Impera

XƏBƏR LENTİ
15:55Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək15:51İradə Gülməmmədova Xırdalan şəhər sakinlərilə görüşdü15:41Prezident Rövşən Rzayevi qəbul edib15:22“Araz-Alko” MMC-də müəmmalı olaylar... - Müraciət...15:05Türkiyədə dollar ucuzlaşdı14:48Taleh Qaraşovla bağlı iddia... - VİDEO14:28Ağsuda nə baş verir? - İTTİHAM14:14İlham Əliyev hansı nazirlərlə vidalaşır? – arxaik idarəçiliyə son!12:54Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:33Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:14Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:49Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO11:22“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:09Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:47Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:27"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!23:27Prezidentin ayırdığı pullar Ağsuda necə mənimsənilir?-FOTOLAR18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov17:34Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır16:26VƏRƏM MÜALİCƏ OLUNANDIR, KORRUPSİYA XƏSTƏLİYİ YOX-VİDEO15:30İki ay icra başçısında "haqq" çatdıra bilmədi işini itirdi - Alı Alıyev yerli məmurları necə şantaj edir?15:11Yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycan... – Əhmədov14:59Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 3%-dən çox artıb14:48Mayk Pens ANKARADA14:33Hava buludlu olacaq14:12Təhsil naziri: Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir13:59XƏZƏR RAYONUNUN İNDİKİ BAŞÇISI SƏLƏFİNƏ QARŞI SAYMAMAZLIQ EDİB?13:14İlk "El Klassiko"nun vaxtı dəyişdirilir12:54Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...12:38“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI12:0813 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM11:30Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR11:26Polkovnikdən Fuad Ələsgərova məktub var: “Ümidim Sizədir…”11:25Deputat Ülvi Quliyevin oğlu 18 yaşında Avropada şirkət açıb —FOTO11:20"Bütün bunlar Sizin işlədiyiniz dövrdə olub" - Əbülfəs Qarayevə müraciət21:3310 min manat rüşvət verməklə vəzifəyə təyin olunub-Qazanda bir tikə ət qalıb, onu kim yeməlidir?21:10"BAZARSTORE"- də kassaları azaldıblar ki, müştəriləri basabasda rahat aldatsınlar...18:07Prezident Mayıl Əhmədovu təltif etdi17:41“Qiymət artımını ciddi şəkildə hiss edəcəyik” - İlk zərbə hansı məhsullardan gələcək?17:25Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal17:12İlham Əliyevdən 7 milyonluq SƏRƏNCAM16:54DSMF-in direktor müavininin məhkəmə özbaşınalığı - Müraciət...16:30Dövlət Komitəsindən ƏCAİB ÇAĞIRIŞ... - Güləkmi, ağlayaqmı?16:16Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı – BU MADDƏ İLƏ15:55"5 min dollar verirəm, o xanım gəlib bizim stolda otursun"15:34Zakir Həsənov idarə rəisini işdən çıxardı - TƏYİNAT15:19Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – Foto15:03"Qarabağ"dan 3 futbolçu – UEFA açıqladı14:46Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq14:30"Şəmsəddin Xanbabayev istəsə..." - GİLEY13:56Özü iki müharibənin veteranı, oğlu da 2 Aprel Savaşı döyüşçüsü... - Sosial durumu ağırdır...13:39Azərbaycanda yeni sığorta fırıldağı – ÖLƏN ADAMLARLA BİZNES13:22Erməni səfir Paşinyanı necə ifşa etdi? - “Əvvəl Serj, sonra Kim Kardaşyan...”13:04Gürcü sahibkarın bir milyonluq malı əlindən çıxıb-Leyla Janasianı tora salan dələduzlar kimlərdir12:49Bakıda saatlar tutuşduruldu - Ermənistan üçün Suriya “tələsi”12:16Gəncədə naqolay kadr islahatları... - İDDİA11:49İmişlidə maliyyə maxinasiyaları... - İTTİHAM11:27“Tac Mahal MTK” yenə də narazılıq yaradır... - GİLEY11:13Cəlilabadda süqut edən təhsil sistemi - İTTİHAM10:53Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:32Azərbaycana Qarabağda antiterror əməliyyatı aparmağa nə MANE OLUR… - TƏHLİL21:49BNA-nın şok planı - İDDİA21:31Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır - TƏHLİL21:22Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA - İLGİNC21:07Gədəbəy təhsilində biabırçı mənzərə... - İTTİHAM20:56Yeni baş nazir onunla işləmək istəmədi... - İDDİA16:08İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması16:03Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko15:52"Camaat aylarla sürünür növbədə..." - GİLEY15:39Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı15:12GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var14:59“İstedArt” layihəsinin yeni mövsümünə start veriləcək14:46Ramil, Riçard, Bəhlul - Millinin ən yaxşıları14:30Lənkəranda 42 yaşlı qadını DÖYDÜLƏR14:09Göygöl DYP-yə yeni rəis təyin olunub13:54“Evrascon” ASC 5 aydır işçilərin maaşını vermir... - GİLEY12:42Masallıda işlər niyə əyri gedir? - ARAŞDIRMA12:10“İnşaat konstruksiyaları” MMC narazılıq yaradır - hər sakindən min manat rüşvət11:57Rafael Cəbrayılovun şok səs yazısı yayıldı: “Türməyə gedirəm...” - AUDİO11:27Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı10:51Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir10:33Azərbaycan neftinin SON QİYMƏTİ17:03Məktəb direktorundan nazir müavininə ağır ittiham16:59Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görülüb16:41"Şəffaf" tenderlər rubrukasından: İcra Hakimiyyəti MTN-in pulunu aldığı şəxslə müqavilə bağladı – 259 min manat16:27Azərbaycanın yeniyetmə şahmatçısı dünya çempionu olub15:58İnhisarçılıq zəifləyərsə, nə baş verər?! - TƏHLİL15:44Azərbaycan “Keşikçidağ”ı gürcülər üçün açdı - Yalnız turist kimi gələ bilərlər...11:35"Bu yolda həm qardaş Türkiyəyə, həm də Azərbaycanımıza uğurlar diləyirik" - Əli Həsənov11:28Rafael Cəbrayılov prokurorluğa çağırılıb - keçmiş deputata məsləhət görülüb ki....11:01"Azəriqaz" yenə də narazılıq yaradır... - GİLEY10:43Qardaş ölkənin Suriyada başladığı 3-cü antiterror əməliyyatı ilə bağlı yaxın gözləntilər - əməliyyat uzana bilərmi...10:23Gəncə təhsilində pulyığma sezonu... - İDDİA18:23Paşinyanın casusla yazışması üzə çıxdı – İrəvan çalxalanır18:14“Dövlətin malını dədə malı kimi dağıdırdılar” - İTTİHAM
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (300)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Oliqarxların pulu ölkəyə qaytarıla bilər - İDDİA

04 okt 2019, 14:46   
    52
Oliqarxların pulu ölkəyə qaytarıla bilər - İDDİA
Korrupsiya ilə mübarizə istiqamətində atılan addımlar bəhrəsini verir.

Azərbaycan Beynəlxalq Bankının (ABB) sabiq sədri Cahangir Hacıyevin həbsi bunun əyani sübutudur. Qeyd edək ki, C.Hacıyev külli miqdarda valyutanın ölkədən çıxarılmasında suçlandırılır. Ancaq hesab olunur ki, bu, ölkədən çıxarılan milyardların yalnız bir hissəsidir. Hələlik ictimaiyyətə məlum olmasa da, bununla bağlı müəyyən istintaq işlərinin aparıldığı istisna edilmir.

Belə bir məqamda İsveçrə bankları Azərbaycan da daxil olmaq şərtilə 19 ölkənin vətəndaşı olan müştəriləri haqqında məlumatları müvafiq dövlətlərin hökumətlərinə təqdim edəcəyi haqqında məlumat yayıb. Bu haqda isə İsveçrənin maliyyə naziri Uli Maurer məlumat bildirib. O deyib ki, İsveçrə korrupsiyaya, "çirkli pulların yuyulması”na, vergilərdən yayınma hallarına qarşı mübarizəyə dair İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yeni standartlarını tətbiq etməli olduğu üçün xarici vergi idarələrinə avtomatik rejimdə məlumat ötürmək məcburiyyətindədir. Əks təqdirdə, ölkə sanksiyalarla üzləşə bilər, bundan isə ilk növbədə iqtisadiyyata ziyan dəyəcək. Məlumatların isə 2020-ci ilin yanvar ayından toplanacağı, 2021-ci ilin əvvəlində aidiyyatı ölkələrin hökumətlərinə göndəriləcəyi bildirilir.

Yayılan məlumatdan sonra ictimaiyyəti bu sual maraqlandırır: Siyahıda adı olan şəxslərin adı açıqlanacaqmı?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bu məsələnin Azərbaycan hökumətinin səlahiyyətində olduğunu bildirib. "Bu barədə məlumat ictimaiyyətə açıqlanmayacaq. Necə ki, Azərbaycan banklarında olan məlumatlar açıqlanmır, eynilə xarici banklarda bizim vətəndaşların yerləşdirdiyi vəsaitlər barədə də məlumatlar açıqlanmayacaq. Bu siyahıya korrupsiya ilə əldə etdiyi vəsaitləri xarici banklarda saxlayan məmurlar, həmçinin vergidən yayınan yerli sahibkarlar da daxil ola bilər. Hər bir halda, sözügedən mexanizm, ona görə tətbiq edilir ki, bütün dünyada korrupsiya və "çirkli pulların yuyulması”na qarşı mübarizə aktualdır. Məlumat, ona görə Azərbaycan hökumətinə veriləcək ki, hökumət özü baxsın və sözügedən Azərbaycan vətəndaşının bu pulu hansı yolla əldə etməsini müəyyənləşdirsin. Bir sözlə, bu, sırf Azərbaycan hökumətinin sərəncamında olan bir məsələdir”-deyə, Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında deyib.

Məsələnin diqqəti çəkən digər tərəfi oliqarx məmurların ölkədən çıxardığı milyardlardır. Sirr deyil ki, zamanında yüksək post tutan bir çox məmurlar sonradan öz bizneslərini xarici ölkələrə daşıyıblar. İsveçrə banklarında onlara məxsus vəsaitlərin olduğu da istisna deyil. Digər tərəfdən, ölkədən vəsaitlərin hansı yolla çıxması, bunun bəyan edilib-edilməməsi, eləcə də vəsaitlərin miqdarı açıqlanmır. Digər tərəfdən azərbaycanlı oliqarx məmurların, qeyri-rəsmi milyarderlərin vəsaitlərini yatırdığı banklar təkcə İsveçrə ilə məhdudlaşmır. Həmin vəsaitlərin ölkəyə qaytarılması üçün də heç bir mexanizm yoxdur. Təbii ki, ölkədən çıxarılan milyardların geri qaytarılması, real iqtisadiyyata yatırılması vacibdir. Amma bu, hələlik mümkünsüz görünür. Çünki ölkədən çıxarılan pulların hansı hesablara yatırılması və ya rəsmi olaraq qeydiyyata alınıb-alınmamasını yoxlayacaq mexanizm yoxdur.

İsveçrə hökumətinin isə azərbaycanlıların adına olan bank hesablarını açıqlaması əslində, hökumət üçün yeni fürsət olacaq. Bu, korrupsiyaya qarşı mübarizədə müstəsna rol oynaya bilər. Hesab olunur ki, hökumət bu məlumatları ictimaiyyətə açıqlamalı, xalq bu şəxslərin kimliyi, onların gəlirlərinin haradan əldə olunması haqqında məlumatlanmalıdır. Bu, şəffaflığın təmini və korrupsiya ilə mübarizədə əsaslı dönüş ola bilər. Ekspertlər isə bütün bu məsələlərin gələcəkdə də yaşanmaması üçün gəlir deklorasiyası haqqında qanunun qəbul edilməsinin vacibliyini vurğulayır.

Məsələn, Əkrəm Həsənov deyir ki, ölkədən qanunsuz olaraq çıxarılan vəsitlərin dövlətə qaytarılması üçün bu qanunun qəbul edilməsi vacibdir: "Heç kimə sirr deyil ki, məmurların, sahibkarların pulunun əlindən alınması hadisələri olub. Ola bilər ki, bu məlumatdan da kimsə özü üçün istifadəyə cəhd etsin. Buna yol vermək olmaz. Bu baxımdan, gəlir və xərclərin bəyan edilməsi haqqında qanunvericilik olmalıdır. İlk növbədə ona görə ki, qeyri-qanuni yolla əldə edilmiş pullar xaricə çıxarılmasın. Çıxarılsa belə, iş aşkarlanıb pullar geri qaytarılanda dövlətə verilsin”.
Cebhe.info
OXŞAR MÖVZULAR