Impera

XƏBƏR LENTİ
18:00İlham Əliyevdən növbəti sərəncam17:45Beyləqanda əcaib-qəraib olaylar... - İDDİA17:30İlham Əliyev Lənkərana 2,3 milyon manat ayırdı17:15“26-lar” kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb? – FOTO17:00İlham Əliyev Şahin Mustafayevi vəzifəsindən azad etdi16:36Daha 8 oyuna hakim təyinatları açıqlandı - Çempionlar Liqası16:23Milli Kitabxanada növbəti kitab sərgisi ədəbiyyatşünas alimə həsr olunub16:13Ərdoğan və Putin arasında görüş başladı - Soçidə16:00Gəncənin “təhsil şefi” haqqında ŞOK İTTİHAMLAR - “Zakir Hüseynov üçün idarəçilikdə heç bir sərhəd, qayda-qanun yoxdur”15:44Sahil Babayevin işçilərinə qarşı SƏRT İTTİHAMLAR - Müraciət...15:41Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının əməkhaqları növbəti dəfə artırıldı.15:23Bu saxtakarlıq Azərbaycan polisi üçün başucalığıdır14:41Gəncənin abadlaşmasına ayrılan milyonlar necə xərclənir?14:23Goranboyda icra başçısı ortalarda görünmür... - Şikayətçilər isə qapıdan qovulur...14:11"Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edən Nərmini hansı cəza gözləyir?"-Hüquqşünas rəyi13:47Qusarda dağlıq əraziyə düşən şəxsin ölümü ilə bağlı DƏHŞƏTLİ FAKTLAR13:20Ağsunun yeni icra başçısı da sakinləri dinləmir... – “Kəndimizin örüş sahələri satılıb”13:17"120 saat bitir" - Ərdoğandan xəbərdarlıq12:38Əli Əsədovun kabineti yenilənir... - Daha kimlər yol üstündədir?..12:20LC Waikiki mağazasında müştərilərə qarşı hörmətsizlik - GİLEY12:08SABİQ MƏMURUN ŞİRKƏTİNƏ 2 MİLYONLUQ DAHA BİR TENDER – “Azəri Servis LTD”-nin “udduğu” tenderlərin sayı-hesabı yoxdur11:53“Flaqman” halal kolbasa satmır: etiraf, vəhabi izi, 1,3 ton atılmış məhsul… – Sensasiya10:51Payız-qış mövsümünə hazırdırmı? - Rəsmilər danışır10:37Vahid Əhmədov: Yəqin ki, kadr islahatlarının davamı olacaq10:22Bu rayonlarda qaz təchizatı DAYANDIRILACAQ10:11Atəşkəs 20 dəfə pozuldu18:00Oqtay Şirəliyev də gedir... - Gözlənti17:45Prezidendən Qüdrət Qurbanovla bağlı SƏRƏNCAM17:40Azərbaycanda vəzifəli şəxs qəzaya düşdü -17:18Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR17:09Prezident Tünzalə, Röya və Miri Yusifə “Xalq artisti” adı verdi16:52Prezident Əli Həsənovu vəzifəsindən azad etdi16:24300-dən çox İŞİD terrorçusu məhv edilib - Akar16:15Prezident bu şəxsləri təltif etdi16:02"Uninet"-in əndrabadi qanunları - ŞİKAYƏT15:49“Dedilər, bu işlər elə-belə görülmür” - Ağdamda NARAZILIQ14:40Dəniz limanlarında 6,7 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib14:32Adil Vəliyevin kadrları da özü kimi işləyir... - Sakinləri dinləyən yoxdur...14:20Bankların "YASMİN" TAMAHI... - İTTİHAM14:08Azərbaycan şəhərində PKK-ya abidə qoyuldu - FOTO13:58Dərmanları həm baha, həm də saxta... - İTTİHAM13:47Ləğv edilmiş dövlət qurumunun rəhbərinə yeni vəzifə verilib12:51Əliyar Qasımovun dostu tərəfindən bıçaqlanmasının TƏFƏRRÜATI - "Çıxanda bizimlə hesablaşacaq"12:41Metyu Brayza: Əgər ABŞ Konqresi NATO-nun müttəfiqini düşmən hesab edirsə, dünya ağlını itirib - ÖZƏL12:32"Beşiktaş"da yeni prezident12:18Bakıda “Sovet dövründə Türkiyəni Vətən seçənlər” mövzusunda fotosərgi açılacaq12:07R.Tağıyevin siyasi orientasiyasının ciddi araşdırılmasına ehtiyac vardır - Təhsilimizə uzanan barmaqlar...12:03Razi Nurullayev: “Rəngli inqilablar dövrü keçib”11:30"Bütün bunlardan artıq bezmişik" - Xaçmazda ÖZBAŞINALIQ11:09Laçınlı məmurdan prezidentə şikayət olundu - İTTİHAM10:43“1000 bərəkət, halal nemət" TƏHLÜKƏSİ... - ARAŞDIRMA10:30Azərbaycan nefti həftə ərzində 2%-ə yaxın bahalaşıb10:18Atəşkəs 22 dəfə pozulub15:09Müxalifətin mitinqində “Sipark”a etirazlar – Video11:35Binəqədi DSMF-dən ciddi narazılıq11:30Türkiyə ordusuna hücum: şəhid və yaralı var11:25Qobustanda ev yandı, Bakıda faciənin qarşısı alındı11:21Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar11:15Əli Kərimli: “Az qala ölürdüm” / Siyavuş Novruzov: “Təxribat törətməyəydin”16:32Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanılıb - Bu gündən16:08Gələn həftə dəyişikliklərin START DÜYMƏSİ BASILIR... - Kimlər gedir?15:54Rafael Cəbraylovun binaları sökülərsə... - "...binaların çoxu “kaçalka”ların yerində tikilib"15:34Ceyhun Bayramov işinin öhdəsindən gəlirmi? - Görünəni odur ki...15:22UEFAdan İKİLİ STANDART!!! - “Qarabağ”ı cərimələdi, amma erməni təxribatı ilə bağlı açıqlama vermədi13:00BANK SEKTORUNA “SARI VƏRƏQƏ” – Məmur-bankirlər son müşavirədən nəticə çıxaracaqlarmı?12:33Türkiyəyə qarşı ŞOK TƏLƏBLƏR: 60 deputat imzaladı12:11Sabiq nazir oğlu Londondakı şirkətlərini niyə bağlayıb?11:56Texniki-Humanitar Liseydə bazar qanunları - İTTİHAM11:34Vilayət Eyvazovdan növbəti — TƏYİNAT00:05Gömrük Generalının Çexiyadakı nəhəng mülkləri-FOTOLAR20:35"Bakı Metropoliteni"nin bütün stansiyalarının rəisləri və müavinləri dəyişib - SİYAHI20:17Sahil Babayevin abadlaşdırdığı “xarabalığın” əsl memarı Füzuli Ələkbərov: - Keçmiş nazir hələ “göylərdədir”20:06Azərbaycanda internetin sürəti ilə bağlı MÜƏMMA - Nazirlik inkar edir19:51"Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" - Əli Həsənov19:35Qubadlının icra başçısı Xətaiyə gətirilir? - İDDİA16:40Руководитель пресс службы “Kонгресса Азербайджанцев” РСО-Алания Эльчин -Шукур, встретился с Уполномоченным по правам человека Чеченской республики Нухажиев Нурди Садиевичом.16:17SDU-da “Azərbaycanda elmin və təhsilin inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda elmi-praktik konfrans keçirildi15:55Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək15:51İradə Gülməmmədova Xırdalan şəhər sakinlərilə görüşdü15:41Prezident Rövşən Rzayevi qəbul edib15:22“Araz-Alko” MMC-də müəmmalı olaylar... - Müraciət...15:05Türkiyədə dollar ucuzlaşdı14:48Taleh Qaraşovla bağlı iddia... - VİDEO14:28Ağsuda nə baş verir? - İTTİHAM14:14İlham Əliyev hansı nazirlərlə vidalaşır? – arxaik idarəçiliyə son!12:54Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:33Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:14Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:49Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO11:22“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:09Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:47Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:27"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!23:27Prezidentin ayırdığı pullar Ağsuda necə mənimsənilir?-FOTOLAR18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (376)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Rəfael Cəbrayılov son dəfə özünü necə “bitirdi” - sabiq deputatın həbsi tələb olunur

02 okt 2019, 14:56   
    34
Rəfael Cəbrayılov son dəfə özünü necə “bitirdi” - sabiq deputatın həbsi tələb olunur
 
Deputat vəsiqəsini girov qoyaraq külli miqdarda vətəndaşlardan pul alan Rəfail Cəbrayılovla bağlı məsələ ölkənin əsas gündəmini zəbt edib. Onun sentyabrın 30-da mandatından imtina etməsi və elə həmin gün mətbuat konfransı keçirməsi də heç nəyi həll etməyib. Hər keçən gün R.Cəbrayılovun dərdləri artmaqdadır...

Onun keçirdiyi mətbuat konfransında səsləndirdiyi bəzi fikirlər də gündəm olub. Borcu nə üçün qaytarmadığından, vəsiqəsini girov qoymasından danışmayan Cəbrayılov, bir sözlə, onun "ipini kəsən” ölkə mətbuatını qınayıb. Barəsində yazı yazmayan mətbu orqanları istinad edərək, ümumi şəkildə həqiqətlərlə dolu yazılar tirajlayan saytlara yükləndi. Onun dili ilə deyilsə, bu biabırçı olay haqqında yazılmamalı imiş.

Bundan əlavə, əqidəsindən danışan R.Cəbrayılov hələ də Kommunist Partiyasının biletini saxladığını deyib. Onun bu fikri müzakirələr doğurub. O, devalvasiya səbəbindən borclandığını da önə çəkib.

R.Cəbrayılovun istefası və səsləndirdiyi fikirlərlə bağlı Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa "Yeni Müsavat”a bunları dedi: "Onun Kommunist Partiyasının biletini saxladığı barədə dedikləri ilə bağlı onu deyə bilərəm ki, burada söhbət yəqin epizodik əşya kimi saxlamaqdan gedir. Məsələyə, məncə, bu cür baxmaq lazımdır. Kommunist əqidəsindən söhbət getmir ki. Keçmişlə bağlı özünə aid sənədləri insanların çoxu saxlayır.

Fazil Mustafa: "Bu istefa ilə Milli Məclislə bağlı məsələ bitdi”

Məsələn, bu gün elə sənədlər var ki, o qədər də əhəmiyyəti yoxdur, amma onları saxlayıram. Onun istefa qərarını istefa mədəniyyəti kimi qəbul etmək lazımdır. Buna çox normal yanaşıram. İnsanın öz seçimidir. Burada olan hüquqi, siyasi proseduraları gözləmədən özü bu addımı atırsa, cəmiyyətin ictimai rəyini nəzərə alırsa, bu onun seçimidir. Bu, həm də hüquqi bir mədəniyyət nümunəsidir. Xaricdə yüzlərlə belə hadisələr olur. Düşünürəm ki, bunu böyütməyə o qədər də ehtiyac yoxdur. Bəzən ən yüksək səviyyədə, hətta nazirlər səviyyəsində yüzlərlə belə hadisələr baş verir. Xaricdə istefa mədəniyyəti deyilən bir anlayış var. Adamlar bundan istifadə edirlər. Bu da həmin istefa mədəniyyətini nümayiş etdirib. Məsələni başqa kontekstdə şərh etməyə ehtiyac duyulmur”.

F.Mustafa artıq keçmiş sayılan həmkarının mətbuata yüklənməsinə də aydınlıq gətirdi: "Azərbaycanda bütövlükdə buna mətbuat deməyək. Çünki mətbuat daha peşəkar anlayışdır. Sosial şəbəkələrdə aqressiyanın məqsədyönlü şəkildə yönləndirilməsi prosesi gedir. Hər hansı bir hadisəni şişirtmək cəmiyyətdə olan ümumi aqressiyanın nəticəsidir. Sosial, siyasi şərtlərin yaratdığı aqressiyanı insanlar məhz mətbuat vasitəsilə qabartmağa çalışırlar. Bir çox hallarda doza artıq olur. Nəticədə də insanlar günahı mətbuatda görürlər. Hər birimiz öz davranışımıza diqqət yetirməliyik. Tənqidə dözümsüzlük baş alıb gedir. Bəzən fikirlərin qəbul edilmir və onlarla gerizəkalının qabağında durmalı olursan. Halbuki normal ölkələrdə əks fikirləri səmimi şəkildə müzakirə edirlər. Söymək savadsızlıq nümunəsidir. Təkcə bu epizodla bağlı deyil. Bütün epizodlarda cəmiyyətimiz bu cür acınacaqlı vəziyyətdədir. Adam ictimai rəyi nəzərə alıb istefa verirsə, bu məsələni burada yekunlaşdırmaq olur. Məsələnin hüququ tərəfləri başqa mövzudur. Millət vəkilliyinə hər kateqoriyadan, cinahdan insanlar gələ bilər. Burada siyasi baxışlarına görə fərqli insanlar var. Əsas məsələ odur ki, istefa mədəniyyətinə əməl etmək lazımdır. Bəzən elə yanlışlıqlar, nöqsanlar olur ki, ictimai rəyi nəzərə almaq lazım gəlir. Bəzən də ictimai rəyi nəzərə almağın zərəri olur. Davranışla yanlış, hüquqi davranış arasında fikir polemikasını eyniləşdirmək olmaz. Dağlıq Qarabağ probleminin həlli yolunu hələ tapa bilməmişik. Bu ağılla da tapa bilməyəcəyik. Müzakirə etməyi sevmirik. İnsanlar daha sağlam düşüncəyə sahib olmalıdırlar. Onu da deyim ki, bu istefa ilə Milli Məclislə bağlı məsələ bitdi. Digər məsələlər tərəflərin mübahisəsidir. Proses məhkəmə qaydasında davam edir. Onun məhkəməyə verilməsinə normal baxıram. Hər kəs məhkəməyə verilə bilər. Haqlıdırsa, haqqını müdafiə edəcək, haqsızdırsa, digər tərəfin hüquqlarının qorunması üçün məhkəmə qərar çıxaracaq”.

İqbal Ağazadə: "Qərarın doğru olduğunu düşünürəm”

Keçmiş millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə bu məsələ ilə bağlı bundan sonra danışmağı məqbul hesab etmir: "Bu cür durumlara düşmüş, yaxud vəzifəsindən çıxarılmış adamlar haqqında proses baş verəndən sonra danışmaq niyyətində olmamışam. Bu məsələ ilə bağlı bundan sonra danışmağı məqbul hesab etmirəm. Mənim üçün proses bitib. Rəfael Cəbrayılov sıradan biri olaraq kiməsə borcu olduğunun, kimdənsə borc aldığının fərqində deyildi ki? O, deputat vəsiqəsini girov qoyduğunun fərqində idi. Sonunda istefa verdi və mövzu mənim üçün qabadıldı. Bu qərarın doğru olduğunu düşünürəm”.

Tural Abbaslı: "Cinayət məsuliyyətinə cəlb olunsun”

AĞ Partiya başqanı Tural Abbaslı R.Cəbrayılovun həbsini tələb etdi: "Siyasi baxımdan ”tərbiyəsiz" eks deputatın mətbuat konfransına baxmamışam. Düşünürəm ki, hələ də etdiyi hərəkətin ağırlığını anlamayan belə mənasız bir insanın mətbuat konfransına baxmaq vaxtıma hörmətsizlikdir. Onun hansısa məbləğ qarşılığında, hələ onların deyimi ilə desək, xalqın etibar etdiyi mandatı girov qoyması bu insanın hansı mənəvi dəyərlərə sahib olduğunu göstərir. Əgər bu şəxs mətbuat önündə özünün borc məsələsinə bəraət qazandırmağa çalışırsa, demək, Rəfael Cəbrayılovun etdiyi hərəkətin həm də qanun pozuntusu olmasından xəbəri yoxdur. Azərbaycan Respublikası qanunlarına əsasən millət vəkillərinin bizneslə və ümumiyyətlə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa ixtiyarı yoxdur. Bu isə çıxıb borcunu qaytara bilməməsini devalvasiya ilə əlaqələndirir. Belə yerdə deyirlər ki, "üzrü qəbahətindən betər”. Heç olmasa ayıbına kor olub sakit yerində otursun. Ancaq bizim eks deputatımız özündə heç bir günah görmədiyi üçün günahı bu hadisəni işıqlandıran mətbuatda görür. Yəni o düşünür ki, əgər onun cinayətini mətbuat bu səviyyədə işıqlandırmasaydı, ört-basdır edilə bilərdi. Bu, "Əgər tutulmamısansa, oğru deyilsən” təfəkkürüdür. Belə təfəkkür sahibləri nəinki xalqın vəkilliyini edə bilməz, heç hansısa fermer təsərrüfatında da işləyə bilməz. Əslində Rəfail Cəbrayılovun belə düşünməsi üçün əsası da var.

Çünki o düşünür ki, hazırda Milli Məclisdəkilərin 80%-i sahibkarlıqla da məşğuldur, borc da alırlar, xalqın malını da talayırlar, ancaq onlara bir söz deyən yoxdur, yəni mənə nə olub ki, hər kəs üstümə gəlir? Anlamır ki, bu hərəkəti ilə təmsil etdiyi iqtidarı ifşa edir və illərdir ki, müxalifət olaraq bizim dediklərimizi təsdiq etmiş olur. Onun Kommunist Partiyasının biletini saxlaması faktı isə başqa bir biabırçılıq, yaltaqlıq və müstəqil ölkəyə xəyanət cəhdi kimi bir şeydir. Heç kimə sirr deyil ki, 1918-ci ildə Azərbaycanın müstəqilliyinə son qoyan və xalqımızı 70 ilə yaxın əsarətdə saxlamış kommunist rejimi yüz minlərlə günahsız vətəndaşımızın qanını axıdıb, repressiyalara məruz qoyub, insanlarımızı və xalqları sürgünə məruz qoyub, ailələri dağıdıb, tariximizi saxtalaşdırıb, mədəniyyətimizi məhv etməyə çalışıb və sair. İndi isə özünü müstəqil ölkənin millət vəkili hesab edən biri fəxrlə elan edir ki, mən həmin partiyanın, həmin təfəkkürün partiya biletini əziz bir əşya kimi saxlayıram. Bu bilirsinizmi nəyə bənzəyir? Təsəvvür edin ki, Almaniya Parlamenti Bundestaqın hansısa deputatı bəyan edir ki, bəs, mən faşist partiyasının biletini saxlayıram. Bir anlıq düşünün ki, bu bəyanat Almaniyada, Avropada və ümumiyyətlə, dünyada hansısa səs-küyə səbəb ola bilər. Və eyni zamanda bunu bəyan edən insana, siyasətçiyə münasibət necə olar? Biz AĞ Partiya olaraq, Rəfael Cəbrayılovun istefa faktını qətiyyən heç bir demokratik siyasi mədəniyyət hesab etmirik. Bunu cinayəti faş olan birinin məsuliyyətdən qaçmaq üçün düşünülmüş proflatik addımı kimi qiymətləndiririk. Biz müxalifət partiyası olaraq hakimiyyətdən tələb edirik ki, bu mandatın girov qoyulması faktı və millət vəkilinin sahibkarlıqla məşğul olması faktı araşdırılsın və hüquqi qiymət verilərək, eks deputat cinayət məsuliyyətinə cəlb olunsun. Bəlkə belə addımlar digərlərinə də Azərbaycan Respublikası qanunlarına əməl etmələri üçün görk olar".
"Yeni Müsavat”
OXŞAR MÖVZULAR