Paşinyan isə hələ nüfuzunu o dərəcədə itirmədiyindən hər an xalqı ayağa qaldırmaq variantından istifadə edəcək. Ümumilikdə Ermənistanı gərgin bir payız gözləyir".

Q.Çaxmaqlı Köçəryan ətrafında baş verənlərdən də bəhs etdi: "Ermənistanda 1-2 mart 2008-ci ildə 10 nəfərin ölümü ilə nəticələnən cinayət işinin əsas suçlusu kimi, o zaman prezident postunda olan Köçəryanın mühakimə edilməsini bu illər ərzində bütün ictimaiyyət istəyib. Ölənlərin ailələri bu işi hər zaman gündəmdə tutublar və indiyədək bu cinayətlə bağlı heç kəs mühakimə olunmayıb. Demək, cinayətin cəzasız qalacağı mümkün deyil. Köçəryan və bu işdə əli olan Seyran Ohanyan, həmçinin Yuri Xaşaturov da cəzalarını alacaqlar. Paşinyan özü də bu işdə maraqlıdır, məhz həmin olaylarla bağlı həbs olunan və daha sonra qəhrəmana çevrilib, müəyyən bir dövr ərzində deputat və daha sonra ölkə başçısı olan Paşinyan həm də hayıf almaq istəyir”.

Politoloq qeyd etdi ki, indiki halda Köçəryanı Putin də xilas edə bilmir: "Məncə, ona müəyyən qədər iş veriləcək, ondan sonra Putin öz ”dostunu" xilasetmə tədbirlərinə əl atacaq. Cəmiyyətə də bu fikir təlqin olunacaq ki, görürsünüz də Paşinyan hətta Putini də eşitmədi. Putinin Köçəryanla həbsxanada görüşmə olayı da ayrı bir şəbədədir və belə görüşün baş tutacağını istisna etmirəm. Çünki Putin macəraları sevir və dünyaya özünü hər zaman orijinal göstərməyə çalışıb. Digər mühakimə olunan şəxslərə gəlincə, onlar orduda etdikləri əməllərə, obyektiv yanaşılsa, həm də hərbi cinayətlərinə görə mühakimə ediləcəklər. Payızda Paşinyanı maraqlı sürprizlər gözləyir".

Belə bir durumda Nikol Paşinyanın təqdimatı ilə prezident Armen Sarkisyanın Vaqarşak Arutunyana general-leytenant rütbəsi verməsi də müzakirələrə səbəb olub. 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olan, daha sonralar Ermənistanın ozamankı prezidenti Robert Köçəryana qarşı siyasi müxalifətə keçən V.Arutyunyan məhz buna görə 2002-ci ildə Köçəryan tərəfindən hərbi rütbələrdən məhrum edilmişdi. İstisna olunmur ki, Paşinyan onu ordu rəhbərliyinə gətirməyə və "Qarabağ klanı”na qarşı "səfərbərliyə” hazırlaşır. Belə görünür ki, baş nazir orduya güvənmir və onu başdan-ayağa dəyişməyə, özününküləşdirməyə hazırlaşır. Amma buna siyasi ömrü çatacaqmı?..
OXŞAR MÖVZULAR