Impera

XƏBƏR LENTİ
15:55Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək15:51İradə Gülməmmədova Xırdalan şəhər sakinlərilə görüşdü15:41Prezident Rövşən Rzayevi qəbul edib15:22“Araz-Alko” MMC-də müəmmalı olaylar... - Müraciət...15:05Türkiyədə dollar ucuzlaşdı14:48Taleh Qaraşovla bağlı iddia... - VİDEO14:28Ağsuda nə baş verir? - İTTİHAM14:14İlham Əliyev hansı nazirlərlə vidalaşır? – arxaik idarəçiliyə son!12:54Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:33Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:14Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:49Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO11:22“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:09Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:47Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:27"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!23:27Prezidentin ayırdığı pullar Ağsuda necə mənimsənilir?-FOTOLAR18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov17:34Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır16:26VƏRƏM MÜALİCƏ OLUNANDIR, KORRUPSİYA XƏSTƏLİYİ YOX-VİDEO15:30İki ay icra başçısında "haqq" çatdıra bilmədi işini itirdi - Alı Alıyev yerli məmurları necə şantaj edir?15:11Yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycan... – Əhmədov14:59Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 3%-dən çox artıb14:48Mayk Pens ANKARADA14:33Hava buludlu olacaq14:12Təhsil naziri: Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir13:59XƏZƏR RAYONUNUN İNDİKİ BAŞÇISI SƏLƏFİNƏ QARŞI SAYMAMAZLIQ EDİB?13:14İlk "El Klassiko"nun vaxtı dəyişdirilir12:54Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...12:38“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI12:0813 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM11:30Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR11:26Polkovnikdən Fuad Ələsgərova məktub var: “Ümidim Sizədir…”11:25Deputat Ülvi Quliyevin oğlu 18 yaşında Avropada şirkət açıb —FOTO11:20"Bütün bunlar Sizin işlədiyiniz dövrdə olub" - Əbülfəs Qarayevə müraciət21:3310 min manat rüşvət verməklə vəzifəyə təyin olunub-Qazanda bir tikə ət qalıb, onu kim yeməlidir?21:10"BAZARSTORE"- də kassaları azaldıblar ki, müştəriləri basabasda rahat aldatsınlar...18:07Prezident Mayıl Əhmədovu təltif etdi17:41“Qiymət artımını ciddi şəkildə hiss edəcəyik” - İlk zərbə hansı məhsullardan gələcək?17:25Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal17:12İlham Əliyevdən 7 milyonluq SƏRƏNCAM16:54DSMF-in direktor müavininin məhkəmə özbaşınalığı - Müraciət...16:30Dövlət Komitəsindən ƏCAİB ÇAĞIRIŞ... - Güləkmi, ağlayaqmı?16:16Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı – BU MADDƏ İLƏ15:55"5 min dollar verirəm, o xanım gəlib bizim stolda otursun"15:34Zakir Həsənov idarə rəisini işdən çıxardı - TƏYİNAT15:19Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – Foto15:03"Qarabağ"dan 3 futbolçu – UEFA açıqladı14:46Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq14:30"Şəmsəddin Xanbabayev istəsə..." - GİLEY13:56Özü iki müharibənin veteranı, oğlu da 2 Aprel Savaşı döyüşçüsü... - Sosial durumu ağırdır...13:39Azərbaycanda yeni sığorta fırıldağı – ÖLƏN ADAMLARLA BİZNES13:22Erməni səfir Paşinyanı necə ifşa etdi? - “Əvvəl Serj, sonra Kim Kardaşyan...”13:04Gürcü sahibkarın bir milyonluq malı əlindən çıxıb-Leyla Janasianı tora salan dələduzlar kimlərdir12:49Bakıda saatlar tutuşduruldu - Ermənistan üçün Suriya “tələsi”12:16Gəncədə naqolay kadr islahatları... - İDDİA11:49İmişlidə maliyyə maxinasiyaları... - İTTİHAM11:27“Tac Mahal MTK” yenə də narazılıq yaradır... - GİLEY11:13Cəlilabadda süqut edən təhsil sistemi - İTTİHAM10:53Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:32Azərbaycana Qarabağda antiterror əməliyyatı aparmağa nə MANE OLUR… - TƏHLİL21:49BNA-nın şok planı - İDDİA21:31Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır - TƏHLİL21:22Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA - İLGİNC21:07Gədəbəy təhsilində biabırçı mənzərə... - İTTİHAM20:56Yeni baş nazir onunla işləmək istəmədi... - İDDİA16:08İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması16:03Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko15:52"Camaat aylarla sürünür növbədə..." - GİLEY15:39Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı15:12GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var14:59“İstedArt” layihəsinin yeni mövsümünə start veriləcək14:46Ramil, Riçard, Bəhlul - Millinin ən yaxşıları14:30Lənkəranda 42 yaşlı qadını DÖYDÜLƏR14:09Göygöl DYP-yə yeni rəis təyin olunub13:54“Evrascon” ASC 5 aydır işçilərin maaşını vermir... - GİLEY12:42Masallıda işlər niyə əyri gedir? - ARAŞDIRMA12:10“İnşaat konstruksiyaları” MMC narazılıq yaradır - hər sakindən min manat rüşvət11:57Rafael Cəbrayılovun şok səs yazısı yayıldı: “Türməyə gedirəm...” - AUDİO11:27Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı10:51Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir10:33Azərbaycan neftinin SON QİYMƏTİ17:03Məktəb direktorundan nazir müavininə ağır ittiham16:59Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görülüb16:41"Şəffaf" tenderlər rubrukasından: İcra Hakimiyyəti MTN-in pulunu aldığı şəxslə müqavilə bağladı – 259 min manat16:27Azərbaycanın yeniyetmə şahmatçısı dünya çempionu olub15:58İnhisarçılıq zəifləyərsə, nə baş verər?! - TƏHLİL15:44Azərbaycan “Keşikçidağ”ı gürcülər üçün açdı - Yalnız turist kimi gələ bilərlər...11:35"Bu yolda həm qardaş Türkiyəyə, həm də Azərbaycanımıza uğurlar diləyirik" - Əli Həsənov11:28Rafael Cəbrayılov prokurorluğa çağırılıb - keçmiş deputata məsləhət görülüb ki....11:01"Azəriqaz" yenə də narazılıq yaradır... - GİLEY10:43Qardaş ölkənin Suriyada başladığı 3-cü antiterror əməliyyatı ilə bağlı yaxın gözləntilər - əməliyyat uzana bilərmi...10:23Gəncə təhsilində pulyığma sezonu... - İDDİA18:23Paşinyanın casusla yazışması üzə çıxdı – İrəvan çalxalanır18:14“Dövlətin malını dədə malı kimi dağıdırdılar” - İTTİHAM
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (300)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Əli Əsədovun təyinatı çox şeyi dəyişəcək... - Novruz Məmmədov niyə getdi?

09 okt 2019, 13:27   
    33
Əli Əsədovun təyinatı çox şeyi dəyişəcək... - Novruz Məmmədov niyə getdi?
 
Azərbaycanın baş naziri postuna yeni təyinat oldu. 2018-ci ilin aprelində bu posta təyin olunmuş Novruz Məmmədov ölkə prezidenti İlham Əliyevə müraciət edərək vəzifəsindən istefa verməsinə razılıq istəyib. Prezident onun ərizəsini qəbul etməklə yanaşı, baş nazirliyə yeni namizədi razılıq verməsi üçün Milli Məclisə təqdim edib. Prezident Nazirlər Kabinetinin yeni rəhbərinin özünün iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədovun olmasına qərar verib. Milli Məclisdə qısa müzakirələrdən sonra bu qərara yekdilliklə razılıq verilib.

Novruz Məmmədov niyə getdi?

Bu dəyişiklik cəmiyyətdə Novruz Məmmədovun baş nazir postundan niyə getdiyinə dair müzakirələrə səbəb olub. Hökumətdəki mənbələrindən RİA Novosti-yə verilən məlumatda N.Məmmədovun təqaüdə çıxması ilə bağlı bu addımı atdığı bildirilsə də, cəmiyyət bunu real qəbul etmir. Ən azı ona görə ki, bu gün hakimiyyətdə yüksək vəzifələr tutan və təqaüd yaşını çoxdan keçmiş məmurların sayı onlarladır. Elə baş nazir müavinlərinin hamısı təqaüd yaşını çoxdan keçmiş məmurlardır.

Cəmiyyət, elə əksər şərhçilər də bu fikirdədir ki, N.Məmmədovun baş nazir kürsüsündən getməsi daha çox onun iqtisadçı olmaması, işinin öhdəsindən lazımınca gələ bilməməsi ilə bağlıdır. Hesab olunur ki, hakimiyyətdəki mühafizəkarlardan biri olan N.Məmmədov iqtisadiyyatda həyata keçirilən sürətli islahatlarla uzlaşa bilmədi. Digər tərəfdən, N.Məmmədovun rəhbərliyi dövründə Nazirlər Kabinetində müxtəlif qərarların qəbulunda müəyyən inhisarçı qrupların, məmur oliqarxiyasının mənafeyinin nəzərə alınması faktları çoxalmışdı. Bu isə bir çox hallarda cəmiyyətdə kəskin reaksiyalara səbəb olurdu. Məsələn, 2019-cu ilin 31 yanvarında N.Məmmədov meşədən meyvə, giləmeyvə, faydalı bitkilərin toplanmasına görə ödənişləri kəskin artıran qərara imza atmaqla ictimaiyyətin çox ciddi qınağına məruz qaldı. Nəticədə ölkə prezidentinin tapşırığı əsasında fevralın 7-də öz qərarını ləğv etməli oldu. Bu və digər məqamlar N.Məmmədovun öz yerində olmadığını göstərirdi.

Nədən Əli Əsədov?

İndi cəmiyyətdə hər kəsi düşündürən məhz bu sualdır. Xatırladaq ki, hələ Artur Rəsizadənin baş nazirlikdən gedəcəyi məlum olan zaman onun yerinə təyinatlarla bağlı müxtəlif şəxslərin adları hallanırdı. Bu vəzifəyə uzun illərdir baş nazirin birinci müavini olan Yaqub Eyyubov, hazırda Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik edən Eldar Əzizov və digər bir neçə nəfərin iddialı olduğu bildirilirdi. Lakin prezidentin seçimi öz köməkçisi oldu.

Bu seçimin səbəbləri barədə müxtəlif versiyalar səsləndirilməkdədir. Bir qrup hesab edir ki, Ə.Əsədov hakimiyyət pillələrində məhz İ.Əliyevin sayəsində irəliləmiş, ona çox yaxın və çox sədaqətli olan kadrlardan biridir. Belə ki, 1995-2000-ci illərdə YAP siyahısı ilə Milli Məclisin deputatı olan Ə.Əsədovun 1998-ci ildə sabiq prezident Heydər Əliyev tərəfindən iqtisadi məsələlər üzrə köməkçi təyinatında məhz İ.Əliyevin təqdimatının əsas rol oynadığı bildirilir. Bu zaman isə onun Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibindəki aktiv fəaliyyəti də nəzərə alınıb. Təsadüfi deyil ki, prezident İ.Əliyev ötən dövr ərzində Ə.Əsədova daim yüksək etimad göstərib. Ölkənin ən böyük milli şirkəti SOCAR-ın binasının, Bakı Qış Bulvarının tikintisinin, paytaxtın kommunal təsərrüfatının, əksər böyük regional proqramların kurasiyası məhz ona həvalə edilib.

Yeni baş nazirlə bağlı rəylər, əsasən müsbət xarakterlidir. Sabiq baş nazir Artur Rəsizadə təyinatı uğurlu hesab edir: "Baş nazir vəzifəsinə yeni seçilən şəxsi çox yaxşı tanıyıram. Əli Əsədov bir iqtisadçı kimi tamamilə işin içində olan adamdır. Hesab edirəm ki, bu çox yaxşı seçimdir”.

O bildirib ki, baş nazirlik heç də asan vəzifə deyil: "Novruz müəllim də ötən iki il ərzində üzərinə düşən işi yerinə yetirib. O da çox yaxşı insandır. Əslində, yeni bir söz deməyəcəm. Baş nazir vəzifəsi asan vəzifə deyil. Həm məsuliyyətli, həm də çətin vəzifədir. Çünki hər sahədən anlayışlı olmaq lazımdır. Hərbi məsələdən tutmuş ta səhiyyə, təhsil, mədəniyyətə qədər… Nazirlər Kabinetində işləməyən adamlar elə bilirlər ki, baş nazir olmaq asandır. Ancaq heç də elə deyil. İşin içində olan adam başa düşür ki, baş nazir vəzifəsi məsuliyyət və peşəkarlıq tələb edir”.

Sabiq maliyyə naziri, iqtisadçı-alim Fikrət Yusifov hesab edir ki, Ə.Əsədovun ölkənin baş naziri postuna təyinatı yüksək qiymətləndirilməlidir: "O, peşəkar iqtisadçı və kifayət qədər bacarıqlı bir təşkilatçıdır. Hələ 90-cı illərin ikinci yarısında, Əli Əsədovun prezidentin iqtisadi məsələlər üzrə köməkçisi postuna təyinatından sonra onunla birlikdə ölkənin iqtisadi problemlərini saatlarla müzakirə etmişəm və hələ o zaman onun nə qədər ağıllı bir iqtisadçı olduğunun şahidi olmuşdum. Əli Əsədov ölkənin iqtisadi problemlərini və bu problemlərin həlli yollarını kifayət qədər yaxşı bilir. Heç şübhəsiz ki, indiki həssas dönəmdə onun bu vəzifəyə təyinatı təsadüfi deyil. Düşünürəm ki, Əli Əsədovun bu posta ölkənin iqtisadi və maliyyə sistemində gözlənilən kardinal islahatlar, o cümlədən kadr islahatları ərəfəsində gətirilməsi təsadüfi sayıla bilməz”.

Milli Məclisin üzvü Qənirə Paşayeva da yeni təyinatı müsbət qiymətləndirir: "Əli müəllimi uzun illərdir tanıyıram. Millət vəkili seçildiyim dövrdən bu yana vətəndaşlarımızı maraqlandıran, narahat edən bəzi məsələlərlə bağlı nə zaman müraciət etsək, diqqətlə dinləyib və həssaslıqla yanaşıb. Əli müəllim sadə və səmimi ziyalıdır. Cənab prezidentimizin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən önəmli işlərdə Əli müəllimə Baş nazir kimi uğurlu fəaliyyət diləyir və təbrik edirik”!

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, baş verən kadr dəyişikliyi ilə bağlı ya hökumət, ya da hakim partiya funksionerləri tərəfindən zəruri açıqlamalar verilməli, müzakirələr aparılmalı idi: "Çox təəssüf ki, Azərbaycanda belə bir praktika yoxdur, bu üzdən də baş nazir dəyişikliyinin səbəbləri ilə bağlı ən müxtəlif versiyalar səsləndirilir. Reallıqda baş nazirin dəyişməsinə səbəb olacaq proses, hadisə müşahidə olunmayıb. Bu halda səbəbin nə olduğunu hakimiyyət açıqlamalıdır. Açıqlanmırsa, demək, hökumətin cəmiyyətlə kommunikasiyası düzgün qurulmayıb. Yeni təyin olunan baş nazirin Milli Məclisdəki çıxışında da onun ölkə iqtisadiyyatının gələcək inkişaf pespektivləri barədə viziyonunu, hansı istiqamətlərdə hansı addımları zəruri saydığına dair fikirlərini görə bilmədik.”.

Ekspertin fikrincə, Azərbaycanda son konstitusiya dəyişikliklərindən sonra Nazirlər Kabineti və baş nazirin səlahiyyətləri kəskin məhdudlaşıb: "Bu baxımdan, Novruz Məmmədovun baş nazir kimi fəaliyyətini qiymətləndirmək üçün müvafiq səlahiyyət, ona uyğun məsuliyyət aydın deyil. Elə yeni baş nazirlə bağlı da eyni sözləri demək olar. Yəni bu gün Azərbaycanda baş nazir dəyişikliyi formal bir kadr dəyişikliyi hesab oluna bilər”.

Fikrət Yusifov yeni baş nazirdən ölkənin qeyri-neft sektorunun sürətli inkişafı istiqamətində real addımlar gözləyir: "Bu sahədə ciddi bir dönüşün olmasına kəskin ehtiyac var. Azərbaycan iqtisadiyyatının sabahkı inkişafı məhz qeyri-neft sektorundan asılıdır. Reallıq göstərir ki, bu gün bizim əsas gəlir mənbəyimiz olan neftin dünya bazarı faktiki olaraq heç bir, o cümlədən siyasi risklərdən sığortalanmayıb. Bu şəraitdə bizim yeganə yolumuz qısa müddətdə qeyri-neft iqtisadiyyatımızı inkişaf etdirməkdir. Son 3-4 ildə bu sahədə addımlar atılsa da, nəticələri yetərli hesab etmək mümkün deyil. Bu sektorda inkişaf ikirəqəmli ədədlərlə ifadə olunmalıdır, hazırkı səviyyə olduqca aşağıdır. Buna görə də Əli müəllimin rəhbərliyi ilə hökumətdən bu sahədə inqilabi dönüş gözləyirəm”.

Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Ə.Əsədova deputatların təkliflərinə diqqətlə yanaşılmasını tövsiyə edib: "Əli müəllim, mən xahiş edirəm ki, siz baş nazir kimi millət vəkillərinin təkliflərinə diqqətlə yanaşasınız. Millət vəkillərinin müraciətlərinə vaxtında reaksiya verməyinizi sizdən və digər hökumət üzvlərindən xahiş edirəm”.

Millət vəkili bildirib ki, çox uzun müddət keçməsinə baxmayaraq, ölkənin qeyri-neft sektorunda ciddi irəliləyişlərə nail olunmayıb: "Ona görə də millət vəkili olaraq xahiş edirəm, vəzifənizin icrasına başlayandan sonra kənd təsərrüfatı, turizm və sənayenin inkişafına ciddi diqqət göstərəsiniz. Digər tərəfdən, hökumətin hesabatı zamanı 350-400 səhifəlik kitab gətirirlər, açığı çox deputat o kitabı axıradək oxumur. 100 səhifəlik ümumi məlumatlar yetərlidir”.

Son olaraq qeyd edək ki, Ə.Əsədov parlament üzvləri qarşısında çıxışında qeyd edib ki, bu gün ölkənin əsas problemi Qarabağın işğaldan azad edilməsidir. Bundan əlavə, baş nazir qeyd edib ki, Azərbaycanın dayanıqlı və çoxşaxəli inkişafı dövlətin bütün qollarının ahəngdar və bərabər fəaliyyətindən asılıdır: "Bu gün bu yüksək tribunada, Azərbaycan xalqının hüzurunda, hörmətli deputatlar, sizin qarşınızda çıxış edərək Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm”.

Qeyd edək ki, müstəqil Azərbaycanın ilk baş naziri Həsən Həsənov olub. O, bu vəzifədə 1 il 2 ay fəaliyyət göstərib. Bundan sonra Nazirlər Kabinetinə 2 ay Feyruz Mustafayev, 9 ay Rəhim Hüseynov, 3 ay Əli Məsimli, 2 ay Pənah Hüseyn, 1 il 4 ay Surət Hüseynov, 1 il 3 ay Fuad Quliyev, 21 il 9 ay Artur Rəsizadə, 1 il 6 ay isə Novruz Məmmədov rəhbərlik edib.
"Yeni Müsavat”
OXŞAR MÖVZULAR