Impera

XƏBƏR LENTİ
15:55Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək15:51İradə Gülməmmədova Xırdalan şəhər sakinlərilə görüşdü15:41Prezident Rövşən Rzayevi qəbul edib15:22“Araz-Alko” MMC-də müəmmalı olaylar... - Müraciət...15:05Türkiyədə dollar ucuzlaşdı14:48Taleh Qaraşovla bağlı iddia... - VİDEO14:28Ağsuda nə baş verir? - İTTİHAM14:14İlham Əliyev hansı nazirlərlə vidalaşır? – arxaik idarəçiliyə son!12:54Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:33Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:14Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:49Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO11:22“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:09Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:47Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:27"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!23:27Prezidentin ayırdığı pullar Ağsuda necə mənimsənilir?-FOTOLAR18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov17:34Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır16:26VƏRƏM MÜALİCƏ OLUNANDIR, KORRUPSİYA XƏSTƏLİYİ YOX-VİDEO15:30İki ay icra başçısında "haqq" çatdıra bilmədi işini itirdi - Alı Alıyev yerli məmurları necə şantaj edir?15:11Yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycan... – Əhmədov14:59Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 3%-dən çox artıb14:48Mayk Pens ANKARADA14:33Hava buludlu olacaq14:12Təhsil naziri: Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir13:59XƏZƏR RAYONUNUN İNDİKİ BAŞÇISI SƏLƏFİNƏ QARŞI SAYMAMAZLIQ EDİB?13:14İlk "El Klassiko"nun vaxtı dəyişdirilir12:54Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...12:38“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI12:0813 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM11:30Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR11:26Polkovnikdən Fuad Ələsgərova məktub var: “Ümidim Sizədir…”11:25Deputat Ülvi Quliyevin oğlu 18 yaşında Avropada şirkət açıb —FOTO11:20"Bütün bunlar Sizin işlədiyiniz dövrdə olub" - Əbülfəs Qarayevə müraciət21:3310 min manat rüşvət verməklə vəzifəyə təyin olunub-Qazanda bir tikə ət qalıb, onu kim yeməlidir?21:10"BAZARSTORE"- də kassaları azaldıblar ki, müştəriləri basabasda rahat aldatsınlar...18:07Prezident Mayıl Əhmədovu təltif etdi17:41“Qiymət artımını ciddi şəkildə hiss edəcəyik” - İlk zərbə hansı məhsullardan gələcək?17:25Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal17:12İlham Əliyevdən 7 milyonluq SƏRƏNCAM16:54DSMF-in direktor müavininin məhkəmə özbaşınalığı - Müraciət...16:30Dövlət Komitəsindən ƏCAİB ÇAĞIRIŞ... - Güləkmi, ağlayaqmı?16:16Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı – BU MADDƏ İLƏ15:55"5 min dollar verirəm, o xanım gəlib bizim stolda otursun"15:34Zakir Həsənov idarə rəisini işdən çıxardı - TƏYİNAT15:19Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – Foto15:03"Qarabağ"dan 3 futbolçu – UEFA açıqladı14:46Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq14:30"Şəmsəddin Xanbabayev istəsə..." - GİLEY13:56Özü iki müharibənin veteranı, oğlu da 2 Aprel Savaşı döyüşçüsü... - Sosial durumu ağırdır...13:39Azərbaycanda yeni sığorta fırıldağı – ÖLƏN ADAMLARLA BİZNES13:22Erməni səfir Paşinyanı necə ifşa etdi? - “Əvvəl Serj, sonra Kim Kardaşyan...”13:04Gürcü sahibkarın bir milyonluq malı əlindən çıxıb-Leyla Janasianı tora salan dələduzlar kimlərdir12:49Bakıda saatlar tutuşduruldu - Ermənistan üçün Suriya “tələsi”12:16Gəncədə naqolay kadr islahatları... - İDDİA11:49İmişlidə maliyyə maxinasiyaları... - İTTİHAM11:27“Tac Mahal MTK” yenə də narazılıq yaradır... - GİLEY11:13Cəlilabadda süqut edən təhsil sistemi - İTTİHAM10:53Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:32Azərbaycana Qarabağda antiterror əməliyyatı aparmağa nə MANE OLUR… - TƏHLİL21:49BNA-nın şok planı - İDDİA21:31Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır - TƏHLİL21:22Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA - İLGİNC21:07Gədəbəy təhsilində biabırçı mənzərə... - İTTİHAM20:56Yeni baş nazir onunla işləmək istəmədi... - İDDİA16:08İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması16:03Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko15:52"Camaat aylarla sürünür növbədə..." - GİLEY15:39Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı15:12GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var14:59“İstedArt” layihəsinin yeni mövsümünə start veriləcək14:46Ramil, Riçard, Bəhlul - Millinin ən yaxşıları14:30Lənkəranda 42 yaşlı qadını DÖYDÜLƏR14:09Göygöl DYP-yə yeni rəis təyin olunub13:54“Evrascon” ASC 5 aydır işçilərin maaşını vermir... - GİLEY12:42Masallıda işlər niyə əyri gedir? - ARAŞDIRMA12:10“İnşaat konstruksiyaları” MMC narazılıq yaradır - hər sakindən min manat rüşvət11:57Rafael Cəbrayılovun şok səs yazısı yayıldı: “Türməyə gedirəm...” - AUDİO11:27Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı10:51Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir10:33Azərbaycan neftinin SON QİYMƏTİ17:03Məktəb direktorundan nazir müavininə ağır ittiham16:59Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görülüb16:41"Şəffaf" tenderlər rubrukasından: İcra Hakimiyyəti MTN-in pulunu aldığı şəxslə müqavilə bağladı – 259 min manat16:27Azərbaycanın yeniyetmə şahmatçısı dünya çempionu olub15:58İnhisarçılıq zəifləyərsə, nə baş verər?! - TƏHLİL15:44Azərbaycan “Keşikçidağ”ı gürcülər üçün açdı - Yalnız turist kimi gələ bilərlər...11:35"Bu yolda həm qardaş Türkiyəyə, həm də Azərbaycanımıza uğurlar diləyirik" - Əli Həsənov11:28Rafael Cəbrayılov prokurorluğa çağırılıb - keçmiş deputata məsləhət görülüb ki....11:01"Azəriqaz" yenə də narazılıq yaradır... - GİLEY10:43Qardaş ölkənin Suriyada başladığı 3-cü antiterror əməliyyatı ilə bağlı yaxın gözləntilər - əməliyyat uzana bilərmi...10:23Gəncə təhsilində pulyığma sezonu... - İDDİA18:23Paşinyanın casusla yazışması üzə çıxdı – İrəvan çalxalanır18:14“Dövlətin malını dədə malı kimi dağıdırdılar” - İTTİHAM
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (300)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı - ŞƏRH

08 okt 2019, 16:03   
    36
İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı - ŞƏRH
 
"Prezident İlham Əliyevin Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı beynəlxalq hüquqa əsaslanan sərt, qətiyyətli və məntiqli bəyanatı Ermənistandakı daxili siyasi situasiyanı dəyişib, Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarları və əleyhdarları arasındakı qarşıdurmanı daha da gücləndirib”.

APA-nın xəbərinə görə, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün "facebook” səhifəsində yazıb.

Ə. Həsənov bildirib: "Xatırladım ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğuladı. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatının yalan olduğunu əsaslandıraraq cavab verdi: "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi".

Prezident İlham Əliyevin çıxışının əsas leytmotivi Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə ilə bağlı mövcud vəziyyətlə əlaqədar idi. Azərbaycan Prezidenti münaqişənin yaranması tarixindən və dalana dirənmiş danışıqlardan ətraflı bəhs etdi, atəşkəs rejiminə rəğmən Ermənistanın təxribatları səbəbindən davam edən hərbi əməliyyatlardan danışdı.

Paşinyanın son aylarda qapıldığı aqressiv ritorika, xüsusilə də Dağlıq Qarabağda, Xankəndidəki terrorçu hərbi xuntanın və dünyanın müxtəlif ölkələrindəki erməni diasporunu təmsil edən şəxslərin, habelə erməni lobbisinin nümayəndələrinin önündə çıxış edərkən verdiyi absurd bəyanatlar, əslində, Ermənistanın işğalçılıq siyasətinin etirafının məntiqi davamı, rəsmi İrəvanın qapıldığı əsassız eyforiya idi. Şovinizm, aqressiya və işğalçılığın terror üzərində köklənmiş üzvi sintezinə çevrilən siyasət yürüdən Ermənistan rəhbərliyi ölkə iqtisadiyyatının uçurumda olmasının, işsizlik və mühacirətin milli fəlakət səviyyəsinə çatmasının fərqində olduğundan məhz belə ritorika vasitəsilə erməniləri sakitləşdirməyə çalışırdı.

Təsadüfi deyildi ki, Paşinyan, əslində, Dağlıq Qarabağda terrorçu-separatçı dəstələrdən birinin banilərindən və komandirlərindən olan, 1992-ci ildə döyüşdə öldürülmüş Leonid Azqaldyanın dediyi kəlmələri təkrarlamışdı. Paşinyan terrorçunun kəlməsini şüara çevirməklə rəsmi İrəvanın işğalçılıq, terror və aqressiv millətçilik siyasəti yürütdüyünü təsdiqləmiş oldu. Terrorçudan iqtibasa Ermənistanın əvvəlki prezidentləri ilə yanaşı, ən qatı və radikal siyasətçiləri belə, cürət etmirdilər: onlar anlayırdılar ki, belə düşünülməmiş, absurd və isterik bəyanat faktiki olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlardan imtina etmək, işğalçılığın etirafıdır.

Ona görə də "Valday" Klubu kimi mötəbər təşkilatın beynəlxalq tribunasında, 74 ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndənin, dövlət və hökumət başçılarının, məşhur düşüncə və təhlil mərkəzlərinin rəhbərlərinin də qatıldığı tədbirdə söylənən "Qarabağ Azərbaycandır və nida işarəsi!" yerində və məqamında edilmiş çıxış idi.
Paşinyan Dağlıq Qarabağda hərbi xunta rejimi təmsilçiləri önündə ya erməni lobbisi təmsiçiləri çıxışında sərt ritorika seçmiş və bununla da Ermənistanın işğalçılıq siyasətini, əslində, ifşa etmişdisə, İlham Əliyevin çıxışı nüfuzlu beynəlxalq tribunada edilmişdi. Yanaşma, zehniyyət, diplomatik məharət fərqi, konstruktivlik və destruktivlik arasında fərq bundadır.

Erməni analitiklər və ekspertlər məcburiyyət qarşısında qalaraq etiraf edirlər ki, Azərbaycan Prezidentinin sanballı, məntiqli bəyanatı Paşinyana siyasət, geosiyasət, tarix və diplomatiya dərsi oldu.
Cənab İlham Əliyevin çıxışından sonra Ermənistan mediasının "selfi adam" adlandırdığı, baş nazir kimi zəif, siyasətçi kimi həddən ziyadə primitiv saydığı Paşinyanın kəskin tənqid olunduğu yazıların, şərhlərin və açıqlamaların sayı sürətlə artır.

İrəvanın diplomatik savaşın yeni mərhələsində Bakıya tamamən məğlub olması ilə bağlı ittihamların hədsiz çoxalması N.Paşinyan administrasiyasında ciddi təlaş yaradıb. Situasiya o qədər gərginləşib ki, belə yazılardan birinin dərc olunduğu qəzetin İrəvandakı ofisinə basqın edilib, redaksiya heyəti təhdid olunub. Hücum edənlərin Paşinyanın tərəfdarları olduqları, onların baş nazirin rəhbərlik etdiyi "Mənim addımım" hərəkatının funksionerləri tərəfindən idarə olunduqları ilə bağlı faktların Ermənistan mediasında yer alması Paşinyanın saxta "xalqdan gəlmə baş nazir” imicini, ilk zamanlar ona bəslənən etimad limitini alt-üst edib.

Ermənistandakı son hadisələr, eyni zamanda, Paşinyanın yalançı demokrat imicini də darmadağın edərək onun, əslində, söz və ifadə azadlığına, istənilən formada tənqidə dözümsüz, siyasi opponentlərə düşmən kimi yanaşan nasist təfəkkürlü insan olduğunu aydın şəkildə nümayiş etdirdi.
Paşinyanın baş nazir postundakı səriştəsizliyi, müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə danışıqlardakı komik davranışları, beynəlxalq tədbirlərdəki sürəkli "selfi" çəkilişləri, ölkə iqtisadiyyatının və maliyyə sektorunun dərin böhranda olması, işsizlik və yoxsulluq səviyyəsinin artımı kimi problemlər Ermənistanda yeni sosial partlayışa səbəb ola bilər.

Erməni mediasının yazdıqlarına görə, Nikol Paşinyan üzləşdiyi uğursuzluqlardan və düçar olduğu məğlubiyyətlər seriyasından qurtulmağa can atır, bu məqsədlə də qapalı toplantılar keçirir. Bəzi məlumatlara görə, o, rəhbərlik etdiyi "Mənim addımım" siyasi hərəkatından olan deputatları toplayaraq ölkədəki ictimai-siyasi vəziyyəti, daha doğrusu, üzləşdiyi problemləri müzakirə edərək çıxış yollarını arayıb, "Valday" Klubunda Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatından sonra Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanması prosesində bundan sonra tutacağı mövqe ilə bağlı məsləhətləşmələr aparıb.

İndi bir şey aydın olub: ictimai-siyasi və iqtisadi institutları ağır böhrana düçar olan, yürütdüyü işğalçılıq siyasəti və aqressiv ritorika səbəbindən transmilli, regional layihələrdən tamamilə kənar qalan, maliyyə, hərbi, humanitar, sosial və texniki resursları tükənməkdə olan Ermənistanın problemlərini bir zamanlar demokratik xilaskar kimi təqdim edilən Paşinyan həll edə bilməyəcək. Çünki onun özü hal-hazırda Ermənistanın ən böyük problemlərindən biridir”.
OXŞAR MÖVZULAR