Impera

XƏBƏR LENTİ
15:55Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək15:51İradə Gülməmmədova Xırdalan şəhər sakinlərilə görüşdü15:41Prezident Rövşən Rzayevi qəbul edib15:22“Araz-Alko” MMC-də müəmmalı olaylar... - Müraciət...15:05Türkiyədə dollar ucuzlaşdı14:48Taleh Qaraşovla bağlı iddia... - VİDEO14:28Ağsuda nə baş verir? - İTTİHAM14:14İlham Əliyev hansı nazirlərlə vidalaşır? – arxaik idarəçiliyə son!12:54Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:33Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:14Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:49Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO11:22“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:09Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:47Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:27"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!23:27Prezidentin ayırdığı pullar Ağsuda necə mənimsənilir?-FOTOLAR18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov17:34Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır16:26VƏRƏM MÜALİCƏ OLUNANDIR, KORRUPSİYA XƏSTƏLİYİ YOX-VİDEO15:30İki ay icra başçısında "haqq" çatdıra bilmədi işini itirdi - Alı Alıyev yerli məmurları necə şantaj edir?15:11Yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycan... – Əhmədov14:59Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 3%-dən çox artıb14:48Mayk Pens ANKARADA14:33Hava buludlu olacaq14:12Təhsil naziri: Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir13:59XƏZƏR RAYONUNUN İNDİKİ BAŞÇISI SƏLƏFİNƏ QARŞI SAYMAMAZLIQ EDİB?13:14İlk "El Klassiko"nun vaxtı dəyişdirilir12:54Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...12:38“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI12:0813 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM11:30Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR11:26Polkovnikdən Fuad Ələsgərova məktub var: “Ümidim Sizədir…”11:25Deputat Ülvi Quliyevin oğlu 18 yaşında Avropada şirkət açıb —FOTO11:20"Bütün bunlar Sizin işlədiyiniz dövrdə olub" - Əbülfəs Qarayevə müraciət21:3310 min manat rüşvət verməklə vəzifəyə təyin olunub-Qazanda bir tikə ət qalıb, onu kim yeməlidir?21:10"BAZARSTORE"- də kassaları azaldıblar ki, müştəriləri basabasda rahat aldatsınlar...18:07Prezident Mayıl Əhmədovu təltif etdi17:41“Qiymət artımını ciddi şəkildə hiss edəcəyik” - İlk zərbə hansı məhsullardan gələcək?17:25Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal17:12İlham Əliyevdən 7 milyonluq SƏRƏNCAM16:54DSMF-in direktor müavininin məhkəmə özbaşınalığı - Müraciət...16:30Dövlət Komitəsindən ƏCAİB ÇAĞIRIŞ... - Güləkmi, ağlayaqmı?16:16Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı – BU MADDƏ İLƏ15:55"5 min dollar verirəm, o xanım gəlib bizim stolda otursun"15:34Zakir Həsənov idarə rəisini işdən çıxardı - TƏYİNAT15:19Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – Foto15:03"Qarabağ"dan 3 futbolçu – UEFA açıqladı14:46Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq14:30"Şəmsəddin Xanbabayev istəsə..." - GİLEY13:56Özü iki müharibənin veteranı, oğlu da 2 Aprel Savaşı döyüşçüsü... - Sosial durumu ağırdır...13:39Azərbaycanda yeni sığorta fırıldağı – ÖLƏN ADAMLARLA BİZNES13:22Erməni səfir Paşinyanı necə ifşa etdi? - “Əvvəl Serj, sonra Kim Kardaşyan...”13:04Gürcü sahibkarın bir milyonluq malı əlindən çıxıb-Leyla Janasianı tora salan dələduzlar kimlərdir12:49Bakıda saatlar tutuşduruldu - Ermənistan üçün Suriya “tələsi”12:16Gəncədə naqolay kadr islahatları... - İDDİA11:49İmişlidə maliyyə maxinasiyaları... - İTTİHAM11:27“Tac Mahal MTK” yenə də narazılıq yaradır... - GİLEY11:13Cəlilabadda süqut edən təhsil sistemi - İTTİHAM10:53Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:32Azərbaycana Qarabağda antiterror əməliyyatı aparmağa nə MANE OLUR… - TƏHLİL21:49BNA-nın şok planı - İDDİA21:31Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır - TƏHLİL21:22Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA - İLGİNC21:07Gədəbəy təhsilində biabırçı mənzərə... - İTTİHAM20:56Yeni baş nazir onunla işləmək istəmədi... - İDDİA16:08İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması16:03Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko15:52"Camaat aylarla sürünür növbədə..." - GİLEY15:39Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı15:12GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var14:59“İstedArt” layihəsinin yeni mövsümünə start veriləcək14:46Ramil, Riçard, Bəhlul - Millinin ən yaxşıları14:30Lənkəranda 42 yaşlı qadını DÖYDÜLƏR14:09Göygöl DYP-yə yeni rəis təyin olunub13:54“Evrascon” ASC 5 aydır işçilərin maaşını vermir... - GİLEY12:42Masallıda işlər niyə əyri gedir? - ARAŞDIRMA12:10“İnşaat konstruksiyaları” MMC narazılıq yaradır - hər sakindən min manat rüşvət11:57Rafael Cəbrayılovun şok səs yazısı yayıldı: “Türməyə gedirəm...” - AUDİO11:27Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı10:51Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir10:33Azərbaycan neftinin SON QİYMƏTİ17:03Məktəb direktorundan nazir müavininə ağır ittiham16:59Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görülüb16:41"Şəffaf" tenderlər rubrukasından: İcra Hakimiyyəti MTN-in pulunu aldığı şəxslə müqavilə bağladı – 259 min manat16:27Azərbaycanın yeniyetmə şahmatçısı dünya çempionu olub15:58İnhisarçılıq zəifləyərsə, nə baş verər?! - TƏHLİL15:44Azərbaycan “Keşikçidağ”ı gürcülər üçün açdı - Yalnız turist kimi gələ bilərlər...11:35"Bu yolda həm qardaş Türkiyəyə, həm də Azərbaycanımıza uğurlar diləyirik" - Əli Həsənov11:28Rafael Cəbrayılov prokurorluğa çağırılıb - keçmiş deputata məsləhət görülüb ki....11:01"Azəriqaz" yenə də narazılıq yaradır... - GİLEY10:43Qardaş ölkənin Suriyada başladığı 3-cü antiterror əməliyyatı ilə bağlı yaxın gözləntilər - əməliyyat uzana bilərmi...10:23Gəncə təhsilində pulyığma sezonu... - İDDİA18:23Paşinyanın casusla yazışması üzə çıxdı – İrəvan çalxalanır18:14“Dövlətin malını dədə malı kimi dağıdırdılar” - İTTİHAM
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (300)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

N.Məmmədovdan NİYƏ İMTİNA EDİLDİ? - Çünki o...

09 okt 2019, 17:09   
    36
N.Məmmədovdan NİYƏ İMTİNA EDİLDİ? - Çünki o...

Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirovun Redaktor.az-a müsahibəsini təqdim edirik:

- Ötən gün baş nazir postuna Əli Əsədov təyin edildi. İndiki dövrdə bu təyinatı şərtləndirən amillər hansılardır?

- Prezident İlham Əliyev xüsusilə sosial-iqtisadi sahədə çox ciddi islahatların həyata keçiriləcəyinin anonsunu verib. Bu islahatları həyata keçirmək üçün çox savadlı, bilikli, peşəkar kadrlar məsələsi hər zaman aktualdır. Ona görə də yeni şəraitdə - yəni ölkəmizdə islahatların dərinləşməsi xəttinin irəli sürüldüyü reallıqda onları həyata keçirmək üçün adekvat biliyə sahib mütəxəssislərə ehtiyac daha da aktuallaşır. Məsələyə bu məntiqlə baxanda ölkənin iqtisadi sferasında atılan addımların reallaşdırılmasında, islahatların həyata keçirilməsində Nazirlər Kabinetinin üzərinə böyük vəzifə düşür. Bu qurum prosesin lakomativi funksiyasını həyata keçirir. Buna görə də baş nazirin dəyişdirilməsi məsələsi aktuallaşdı. Heç şübhəsiz ki, Novruz Məmmədov uzun müddətdir PA-da işləyən, xarici siyasət məsələləri üzrə tanınmış mütəxəssisdir. Sədaqətli kadrdır. Lakin reallıqlar artıq yeni şərtlər irəli sürürdü. Bu baxımdan Novruz Məmmədovun iqtisadçı olmaması və Azərbaycanda iqtisadi sahədə dinamik proseslərin getməsi reallığında, onun bu sahədə bilik və bacarığının iqtisadi tələblərə adekvat olmaması dəyişikliyi zəruri etdi.  Əsədovunsa praktiki vərdişləri ilə nəzəri bilikləri üst-üstə düşür. Bu da ona heç şübhəsiz ki, olan etimadı gücləndirən səbəbdir. Xüsusilə də uzunmüddətli idarəçilik təcrübəsinə malik olması, bu təcrübənin iqtisadi sahəni əhatə etməsi Ə. Əsədovun üstünlüyüdür. İndi isə onun qarşısında duran əsas vəzifələr bunlardır: Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafını yüksək səviyyəyə çatmasını təmin etmək, ixracyönümlü iqtisadiyyatın formalaşaması prosesini gücləndirmək, qeyri-neft sənayesinin inkişafı üçün münbit şəraitin yaradılmasını təmin etmək, "Made in Azerbaycan” brendi adı ilə Azərbaycan məhsullarının dünya bazarına çıxışının daha geniş əhatəsini təmin etmək və bütövlükdə Azərbaycanın iqtisadi imkanları və bu potensialı daha da genişləndirmək.  

<iframe width="560" height="140" frameborder="0" marginwidth="0" marginheight="0" vspace="0" hspace="0" allowtransparency="true" scrolling="no" allowfullscreen="true" id="aswift_4" name="aswift_4" style="box-sizing: border-box; margin: 0px; padding: 0px; border-width: 0px; border-style: initial; font: inherit; vertical-align: baseline; max-width: 100%; left: 0px; position: absolute; top: 0px; width: 560px; height: 140px;"></iframe>

- Nazirlər Kabinetinin ləğvinin gözləndiyi bir vaxtda, baş nazirin dəyişdirilməsi prosesi həyata keçirildi. Baş nazirlik institutunun nüfuzunun artırılmasına yönələn siyasət aparılır. Azərbaycanda Birinci vitse-prezidentlik institutu formalaşdığı halda, Baş nazir postuna ehtiyac qalırmı?

- Azərbaycanda vitse-prezidentlik institutu olsa da, Nazirlər Kabineti də fəaliyyət göstərir. Hadisələrin gedişatı onu göstərir ki, Azərbaycan iqtisadiyyatının bundan sonrakı inkişafı məsələlərində Nazirlər Kabinetinin üzərinə böyük məsuliyyət düşür. Bu nöqteyi-nəzərdən bu institutun faəliyyətinin genişləndirilməsi, gücləndirilməsi və Azərbaycan iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi məsələsində də bu institut çərçivəsində müəyyən islahatlara, dəyişikliklərə, yeni kadrların təyin edilməsinə ehtiyac var. Ölkə başçısının seçimi də göstərdi ki, vitse-prezidentlik institutu və Nazirlər Kabineti bir-birinə mane olan, paralellik yaradan qurumlar deyil. Prezidentin seçimi Nazirlər Kabinetinin işinə dinamizm, çeviklik gətiriləcəyinə, peşəkarlığın gücləndirilməsinə ehtiyac olduğunu göstərdi.  

- Qərbdə belə bir təcrübə yoxdur ki, həm baş nazirlik institutu, həm də vitse-prezidentlik institutu paralel fəaliyyət göstərsin...

- Azərbaycanda inqilabi yox, təkamül yolu ilə inkişafı təmin edən siyasət yürüdülür. Bugünkü reallıqlar və Azərbaycanın qarşısında duran hədəflər konteksində baxdıqda Nazirlər Kabinetinin saxlanması və inkişaf etdirilməsi məqbul sayılır. Amma bir neçə ildən sonra reallıqlar dəyişə bilər. Hər zaman söyləyirik ki, Azərbaycan prezidentinin siyasəti çevik siyasətdir. Çevik siyasət isə dəyişən reallıqlara adekvat cavab verə bilməkdi. Bu nöqteyi-nəzərdən gələcək reallıqlar konteksində vəziyyətdə dəyişiklik ola da bilər, olmaya da... Bunu gələcək göstərəcək. Bugünkü reallıqlar fonunda isə NK-nın işinə dinamizm vermək və iqtisadiyyatımızın inkişafı naminə onun fəaliyyətini gücləndirmək lazımdır.

<iframe width="560" height="140" frameborder="0" marginwidth="0" marginheight="0" vspace="0" hspace="0" allowtransparency="true" scrolling="no" allowfullscreen="true" id="aswift_5" name="aswift_5" style="box-sizing: border-box; margin: 0px; padding: 0px; border-width: 0px; border-style: initial; font: inherit; vertical-align: baseline; max-width: 100%; left: 0px; position: absolute; top: 0px; width: 560px; height: 140px;"></iframe>

- Yeni baş nazirin təyin edilməsi Azərbaycanın xarici siyasətində hansı dəyişikliklərə səbəb olacaq?

- Yeni baş nazirin peşəkarlığını, öz sahəsini mükəmməl bilməsi reallığını nəzərə alsaq, heç şübhəsiz ki, məhz Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsi labüd görünür. Azərbaycan məhsullarının dünya bazarına çıxarılması, bu məhsulların keyfiyyət və alıcılıq qabiliyyətinin gücləndirilməsi əsas hədəflər sırasındadır. Xüsusilə Azərbaycanın Rusiya ilə əlaqələrinin daha da gücləndirilməsi istiqamətində iş aparılacaq. Rusiya həm qonşu, həm də Azərbaycan məhsulları üçün böyük bazar olan dövlətdir. Bu baxımdan yaxın qonşu olaraq, beynəlxalq iqtisadi sferada əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yeni çalar yarana bilər. Yeni baş nazir xüsusilə Rusiya kimi nəhəng bazarda Azərbaycan məhsullarının öz alıcısını tapması sahəsində də çox ciddi və labüd addımlar ata bilər.

- Bəs Qərb, Avropa bazarı necə?

- Qərb Azərbaycan üçün təbii ki, böyük bazardır. Heç kəsə sirr deyil ki, bu bazarda biz əsasən öz neftimiz və perspektiv qazımız ilə əsas iştirakçıyıq. Eyni zamanda biz maraqlıyıq ki, Azərbaycanın qeyri-neft sektoruna aid məhsullarının da Avropa bazarında çəkisi artsın. Amma nəzərə almalıyıq ki, Avropa bazarında rəqabət mühiti çox böyükdür. Bu nöqteyi-nəzərdən biz paralel olaraq, ilk növbədə qonşu ölkələrlə münasibətləri, bu sahədə əlaqələri genişləndirməkdə maraqlıyıq. Xüsusilə də bizim Çin ilə əməkdaşlığımızın çox geniş perspektivi var.

- Əli Əsədovun baş nazir təyinatının Rusiyadakı Valday forumundan sonra baş tutması bir sıra iddiaları da gündəmə gətirib. Baş nazir dəyişikliyi ilə Putin-Əliyev görüşünün bağlılığını axtaranlar var.

- Bu cür iddialarla qətiyyən razı deyiləm. Əsassız iddialardır. Prezident İlham Əliyev Azərbaycan üçün müstəqil, milli mənafeyə söykənən siyasət müəyyən edib. Bu nöqteyi-nəzərdən Rusiya bizim üçün dost dövlətdir, strateji tərəfdaşdır. Eyni zamanda biz Rusiya ilə çox geniş spektrlərdə əlaqələrin inkişafında maraqlıyıq. Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmək missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərdən biridir. Xüsusilə Ermənistana ən ciddi təsir imkanlarına malik bir dövlətdir. Bütün bunlar o demək deyil ki, Azərbaycanda kadr dəyişiklikləri Rusiyanın istəyi ilə həyata keçirilir. Azərbaycan müstəqil dövlətdir. Nə Azərbaycan Rusiyanın kadr dəyişikliyində iştirak edir, nə də Rusiya Azərbaycanın. Bu kimi iddiaların heç bir əsası yoxdur. Bu cür iddialar kimlərinsə, çox yüksək "fantaziya"ya malik olmasının məhsuludur.

OXŞAR MÖVZULAR