Impera

XƏBƏR LENTİ
15:55Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək15:51İradə Gülməmmədova Xırdalan şəhər sakinlərilə görüşdü15:41Prezident Rövşən Rzayevi qəbul edib15:22“Araz-Alko” MMC-də müəmmalı olaylar... - Müraciət...15:05Türkiyədə dollar ucuzlaşdı14:48Taleh Qaraşovla bağlı iddia... - VİDEO14:28Ağsuda nə baş verir? - İTTİHAM14:14İlham Əliyev hansı nazirlərlə vidalaşır? – arxaik idarəçiliyə son!12:54Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:33Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:14Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:49Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO11:22“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:09Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:47Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:27"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!23:27Prezidentin ayırdığı pullar Ağsuda necə mənimsənilir?-FOTOLAR18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov17:34Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır16:26VƏRƏM MÜALİCƏ OLUNANDIR, KORRUPSİYA XƏSTƏLİYİ YOX-VİDEO15:30İki ay icra başçısında "haqq" çatdıra bilmədi işini itirdi - Alı Alıyev yerli məmurları necə şantaj edir?15:11Yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycan... – Əhmədov14:59Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 3%-dən çox artıb14:48Mayk Pens ANKARADA14:33Hava buludlu olacaq14:12Təhsil naziri: Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir13:59XƏZƏR RAYONUNUN İNDİKİ BAŞÇISI SƏLƏFİNƏ QARŞI SAYMAMAZLIQ EDİB?13:14İlk "El Klassiko"nun vaxtı dəyişdirilir12:54Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...12:38“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI12:0813 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM11:30Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR11:26Polkovnikdən Fuad Ələsgərova məktub var: “Ümidim Sizədir…”11:25Deputat Ülvi Quliyevin oğlu 18 yaşında Avropada şirkət açıb —FOTO11:20"Bütün bunlar Sizin işlədiyiniz dövrdə olub" - Əbülfəs Qarayevə müraciət21:3310 min manat rüşvət verməklə vəzifəyə təyin olunub-Qazanda bir tikə ət qalıb, onu kim yeməlidir?21:10"BAZARSTORE"- də kassaları azaldıblar ki, müştəriləri basabasda rahat aldatsınlar...18:07Prezident Mayıl Əhmədovu təltif etdi17:41“Qiymət artımını ciddi şəkildə hiss edəcəyik” - İlk zərbə hansı məhsullardan gələcək?17:25Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal17:12İlham Əliyevdən 7 milyonluq SƏRƏNCAM16:54DSMF-in direktor müavininin məhkəmə özbaşınalığı - Müraciət...16:30Dövlət Komitəsindən ƏCAİB ÇAĞIRIŞ... - Güləkmi, ağlayaqmı?16:16Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı – BU MADDƏ İLƏ15:55"5 min dollar verirəm, o xanım gəlib bizim stolda otursun"15:34Zakir Həsənov idarə rəisini işdən çıxardı - TƏYİNAT15:19Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – Foto15:03"Qarabağ"dan 3 futbolçu – UEFA açıqladı14:46Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq14:30"Şəmsəddin Xanbabayev istəsə..." - GİLEY13:56Özü iki müharibənin veteranı, oğlu da 2 Aprel Savaşı döyüşçüsü... - Sosial durumu ağırdır...13:39Azərbaycanda yeni sığorta fırıldağı – ÖLƏN ADAMLARLA BİZNES13:22Erməni səfir Paşinyanı necə ifşa etdi? - “Əvvəl Serj, sonra Kim Kardaşyan...”13:04Gürcü sahibkarın bir milyonluq malı əlindən çıxıb-Leyla Janasianı tora salan dələduzlar kimlərdir12:49Bakıda saatlar tutuşduruldu - Ermənistan üçün Suriya “tələsi”12:16Gəncədə naqolay kadr islahatları... - İDDİA11:49İmişlidə maliyyə maxinasiyaları... - İTTİHAM11:27“Tac Mahal MTK” yenə də narazılıq yaradır... - GİLEY11:13Cəlilabadda süqut edən təhsil sistemi - İTTİHAM10:53Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:32Azərbaycana Qarabağda antiterror əməliyyatı aparmağa nə MANE OLUR… - TƏHLİL21:49BNA-nın şok planı - İDDİA21:31Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır - TƏHLİL21:22Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA - İLGİNC21:07Gədəbəy təhsilində biabırçı mənzərə... - İTTİHAM20:56Yeni baş nazir onunla işləmək istəmədi... - İDDİA16:08İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması16:03Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko15:52"Camaat aylarla sürünür növbədə..." - GİLEY15:39Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı15:12GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var14:59“İstedArt” layihəsinin yeni mövsümünə start veriləcək14:46Ramil, Riçard, Bəhlul - Millinin ən yaxşıları14:30Lənkəranda 42 yaşlı qadını DÖYDÜLƏR14:09Göygöl DYP-yə yeni rəis təyin olunub13:54“Evrascon” ASC 5 aydır işçilərin maaşını vermir... - GİLEY12:42Masallıda işlər niyə əyri gedir? - ARAŞDIRMA12:10“İnşaat konstruksiyaları” MMC narazılıq yaradır - hər sakindən min manat rüşvət11:57Rafael Cəbrayılovun şok səs yazısı yayıldı: “Türməyə gedirəm...” - AUDİO11:27Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı10:51Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir10:33Azərbaycan neftinin SON QİYMƏTİ17:03Məktəb direktorundan nazir müavininə ağır ittiham16:59Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görülüb16:41"Şəffaf" tenderlər rubrukasından: İcra Hakimiyyəti MTN-in pulunu aldığı şəxslə müqavilə bağladı – 259 min manat16:27Azərbaycanın yeniyetmə şahmatçısı dünya çempionu olub15:58İnhisarçılıq zəifləyərsə, nə baş verər?! - TƏHLİL15:44Azərbaycan “Keşikçidağ”ı gürcülər üçün açdı - Yalnız turist kimi gələ bilərlər...11:35"Bu yolda həm qardaş Türkiyəyə, həm də Azərbaycanımıza uğurlar diləyirik" - Əli Həsənov11:28Rafael Cəbrayılov prokurorluğa çağırılıb - keçmiş deputata məsləhət görülüb ki....11:01"Azəriqaz" yenə də narazılıq yaradır... - GİLEY10:43Qardaş ölkənin Suriyada başladığı 3-cü antiterror əməliyyatı ilə bağlı yaxın gözləntilər - əməliyyat uzana bilərmi...10:23Gəncə təhsilində pulyığma sezonu... - İDDİA18:23Paşinyanın casusla yazışması üzə çıxdı – İrəvan çalxalanır18:14“Dövlətin malını dədə malı kimi dağıdırdılar” - İTTİHAM
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (300)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

GENERALLARIN SON DÖYÜŞÜ

10 okt 2019, 14:29   
    78
GENERALLARIN SON DÖYÜŞÜ
 

Son zamanlar Səfər Mehdiyevəmedia üzərindən savaş açılıb.
Əlbətdə ki, DGK sədri də "süddən çıxmış ağ qaşıq” deyil. Haqqında yazılanların əksəriyyəti doğrudur.
Sadəcə məlumatların bu qədər dəqiqliyi bu kompromat savaşı”nın arxasında kimlərin dayandığını ehtimal etməyə əsas verir.
Azerinfo.tv bunu araşdırıb. Hadisələri daha yaxşı anlamaq üçün bir qədər geriyə qayıdaq-2015-ci ilə.
Səfər Mehdiyev hələ 1-ci müavindir. Onun rəqibi isə...


1-CÜ MÜAVİNİN BACANAĞININ MAL-QARA MONOPOLİYASI


2014-cü ilin sonunda Prezident İlham Əliyev müşavirədə ölkədə dərmanların kəskin baha olmasından danışdı və elə orada da gömrük və digər qurumların rəhbərlərinə bu özbaşınalığı aradan qaldırmaq tapşırığı verdi. Bir neçə ay ərzində dərman bazarında ciddi dəişikliklər yaşandı. Qiymətlər xeyli aşağı salındı.
Ancaq məsələ bununla da bitmədi.
KİV-lər yazırdı ki, komitə üzərində dominatlıq edən fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərliyi ilə 2015-ci ildə gömrük generallarının qeyri-rəsmi toplantısı olub. Orada gömrüyün «qara qutusu» sayılan Səfər Mehdiyevlə bağlı da kəskin mübahisə və müzakirə açılıb. Kəmaləddin Heydərov onu ayağa qaldıraraq çox kəskin danlayıb.
Səfər Mehdiyevin danlanması tamamı ilə haqlı olub. O və yaxınları da bir neçə sahə üzrə monopoliya yaradıblar. Konkret ölkəyə gətirilən ət məhsulları, bahalı kolbasalar, içki və digər məhsulların monopoliyası birbaşa 1-ci müavinin nəzarətində imiş. Bəzilərinin iddialarına görə, adıçəkilən məhsullar ölkəmizə əsasən onun bacanağının rəhbərlik etdiyi şirkətin razılığı ilə daxil olub. Qəribə səslənsə də, fakt budur ki, bəzi gömrük generalları və nüfuzlu şəxslər məhz sahibi olduqları şirkətlərin simasında belə monopoliya yaradırlar. Yəni monopolist şirkət razılıq verməsə, bir kəs ölkəyə bu məhsulları sərbəst gətirə bilməz. Təsəvvür edin ki, ölkəyə gətirilən hər diri baş mala görə monopolistlər 150-250 dollar arası pul alıblar. Bu məsələdə isə Səfər Mehdiyevin bacanağı əsas rol oynayıb. Yəni bacanağın razılığı ilə bu məbləğ alınmasa, ölkəyə heç kəs dövlət rüsumu almadan diri heyvan keçirə bilməzmiş. Bu məbləğə isə dövlətin rüsumları, baytarlıq xərcləri və sair daxil deyilmiş.


Gömrükdəki problemlər bununla da bitmir. Belə ki, Kəmaləddin Heydərovun rəhbərliyi ilə keçirilən toplantıda belə aydın olub ki, elə onun adıyla da ölkəyə son bir ildə 100 milyon dolları aşan mal-material girib:
Yəni gömrük generalları bu malların Kəmaləddin Heydərova getdiyini «qara kitab»da qeyd edərək, buraxıblar. Ancaq bu qədər malın nazirə, nazriliyə və ya haraya göndərildiyi isə müəmma olaraq qalıb. Yəni gömrük generallarının nazirin adından da sui-istifadə edərək qazanc güddükləri aşkara çıxarılıb. Bu isə gömrükdəki qarşıdurmanı daha da şiddətləndirib.




YENİ "MÜHARİBƏ” BAŞLAYIR



S.Mehdiyevin belə gərgin vəziyyətlə üzləşməsində digər bir gömrük generalı – Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun da əvəzsiz rolu olub. O, bütün gücüylə 1-ci müavinin "sahəsi”ni də ələ keçirməyə çalışırdı.

Vüsal Novruzov sıradan gömrük genaralı və ya idarə rəisi deyildi. O, nazir Kəmaləddin Heydərova qeyri-rəsmi bağlı olan şirkətlərin mühasibatlığının da apardığından "əli daha güclü” sayılırdı. Hazırkı İqtisad Universitetinin məzunu olan gömrük generalı hər ay Qəbələyə şirkətlərin hesab-kitabını aparmaq üçün təşrif buyururdu. Onun xidməti bununla da bitmirdi. Vüsal Novruzov eyni zamanda Gömrük Komitəsində "yeni bir komitə” kimi fəaliyyət göstərirdi. Yəni onun bəzi gömrük generalları haqda kompromat toplaması və bunları hamisinə ötürməsi haqda da gömrükdə ciddi şübhə və narahatçılıqlar var idi.
Məlumat üçün bildirək ki, V.Novruzovun adı hələ 2011-ci ildə yumurta olayı zamanı dillər əzbəri olmuşdu. Belə ki, o zaman general Bəylər Əyyubovun inhisarında olan yumurtanın qiymətinin qaldırılması İlham Əliyevi bərk əsəbiləşdirmiş və ölkənin yumurta ilə təchizatını digər general Kəmaləddin Heydərova tapşırmışdı. Kəmaləddin Heydərov isə bu işin icrasını Vüsal Novruzova həvalə etmişdi. O zaman mediada yayılan məlumatlara istinadən Bakı Gömrük İdarəsinin şefi də Bəylər Əyyubova məxsus olduğu iddia edilən malları ölkəyə buraxmamışdı. Nəticədə Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubov ağ rəngli "BMW X6″ markalı avtomobillə rəisə məxsus 10 AZ 720 dövlət nömrə nişanlı xidməti maşını saxlamış və maşında olan şəxsi döymüşdü. O zaman döyülən şəxsin Vüsal Növruzov olduğu öz təsdiqini tapmasa da olay ölkədə geniş rezonans doğurmuşdu.
Vüsal Növruzovun adı mediada digər bir məqamla bağlı da tez-tez hallanıb. Bu isə V.Novruzovun ölkədəki sement satışını monopoliyaya alması ilə bağlıdır.. Özü də o, bu işdə tək deyil. Onun bu işdəki əsas şəriki fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini Orucəli Hacıyevdir.
Oxuculara maraqlı olar ki, O.Hacıyev kimdir? O.Hacıyev FHN başçısının müavini təyin olunana qədər onu ölkədə çox az adam tanıyırdı. 90-cı illərin axırlarında bütün respublika üzrə qara metalın topdan alış məntəqələrini quran və 1999-cu ildən 2001-ci ilədək qara metal ixracının monopolisti olan O.Hacıyevin sonradan bu biznes sahəsində işləri nədənsə düz gətirməməyə başladı.Çünki həmin zamanlarda ölkədə qara metal idxal və ixracının kurasiyası tam olaraq Paolo Pərvizə həvalə edilmişdi. Qara metal işinin P.Pərvizin monopoliyasına verilməsindən sonra işləri yarımçıq qalan O.Hacıyev bir müddət Azərbaycanı tərk etməli olur. Həmin illərdə Ukraynada yaşayan və burada özünə biznes quran O.Hacıyev bu ölkədən Azərbaycan və İrana qara dəmirdən istehsal olunmuş inşaat materialları ixrac edirdi. Nəhayət, 2006-cı ildə yenidən Azərbaycana qayıdan O.Hacıyev yeni yaradılan Fövqəladə Hallar Nazirliyində nazir müavini vəzifəsinə təyin edilir. Onun V.Novruzovla ortaq biznesi də elə bu andan başlayır. Belə ki, O.Hacıyev V.Novruzovla birgə qurduğu "Babək-97” şirkəti vasitəsilə ölkədə sement satışını demək olar ki, tam mənada inhisara almağa başlamışdı.
Media üzərindən aparılan araşdırmalarda olaraq rastlaşdığımız məlumatlar sırasında gömrük generalının qumar həvəskarı olması da diqqət çəkir. Həmin məlumatda bildirilir: "Bakı Gömrük İdarəsinin rəisi qonşu Gürcüstanın paytaxtı Tbilisi şəhərinə gedərək qumar oynayır və öz kefi üçün xərcləyir. Alınan məlumata görə, son gedişində o, 5 milyon dollar uduzub. Rəis uduzduğu pulun yarısını verdiyindən gürcülər tərəfindən təhdid edilib və qısa zaman kəsiyində ondan yerdə qalan pulun ödənilməsi tələb olunub”.
Lakin 2018-ci ildə Səfər Mehdiyevin nazir təyin olunması ilə bütün oyunlar bitdi. Az sonra Vüsal Novruzova qapını göstərdilər.
Görünən budur ki, indi savaş yenidən başlayır. Vüsal Novruzov və mövqüləri son 3 ildə tamamilə sarsılmış, "fövqəlnazir” statusu əlindən çıxmış Kəmaləddin Heydərov bir daha şanslarını sınayacaqlar.
Ardı var.


OXŞAR MÖVZULAR