ABŞ-ın xaos və çevriliş planı ifşa olunur: Ankara Ağ Evə "çirkli əllərini çək" mesajı verdi
Siyasət
Oxunub: 72
6 фев 2023 | 09:30
Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-a NATO üzrə müvafiqliyi xatırlatdı, rəsmi Ankara "qara hədəflər"dən və məkrli planlardan xəbərdar olduğunu birmənalı şəkildə bəyan etməklə, Ağ Evi çətin vəziyyətə saldı... Rəsmi Ankara Ağ Evə Türkiyədə ölkədaxili sabitliyi pozaraq, xaos yaradaraq, seçkilərin nəticələrinə müdaxilə etmək şansı tanımaq niyyətində deyil...

Türkiyədə seçkilər yaxınlaşdıqca rəsmi Ankaraya qarşı xarici təzyiqlər də intensiv şəkildə artmağa başlayıb. Böyük ehtimalla rəsmi Ankaranın beynəlxalq rəqiblərində məhz seçkilər dövründə Türkiyəyə yönəlik təzyiqlərin daha effektiv ola biləcəyinə əminlik mövcuddur. Ona görə də, hazırda Türkiyə əleyhinə bütün mümkün vasitələr işə salınmış kimi görünür.

Ancaq ABŞ və Qərbin Türkiyə əleyhinə planlarının sadəcə, seçkiqabağı təzyiqlər ilə məhdudlaşdığı o qədər də inandırıcı görünmür. Çünki Qərb siyasi dairələrində Türkiyəyə qarşı daha aqressiv və radikal çağırışlara da rast gəlinir. Xüsusilə də, ABŞ diplomatiyasının keçmiş rəhbərlərindən biri olan Con Boltonun Ağ Evi və NATO-nu Türkiyədə keçiriləcək seçkilərə müdaxilə etməyə çağırması hələ unudulmayıb. Və bu, onu göstərir ki, Qərb siyasi dairələrində Ərdoğan hakimiyyətinin dəyişdirilməsinə yönəlik cəhdlər də mövcuddur.

Məsələ ondadır ki, Ərdoğan hakimiyyəti ABŞ və Qərbin deyil, məhz Türkiyənin milli maraqlarına bağlı xarici siyasət yürütməyə üstünlük verir. Xarici təzyiqlərə müqavimət göstərir və müstəqil qərarlar qəbul edir. Xüsusilə də, Ukrayna savaşına münasibətdə Türkiyənin mövqeyi ABŞ və Qərbin hədəfləri qarşısında ciddi əngəl hesab olunur. Türkiyənin Rusiya ilə münasibətlərini qoruyub saxlaya bilməsi Ağ Evdə qıcıqla qarşılanır.

Digər tərəfdən, rəsmi Ankara Türkiyə qarşısında öhdəliklərini yerinə yetirməyən İsveç və Finlandiyanın da NATO üzvlüyünü bloklayır. Eyni zamanda, ABŞ və Qərbin Türkiyə ilə maraqları Suriyada da kəskin şəkildə toqquşur. Rəsmi Ankaranın ABŞ-ın regiondakı əsas tərəfdaşı olan PKK/PYD terror təşkilatına qarşı hərbi əməliyyatlara hazırlaşması Ağ Evdə ciddi narahatlıq doğurur. Və Türkiyənin Əsəd rejimi ilə münasibətləri bərpa etməyə çalışması ABŞ və Qərbin maraqlarına sarsıdıcı zərbə hesab olunur.

Təbii ki, ABŞ-ın Türkiyə ilə qarşılıqlı münasibətlərində də ciddi problemlər mövcuddur. Ağ Ev dəyəri çoxdan ödənsə də, Türkiyəyə F-35 döyüş təyyarələri satmaqdan imtina edib, F-16 döyüş təyyarələrinin satışını isə müxtəlif bəhanələrlə gecikdirir. ABŞ-ın Yunanıstanı silahlandırıb, gücləndirməsi isə Ağ Ev və rəsmi Ankara arasında kəskin ziddiyyətlər yaradıb.

Göründüyü kimi, ABŞ-Türkiyə münasibətlərində olduqca ciddi siyasi böhran yaşanır. Türkiyəni ABŞ-ın maraqlarına uyğun davranmağa məcbur etmək vərdişlərini hələ də unutmaq istəməyən Ağ Ev indiki situasiyadan çıxış yolu axtarır. Belə anlaşılır ki, Ağ Evdə hazırda Türkiyədə keçiriləcək seçkilərə böyük ümidlər bəsləyirlər. Və Ərdoğan hakimiyyətinin məğlub olacağı təqdirdə, Türkiyənin yenidən ABŞ-ın maraqlarına həssas yanaşan müttəfiq cizgisinə geri dönəcəyini düşünürlər.

Ona görə də, son vaxtlar Türkiyənin siyasi sisteminə müdaxilə cəhdləri müşahidə olunur. ABŞ və Qərb Türkiyədə ölkədaxili situasiyanı gərginləşdirmək üçün hərəkətə keçmiş kimi görünür. ABŞ-ın Türkiyəyə yönəlik terror propoqandasına başlaması belə düşünməyə əsas verir. Artıq xeyli müddətdir ki, Ağ Ev Türkiyədə terror aksiyalarının ola biləcəyini iddia edir. Bir müddət öncə ABŞ-ın Türkiyədəki səfirliyi öz ölkəsinin vətəndaşlarını terror təhlükəsi ilə bağlı izdihamlı məkanlardan uzaq durmağa çağırmışdı.

Təbii ki, ABŞ səfirliyinin bu çağırışlarına Ağ Evin digər tərəfdaşları da qoşuldular. Bəzi Avropa ölkələri də öz vətəndaşlarına analoji çağırışlar ünvanladı. Ona görə də, bu prosesin ortaq plan əsasında vahid mərkəzdən idarə edildiyinə yönəlik kifayət qədər ciddi şübhələr də mövcuddur. Və Qərb ölkələrinin növbəti mərhələdə daha radikal addımlar atması da bunu təsdiqləyir.

Məsələ ondadır ki, son vaxtlar əksər Qərb ölkələri Türkiyədəki diplomatik nümayəndəliklərini müvəqqəti bağladıqlarını bəyan ediblər. Bu qərarın Türkiyədə terror təhlükəsinin mövcudluğu və diplomatik nümayəndəliklərin təhlükəsizliyinə təminat olmaması ilə arqumentləşdirirlər. Və təbii ki, mütləq əksəriyyəti Türkiyənin NATO üzrə hərbi müttəfiqi olan bu ölkələrin davranışları rəsmi Ankaranın narazılığına səbəb olur.

Ona görə də, rəsmi Ankara həmin xarici ölkələrin diplomatik təmsilçilərini Türkiyə Xarici İşlər Nazirliyinə çağıraraq, izahat tələb edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, NATO üzvü olan ölkələrin davranışları hərbi müttəfiqlik prinsiplərinə ziddir. Çünki əgər, Türkiyədə terror təhlükəsi varsa və həmin ölkələr bundan xəbərdardırsa, həmin məlumatları rəsmi Ankara ilə bölüşməyə borcludurlar. Bu, NATO üzrə müttəfiqliyin əsas prinsipləri sırasına daxildir. Halbuki, indiyə qədər Türkiyə İstehbarat Təşkilatına belə bir xəbərdarlıq daxil olmayıb. Və bu, NATO üzrə müttəfiqlərin Türkiyəyə qarşı təhlükəni bilərək gizlətməsi anlamına gəlir.

İstənilən halda, Türkiyəyə qarşı hansısa məkrli bir planın işə salındığı artıq qətiyyən şübhə doğurmur. Belə anlaşılır ki, ABŞ və Qərb Türkiyədə seçkiqabağı vəziyyəti qarışdırmağa çalışır. Türkiyəni daxili xaosa sürükləyib, ölkədə hakimiyyət dəyişikliyinə cəhd edildiyi müşahidə olunur. ABŞ və Qərb uğursuz olsa da, belə məkrli ssenariləri vaxtilə bir neçə dəfə Türkiyə üzərində sınaqdan çıxartmağa cəhd göstərib. Buna misal olaraq, ABŞ-ın dəstəklədiyi FETÖ terror təşkilatının iki dəfə Türkiyədə hərbi çevrilişə cəhd etməsini göstərmək olar.

Təbii ki, rəsmi Ankara mövcud situasiyadan həm narahat, həm də qəzəblidir. Hətta Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ səfirinin davranışlarına sərt reaksiya da verib. O, bildirib ki, ABŞ səfirinin Türkiyədə keçirdiyi qapalı görüşlər və bəzi pozucu qüvvələrə verdiyi təlimatlar barədə dəqiq məlumatlara malikdir: "ABŞ səfirinə xəbərdarlıq edirəm ki, öz çirkli əllərini Türkiyənin üzərindən çəksin".

Ancaq Türkiyənin daxili işlər naziri Süleyman Soylu bununla da kifayətlənməyib və ABŞ-ı PKK/PYD-ni dəstəkləməkdə, İŞİD və Əl-Qaidə terror təşkilatını yaradıb, silahlandlrmaqda da suçlayıb. Daxili işlər naziri eyham vurub ki, əgər, Türkiyəyə qarşı hər hansı terror təhlükəsi varsa, deməli, ABŞ da bu cinayətin səhnə arxası təşkilatçısı olmaq niyyətindədir. Və hazırda rəsmi Ankara Türkiyədə seçkiqabağı xaos yaratmaq niyyətində olan Qərb dairələrinin məkrli ssenarilərindən xəbərdardır.

Maraqlıdır ki, Türkiyə daxili işlər nazirinin belə sərt xəbərdarlığı nəticəsiz qalmayıb. S.Soylunun sərt və birbaşa ittihamlarına ABŞ-dan verilən reaksiya rəsmi Ankaranın hədəfi dəqiq vura bildiyini göstərir. Belə ki, ABŞ Dövlət Departamenti Ağ Evin Türkiyədə ölkədaxili vəziyyəti gərginləşdirməyə və sabitliyi pozmağa yönəlik planlar qurması barədə ittihamların doğru olmadığını vurğulayıb: "Türkiyə ABŞ-ın NATO üzrə önəmli müttəfiqi və təhlükəsizlik sahəsində tərəfdaşıdır".

Belə anlaşılır ki, Türkiyənin daxili işlər naziri ABŞ-a NATO üzrə müvafiqliyin əhəmiyyətini xatırlatmağa nail olub. Rəsmi Ankara Ağ Evin hədəflərindən və planlarından xəbərdar olduğunu birmənalı şəkildə bəyan etməklə, ABŞ-ı çətin vəziyyətə salıb. İndi Türkiyədə baş verə biləcək istənilən hadisəyə görə ABŞ da məsuliyyət daşımalı olacaq. Yəni, rəsmi Ankara Ağ Evə Türkiyədə ölkədaxili sabitliyi pozaraq, xaos yaradaraq, seçkilərin nəticələrinə müdaxilə etmək şansı tanımaq niyyətində deyil.(Yeni Müsavat)
Сегодня, 16:54
Sabiq nazir evində ölü TAPILDI
Сегодня, 16:27
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
Сегодня, 16:03
Valeh Kərimov: “Köhnədən qalan adamam, müasir fikirləşə bilmərəm” – ÖZƏL
Сегодня, 15:40
Azərbaycan-Ermənistan sərhədində ilk dirək - normallaşmanın başlanğıc nöqtəsi - ŞƏRH
Сегодня, 14:49
İntihardan əvvəl məktub yazıbmış
Сегодня, 14:16
İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək
Сегодня, 13:46
Prezident 2 fərman imzaladı
Сегодня, 13:20
Prezident onu ordenlə təltif etdi
Сегодня, 12:24
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
Сегодня, 11:51
Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
Сегодня, 11:25
Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri başlayıb
Сегодня, 10:29
Azərbaycanda "molla kəbini": Vətəndaş nikahları qadağan olunacaq?
Сегодня, 10:02
“Brent” neftin qiyməti 88 dolları ÖTÜB
Сегодня, 09:21
Bu gün 30 dərəcə isti olacaq
Сегодня, 08:56
Bakıda tıxac olan yolların sayı artıb - SİYAHI
Вчера, 19:47
“Qırmızı xətləri keçmirik” - İlham Əliyev
Вчера, 18:55
Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım
Вчера, 17:02
Bütün sahələrdə əməkdaşlıq: Azərbaycan və Rusiya etibarlı tərəfdaşlardır - ŞƏRH
Вчера, 16:21
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik
Вчера, 15:36
Azərbaycan lideri: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var
Вчера, 15:04
Prezident COP29-la bağlı forumda iştirak edir - Canlı
Вчера, 13:59
Onlar əfv olunmaq istəyir
Вчера, 13:18
Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnaməyə dəyişiklik layihəsi I oxunuşda təsdiqlənib
Вчера, 12:45
DTX-nin nümayəndələrinin maaşı ilə bağlı qərar qəbul edildi
Вчера, 12:23
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
Вчера, 11:03
Çempionlar Liqasının 2028-ci ildəki final oyunu Tbilisidə keçirilə bilər
Вчера, 10:32
Anjey Kasprşik – ATƏT-in fəaliyyətinin göstəricisi - ŞƏRH