Impera

XƏBƏR LENTİ
18:00İlham Əliyevdən növbəti sərəncam17:45Beyləqanda əcaib-qəraib olaylar... - İDDİA17:30İlham Əliyev Lənkərana 2,3 milyon manat ayırdı17:15“26-lar” kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb? – FOTO17:00İlham Əliyev Şahin Mustafayevi vəzifəsindən azad etdi16:36Daha 8 oyuna hakim təyinatları açıqlandı - Çempionlar Liqası16:23Milli Kitabxanada növbəti kitab sərgisi ədəbiyyatşünas alimə həsr olunub16:13Ərdoğan və Putin arasında görüş başladı - Soçidə16:00Gəncənin “təhsil şefi” haqqında ŞOK İTTİHAMLAR - “Zakir Hüseynov üçün idarəçilikdə heç bir sərhəd, qayda-qanun yoxdur”15:44Sahil Babayevin işçilərinə qarşı SƏRT İTTİHAMLAR - Müraciət...15:41Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının əməkhaqları növbəti dəfə artırıldı.15:23Bu saxtakarlıq Azərbaycan polisi üçün başucalığıdır14:41Gəncənin abadlaşmasına ayrılan milyonlar necə xərclənir?14:23Goranboyda icra başçısı ortalarda görünmür... - Şikayətçilər isə qapıdan qovulur...14:11"Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edən Nərmini hansı cəza gözləyir?"-Hüquqşünas rəyi13:47Qusarda dağlıq əraziyə düşən şəxsin ölümü ilə bağlı DƏHŞƏTLİ FAKTLAR13:20Ağsunun yeni icra başçısı da sakinləri dinləmir... – “Kəndimizin örüş sahələri satılıb”13:17"120 saat bitir" - Ərdoğandan xəbərdarlıq12:38Əli Əsədovun kabineti yenilənir... - Daha kimlər yol üstündədir?..12:20LC Waikiki mağazasında müştərilərə qarşı hörmətsizlik - GİLEY12:08SABİQ MƏMURUN ŞİRKƏTİNƏ 2 MİLYONLUQ DAHA BİR TENDER – “Azəri Servis LTD”-nin “udduğu” tenderlərin sayı-hesabı yoxdur11:53“Flaqman” halal kolbasa satmır: etiraf, vəhabi izi, 1,3 ton atılmış məhsul… – Sensasiya10:51Payız-qış mövsümünə hazırdırmı? - Rəsmilər danışır10:37Vahid Əhmədov: Yəqin ki, kadr islahatlarının davamı olacaq10:22Bu rayonlarda qaz təchizatı DAYANDIRILACAQ10:11Atəşkəs 20 dəfə pozuldu18:00Oqtay Şirəliyev də gedir... - Gözlənti17:45Prezidendən Qüdrət Qurbanovla bağlı SƏRƏNCAM17:40Azərbaycanda vəzifəli şəxs qəzaya düşdü -17:18Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR17:09Prezident Tünzalə, Röya və Miri Yusifə “Xalq artisti” adı verdi16:52Prezident Əli Həsənovu vəzifəsindən azad etdi16:24300-dən çox İŞİD terrorçusu məhv edilib - Akar16:15Prezident bu şəxsləri təltif etdi16:02"Uninet"-in əndrabadi qanunları - ŞİKAYƏT15:49“Dedilər, bu işlər elə-belə görülmür” - Ağdamda NARAZILIQ14:40Dəniz limanlarında 6,7 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib14:32Adil Vəliyevin kadrları da özü kimi işləyir... - Sakinləri dinləyən yoxdur...14:20Bankların "YASMİN" TAMAHI... - İTTİHAM14:08Azərbaycan şəhərində PKK-ya abidə qoyuldu - FOTO13:58Dərmanları həm baha, həm də saxta... - İTTİHAM13:47Ləğv edilmiş dövlət qurumunun rəhbərinə yeni vəzifə verilib12:51Əliyar Qasımovun dostu tərəfindən bıçaqlanmasının TƏFƏRRÜATI - "Çıxanda bizimlə hesablaşacaq"12:41Metyu Brayza: Əgər ABŞ Konqresi NATO-nun müttəfiqini düşmən hesab edirsə, dünya ağlını itirib - ÖZƏL12:32"Beşiktaş"da yeni prezident12:18Bakıda “Sovet dövründə Türkiyəni Vətən seçənlər” mövzusunda fotosərgi açılacaq12:07R.Tağıyevin siyasi orientasiyasının ciddi araşdırılmasına ehtiyac vardır - Təhsilimizə uzanan barmaqlar...12:03Razi Nurullayev: “Rəngli inqilablar dövrü keçib”11:30"Bütün bunlardan artıq bezmişik" - Xaçmazda ÖZBAŞINALIQ11:09Laçınlı məmurdan prezidentə şikayət olundu - İTTİHAM10:43“1000 bərəkət, halal nemət" TƏHLÜKƏSİ... - ARAŞDIRMA10:30Azərbaycan nefti həftə ərzində 2%-ə yaxın bahalaşıb10:18Atəşkəs 22 dəfə pozulub15:09Müxalifətin mitinqində “Sipark”a etirazlar – Video11:35Binəqədi DSMF-dən ciddi narazılıq11:30Türkiyə ordusuna hücum: şəhid və yaralı var11:25Qobustanda ev yandı, Bakıda faciənin qarşısı alındı11:21Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar11:15Əli Kərimli: “Az qala ölürdüm” / Siyavuş Novruzov: “Təxribat törətməyəydin”16:32Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanılıb - Bu gündən16:08Gələn həftə dəyişikliklərin START DÜYMƏSİ BASILIR... - Kimlər gedir?15:54Rafael Cəbraylovun binaları sökülərsə... - "...binaların çoxu “kaçalka”ların yerində tikilib"15:34Ceyhun Bayramov işinin öhdəsindən gəlirmi? - Görünəni odur ki...15:22UEFAdan İKİLİ STANDART!!! - “Qarabağ”ı cərimələdi, amma erməni təxribatı ilə bağlı açıqlama vermədi13:00BANK SEKTORUNA “SARI VƏRƏQƏ” – Məmur-bankirlər son müşavirədən nəticə çıxaracaqlarmı?12:33Türkiyəyə qarşı ŞOK TƏLƏBLƏR: 60 deputat imzaladı12:11Sabiq nazir oğlu Londondakı şirkətlərini niyə bağlayıb?11:56Texniki-Humanitar Liseydə bazar qanunları - İTTİHAM11:34Vilayət Eyvazovdan növbəti — TƏYİNAT00:05Gömrük Generalının Çexiyadakı nəhəng mülkləri-FOTOLAR20:35"Bakı Metropoliteni"nin bütün stansiyalarının rəisləri və müavinləri dəyişib - SİYAHI20:17Sahil Babayevin abadlaşdırdığı “xarabalığın” əsl memarı Füzuli Ələkbərov: - Keçmiş nazir hələ “göylərdədir”20:06Azərbaycanda internetin sürəti ilə bağlı MÜƏMMA - Nazirlik inkar edir19:51"Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" - Əli Həsənov19:35Qubadlının icra başçısı Xətaiyə gətirilir? - İDDİA16:40Руководитель пресс службы “Kонгресса Азербайджанцев” РСО-Алания Эльчин -Шукур, встретился с Уполномоченным по правам человека Чеченской республики Нухажиев Нурди Садиевичом.16:17SDU-da “Azərbaycanda elmin və təhsilin inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda elmi-praktik konfrans keçirildi15:55Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək15:51İradə Gülməmmədova Xırdalan şəhər sakinlərilə görüşdü15:41Prezident Rövşən Rzayevi qəbul edib15:22“Araz-Alko” MMC-də müəmmalı olaylar... - Müraciət...15:05Türkiyədə dollar ucuzlaşdı14:48Taleh Qaraşovla bağlı iddia... - VİDEO14:28Ağsuda nə baş verir? - İTTİHAM14:14İlham Əliyev hansı nazirlərlə vidalaşır? – arxaik idarəçiliyə son!12:54Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:33Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:14Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:49Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO11:22“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:09Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:47Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:27"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!23:27Prezidentin ayırdığı pullar Ağsuda necə mənimsənilir?-FOTOLAR18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (376)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Baş dəmiryolçunun yüksəlişi və Cavid Qurbanova STOP qoyan sənəd – VİDEO+FOTO

18 sen 2019, 12:02   
    40
Baş dəmiryolçunun yüksəlişi və Cavid Qurbanova STOP qoyan sənəd – VİDEO+FOTO
 
Sabah "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun 61 yaşı tamam olub. "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanov son vaxtlar mətbuatın ən çox tənqid etdiyi məmurlardan biri, bəlkə də birincisidir. Şübhəsiz, bunun da bir çox əsaslı səbəbləri vardır.Həmin səbəblərə keçməzdən öncə cumhuriyyet.az olaraq C.Qurbanov haqda
Rəsmi məlumatlar
Əsasında həyat yolunu təqdim edirik. Cavid Qurbanov 19 sentyabr 1958-ci ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1975-ci ildə Kəlbəcər rayonunda orta məktəbii bitirib. 1975-1976-cı illərdə Kəlbəcər şəhərində elektroenergetika sahəsində elektrik montyoru işləyib. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. 1979-cu ildə 26 Bakı Komissarları nəşriyyatında kuryer vəzifəsi ilə əmək fəaliyyətinə yenidən başlayıb. 1980-1981-ci illərdə "Azəryollayihə” Layihə Institutunda texnik-cizgiçi, 1982-1987-ci illlərdə "Azərnəqliyyattikinti” Trestinin avtobazasında mexanik, baş mexanik, rəis müavini vəzifələrində çalışıb.
1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1987-1992-ci "Elektromexanizasiya” Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda direktor işləyib. 1992-1993-cü illərdə Respublika İxtisaslaşdırılmış "Avtonəqliyyat” Birliyində baş direktor, 1993-1994-cü illərdə "Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsində işləyib. Daha sonra isə 1995-ci ildə "Azərərzaqnəqliyyat” Birliyində direktor olub. 1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu idarəsinin Təchizat şöbəsində rəis işləyib. 1997-2001-ci illərdə "Azərdəmiryolservis” İstehsalat Birliyində rəis vəzifəsində çalışıb. 2003-cü ildən "Yolnəqliyyatservis” Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi "Yolnəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi vəzifələrində çalışıb. 2007-ci ilin fevral ayında "Yolnəqliyyatservis” Departamentinin "Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar olaraq, "Azəryolservis” ASC-nin sədri vəzifəsində işləməyə başlayıb. 09.02. 2015-ci il tarixindən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri postunu tutur.
123 saylı Kəlbəcər Seçki Dairəsindən III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Hazırda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. Texniki elmlər namizədidir. C.Qurbanov Yeni Azərbaycan Partiyasının üzvüdür.
Cavid Qurbanov həm də təmtəraqlı ad günü həvəskarıdır. Elə buradaca onun şərəfinə idarədə təşkil olunan ad günündən görüntüləri təqdim etməyə dəyər.
"Kəlbəcər ağsaqqalı” və ya "bacanaq”
Milli Məclisdə Kəlbəcər rayonunu təmsil edən bir deputat kimi də öz seçiciləri qarşısında bir sıra müsbət işlər gördüyü haqda çoxsaylı informasiyalar var. Təsadüfi deyil ki, cənab Qurbanov hər zaman bu əməlləri ilə öyünür və hətta son illər özünü "kəlbəcərlilərin şəriksiz ağsaqqalı” kimi görür. Üstəlik, cumhuriyyet.az yerli mediada yayılan məlumatlara istinadən bildirir ki, Cavid müəllim məclislərdə və ayrı-ayrı tədbirlərdə bu cür – "kəlbəcərlilərin ağsaqqalı”  kimi təqdim olunmasından da böyük zövq alır. Cavid Qurbanov məmur və deputat statusları hesabına son illər ölkənin ən böyük oliqarxlarından birinə də çevrilə bilib. Xüsusən də, bəzi əzəli rəqibləri sıradan çıxarıldıqdan sonra onun ölkədə ən aparıcı məmur-oliqarxlardan birinə dönüşdüyü kimsəyə sirr deyil. Şübhəsiz, burada son illər hakim ailə ilə qohumluğu da az rol oynamayıb. Təsadüfi deyil ki, cənab Qurbanovun yaxın çevrəsi və eloğluları onu "prezidentin bacanağı” kimi təqdim edirlər. Görünür, çoxlarının da iddia etdiyi kimi, bu qohumluq məmur, deputat olmaqla yanaşı, onun nəhəng oliqarx biznesmenə çevrilməsi üçün önündə daha geniş yollar açıb…
Biznes imperiyası və "oğru dünyası” ilə əlaqələr
Bu yaxınlarda Cavid Qurbanovun qeyri-rəsmi sahibi olduğu "Baltech Investment LLC” şirkətinin 38 milyon manat ödəyərək "TOPAZ”ın səhmlərinin 51 faizini "Turkcell” şirkətindən alması da onun biznes şəbəkəsini genişləndirmək istəyindən xəbər verir. Hansı ki, bu alqı-satqı nəticəsində "Azərbaycan Dəmir Yolları” QSC sədrinin ölkənin mərc oyunlarına nəzarəti ələ aldığı və ölkənin şəriksiz "Qumar Kralı”na çevrildiyi iddia olunur. Nəzərə alsaq ki, adətən mərc oyunlarına kiçik və orta kriminal qruplar nəzarət edir, o zaman C.Qurbanovun bir məmur olaraq bu sahəyə maraq göstərməsi ilk baxışdan heç də birmənalı qarşılanmır. Amma bəzi mənbələr deyir ki, əslində cənab Qurbanov məmur olsa da, uzun illər öncədən kriminal aləmin içində olan və bu sahəyə kifayət qədər bələd olan bir şəxsdir. Belə ki, Cavid Qurbanovun nüfuzlu avtoritetlərlə hər zaman yaxın əlaqələr saxladığı, elə indi də zaman-zaman onlarla oturub-durduğu iddia olunur. Hətta istisna olunmur ki, onun "TOPAZ”a tam olaraq sahib olmaq istəyində də bu əlaqələrin müəyyən rolu olub.
"Azərbaycan Dəmir Yolları” QSC sədrinin məmur və deputat olaraq gördüyü işlər müəyyən mənada təqdir oluna bilər. Amma onun bu statuslara sahib bir şəxs kimi ölkənin ən nəhəng oliqarx biznesmeninə çevrilməsi və mərc oyunlarına nəzarəti ələ alması qanunla yolverilməzdir. Eynilə "oğru dünyası”nın tanınmış isimləri ilə təmaslar qurması da məmur statusu ilə bir araya sığmır.
Siyasi İddialar və keçmişdən gələn sənəd
Oliqarx-nazirlər arasında qeyri-rəsmi rəqabət, didişmə və iqtidar kluarlarında ciddi şəkildə pərdəarxası mübarizə getdiyi bir dönəmdə "Azərbaycan Dəmir Yolları” QSC-nin yeni sədri Cavid Qurbanov vitse-prezidentliyə hazırlaşır. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar göstərir ki, bir zamanlar baş nazirlik iddiasında olan baş dəmiryolçu indi yeni postun eşqinə düşüb. Yeni Baş nazir təyinatından sonra siyasi islahatların keçiriləcəyi C.Qurbanovu fikrindən daşındırıb. Baş dəmiryolçu daha yüksək vəzifəyə – prezidentə daha yaxın posta ambisiyalıdır. QSC sədri özünü vitse-prezidentlik institutuna namizədlər sırasında görür. Bu adam qanunsuz yollarla qazandığı pullar hesabına özünə çoxsaylı media şəbəkəsi quraraq, zaman-zaman yüksək rütbəli məmurlara meydan oxumaqdan çəkinmir. Cavid Qurbanov özünə əməlli başlı komanda da formalaşdırmaqdadır: "Təsəvvür edin ki, hakimiyyətin ən üst pillələrində belə ibtidai tayfaçılıq prinsipləri ilə sərt mübarizə aparıldığı bir dönəmdə Cavid Qurbanov ətrafına az qala kəındçilərini cəlb etməklə hakimiyyət daxilində yeni güc mərkəzi kimi çıxış etməyə çalışır”. Amma siyasi müşahidəçilər baş dəmiryolçunun indiki postundan yüksəyə qalxacağını güman etmir. Bu isə C.Qurbanovun keçmişi ilə bağlıdır. Aşağıda təqdim etdiyimiz sənəd həmin keçmiçin bir sübutudur. Hansı ki Cavid Qurbanova köhnə illərini – xəyanət illərini xatırladır.
[img=left]https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/uploads/2019/09/rr-1-16.jpg?w=336[/img]

OXŞAR MÖVZULAR