Impera

XƏBƏR LENTİ
15:55Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək15:51İradə Gülməmmədova Xırdalan şəhər sakinlərilə görüşdü15:41Prezident Rövşən Rzayevi qəbul edib15:22“Araz-Alko” MMC-də müəmmalı olaylar... - Müraciət...15:05Türkiyədə dollar ucuzlaşdı14:48Taleh Qaraşovla bağlı iddia... - VİDEO14:28Ağsuda nə baş verir? - İTTİHAM14:14İlham Əliyev hansı nazirlərlə vidalaşır? – arxaik idarəçiliyə son!12:54Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:33Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:14Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:49Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO11:22“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:09Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:47Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:27"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!23:27Prezidentin ayırdığı pullar Ağsuda necə mənimsənilir?-FOTOLAR18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov17:34Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır16:26VƏRƏM MÜALİCƏ OLUNANDIR, KORRUPSİYA XƏSTƏLİYİ YOX-VİDEO15:30İki ay icra başçısında "haqq" çatdıra bilmədi işini itirdi - Alı Alıyev yerli məmurları necə şantaj edir?15:11Yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycan... – Əhmədov14:59Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 3%-dən çox artıb14:48Mayk Pens ANKARADA14:33Hava buludlu olacaq14:12Təhsil naziri: Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir13:59XƏZƏR RAYONUNUN İNDİKİ BAŞÇISI SƏLƏFİNƏ QARŞI SAYMAMAZLIQ EDİB?13:14İlk "El Klassiko"nun vaxtı dəyişdirilir12:54Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...12:38“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI12:0813 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM11:30Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR11:26Polkovnikdən Fuad Ələsgərova məktub var: “Ümidim Sizədir…”11:25Deputat Ülvi Quliyevin oğlu 18 yaşında Avropada şirkət açıb —FOTO11:20"Bütün bunlar Sizin işlədiyiniz dövrdə olub" - Əbülfəs Qarayevə müraciət21:3310 min manat rüşvət verməklə vəzifəyə təyin olunub-Qazanda bir tikə ət qalıb, onu kim yeməlidir?21:10"BAZARSTORE"- də kassaları azaldıblar ki, müştəriləri basabasda rahat aldatsınlar...18:07Prezident Mayıl Əhmədovu təltif etdi17:41“Qiymət artımını ciddi şəkildə hiss edəcəyik” - İlk zərbə hansı məhsullardan gələcək?17:25Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal17:12İlham Əliyevdən 7 milyonluq SƏRƏNCAM16:54DSMF-in direktor müavininin məhkəmə özbaşınalığı - Müraciət...16:30Dövlət Komitəsindən ƏCAİB ÇAĞIRIŞ... - Güləkmi, ağlayaqmı?16:16Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı – BU MADDƏ İLƏ15:55"5 min dollar verirəm, o xanım gəlib bizim stolda otursun"15:34Zakir Həsənov idarə rəisini işdən çıxardı - TƏYİNAT15:19Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – Foto15:03"Qarabağ"dan 3 futbolçu – UEFA açıqladı14:46Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq14:30"Şəmsəddin Xanbabayev istəsə..." - GİLEY13:56Özü iki müharibənin veteranı, oğlu da 2 Aprel Savaşı döyüşçüsü... - Sosial durumu ağırdır...13:39Azərbaycanda yeni sığorta fırıldağı – ÖLƏN ADAMLARLA BİZNES13:22Erməni səfir Paşinyanı necə ifşa etdi? - “Əvvəl Serj, sonra Kim Kardaşyan...”13:04Gürcü sahibkarın bir milyonluq malı əlindən çıxıb-Leyla Janasianı tora salan dələduzlar kimlərdir12:49Bakıda saatlar tutuşduruldu - Ermənistan üçün Suriya “tələsi”12:16Gəncədə naqolay kadr islahatları... - İDDİA11:49İmişlidə maliyyə maxinasiyaları... - İTTİHAM11:27“Tac Mahal MTK” yenə də narazılıq yaradır... - GİLEY11:13Cəlilabadda süqut edən təhsil sistemi - İTTİHAM10:53Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:32Azərbaycana Qarabağda antiterror əməliyyatı aparmağa nə MANE OLUR… - TƏHLİL21:49BNA-nın şok planı - İDDİA21:31Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır - TƏHLİL21:22Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA - İLGİNC21:07Gədəbəy təhsilində biabırçı mənzərə... - İTTİHAM20:56Yeni baş nazir onunla işləmək istəmədi... - İDDİA16:08İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması16:03Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko15:52"Camaat aylarla sürünür növbədə..." - GİLEY15:39Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı15:12GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var14:59“İstedArt” layihəsinin yeni mövsümünə start veriləcək14:46Ramil, Riçard, Bəhlul - Millinin ən yaxşıları14:30Lənkəranda 42 yaşlı qadını DÖYDÜLƏR14:09Göygöl DYP-yə yeni rəis təyin olunub13:54“Evrascon” ASC 5 aydır işçilərin maaşını vermir... - GİLEY12:42Masallıda işlər niyə əyri gedir? - ARAŞDIRMA12:10“İnşaat konstruksiyaları” MMC narazılıq yaradır - hər sakindən min manat rüşvət11:57Rafael Cəbrayılovun şok səs yazısı yayıldı: “Türməyə gedirəm...” - AUDİO11:27Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı10:51Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir10:33Azərbaycan neftinin SON QİYMƏTİ17:03Məktəb direktorundan nazir müavininə ağır ittiham16:59Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görülüb16:41"Şəffaf" tenderlər rubrukasından: İcra Hakimiyyəti MTN-in pulunu aldığı şəxslə müqavilə bağladı – 259 min manat16:27Azərbaycanın yeniyetmə şahmatçısı dünya çempionu olub15:58İnhisarçılıq zəifləyərsə, nə baş verər?! - TƏHLİL15:44Azərbaycan “Keşikçidağ”ı gürcülər üçün açdı - Yalnız turist kimi gələ bilərlər...11:35"Bu yolda həm qardaş Türkiyəyə, həm də Azərbaycanımıza uğurlar diləyirik" - Əli Həsənov11:28Rafael Cəbrayılov prokurorluğa çağırılıb - keçmiş deputata məsləhət görülüb ki....11:01"Azəriqaz" yenə də narazılıq yaradır... - GİLEY10:43Qardaş ölkənin Suriyada başladığı 3-cü antiterror əməliyyatı ilə bağlı yaxın gözləntilər - əməliyyat uzana bilərmi...10:23Gəncə təhsilində pulyığma sezonu... - İDDİA18:23Paşinyanın casusla yazışması üzə çıxdı – İrəvan çalxalanır18:14“Dövlətin malını dədə malı kimi dağıdırdılar” - İTTİHAM
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (300)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Sahil Babayev ən uğursuz kadr kimi... - İTTİHAM

07 okt 2019, 14:20   
    35
Sahil Babayev ən uğursuz kadr kimi... - İTTİHAM
 
Sahil Babayev...2018-ci ildən adı illər əzbəri olan bu gənc adam, bu gənc nazir sanki siyasi harakiri (samurayların intihar növü, əsasən qarın yırtmaq, özünü doğramaq üsulu ilə - müəllif) ilə məşğuldur. Axı bu sürətlə siyasi intihara doğru irəliləməyin mənası nədir, cənab Babayev?!
Bu sətirlərin şifrələrini, kodlarını sizin üçün açmağa çalışaq - onunla paralel təyin olunan yeni nazirlərin heç biri özünüməhvə belə addımlamır.
Anaxeber.info təklif edir ki, gəlin baxaq: İnam Kərimov aqrar sektor kimi ağır sahədə astagəldir, amma başabəla deyil, Vüsal Hüseynov miqrasiya sistemində haradasa, nəysə etməyə çalışır, Ceyhun Bayramov problemləri başdan aşan təhsil sahəsində kosmetik fəallığını nəzarətdən buraxmır, işlədiyi görüntüsünü yaradır, Rövşən Rzayev ən azı qaçqınları üzərinə qaldırmır, aşkar haqsızlığa yol vermir, korrupsiya ittihamı yoxdur, amma Nazirlər Kabinetinin yeni üzvlərindən olan Sahil Babayev "çiçəyi burnunda”, kresloda oturmağın həzzini hələ yaşamamış elə qanunsuzluqlara yol verir, elə saxtakarlıqlara göz yumur ki, hamı bir nəfər kimi haqlı olaraq soruşur - niyə islahat getmir???
Bu suallar boşdan yaranmayıb, çünki saxta əlillik, məşğulluq mərkəzlərində rüşvət və s. çirkinliklər aradan qalxmayıb. O cümlədən, özünüməşğulluq proqramı da mənimsəmələri üzə çıxardı.
Sahil Babayevin yaxşılıq etmək əvəzinə, kəndliyə qoca, xəstə inəklər bağışlayıb pislik eləməsi onun bütün nazir xarizmasını, reputasiyasını göydən yerə gumbultu ilə endirdi.
İndi əhali iki ad və ünvan eşidəndə qəzəblənir: Milli Məclisin Sosial Siyasət Komitəsi və onun sədri Hadı Rəcəbli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və rəhbəri Sahil Babayev...
Hər ikisi aztəminatlı təbəqəni qızışdırmaq, əsəblərini tarıma çəkmək, haqqı nahaqqa verməklə məşğuldur.
H.Rəcəbli bir yana, hamı ondan əlini üzüb, amma ən gənc və islahatçı nazir kimi təqdim edilən S.Babayevə həm prezidentin, həm vətəndaşların böyük etimadı varıydı.
O isə gəldiyi gündən nə Səlim Müslümovdan, nə Füzuli Ələkbərovdan fərqlənir. Sanki bu nazirliyin alnına rüşvət, əyri-üyrülük, yeyinti, saxta əlillik, məşğulluq xidmətlərini bazara çevirmək yazılıb. Kim gəlirsə, islahat aparmır, dəyişmir, şəffaflığı təmin etmir.
Məsələn, Biləsuvar rayon Ovçubərə kənd sakinləri Süleymanov Hüseyn Əhməd oğlu və İsmayılov İsmayıl Şahüseyin oğlunun müraciəti də bu qəbildəndir.
Müraciətdə deyilir ki, S.Babayev prezidentin qanunlarına zidd gedərək keçmişdə nöqsanı olan məmura təzədən vəzifə verib:
"Bu şəxs Biləsuvar Məşğulluq Mərkəzini ələ keçirmiş Mübariz Mustafayevdir. Bu adam rüşvətxorluqla, saxtakarlıqla məşğuldur.
İdarənin baş məsləhətçisi Şahin Cəfərov isə saxta sənədlər əsasında dövlətin külli miqdarda vəsaitini talan etməkdə ona dəstək verməkdədir.
Amma Sahil Babayev belə adamlara vəzifə verib. Onlar heyvandarlığın inkişafı proqramından şəxsi məqsədləri üçün istifadə edirlər.
Necə olur ki, dəfələrlə həm işlə təmin olunmaq, həm heyvandarlığın inkişafı proqramından yararlanmaq üçün Biləsuvar Məşğulluq Mərkəzinə müraciətlər etmişik, heç biri yerinə yetirilməyib.



Mütləqdir ki, ya Mübariz Mustafayevlə qohum olasan, ya Şahin Cəfərova "şapka” verəsən, onda müraciət müsbət həllini tapır. Budur islahat?”
Müraciətin ən sensasion hissəsi isə Biləsuvar Məşğulluq Mərkəzi rəisi M.Mustafayevin nazirlikdə bir şəxslə əlaqə quraraq özünə II qrup gözdən əlillik təyin etdirməsidir. Gözdən əlil və idarə rəisi...Bəs, nazir yüzlərlə saxta əlliliyi aşkarlayıb ləğv edildiyini söyləmişdi?
Məktubda deyilir ki, nazirliyin Daxili Nəzarət və Audit Şöbəsinin rəhbərliyi, Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev yerlərdə belə məmurlara himayədarlıq edirlər.
Elə bu günlərdə saytımıza daxil olan digər məktubda da təsdiqlənirdi ki, rəmzi adı "əlillər klubu” olan şəbəkə nazirliyin Daxili Audit şöbəsində fəaliyyət göstərir.
Belə ki, daxili audit şöbəsinin əməkdaşlarının əksəriyyəti saxta əlilliyi olan, əlillik müavinəti alan və əmək qabiliyyəti olmayan şəxslər kimi qeydiyyata düşmüş insanlardır.
Xüsusilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı şöbəsinin müdiri Eyvaz İsmayılovun, Dövlət Sosial Müdafiə Fondunun Sosial yardım sektorunun sektor müdiri, DSMF-nin monitorinq qrupunun rəhbəri Fikrət Məmmədovun özlərinə II qrup əlillik pensiyası düzəltdikləri məlum olmuşdu. Hətta Səlim Müslümovun kadrları bunu etməzdilər...
II qrup əlillik dərəcəsi təyin olunması üçün tibbi rəy verilməlidir. Adıçəkilən məmurlar azı 6 ay stasionar müalicədə olmalıdırlar.
Amma onlar tək deyil, nazirlikdə vəzifə tutan Heybət İmanov, Cəmil Kərimov, Rüfət Bəbirov və bir neçə digər əməkdaşlar da saxta yolla əlillik əldə ediblər.
Axı bu gənc naziri nə vadar edir ki, belə qeyri-şəffaf işləsin? Nə üçün hələ ki haqqında pozitiv danışılan kənd təsərrüfatı naziri İnam Kərimov kimi ola bilmir?
Özünüməşğulluq proqramı ciddi maxinasiyalar, sosial güzəranın heç də yaxşılaşmaması ilə müşayiət edilməkdədir.
Bu layihədən istifadə edənlərin sosial yardımdan asılılığı azalmalıydı. Amma necə – qısır, xəstə, bala verməyən, qoca heyvanla? Bu cür hallar bir deyil, beş deyil, hər əyalətdən, hər kənddən şikayətlərin ardı-arası kəsilmək bilmir.
Belədə isə dövlətin 35 milyonu havaya sovrulub yoxsa çırpışdırılıb, bu bəlli deyil, fakt faktlığında qalır ki, layihə blefdir, vətəndaşların ünvanlı sosial yardımdan asılılığı qalmaqdadır.
Bütün bu eybəcərliklər həm də ona görə baş verdi ki, Sahil Babayev nazir təyin edildikdən sonra vaxtı ilə işlədiyi İqtisadiyyat Nazirliyi və biznes sahəsindən tanıdığı xeyli dostlarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yüksək vəzifələrə təyin etdi.
Bu kadr "siyasəti” bu cür də nəticələndi. Məsələn, ƏƏSMN-ə Aparat rəhbəri təyin olunan Hidayət Abdullayev Sahil Babayevin vaxtı ilə işlədiyi İqtisadiyyat Nazirliyindəki dostlarından biridir.
S. Babayevin maraqlı təyinatlarından biri də elə yuxarıda söz açdığımız cümlə problemlərə bais Dövlət Məşğulluq Xidmətinin rəisi F.Musayevlə bağlıdır.
Nazir xidmətin rəisi Anar Bədəlbəylini vəzifəsindən kənarlaşdıraraq, onun yerinə uzun illər əvvəl bank sektorundan tanıdığı dostu Fuad Musayevi gətirməklə az qala "Dostluq” komandası yaratdı.
Fuad Musayev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin oğludur.
Sahil Babayev - Fuad Musayev işbirliyinin bağları çox dərindir. Yəqin elə bu səbəbdəndir ki, Sahil Babayev hətta böyük pulların dövr etdiyi yoxsullara paylanılan inəklərin və digər mal-materialların alınması kimi "böyük məsələ”ni də dolayısı ilə Fuad Musayevin nəzarətinə verib.
Anaxeber.info

OXŞAR MÖVZULAR