Impera

XƏBƏR LENTİ
15:55Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək15:51İradə Gülməmmədova Xırdalan şəhər sakinlərilə görüşdü15:41Prezident Rövşən Rzayevi qəbul edib15:22“Araz-Alko” MMC-də müəmmalı olaylar... - Müraciət...15:05Türkiyədə dollar ucuzlaşdı14:48Taleh Qaraşovla bağlı iddia... - VİDEO14:28Ağsuda nə baş verir? - İTTİHAM14:14İlham Əliyev hansı nazirlərlə vidalaşır? – arxaik idarəçiliyə son!12:54Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:33Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:14Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:49Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO11:22“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:09Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:47Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:27"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!23:27Prezidentin ayırdığı pullar Ağsuda necə mənimsənilir?-FOTOLAR18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov17:34Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır16:26VƏRƏM MÜALİCƏ OLUNANDIR, KORRUPSİYA XƏSTƏLİYİ YOX-VİDEO15:30İki ay icra başçısında "haqq" çatdıra bilmədi işini itirdi - Alı Alıyev yerli məmurları necə şantaj edir?15:11Yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycan... – Əhmədov14:59Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 3%-dən çox artıb14:48Mayk Pens ANKARADA14:33Hava buludlu olacaq14:12Təhsil naziri: Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir13:59XƏZƏR RAYONUNUN İNDİKİ BAŞÇISI SƏLƏFİNƏ QARŞI SAYMAMAZLIQ EDİB?13:14İlk "El Klassiko"nun vaxtı dəyişdirilir12:54Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...12:38“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI12:0813 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM11:30Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR11:26Polkovnikdən Fuad Ələsgərova məktub var: “Ümidim Sizədir…”11:25Deputat Ülvi Quliyevin oğlu 18 yaşında Avropada şirkət açıb —FOTO11:20"Bütün bunlar Sizin işlədiyiniz dövrdə olub" - Əbülfəs Qarayevə müraciət21:3310 min manat rüşvət verməklə vəzifəyə təyin olunub-Qazanda bir tikə ət qalıb, onu kim yeməlidir?21:10"BAZARSTORE"- də kassaları azaldıblar ki, müştəriləri basabasda rahat aldatsınlar...18:07Prezident Mayıl Əhmədovu təltif etdi17:41“Qiymət artımını ciddi şəkildə hiss edəcəyik” - İlk zərbə hansı məhsullardan gələcək?17:25Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal17:12İlham Əliyevdən 7 milyonluq SƏRƏNCAM16:54DSMF-in direktor müavininin məhkəmə özbaşınalığı - Müraciət...16:30Dövlət Komitəsindən ƏCAİB ÇAĞIRIŞ... - Güləkmi, ağlayaqmı?16:16Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı – BU MADDƏ İLƏ15:55"5 min dollar verirəm, o xanım gəlib bizim stolda otursun"15:34Zakir Həsənov idarə rəisini işdən çıxardı - TƏYİNAT15:19Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – Foto15:03"Qarabağ"dan 3 futbolçu – UEFA açıqladı14:46Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq14:30"Şəmsəddin Xanbabayev istəsə..." - GİLEY13:56Özü iki müharibənin veteranı, oğlu da 2 Aprel Savaşı döyüşçüsü... - Sosial durumu ağırdır...13:39Azərbaycanda yeni sığorta fırıldağı – ÖLƏN ADAMLARLA BİZNES13:22Erməni səfir Paşinyanı necə ifşa etdi? - “Əvvəl Serj, sonra Kim Kardaşyan...”13:04Gürcü sahibkarın bir milyonluq malı əlindən çıxıb-Leyla Janasianı tora salan dələduzlar kimlərdir12:49Bakıda saatlar tutuşduruldu - Ermənistan üçün Suriya “tələsi”12:16Gəncədə naqolay kadr islahatları... - İDDİA11:49İmişlidə maliyyə maxinasiyaları... - İTTİHAM11:27“Tac Mahal MTK” yenə də narazılıq yaradır... - GİLEY11:13Cəlilabadda süqut edən təhsil sistemi - İTTİHAM10:53Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:32Azərbaycana Qarabağda antiterror əməliyyatı aparmağa nə MANE OLUR… - TƏHLİL21:49BNA-nın şok planı - İDDİA21:31Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır - TƏHLİL21:22Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA - İLGİNC21:07Gədəbəy təhsilində biabırçı mənzərə... - İTTİHAM20:56Yeni baş nazir onunla işləmək istəmədi... - İDDİA16:08İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması16:03Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko15:52"Camaat aylarla sürünür növbədə..." - GİLEY15:39Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı15:12GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var14:59“İstedArt” layihəsinin yeni mövsümünə start veriləcək14:46Ramil, Riçard, Bəhlul - Millinin ən yaxşıları14:30Lənkəranda 42 yaşlı qadını DÖYDÜLƏR14:09Göygöl DYP-yə yeni rəis təyin olunub13:54“Evrascon” ASC 5 aydır işçilərin maaşını vermir... - GİLEY12:42Masallıda işlər niyə əyri gedir? - ARAŞDIRMA12:10“İnşaat konstruksiyaları” MMC narazılıq yaradır - hər sakindən min manat rüşvət11:57Rafael Cəbrayılovun şok səs yazısı yayıldı: “Türməyə gedirəm...” - AUDİO11:27Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı10:51Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir10:33Azərbaycan neftinin SON QİYMƏTİ17:03Məktəb direktorundan nazir müavininə ağır ittiham16:59Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görülüb16:41"Şəffaf" tenderlər rubrukasından: İcra Hakimiyyəti MTN-in pulunu aldığı şəxslə müqavilə bağladı – 259 min manat16:27Azərbaycanın yeniyetmə şahmatçısı dünya çempionu olub15:58İnhisarçılıq zəifləyərsə, nə baş verər?! - TƏHLİL15:44Azərbaycan “Keşikçidağ”ı gürcülər üçün açdı - Yalnız turist kimi gələ bilərlər...11:35"Bu yolda həm qardaş Türkiyəyə, həm də Azərbaycanımıza uğurlar diləyirik" - Əli Həsənov11:28Rafael Cəbrayılov prokurorluğa çağırılıb - keçmiş deputata məsləhət görülüb ki....11:01"Azəriqaz" yenə də narazılıq yaradır... - GİLEY10:43Qardaş ölkənin Suriyada başladığı 3-cü antiterror əməliyyatı ilə bağlı yaxın gözləntilər - əməliyyat uzana bilərmi...10:23Gəncə təhsilində pulyığma sezonu... - İDDİA18:23Paşinyanın casusla yazışması üzə çıxdı – İrəvan çalxalanır18:14“Dövlətin malını dədə malı kimi dağıdırdılar” - İTTİHAM
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (300)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Moskva-İrəvan əlaqələrində soyuq küləklər... - TƏHLİL

08 okt 2019, 15:13   
    39
Moskva-İrəvan əlaqələrində soyuq küləklər... - TƏHLİL
 
Ermənistan prezidenti Nikol Paşinyanın cəmi il yarımlıq hakimiyyəti ərzində nə qədər nüfuzdan düşdüyünü ötən həftə İrəvanda keçirilən sammit və ondan sonrakı gəlişmələr bir daha aydın şəkildə göstərdi. Ən maraqlısı budur ki, günbəgün özünü ifşa edən Paşinyan haqqında elə erməni mediası sensasion məlumatları tirajlayır və onun hakimiyyətinin ömrünə çox qalmadığı qənaətini yaradır.

Son məlumatlardan belə aydın olur ki, baş nazir Nikol Paşinyan ötən həftə İrəvanda keçirilən Avrasiya İttifaqı sammiti zamanı özünü qəribə aparıb və Rusiya prezidenti Putinlə əməlli-başlı macəra yaşayıb. Virtualaz.org xəbər verir ki, bu haqda 7or.am internet portalı yazıb. "Nikolun Köçəryanla Putinin görüşünə qədər və ondan əvvəlki ağlasığmaz macəraları haqda” ironik başlıqlı məqalədə deyilir ki, Paşinyan sammit zamanı əvvəlcədən Putinlə ayrıca görüş planlaşdırmışdı. Lakin görüşdə nədən danışılacağı məlum olmadığına görə Putinin protokol xidməti görüşü qrafikə daxil etməyib. "Nəhayət, Putinlə düz-əməlli söhbət edə bilməyən Nikol qərara alıb ki, onu aeroportdan yola salsın. Paşinyanın korteji aeroporta gedən yolda Putinin kortejinin ”quyruğunda" gedirdi. Ermənistan baş naziri Putinin kortejini ötməyi əmr edir, amma bu göstəriş dar yolda az qala iki ölkə rəhbərlərinin təhlükəsizlik xidmətlərinin avtomobillərinin toqquşmasına gətirib çıxaracaqdı".

Sensasion yazıda bildirilir ki, sonda bu anlaşılmazlığa son qoyulur, qonaqlar ev sahibinin kortejini qabağa buraxır. "Zvartnots” aeroportunda Paşinyan Putini qarşılayır və yenə söhbətləşmək təklifi edir. Görüş isə hansısa mühüm məsələ ilə bağlı deyil, spirtli içki içilməsinə həsr olunur. Özü də normadan artıq. Putin nəzakət xatirinə şərabın dadına baxır, Paşinyan isə konyak butulkasını tək boşaldır. Jurnalistlər onun Putini təyyarənin trapından yola salarkən bərk-bərk qucaqlamasını da məhz içkinin təsiri ilə izah edirlər.

Təsəvvür edin, ölkədə sammit adında hansısa tədbir keçirilib, bu tədbirin Ermənistan üçün perspektivlərinə ümidlər ifadə olunub, amma bu günlər işğalçı ölkənin baş mövzusu baş nazirin "ipə-sapa yatmaz” davranışları, naşı siyasi, qeyri-siyasi gedişləridir. Və budur, artıq Paşinyanla yola davam etməyin mümkünsüzlüyünü ermənilər birmənalı şəkildə anlayırlar. "Paşinyan istefa verməlidir. Onun Dağlıq Qarabağla bağlı mövqeyi və güc stukturlarının rəhbərləri ilə münasibəti hakim komanda daxilində belə anlaşılmır”. Bunu politoloq Stepan Danelyan deyib. Politoloq Paşinyanın parlamentə nəzarəti itirəcəyini düşünür.

"Nikol Paşinyanın istefası ”Mənim addımım" fraksiyasının dağılmasından dərhal sonra olacaq. Onun parlamentin itaətdən çıxması halında istefa verməsi qaçılmazdır". (Modern.az) Danelyanın fikrincə, hazırkı şəraitdə ölkəni növbədənkənar parlament seçkilərinə hazırlaşdıracaq keçid hökumətinə ehtiyac var.

Bu arada Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Köçəryan Rusiya prezidenti Vladimir Putinə ad günü münasibətilə təbrik məktubu göndərib. Ötən həftə İrəvana bir neçə saatlıq səfər edən Putin səfərinin saat yarımını Köçəryanın xanımı Bellaya ayırmışdı. Rusiyanın Ermənistandakı səfirliyində baş tutan görüşdə eks-prezidentin xanımı Putindən ərinin azadlığı üçün dəstək istəmişdi. V.Putin həbsxanaya, R.Köçəryanla görüşə getməsə də, onun arvadı ilə görüşməklə də Paşinyana yerini göstərdi. Elə məhz bundan sonra N.Paşinyanın Putinin ardınca aeroportadək gəlməsi təsadüfi deyildi. Hansı ki, əvvəlcədən Rusiya prezidentinin Paşinyanla ayrıca görüşə vaxt sərf etməyəcəyi bildirilirdi. Nikol isə düşdüyü durumun acınacaqlı sonluğunu nəzərə alıb protokolu pozmaq bahasına belə, Putini qucaqladı. Hətta Rusiya liderinin onu az qala çiynindən itələməsi hesabına bu, kadrlardan da göründü. Eyni vaxtda Rusiya XİN rəhbəri Sergey Lavrov "Valday” klubu çərçivəsində N.Paşinyanın yanlış Qarabağ siyasətini tənqid etdi. Bundan sonra ermənilər haray-həşir saldılar ki, Nikolun "Qarabağ Ermənistandır. Nöqtə”, deyən Paşinyana təpinən Lavrov niyə Azərbaycan liderinin "Qarabağ Azərbaycandır. Nida”, bəyanatını sükutla qarşıladı? Ermənilər sanki anlamırlar ki, Qarabağı onlar işğal edib, Azərbaycan yox.

Qeyd edək ki, N.Paşinyanın Xankəndindəki sərsəm bəyanatlarına reaksiya vermələri tələb olunurdu. Rəsmi Bakı bununla bağlı müvafiq addımlar atmışdı, lakin başqa məsələlərdən danışan həmsədrlər bu mövzuya toxunmadılar. Yalnız bu günlərdə Rusiya XİN başçısı mövqeyini ifadə etdi ki, bu da ermənilərə yaman yer eləyib. Bunun ardınca Azərbaycan prezidentinin nüfuzlu siyasətçilər və ekspertlərin qatıldığı "Valday” diskussiya klubunda İrəvana nidalı xəbərdarlığı, özü də bu bəyanatın Ermənistanın "ağa”sı Rusiyada, həmçinin prezident Putinin qatıldığı tədbirdə edilməsi Ermənistanı rahatsız edib.

Lakin bu da var ki, son günlər Ermənistan ordusu gərginliyi Qarabağdan iki dövlətin sərhədinə çəkiblər. Xüsusilə də Qazax rayonu istiqamətində itkilərlə müşayiət olunan hadisələrin baş verməsi rəsmi İrəvanın növbəti fitnəkar mövqeyidir. Erməni hərbçilərin açdığı atəş nəticəsində Azərbaycanın dinc sakininin həlak olduğunu prezident İlham Əliyev də "Valday”dakı çıxışı zamanı söylədi. Prezidentin kəskin mövqeyi ilə yanaşı, Azərbaycan Dövlət Sərhəd Xidməti də düşmənin cəzalandırılması istiqamətində addımlarını atdı. Erməni tərəfin etiraf etdiyinə görə, son günlərdə iki müqaviləli hərbçi məhv edilib, daha üç nəfər yaralanıb. İstisna edilmir ki, Ermənistan bu cür təxribatlarla iki dövlət sərhədindəki gərginliyə Rusiya başda olmaqla, KTMT-ni qoşmaq istəyir. Görünür, düşmən reallığı hələ də anlamır. O da istisna deyil ki, Paşinyan növbəti gərginlik ocağı yaratmaqla daxildəki rəqiblərini neytrallaşdırmaq istəyir. Özü də bu hadisələr həmsədrlərin bölgəyə səfəri ilə bağlı anonsun verilməsinin ardınca yaranıb.

Politoloq Məhəmməd Əsədullazadə "Yeni Müsavat”a dedi ki, Ermənistanla aparılan danışıqlar prosesində kifayət qədər ciddi ziddiyyətlər ortaya çıxıb: "İlk növbədə bunu ”inqilab" lideri Paşinyanın siyasi davranışlarında axtarmaq lazımdır. Çünki onun siyasi oriyentasiyası dəyişkən və diplomatik çərçivədən kənardır. Qeyd edim ki, Azərbaycan prezidenti ilə keçirilən üç görüşdə şifahi razılaşma əldə olunmuşdu. Lakin iki aydan sonra Paşinyan fərqli bir siyasi mövqe ortaya qoydu. Hətta ötən il İtaliyada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin birgə bəyanat imzaladı. Bu, o deməkdir ki, tərəflər birgə mövqeyə gəlirlər. Amma yenidən Ermənistan əks-mövqeyə keçdi. Göründüyü kimi, rəsmi İrəvan bütün razılaşdırılmış danışıqlardan yayınır. Hətta Minsk Qrupunun masasında olan "Yenilənmiş Madrid prinsipləri”ndən boyun qaçırır. Hazırda Ermənistan yeni variantını ortaya qoyub. Bu tezislər "Dağlıq Qarabağ xalqı” və "Qarabağ Ermənistana birləşməlidir” avantürasıdır. Prezident İlham Əliyev Soçidə Ermənistana bununla bağlı prinsipial və tutarlı mesaj göndərdi. Göründüyü kimi, Paşinyanın bu iki tezisi bütün danışıqların üzərindən xətt çəkir. Bir neçə on ildir ki, aparılan "Yenilənmiş Madrid prinsipləri”ni görməzdən gəlir".

Politoloq qeyd etdi ki, Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfəri ilə yekin vurmaqla bağlı ola bilər: "Həmçinin onları sərhəddə baş verən atışmalar zamanı ermənin itki verməsi narahat edir. Təcili olaraq Azərbaycanın sərt cavab tədbirlərini dayandırmağa xahiş edəcəklər. Həmsədrlər Ermənistanın vəkilidirlər. Bu format uğursuz və status-kvonun qorunması, Qarabağın bizdən qoparılması üçün fəaliyyət göstərir. Fikir versək, Paşinyanın danışıqlara zərbə vuran açıqlamalarına qəti mövqe ortaya qoymurlar. Çünki onlar daha çox Xankəndindəki separatçıların mövqeyi ilə koordinasiyalı çalışırlar. Bundan əlavə, danışıqları pozmaqla yanaşı dövlət sərhədində təxribat törədirlər”.

M.Əsədullazadə də şübhə etmir ki, bu təxribatlarda Paşinyan KTMT-nin nəbzini yoxlamağa çalışır: "Çünki KTMT nizamnaməsində dəyişiklik edilərək müşahidəçi statusu bəndi əlavə olunub. Təbii ki, bu punkt Azərbaycanın bu təşkilatda müşahidəçiliyinə hesablanıb, İrəvanda belə düşünürlər. Ona görə də Paşinyan həm daxili auditoriyanın ona qarşı sosial nəticələrdən dolayı etirazını sərhəddəki provokasiyalara yönəldir, həmçinin KTMT başda Rusiya olmaqla, Azərbaycanın KTMT üzv dövlətinə qarşı ”hücumunu" göstərməklə, bir növ bu ölkələri Azərbaycanı qınamağa, təzyiq etməyə səsləyəcək. Bundan əlavə, Azərbaycanın dostu S. Zasın KTMT baş katibliyinə gəlməsi Paşinyanı ciddi narahat edir. Təbii ki, həm Moskva, həm də KTM üzvü ölkələr Paşinyanın bu avantürasını yaxşı anlayır. Hətta Moskva-İrəvan əlaqələrində soyuq küləkləri nəzərə alsaq, Kreml Paşinyanın siyasətinə şərik çıxmayacaq".

Şərhçi bildirdi ki, son illər KTMT dövlət sərhədində baş verən bu kimi proseslərlə bağlı mövqe bildirməyib, yaxud işğalçı ölkəni müdafiə etməyib: "Lakin hesab edirəm ki, Rusiya iki ölkə sərhədində baş verən bu hadisələrdə öz susqunluğunu qorusa da, Azərbaycanın Ermənistan üzərində tam üstünlük qazanmasına çalışacaq imkan verməsin. Yəni nə qədər Paşinyanı qəbul etməsələr də, müəyyən qədər Ermənistanı qoruyacaqlar. Hətta Sergey Lavrovun ”Qarabağda müharibənin başlanmasına imkan verilməz" açıqlaması, bu ölkənin hələ də Rusiya tərəfindən qorunması deməkdir. Amma sərhəddə lokal itkilərə və ermənilərin məğlubiyyətinə göz yumacaqlar. Çünki Moskva Azərbaycanla da balansı saxlamağa çalışır. Hesab edirəm ki, Rusiyada köklü sistem dəyişikliyi olarsa, 2023-cü ildə Azərbaycan işğal olunmuş ərazilərində nəzarəti bərpa edə bilər".
OXŞAR MÖVZULAR