Impera

XƏBƏR LENTİ
15:55Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək15:51İradə Gülməmmədova Xırdalan şəhər sakinlərilə görüşdü15:41Prezident Rövşən Rzayevi qəbul edib15:22“Araz-Alko” MMC-də müəmmalı olaylar... - Müraciət...15:05Türkiyədə dollar ucuzlaşdı14:48Taleh Qaraşovla bağlı iddia... - VİDEO14:28Ağsuda nə baş verir? - İTTİHAM14:14İlham Əliyev hansı nazirlərlə vidalaşır? – arxaik idarəçiliyə son!12:54Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:33Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:14Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:49Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO11:22“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:09Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:47Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:27"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!23:27Prezidentin ayırdığı pullar Ağsuda necə mənimsənilir?-FOTOLAR18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov17:34Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır16:26VƏRƏM MÜALİCƏ OLUNANDIR, KORRUPSİYA XƏSTƏLİYİ YOX-VİDEO15:30İki ay icra başçısında "haqq" çatdıra bilmədi işini itirdi - Alı Alıyev yerli məmurları necə şantaj edir?15:11Yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycan... – Əhmədov14:59Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 3%-dən çox artıb14:48Mayk Pens ANKARADA14:33Hava buludlu olacaq14:12Təhsil naziri: Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir13:59XƏZƏR RAYONUNUN İNDİKİ BAŞÇISI SƏLƏFİNƏ QARŞI SAYMAMAZLIQ EDİB?13:14İlk "El Klassiko"nun vaxtı dəyişdirilir12:54Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...12:38“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI12:0813 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM11:30Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR11:26Polkovnikdən Fuad Ələsgərova məktub var: “Ümidim Sizədir…”11:25Deputat Ülvi Quliyevin oğlu 18 yaşında Avropada şirkət açıb —FOTO11:20"Bütün bunlar Sizin işlədiyiniz dövrdə olub" - Əbülfəs Qarayevə müraciət21:3310 min manat rüşvət verməklə vəzifəyə təyin olunub-Qazanda bir tikə ət qalıb, onu kim yeməlidir?21:10"BAZARSTORE"- də kassaları azaldıblar ki, müştəriləri basabasda rahat aldatsınlar...18:07Prezident Mayıl Əhmədovu təltif etdi17:41“Qiymət artımını ciddi şəkildə hiss edəcəyik” - İlk zərbə hansı məhsullardan gələcək?17:25Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal17:12İlham Əliyevdən 7 milyonluq SƏRƏNCAM16:54DSMF-in direktor müavininin məhkəmə özbaşınalığı - Müraciət...16:30Dövlət Komitəsindən ƏCAİB ÇAĞIRIŞ... - Güləkmi, ağlayaqmı?16:16Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı – BU MADDƏ İLƏ15:55"5 min dollar verirəm, o xanım gəlib bizim stolda otursun"15:34Zakir Həsənov idarə rəisini işdən çıxardı - TƏYİNAT15:19Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – Foto15:03"Qarabağ"dan 3 futbolçu – UEFA açıqladı14:46Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq14:30"Şəmsəddin Xanbabayev istəsə..." - GİLEY13:56Özü iki müharibənin veteranı, oğlu da 2 Aprel Savaşı döyüşçüsü... - Sosial durumu ağırdır...13:39Azərbaycanda yeni sığorta fırıldağı – ÖLƏN ADAMLARLA BİZNES13:22Erməni səfir Paşinyanı necə ifşa etdi? - “Əvvəl Serj, sonra Kim Kardaşyan...”13:04Gürcü sahibkarın bir milyonluq malı əlindən çıxıb-Leyla Janasianı tora salan dələduzlar kimlərdir12:49Bakıda saatlar tutuşduruldu - Ermənistan üçün Suriya “tələsi”12:16Gəncədə naqolay kadr islahatları... - İDDİA11:49İmişlidə maliyyə maxinasiyaları... - İTTİHAM11:27“Tac Mahal MTK” yenə də narazılıq yaradır... - GİLEY11:13Cəlilabadda süqut edən təhsil sistemi - İTTİHAM10:53Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:32Azərbaycana Qarabağda antiterror əməliyyatı aparmağa nə MANE OLUR… - TƏHLİL21:49BNA-nın şok planı - İDDİA21:31Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır - TƏHLİL21:22Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA - İLGİNC21:07Gədəbəy təhsilində biabırçı mənzərə... - İTTİHAM20:56Yeni baş nazir onunla işləmək istəmədi... - İDDİA16:08İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması16:03Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko15:52"Camaat aylarla sürünür növbədə..." - GİLEY15:39Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı15:12GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var14:59“İstedArt” layihəsinin yeni mövsümünə start veriləcək14:46Ramil, Riçard, Bəhlul - Millinin ən yaxşıları14:30Lənkəranda 42 yaşlı qadını DÖYDÜLƏR14:09Göygöl DYP-yə yeni rəis təyin olunub13:54“Evrascon” ASC 5 aydır işçilərin maaşını vermir... - GİLEY12:42Masallıda işlər niyə əyri gedir? - ARAŞDIRMA12:10“İnşaat konstruksiyaları” MMC narazılıq yaradır - hər sakindən min manat rüşvət11:57Rafael Cəbrayılovun şok səs yazısı yayıldı: “Türməyə gedirəm...” - AUDİO11:27Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı10:51Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir10:33Azərbaycan neftinin SON QİYMƏTİ17:03Məktəb direktorundan nazir müavininə ağır ittiham16:59Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görülüb16:41"Şəffaf" tenderlər rubrukasından: İcra Hakimiyyəti MTN-in pulunu aldığı şəxslə müqavilə bağladı – 259 min manat16:27Azərbaycanın yeniyetmə şahmatçısı dünya çempionu olub15:58İnhisarçılıq zəifləyərsə, nə baş verər?! - TƏHLİL15:44Azərbaycan “Keşikçidağ”ı gürcülər üçün açdı - Yalnız turist kimi gələ bilərlər...11:35"Bu yolda həm qardaş Türkiyəyə, həm də Azərbaycanımıza uğurlar diləyirik" - Əli Həsənov11:28Rafael Cəbrayılov prokurorluğa çağırılıb - keçmiş deputata məsləhət görülüb ki....11:01"Azəriqaz" yenə də narazılıq yaradır... - GİLEY10:43Qardaş ölkənin Suriyada başladığı 3-cü antiterror əməliyyatı ilə bağlı yaxın gözləntilər - əməliyyat uzana bilərmi...10:23Gəncə təhsilində pulyığma sezonu... - İDDİA18:23Paşinyanın casusla yazışması üzə çıxdı – İrəvan çalxalanır18:14“Dövlətin malını dədə malı kimi dağıdırdılar” - İTTİHAM
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (300)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Nahid Canbaxışlı: “Peşəkar jurnalist özündəki gücü bildiyi üçün əmək haqqı aşağı olsa başqa yerə gedəcək”

08 okt 2019, 19:58   
    28
Nahid Canbaxışlı: “Peşəkar jurnalist özündəki gücü bildiyi üçün əmək haqqı aşağı olsa başqa yerə gedəcək”
 

– Nahid müəllim, əvvəlcə media yolunuza nəzər salaq.

 

– Mənim jurnalistikaya gəlişim 1998-ci ildə "Rezonans” qəzeti ilə başlayıb. 1997-ci ilə qədər "Olaylar”da müstəqil şəkildə vətənpərvərlik mövzusunda məqalələrlə çıxış etmişəm. Təbii ki, "Rezonans” qəzeti də Azərbaycanın ictimai-siyasi həyatında çox ciddi media qurumlarından biri olub. Təəssüf ki, bu gün "Rezonans” çıxmır. Sonrakı mərhələdə mən "Olaylar”, eyni zamanda "Həftə içi” qəzetlərində işləmişəm və əsasən sosial və siyasi   mövzularda çalışmışam. Xarici İşlər Nazirliyində  akkreditə olunmuş  jurnalist olmuşam, "Həftə içi” qəzetinin parlament müxbiri kimi fəaliyyət göstərmişəm. Lakin elə bir zaman gəldi ki, virtual media artıq bizim cəmiyyətimizə ayaq açdı. Saytlar yarandı. Həmin dövrdə biz də özümüzü sınamaq üçün belə bir addım atdıq və Veteninfo.az  informasiya agentliyini yaratdıq.

 

– 5-6 bundan əvvəl.

 

– Artıq 7 ildir. 2012-ci ilin mart ayının 17-dən etibarən efirdəyik. Təbii ki, bu gün Azərbaycan cəmiyyətində, ümumiyyətlə mediada saytın daha yaxşı, daha yüksək, daha keyfiyyətli bir xəbərçilik mərkəzinə çevrilməsi üçün ilk növbədə maliyyə və reklamlardan gələn gəlirlər olmalıdır. 7 il ərzində gücümüz çatan istiqamətdə çalışırıq. Bu müddətdə müəyyən yaxşı xəbərlərimiz də olub, qınaq obyektinə də çevrilmişik, tənqid də olunmuşuq. Yəni bu media da, cəmiyyət də güzgüdür. Sənin hazırladığın hansısa bir xəbəri qəbul edənlər də ola bilər, qəbul etməyənlər də ola bilər.

 

– Çox tez-tez sayılıb-seçilən jurnalistlərimizin dövlət qurumlarında işə başlamaları ya da sayt açmaları haqqında xəbərlər yayılır. Bu peşəkarların bir yerə toplanıb vahid platformada şalışmalarını əngəlləyən nədir?

 

– Bizim cəmiyyətdə sözü qəbul olunan ciddi yazarlarımız var. Bu yazarların bir çoxları mətbuat xidmətinin rəhbəri oldular, inzibati işlərə getdilər. Maliyyə, sosial və şəxsi sıxıntıların aradan qaldırılması üçün atılan bu addımlar həqiqi qələmi olan insanları mediadan kənarlaşdırdı. Təbiidir ki, cəmiyyət inkişaf etdikcə, yazarların da bu və ya digər şəkildə problemləri özünü açıq şəkildə büruzə verir. İndiki dövrdə jurnalistin aldığı 500-600 manatla ailə dolandırmaq çox ciddi bir problemdir. Mən elə jurnalistlər tanıyıram ki, doğrudan da onların yazdıqları məqalələrə bizim cəmiyyətimizin ehtiyacı var. Amma onlar yazmırlar. Fürsətdən istifadə edib Vəli Əkbərin, Yunus Oğuzun adlarını çəkmək istəyirəm.  "Olaylar” bir məktəb idi. Çünki jurnalisti siyasət, sosial, iqtisadiyyat, mədəniyyət kimi müxtəlif sahələrdə hərtərəfli formalaşdırırdı.

 

– Mətbuatda ixtisaslaşma əslində qaçılmazdır. İdman, mədəniyyət, siyasət, kriminal və s. mövzularda yazan jurnalistlərimiz var. Amma bu ixtisaslaşma elə bil ki, lazımi səviyyədə getmir. Yəni insanlar bir sahədə ixtisaslaşmırlar sanki. 

 

– Mənim düşüncəmə görə iqtisadiyyat, hərbi, kriminal, mədəniyyət kimi istiqamətlər üzrə ixtisaslaşmış jurnalistlərin olması vacibdir. Muğam ustası ilə söhbət edəndə əruz vəzninin nə olduğunu, ədəbiyyatdan danışanda qoşma ilə müxəmməsin fərqini bilməlidir, dodaqdəyməzdən xəbəri olmalıdır.

 

– İndi də Sizin sayt barədə danışaq.

 

– Qayğılarımız çoxdur.

 

– Reklam cəlb edə bilirsinizmi?

 

– Açığı deyim ki, şəxsi müstəvidə əldə etdiyimiz bir neçə reklamlar sayəsində ayaqda dururuq. Reklam bazarı inhisardadır. Reklamvericilərdən reklamlar toplanır və müəyyən şirkətlər tərəfindən qurulmuş şəbəkədə bölünür. Kənar şəxsin ora girmək imkanı yoxdur.. Mən şəxsən 22 illik media sahəsindəki təcrübəm və müəyyən əlaqələrim sayəsində beş-altı reklamı şəxsi müstəvidə əldə edə bilirəm. Amma Azərbaycan cəmiyyəti üçün əhəmiyyətli işlər görə biləcək saytların reklam bazarı yoxdur, reklamı yoxdur. Onlar yazıları saytlara yerləşdirmək üçün bir nəfər işçi saxlamağa məcburdurlar.

 

– Başqa sözlə desək, 15 iş görən işçi həm də saytla məşğul olur.

 

– Bəli, vəziyyət belədir.

 

– Nahid müəllim, gənc olsaydınız indiki vəziyyətdə jurnalistikaya gələrdinizmi?

 

– Gələrdim, amma yenə də deyirəm bugünkü qayğılarla yox. Bu gün bizim mediada kifayət qədər böyük maliyyə imkanları olan 1-2 informasiya agentliklərini, qəzetləri çıxmaq şərtilə digərlərində verilən əmək haqları hazırda ümumiyyətlə dolanışığa uyğun gəlmir. Məsələn, gənc bir insan və ya subay olsan 3-5 il işləmək olar.

 

– Bəs bunun sonrası var axı.

 

– Sonrakı mərhələdə yox. Artıq ailə qayğıları artandan sonra jurnalist məcburdur ki, eyni zamanda bir neçə media qurumu ilə əməkdaşlıq etsin. Mənim iki oğlum və bir qızım var. Böyük oğlumu iki ay gətirdim ki, yanımda işləsin. Gördüm ki, mümkün deyil, istəmir. Bir oğlum İdman Akademiyasında, qızım onuncu sinifdə oxuyur. Söhbət ondan gedir ki, övladlarım da jurnalistikaya gəlmək istəmirlər.

 

– Övladlarınızın mediaya gəlməsini siz əngəlləməmisiniz, onlar özləri istəmədilər?

 

– Onlar mənim çəkdiyim sıxıntıları əyani şəkildə gördükləri üçün özləri istəmədilər. Bu gün 150 manat əmək haqqı alan jurnalistlər var, onlar qonorar sistemi ilə işləyirlər.

 

– Yeri gəlmişkən, indi ümumiyyətlə qonorar varmı?

 

– Qonorar sistemi var. Mən bir müddət öz saytımızla yanaşı başqa bir sayta da rəhbərlik etdim. Mən ora gələndə saytın rəhbərliyi ilə danışdım ki, başqa bir yerdə 500 manat alan həmkarımızı 700 manat əmək haqqı ilə bu saytda əməkdaşlığa cəlb etmək istəyirəm. Çünki mən onun potensialına bələd idim, bilirdim ki, gündəlik verdiyi informasiyaların rezonansını necə olacaq. Peşəkar jurnalist özündəki gücü bildiyi üçün əmək haqqı aşağı olsa başqa yerə gedəcək. Və yaxud çıxış yolu kimi özünə sayt açacaq. Amma bu da çıxış yolu deyil. Çünki o artıq özünü yazar kimi itirir, kabineti, işçiləri və büdcəsi olan inzibatçıya çevrilir..

 

– Tutaq ki, ən yaxşı futbolçu belə müəyyən yaşdan sonra fiziki nöqteyi-nəzərdən oynaya bilmir, meydanı tərk edərək ya məşqçi olur, da ya ümumiyyətlə o sahədən uzaqlaşır. Amma əslində zehni işlə məşğul olan jurnalist üçün yaş məhdudiyyəti olmamalıdır. Qeyd etdiniz ki, övladlarınız da perspektivinə inanmadıqları üçün bu sahəyə getmək istəməyiblər. Siz də bu sahəni tərk etmək  və ya başqa bir istiqamətdə karyera qurmaq barədə düşünürsünüz?

 

– Mən 1998-ci ildən bu günə qədər iyirmi iki ildir ki, başqa heç bir sahədə olmamışam. Bacardığımız başqa bir iş də yoxdur. Başqa sahədə işləyə biləcəyimə inanmıram, çünki onda sudan çıxmış balıq kimi olarıq. Bu gün yazılı mətbuatımız bağlanmaqdan xilas oldu. Dövlətin dəstəyi ilə yazılı mətbuatın bir hissəsi mövcuddur. Amma virtual mediamız o vəziyyətdə deyil. Virtual mediamız artıq xəstələnməyə başlayıb, qızılca çıxarır, sarılıq tutur, onda yavaş-yavaş müəyyən xəstəliklər əmələ gəlməyə başlayıb. Buna dövlətin dəstəyi olmasa bu xəstəliklər virtual medianı müəyyən bir müddətdən sonra sıradan çıxacaq.

 

– Elektron medianın qızılcası və yaxud da göy öskürəyi nədir?

 

– Onun göy öskürəyi birinci növbədə maddi imkansızlıqdır, onun qızılca xəstəliyi normal cəmiyyətə təsir edə biləcək yazarları itirməsi, cəlb edə bilməməsi, saxlaya bilməməsidir. İnşallah Azərbaycanda həqiqi virtual medianın inkişafına da dövlətimiz dəstək göstərər.

 

– Nahid müəllim, gənclərə nə tövsiyə edərdiniz?

 

– Gənclərə ilk növbədə oxumağı tövsiyə edərdim.

 

– Mediaya gəlsinlər, gəlməsinlər?

 

– Desək gəlməyin, deyərlər onda siz özünüz niyə buradasınız, gənc olanda niyə gəlmisiniz?

 

– O vaxt ayrı idi.

 

– Onlar deyəcək ki, bizim zəmanəmiz də budur. İndiki gənclər redaksiyaya gəlmədən də fəaliyyət göstərə bilərlər. Özündə bu gücü görən gəncliyə mətbuata gəlmə demək olmaz. Mətbuata gələn kifayət qədər perspektivli gənclərimiz var. Onlara qayğı göstərilməlidir, onlar da irad və tənqidlərdən doğru nəticə çıxara bilməlidirlər. Əgər həqiqətən də medianı sevirlərsə, işləyə biləcəklərsə, qarşılarındakı opponenti divara sıxmağı bacaracaqlarsa, verdikləri sualın cavabını özləri istədikləri kimi ala biləcəklərsə qoy bu sahəyə gəlsinlər. Yoxsa iş xətrinə, maaş almaq xətrinə gələcəklərsə, onlardan jurnalist olmayacaq.

 

1905.az


OXŞAR MÖVZULAR