Impera

XƏBƏR LENTİ
18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov17:34Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır16:26VƏRƏM MÜALİCƏ OLUNANDIR, KORRUPSİYA XƏSTƏLİYİ YOX-VİDEO15:30İki ay icra başçısında "haqq" çatdıra bilmədi işini itirdi - Alı Alıyev yerli məmurları necə şantaj edir?15:11Yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycan... – Əhmədov14:59Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 3%-dən çox artıb14:48Mayk Pens ANKARADA14:33Hava buludlu olacaq14:12Təhsil naziri: Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir13:59XƏZƏR RAYONUNUN İNDİKİ BAŞÇISI SƏLƏFİNƏ QARŞI SAYMAMAZLIQ EDİB?13:14İlk "El Klassiko"nun vaxtı dəyişdirilir12:54Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...12:38“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI12:0813 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM11:30Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR11:26Polkovnikdən Fuad Ələsgərova məktub var: “Ümidim Sizədir…”11:25Deputat Ülvi Quliyevin oğlu 18 yaşında Avropada şirkət açıb —FOTO11:20"Bütün bunlar Sizin işlədiyiniz dövrdə olub" - Əbülfəs Qarayevə müraciət21:3310 min manat rüşvət verməklə vəzifəyə təyin olunub-Qazanda bir tikə ət qalıb, onu kim yeməlidir?21:10"BAZARSTORE"- də kassaları azaldıblar ki, müştəriləri basabasda rahat aldatsınlar...18:07Prezident Mayıl Əhmədovu təltif etdi17:41“Qiymət artımını ciddi şəkildə hiss edəcəyik” - İlk zərbə hansı məhsullardan gələcək?17:25Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal17:12İlham Əliyevdən 7 milyonluq SƏRƏNCAM16:54DSMF-in direktor müavininin məhkəmə özbaşınalığı - Müraciət...16:30Dövlət Komitəsindən ƏCAİB ÇAĞIRIŞ... - Güləkmi, ağlayaqmı?16:16Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı – BU MADDƏ İLƏ15:55"5 min dollar verirəm, o xanım gəlib bizim stolda otursun"15:34Zakir Həsənov idarə rəisini işdən çıxardı - TƏYİNAT15:19Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – Foto15:03"Qarabağ"dan 3 futbolçu – UEFA açıqladı14:46Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq14:30"Şəmsəddin Xanbabayev istəsə..." - GİLEY13:56Özü iki müharibənin veteranı, oğlu da 2 Aprel Savaşı döyüşçüsü... - Sosial durumu ağırdır...13:39Azərbaycanda yeni sığorta fırıldağı – ÖLƏN ADAMLARLA BİZNES13:22Erməni səfir Paşinyanı necə ifşa etdi? - “Əvvəl Serj, sonra Kim Kardaşyan...”13:04Gürcü sahibkarın bir milyonluq malı əlindən çıxıb-Leyla Janasianı tora salan dələduzlar kimlərdir12:49Bakıda saatlar tutuşduruldu - Ermənistan üçün Suriya “tələsi”12:16Gəncədə naqolay kadr islahatları... - İDDİA11:49İmişlidə maliyyə maxinasiyaları... - İTTİHAM11:27“Tac Mahal MTK” yenə də narazılıq yaradır... - GİLEY11:13Cəlilabadda süqut edən təhsil sistemi - İTTİHAM10:53Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:32Azərbaycana Qarabağda antiterror əməliyyatı aparmağa nə MANE OLUR… - TƏHLİL21:49BNA-nın şok planı - İDDİA21:31Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır - TƏHLİL21:22Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA - İLGİNC21:07Gədəbəy təhsilində biabırçı mənzərə... - İTTİHAM20:56Yeni baş nazir onunla işləmək istəmədi... - İDDİA16:08İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması16:03Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko15:52"Camaat aylarla sürünür növbədə..." - GİLEY15:39Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı15:12GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var14:59“İstedArt” layihəsinin yeni mövsümünə start veriləcək14:46Ramil, Riçard, Bəhlul - Millinin ən yaxşıları14:30Lənkəranda 42 yaşlı qadını DÖYDÜLƏR14:09Göygöl DYP-yə yeni rəis təyin olunub13:54“Evrascon” ASC 5 aydır işçilərin maaşını vermir... - GİLEY12:42Masallıda işlər niyə əyri gedir? - ARAŞDIRMA12:10“İnşaat konstruksiyaları” MMC narazılıq yaradır - hər sakindən min manat rüşvət11:57Rafael Cəbrayılovun şok səs yazısı yayıldı: “Türməyə gedirəm...” - AUDİO11:27Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı10:51Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir10:33Azərbaycan neftinin SON QİYMƏTİ17:03Məktəb direktorundan nazir müavininə ağır ittiham16:59Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görülüb16:41"Şəffaf" tenderlər rubrukasından: İcra Hakimiyyəti MTN-in pulunu aldığı şəxslə müqavilə bağladı – 259 min manat16:27Azərbaycanın yeniyetmə şahmatçısı dünya çempionu olub15:58İnhisarçılıq zəifləyərsə, nə baş verər?! - TƏHLİL15:44Azərbaycan “Keşikçidağ”ı gürcülər üçün açdı - Yalnız turist kimi gələ bilərlər...11:35"Bu yolda həm qardaş Türkiyəyə, həm də Azərbaycanımıza uğurlar diləyirik" - Əli Həsənov11:28Rafael Cəbrayılov prokurorluğa çağırılıb - keçmiş deputata məsləhət görülüb ki....11:01"Azəriqaz" yenə də narazılıq yaradır... - GİLEY10:43Qardaş ölkənin Suriyada başladığı 3-cü antiterror əməliyyatı ilə bağlı yaxın gözləntilər - əməliyyat uzana bilərmi...10:23Gəncə təhsilində pulyığma sezonu... - İDDİA18:23Paşinyanın casusla yazışması üzə çıxdı – İrəvan çalxalanır18:14“Dövlətin malını dədə malı kimi dağıdırdılar” - İTTİHAM18:04BDU-da “2 ELÇİN FAKTORU” – Universiteti kim idarə edir: Elçin Babayev, yoxsa Elçin Məmmədov?17:41İradə Gülməmmədovanın rayonun Görədil kəndində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib.17:40DTX-dən müdhiş əməliyyat: xaricdə təlim keçən terrorçu dəstə belə yaxalandı - VİDEO17:38Председатель “Конгресса Азербайджанцев" Муртазе Гюлмамедов встретиться с Министром национальной политики РСО-Алания с Цуциевым Аслан Аркадьевичом15:14Əliyev Paşinyanı darmadağın etdi: Nikol isə yalana əl atdı - VİDEO13:30İşdən çıxarılan xanım dosent açıq məktub YAZDI - İTTİHAM13:13Bakı Nəqliyyat Agentliyinin rəsmisi saxta arayış verib - İTTİHAM12:46Oktyabrın 11-i ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycan Prezidenti seçildiyi gündür12:30Rüşvətxorlu ittihamı ilə qovulan general yenidən vəzifə ümidində... - ŞOK İDDİA12:07Məhərrəm Quliyevlə bağlı ilginc iddia... - "O, kimdən ehtiyat edir ki?"11:11Təhməzlinin rəhbərliyi altında işləmək istəmirlər... - İDDİA10:58Lənkəran şefi biznesə girişib... - İDDİA10:42Bu ərazilərdə qaz olmayacaq10:21Sentyabrda Azərbaycanın gündəlik neft hasilatı 755 min barrel olub10:04Atəşkəs rejimi 22 dəfə pozulub20:43Səfər Mehdiyev, yoxsa Əbülfəz Məlikov?20:41Kəmaləddin Heydərovun şirkətində nə baş verir? – İşdən çıxarılmış 15 nəfər müraciət etdi20:34SDU XIII Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olundu18:24Masallıda sakinlər etiraz edir... - VİDEO18:07"Suriyanın xəritəsini öz xeyrinə dəyişdirmək istəyənlər bunu Azərbaycana da edə bilərlər"17:46Dilqəm və Şahbazla bağlı son durum: - Ailəsindən AÇIQLAMA
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (279)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Qoşqar Təhməzli “Broker Əbülfəz”in palma yağlarına necə göz yumur? – Özəl

19 sen 2019, 12:02   
    36
 Qoşqar Təhməzli “Broker Əbülfəz”in palma yağlarına necə göz yumur? – Özəl
 

Təqribən iki ilə yaxındır ki, yaradılan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə prezidentin və əhalinin böyük etimadı varıydı. Ölkənin qida sənayesində hökm sürən anarxiya, özbaşınalıq hallarının aradan qismən qalxacağı, bazara daxil olan mənşəyi bilinməyən məhsulların araşdırılacağı gözlənilirdi.

AQTA-nın qarşısındakı əlahiddə missiya əhalinin qida "terroru”ndan qurtuluşu üçün şəffaf fəaliyyət olmalıydı. Amma istehlakçıların hər gün aldadılması, saxtakarlığa yol verilməsi, mənşəyi bilinməyən malların bazarlarda ayaq açması hallarına qarşı kompleks tədbirlər həyata keçirilmir.

AQTA rəhbəri Qoşqar Təhməzlinin Avropadakı biznesinin üzə çıxması da əminlik yaratdı ki, bir çox məmurlar kimi onu da vətəndaşların həyatı yox, öz həyatı maraqlandırır.

O baxımdan marketlərdə, bazarlarda leş ət, mənşəyi bilinməyən, onkoloji xəstəlikləri genişləndirən palma yağları, istehsalçı müəssisələri sexlərdə yerləşən ağartı məhsulları Azərbaycanda əhalinin həyatını zəhərə döndərməkdədir.

Reportyor.info-nun Araşdırma Qrupunun monitorinqlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi yağlarla, genetik modifikasiya olunmuş məhsullarla məşğul olmur.

Azərbaycanda yayılmış qorxunc xəstəliklərin ən azı 80 faizi təkcə yağla bağlıdır. Qida Təhlükəsizliyi Agentliyi isə marketlərdə satılan yağların mənşəyi, keyfiyyəti, istehsalçısı ilə bağlı heç bir araşdırma aparmır.

Bu sahədə Dövlət Gömrük Komitəsi də nəzarət etmir deyə ölkəyə nə idxal edilməsindən müvafiq strukturlar xəbəri yoxdur. Əslində, buna göz yumurlar demək obyektiv olardı.

Gömrük Komitəsi və AQTA ölkəyə gətirilən malların sertifikatının olub-olmaması, laboratoriyada yoxlanılması barədə hər hansı təftiş aparmır.

Hətta belə iddialar səslənir ki, Qoşqar Təhməzlinin agentliyi qida təhlükəsizliyi sahəsində vaxtilə sahibkarların "dərisini soyan” ləğv edilmiş MTN-nin məlum bandası, eləcə də zaman-zaman iş adamlarının başına oyun açmış Dövlət Baytarlıq Xidmətinin "funksiyalarını” yerinə yetirir.

Bir müddət əvvəl sahibkarlarla sövdələşməyə gedən AQTA-nin mütəşəkkil dəstəsi də ifşa olunmuşdu. Lakin sistemin iş prinsipi dəyişməz olaraq qalır.

İddialara görə, bazara daxil olan malların keyfiyyəti, təmizliyi, mənşəyi ilə bağlı AQTA tərəfindən aparılan "yoxlama”lar köhnə üsullarla aparılır.

Odur ki, əhalini xərçəngə yoluxduran, uşaqlarda xəstəliklərə yol açan palma yağları, zərərli bitkilər bazarlarda "meydan sulayır”.

Araşdırmalar göstərir ki, həqiqətən də kərə yağı adı ilə bitki yağı və digər qatqıların nəticəsində hazırlanan yağlar satılır.

 

Həmçinin heyvanın kəsimindən sonra qalan iç yağı, xaricdən gətirilən palma yağları qarışdırılır və müəyyən komissiyaya çatdırılandan sonra qablaşdırılır, etiketlənir, kərə yağı adı ilə əhaliyə satılır.

Əslində, kərə yağı baha olmalıdır, həm də iyindən hiss olunmalıdır ki, bu kərə yağıdır. Yalnız qismən Almaniyadan, Fransadan gətirilən yağlara demək olar ki, onlar kərə yağıdır.

Bu müddət ərzində AQTA tərəfindən hansısa mənşəyi bilinməyən və ya kərə yağı adı ilə satılan palma yağının aşkarlanması, bu haqda ictimaiyyətə məlumat verilməsi faktına rast gəlinməyib.

Ölkəyə Fransadan, Avstraliyadan tutmuş Belarus, Rusiya, Ukrayna, hətta Dağıstandan yağlar idxal edilir. Amma Q.Təhməzlinin qurumu ictimaiyyətə məlumat vermir ki, hansı araşdırmalar aparıblar.

Elə bunun nəticəsidir ki, gömrükdə "korifey” inhisarçılardan olan, "Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikovun tərəfindən ölkəyə palma yağları gətirilir.

AQTA isə Ə.Məlikovun "kəsdiyi başa sorğu yoxdur” prinsipi ilə fəaliyyəyt göstərir və heç bir araşdırma aparmır.

O, "Broker” MMC-nin əvəzinə "Delta Qrup C.O.” MMC vasitəsi ilə Azərbaycana yağ idxalına nəzarət edir. Bu yağlar isə kərə yağı adı altında xalqa ucuz sırınan palma yağları olduğu iddia edilir.

Dünyada aparılan elmi araşdırmalara istinad edilərək, trans yağların insan orqanizmi üçün təsirlərinin elmi əsaslarla risk qiymətləndirməsi aparılıb və həmin araşdırmalar nəticəsində bu yağların insan sağlamlığına mənfi təsiri öz təsdiqini tapıb. Yəni dünya elminin təsdiq etdiyini, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi də təsdiq edib.

Qeyd olunur ki, doymuş yağ turşularının enerji dəyərinin digər yağ turşuları ilə eyni olmasına baxmayaraq, orqanizmdə yağ toplanması və çəki artımına səbəb olur.

Eyni zamanda, trans yağ turşuları ilə qidalanma insulinə qarşı rezistentliyin əmələ gəlməsinə şərait yaradaraq, diabetə meyilliliyi artırır və xroniki iltihabi proseslərin inkişafına səbəb olur.

Normadan artıq trans yağların qəbulu ürək–damar xəstəliklərinin yaranmasına səbəb olur. Həmçinin, trans yağ turşularının xərçəng, piylənmə, alzeimer, dölün inkişafdan qalması, körpələrdə mərkəzi sinir sisteminin inkişafına mənfi təsir etməsi, diabetə meyilliliyi artırdığı da müxtəlif araşdırmalarda müəyyən edilib.

Amma maraqlıdır ki, agentliyin açıqlaması yalnız trans yağların insan orqanizminə zərəri haqdadır. Azərbaycanda bu halın olub-olmaması haqda informasiya verilmir. İnsanların həyatı üçün sağalmaq xəstəliklərə səbəb olacaq bu kimi yağların istehsalçıları da açıqlanmır.

Mediada mütəxəssislər yerli istehsalda nəinki palma yağından hətta neftdən alınan yağlardan da bitki yağlarının hazırlanmasında istifadə olunduğu bildirilir.

İndi bunların yaxasınsan tutmaq lazımdır ki, 2 ildir ki, fəaliyyət göstərirsiz, hansı fakta əsasən bu qərara gəlmisiz? Nə aşkarladınız?

Hansı müəssisədə idxal olunan və ya yerli istehsal olunan yağların tərkibində hansı qatqı maddələrini əldə etmisiz? Bunu açıqlamalıdırlar.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi GMO-nun lobbiçiliyini aparır. Məsələn, bir neçə ay əvvəl AQTA GMO-lu qidaların siyahısını vermişdi. Bu siyahıdan əvvəl GMO-lu qidaların sağlamlığa zərərli olmaması barədə müqəddimə yazmışdılar. Bu, elə lobbiçilikdir.

Digər tərəfdən, ölkəyə GMO-lu məhsulların idxalının qadağan edilməməsi, ölkədə GMO istehsalına məhdudiyyətlərin qoyulmaması və orqanik qida istehsalı sahəsinin genişləndirlməsinə investisiyaların yatırılmamasının özü də GMO lobbiçiliyidir. Orqanik qidalara dəstək lazımdır ki, inkişaf edə bilsin.

Bazarlarda satılan GMO-lu meyvələr aldadıcı görünüşü var, həm gözəgəlimli, həm də dadlı olurlar. Ona görə də orqanik məhsulların rəqabətə davam gətirməsi bir qədər çətinləşir.

Xatırladaq ki, qida bazarında əhalinin təhlükəsizliyinə bir yamaq ola bilməyən Qoşqar Təhməzli özünə gün ağlamaqla, Avropada xalat biznesi qurması ilə məşğuldur.

Ölkənin qida təhlükəsizliyinə cavabdeh olan cənab Qoşqar Təhməzli Slovakiyadakı "Saffran” S.R.O. şirkəti vasitəsiylə hotel və mehmanxaları tekstil və hamam aksessuarları ilə təmin edir (şirkətin saytı: saffran.sk).

Agentlik rəhbərinin Bratislavada şirkətin məhsullarını təqdim edən satış mərkəzi də fəaliyyət göstərir.

Saffran S.R.O 2016-cı ilin noyabrın 11-də Bratislava ədliyyəsində 50 574 256 saylı şəhadətnamə ilə qeydiyyata alınıb. Qeydiyyat ünvanı: Špitálska 53

Bratislava – mestská časť Staré Mesto 811 01.

Şirkət 5000 avro nizamnamə kapitalı ilə Bakı şəhəri Orucəliyev küçəsi 9/12, mənzil 40 -da qeydiyyatda olan Qoşqar Təhməzli öz adına rəsmiləşdirilib.

25 dekabr 2017-ci ildə cənab Qoşqar Təhməzli Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri təyin edildikdən sonra Slovakiyadakı biznesini yaxın adamı olan Cavidan İmanovun adına keçirmək qərarına gəlir.

2018-ci il iyulun 3-də "Saffran” S.R.O. Belarusiya vətəndaşı, Minsk sakini Svitlana Palamarchukun (20%) və Cavidan İmanovun (80%) adına keçirilir.

Yəni, xalqa təmiz yağ satılmasına nəzarət etməsə də, işləri yağ kimi getməkdədir. AQTA-nın fəaliyyətsizliyi təkcə yağ məhsullarında öz əksini tapmır, digər sahələrdə də heç nə dəyişməyib.

Növbəti araşdırmamızı qaçırmayın…

Reportyor.info-nun Araşdırma Qrupu


OXŞAR MÖVZULAR