Impera

XƏBƏR LENTİ
23:46Dəlixanada qeydiyyatda olana sürücülük vəsiqəsi üçün sağlamlıq kağızı verilib-VİDEO23:34Qarabağda erməni əsgər minaya düşdü19:46ABŞ-ı dünyada LİDER edən ƏSAS FAKTOR - Prezidentin çıxışında hansı təkliflər yer almışdı?19:23Azərbaycanda maşın aşdı, azyaşlı öldü19:05Gürcüstan müxalifəti parlamentə girişi bağladı18:50Nə olsun ki Albert yəhudidir? - Azərbaycan üçün canından keçən hər kəsin xatirəsi əzizdir18:39Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR+Fotolar18:35Qubadlıda başçı dəyişikliyi gözlənilir - İDDİA18:19Əhməd Əhmədzadənin yarıtmazlığına son qoyulur: - “Meliorasiya və Su Təsərrüfatı” ləğv edilir18:03“İcra hakimiyyətindən təklif gəlsə, yolu yenidən qura bilərik” - QALMAQAL17:45İran hökuməti benzinin bahalaşmasına görə təzminat verəcək17:23Rusiyada "Lotu Quli"nin dəstəsinin üzvü saxlanıldı17:02“Vergi ödəməyən müğənnilərin maşınını, evini əlindən alacağıq”16:41Azərbaycan Prezidenti: "Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir"16:16Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub15:47Əyləncəyə milyonlar xərcləyən rəhbər... – Bakıda qalmaqal15:24Xəzərdə neftçi batıb - YENİLƏNİB14:53Bu başçılar maraqlı rekorda imza atıblar - İLGİNC SİYAHI14:16"Sığorta şirkətləri ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki..." - PROBLEM14:16"Sığorta şirkətləri ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki..." - PROBLEM13:31Lerikin icra başçısı narazılıq yaradır... - GİLEY12:56Kərimov sabiq nazirin dayısını işdən qovdu – Səbəb12:39"Rayonda sorğu keçirilərsə, 100 adamdan biri bu deputatı tanımaz" - QALMAQAL10:35Cəlilabadda gənc müəllim evində ölü tapılıb10:16Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub09:57Ət yeməyənlərin ideologiyası — Veqanlıq - REPORTAJ09:42Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub09:29Tramp Kim Çen Inla görüşəcək17:19Mandatı təhvil ver, İqbal Məmmədov! - DEPUTATA AÇIQ MƏKTUB!17:05"S-400" raketləri Azərbaycanda yerləşdirilə bilərmi? - GƏLİŞMƏ16:55Pulsuzdursa, niyə 210 manat ödəyirik? - “Bu qədər böyük qiymət qoymaq...”16:51Fransada 20-dən çox metro stansiyası bağlandı16:43Məşhur baş məşqçiyə içində güllə olan məktub göndəriblər14:29Ağcabədi rayon 6 saylı qeydiyyat-imtahan şöbəsinin dünəni və bu günü14:17Sabah hava necə olacaq?13:50ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?13:20Əhalinin normal qaz təminatındakı əngəllər13:02“Ərdoğan qəti şəkildə ona dedi ki...” - Putindən sürpriz Türkiyə gedişi12:44Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”11:49Paltar, qadınlar və siyasət: Sərdar Cəlaloğlu ilə qalmaqallı müsahibə: - “Əli Kərimlinin bir qrupu var, ancaq söyüş söyməklə məşğuldur”11:30Azərbaycanlı milyarderlər: Pul və şöhrətləri çox, elə dərdləri də... - İLGİNC11:14Ağsu rayon İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifəsindən azad edildi10:50İstirahət günlərində gözlənilən HAVA PROQNOZU10:32Bağdadda TERROR: 6 ölü, 30 yaralı23:25Azərbaycanda DƏHŞƏT: oğul atasını qətlə yetirdi23:21Prodüsser omba dikləşdirmə əməliyyatı zamanı öldü - Kosmetoloq silikonu ebaydan gətizdiribmiş - FOTO22:48Azərbaycan xam neft ixracını artırıb21:58“Onlar faşisti müdafiə edirlər” - Prezident İlham Əliyev həqiqəti dedi21:44"Heç kim ləkəsiz, təmiz deyil"18:12Azərbaycan İsraildən iki yeni hərbi gəmi alır? - "SAAR 72" BAKIDA YIĞILACAQ...17:55Paşinyan narkomandır? - Qəribə görüntülər yayıldı - (VİDEO)17:41Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib17:30Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 3 milyon manat ayrılıb17:13Bu qədər sərvət, sizdə hardandır, cənab rektor? - ŞÜBHƏ16:57Məmurlar Prezidentdən nümunə götürməlidirlər... - Əsas məsələ vətəndaşın probleminin həllidir16:29Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib - FOTO16:11“Azəriqaz" pul tapmır? - Smart sayğacdan imtinanın ƏSL SƏBƏBİ15:52Könül Xasıyeva: Konsertimə biletlər satılmadı, 20 min manat borca düşdüm15:22Premyer Liqamızda oyunların vaxtı açıqlandı15:04Ölkəmiz Tbilisidə ilk dəfə keçiriləcək “Professional Musiqi Forumu”na dəvət alıb14:40Azərbaycanlılar ən çox nəyə pul xərcləyir?14:16Efirdə "QEYRƏT" QALMAQALI: Siz nəyi reklam edirsiniz?14:02Ağdamda ağaclar belə məhv edilir-VİDEO13:27“1 milyard manata da “uşaq pulu” vermək olar” - Nazirə CAVAB12:56DİN-in iki baş idarəsinə yeni rəis təyinatları olub12:40Gələn ilin büdcəsi: razı və narazı salan məqamlar - TƏHLİL12:30Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR: Evlər bahalaşacaq? - AÇIQLAMA12:16Qida bazarımız kimlərin əlindədir? - REAL TƏHLÜKƏ11:37Ermənistan Rusiya üçün böyük rol oynayan bir subyektdir... - TƏHLİL11:17Ölkədə antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi...10:47Kardiologiya İnstitutunda “saxta ürək” əməliyyatları - İTTİHAM10:35Elmira Süleymanova İSTEFA VERDİ?10:17Tərtər, Ağdam, Füzuli rayonlarında mövqelərimiz atəşə tutuldu18:29“Yanmış binanı mənə təmir etdirib pulu vermədilər” - QALMAQAL18:15İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində - Əhaliyə şad xəbər18:03Doğuş qiymətlərindən narazılıq: Qadının yerinə həkim özü doğur? - ŞOK QİYMƏTLƏR17:54Ülviyyə getdi17:33Gəncə səhiyyəsi acınacaqlı durumda... - İTTİHAM16:55"Yerli seriallar gənclərin tərbiyəsini pozur" - MTRŞ sədir16:41Beyləqanda Bələdiyyə sədri Ərşad Hüseynov radikal müxalifəti necə maliyyələşdirir? – İDDİA16:25Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ15:50Sabah hava dəyişəcək15:01Deputat Cavid Osmanovla bağlı şok iddialar... - Gizli FETO üzvü, “priton” biznesi...14:59İqtidara Göyçay menyusu: milyonçunu da, yoxsulu da bezdirən başçı kimdir?14:58Deputat oğlu model xanıma 50 min dollar verib foto çəkdirib – FOTOLAR14:54"Ay alçaq, niyə Qurbanın zamanında demirdin ki, ona da vaxt lazımdır?”14:41Deputatlar 162 dəyişikliyə birinci oxunuşda “Hə” dedi14:29Almaniyada tutulan həmyerlilərimiz Azərbaycana təhvil veriləcək? - AÇIQLAMA14:14Deputat müğənniləri hədəf aldı: Bir toya 15 minə gedirlər, 30 manat vergi ödəyirlər13:56"Baku Electronics” yenə də narazılıq yaradır... - GİLEY13:10Ermənistanlı 3 qat dünya çempionu Moskvada güllələnib12:54İlham Əliyev: Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır12:43Rektor nazirə necə yalan informasiya ötürür... - İDDİA12:13“Məndən 400-500 manat pul tələb edirlər” - Xaçmaz sakini sosial yardım ala bilmir11:41Qazaxa yeni DYP rəisi təyin olunub11:41Qazaxa yeni DYP rəisi təyin olunub11:11İbrahim Cəfərov haqda ilginc iddialar... - Belə deyirlər...10:53PD&MS-də azərbaycanlılarla qul kimi davranırlar - “Rəhbərlərin heç ali təhsili də yoxdur”10:33Sahibkarların qarşısında yeni sədd: Nağd pula QADAĞA gəlir? - TƏHLİL10:19Sosial evlər niyə baha qiymətə satılır? - HESABLAMA
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2019 (365)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

18 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov

17 okt 2019, 18:11   
    18
18 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov
 
Oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyini elan etməsinin 28-ci ili tamam olur. 1991-ci il avqustun 30-da Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Bununla yanaşı, parlamentdə qəbul olunmuş qərarda Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün Konstitusiya Aktının hazırlanması nəzərdə tutulurdu. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlayan növbədənkənar sessiyası bir neçə günlük müzakirələrdən sonra, oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. İstiqlaliyyətə gedən yola nəzər salaraq, bu dövrdə yaşanmış proseslər haqqında aşağıdakı beş tezisi hörmətli oxucularımın diqqətinə çatdırmaq istəyirəm.

Bu fikirlər Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun "18 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis” sərlövhəli məqaləsində yer alıb. TREND məqaləni təqdim edir.

Birinci tezis: 1988-ci ildən Azərbaycan cəmiyyətində SSRİ rəhbərliyinin, xüsusən də M.Qorbaçovun Dağlıq Qarabağda başlanan erməni separatizmini dəstəkləməsinə və yürütdüyü ermənipərəst siyasətə qarşı ciddi narazılıq yetişməkdə idi. Bu narazılıq fonunda, elə meydanlarda mitinqlərin gedişi zamanı Azərbaycan Xalq Cəbhəsi (AXC) adlı hərəkat yaranmış, sonrakı illərdə tədricən formalaşdırılaraq vahid bir quruma çevrilmişdi. AXC sonrakı mərhələdə getdikcə genişlənən xalq hərəkatına rəhbərliyi öz əlinə almış və onu idarə etməyə çalışmışdır. Xalq hərəkatı ilk dövrdə daha çox narazı əhalinin mərkəzi və yerli hakimiyyət strukturlarının qərarlarına qarşı pərakəndə etiraz çıxışları formasında ifadə olunurdu. Hərəkat iştirakçıları SSRİ rəhbərliyindən Dağlıq Qarabağla bağlı ədalətli və obyektiv mövqe tutmasını, Azərbaycanın suveren hüquqlarının qorunmasını və s. tələb edirdilər. AXC həmin dövrdə kütlələr arasında müəyyən populyarlıq qazansa da, əhalinin bir çox təbəqələri, xüsusilə də ziyalılar, texnokratlar və təsərrüfat fəalları ona o qədər də etibar etmirdilər. Ona görə ki, bu qurumun əsasən radikal dünyagörüşlü insanlardan ibarət rəhbərliyi ölkə ziyalılarını, xalqın intellektual kəsimini öz sıralarına o qədər də həvəslə buraxmırdı. Nəticədə, AXC o dövrdə getdikcə güclənən xalq hərəkatını səmərəli şəkildə idarə edərək, onun gələcək fəaliyyət istiqamətləri ilə bağlı aydın strategiya və çevik taktika ortaya qoya bilmədi. Elə bu səbəbdən də Sovet İttifaqı rəhbərliyi Azərbaycanda artmaqda olan narazılığın qarşısını almaq, mərkəzdənqaçma meyillərini söndürmək və kütləvi cəza vasitəsilə xalqı qorxutmaq üçün 1990-cı il yanvarın 20-də Bakıda qanlı faciə törətdi, özü də bu zaman AXC-dən, onun bəzi rəhbərlərinin radikal addımlarından "vasitə” kimi istifadə etdi.

İyirmi Yanvarda sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciədən sonra Azərbaycan xalqının həm SSRİ, həm də respublika rəhbərliyinə qarşı narazılığı və nifrəti daha da gücləndi. O vaxta qədər ölkə və respublika rəhbərliyindən əsasən haqqın və ədalətin, qanunvericiliyin qorunmasını tələb edən narazı kütlə yavaş-yavaş genişlənən yeni mübarizə dalğasının – milli azadlıq hərəkatının hərəkətverici qüvvəsinə çevrildi. 20 Yanvarda qanla boğulmuş və qismən əzilmiş xalq hərəkatının yenidən dirçəlişi və milli azadlıq mübarizəsi mərhələsinə keçməsi Heydər Əliyevin bu prosesə fəal qoşulmasından sonra vüsət aldı. Onun 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək, kəskin bəyanat səsləndirməsi, kütləvi qırğınının səbəbkarı kimi SSRİ və Azərbaycanın yerli rəhbərlərini ittiham etməsi xalq hərəkatına yeni nəfəs və istiqamət verdi. Bu aksiyanın ardınca, Heydər Əliyevin heç bir hədə-qorxu və təxribatdan qorxmayaraq, 1990-cı il iyulun 20-də Vətənə qayıtması Azərbaycanda müstəqillik uğrunda xalq hərəkatının, başqa sözlə, sistemli milli azadlıq hərəkatının başlanmasına ciddi təkan verdi.

İkinci tezis: Heydər Əliyev 1990-cı ildə öz doğma vətəninə - Azərbaycana qayıtdı. Ayaz Mütəllibov hökuməti ona Bakıda yaşamaq imkanı vermədiyi üçün 1990-cı il iyulun 22-də, yəni, Moskvadan qayıtdıqdan iki gün sonra paytaxtı tərk edərək Naxçıvana üz tutmağa məcbur oldu. Az sonra - 1990-cı ilin avqust ayında qədirbilən Naxçıvan əhalisinin kütləvi dəstəyi ilə Heydər Əliyev həm Azərbaycan SSR Ali Sovetinə, həm də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinə deputat seçildi. Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən birinci sessiyasına deputatlar tərəfindən iclasa sədrlik Heydər Əliyevə həvalə edildi. İclasda onun təşəbbüsü ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "sovet” və "sosialist” sözləri çıxarıldı. Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Ali Məclisin birinci sessiyasında, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul olundu və Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qaldırıldı ki, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında o da analoji qərarlar qəbul etsin. Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən bu tarixi qərarlar və müstəqillik istiqamətində həyata keçirilən sonrakı proseslər, o cümlədən 1991-ci il sentyabrın 3-də onun Naxçıvan Ali Məclisinin sədri seçilməsi belə deməyə əsas verir ki, həmin dövrdə Heydər Əliyevin Naxçıvana gəlişi ilə milli azadlıq hərəkatının mərkəzi də Bakıdan Naxçıvana keçdi və bu hərəkatın lideri də məhz Heydər Əliyev oldu. Heydər Əliyevin deputat kimi ardıcıl nümayiş etdirdiyi əsil və mübariz vətəndaşlıq mövqeyi, Azərbaycanın müstəqilliyi uğrunda ölkə parlamentinin tribunasından etdiyi qətiyyətli çıxışlar, ümummilli problemlərin həllinə xidmət edən səmərəli təklifləri onu tezliklə milli azadlıq hərəkatının gerçək liderinə çevirdi.

Üçüncü tezis: Milli azadlıq hərəkatının mərkəzinin Bakıdan Naxçıvana keçməsi və hərəkatın başında Heydər Əliyev kimi təcrübəli liderin - görkəmli siyasi və dövlət xadiminin dayanması qısa zaman kəsiyində Azərbaycan cəmiyyətində milli qurtuluş ideyası ətrafında böyük təmərküzləşməyə səbəb oldu. Belə ki, əhalinin bütün təbəqələri, xüsusilə də mütərəqqi dünyagörüşlü ziyalılar, hətta ciddi təqibə məruz qalmış AXC fəallarının özü belə Heydər Əliyevin ətrafında cəm oldular. Bu reallıq xalq hərəkatına ciddi mütəşəkkillik və ardıcıllıq gətirdi, Azərbaycan xalqı milli müstəqilliyin əleyhinə məqsədyönlü fəaliyyət göstərən Mütəllibov rejiminə qarşı vahid cəbhədən çıxış etməyə başladı. Heydər Əliyev Azərbaycan Ali Sovetindəki "demblok” nümayəndələrini də öz ətrafında, milli azadlıq hərəkatı ideyası altında birləşdirərək, yerli kommunist hökumətinin iradəsinin ziddinə olaraq, oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsinə və müstəqillik məsələsinə dair yeni referendumun təyin edilməsinə nail oldu.

Dördüncü tezis: 1991-ci il 18 oktyabra gedən yol gərgin ictimai-siyasi proseslər və o zamankı hakimiyyətin yaratdığı süni maneələrlə müşayiət olunmuşdur. O dövrdə Azərbaycana rəhbərlik edən Ayaz Mütəllibov hökumətinin üzvləri və Ali Sovetin kommunist korpusu Azərbaycanın müstəqil dövlət statusunu təsəvvür belə etmir, milli-demokratik qüvvələrin müstəqillik uğrunda gündən-günə güclənən mübarizəsinə kommunist hakimiyyətinin sonu kimi baxır və ciddi müqavimət göstərirdilər. Azərbaycanın kommunist rəhbərliyi xalqın yüksələn müstəqillik əzmini hər vəchlə qırmağa çalışır, respublika həyatında bu istiqamətdə müşahidə olunan bütün ictimai fəaliyyət və hərəkətlərə mane olur, xüsusən parlament tribunasından milli müstəqillik uğrunda əsil mübarizə aparan Heydər Əliyevin, digər müstəqil düşüncəli deputatların Ali Sovetdəki çıxışlarını pozur, hətta Heydər Əliyevə qarşı qeyri-etik hücumlar təşkil edərək, ölkədə onun siyasi fəaliyyətinə qadağa qoymağa cəhd göstərirdilər. Elə bunun nəticəsi kimi, Azərbaycan Kommunist Partiyasının o vaxtkı bütün rəhbərliyi 1991-ci il martın 17-də SSRİ-nin saxlanması ilə bağlı respublikada saxta referendum təşkil edərək, guya əhalinin 75 faizinin müstəqilliyin əleyhinə səs verdiyini elan etmişdi. O zaman yalnız Heydər Əliyev başda olmaqla Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bu saxta və anti-milli referendumun Naxçıvan Muxtar Respublikasında keçirilməsindən imtina etmiş və qarşısını almışdı. Heydər Əliyev SSRİ-nin saxlanması ilə bağlı yeni ittifaq müqaviləsinə də hamıdan qabaq - 1991-ci il martın 7-də Azərbaycan Ali Sovetinin sessiyasındakı çıxışında ciddi etiraz etmiş və Mütəllibov hakimiyyətinin Azərbaycanı yeni ittifaqın tərkibinə daxil etməsinin, bunun üçün respublikada xüsusi referendum keçirilməsinin qəti əleyhinə olduğunu birmənalı şəkildə bəyan etmişdi.

Beşinci tezis: AXC-Müsavat dairələri 1992-ci ilin mayında xarici qüvvələrin təhriki ilə və silahlı yolla o zaman üçün tam nüfuzdan düşmüş Mütəllibov hökumətini devirərək siyasi hakimiyyəti ələ keçirdilər. Əslində bu, həm milli azadlıq hərəkatına, həm respublikada yeni-yeni yaranmaqda olan demokratiya prinsiplərinə, həm də şəxsən Heydər Əliyev kimi təcrübəli bir liderin demokratiya və milli azadlıq mübarizəsi istiqamətindəki xidmətlərinə qarşı ədalətsiz bir gediş idi. 1992-ci il mayın 18-də Ali Sovetə sədr seçkisində AXC rəhbərliyi deputatların böyük hissəsinin və ölkə ictimaiyyətinin tələbinə baxmayaraq, Heydər Əliyevin namizədliyinin irəli sürülməsinə, hətta parlamentdən onunla əlaqə yaradılmasına belə mane oldular. Onlar öz namizədlərinin sədr "seçilməsinin” hansısa doqquz xarici dövlətlə razılaşdırılması barədə cəfəng antidemokratik fikirlər səsləndirməkdən belə çəkinmədilər. Hakimiyyətə tam yiyələndikdən sonra bu dairələr gələcəkdə Heydər Əliyevi özlərinə ciddi rəqib sayaraq, bütün vacib işlərini bir kənara qoyub onunla qeyri-qanuni və antikonstitusion mübarizəyə başladılar, dəfələrlə Naxçıvanda dövlət çevrilişinə, Ali Məclis sədrinin fiziki varlığına son qoymağa cəhd göstərdilər. Belə qeyri-demokratik və antimilli vasitələrlə fəaliyyət göstərən AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə böyük zərbə vuruldu, ölkə vətəndaş müharibəsi astanasına gətirildi.

1992-ci il oktyabrın 16-da cəbhə-müsavat dairələrinin yarıtmaz hakimiyyətinin nəticəsi olaraq gündən-günə kəskinləşən vətəndaş qarşıdurmasını açıq şəkildə müşahidə edərək, yaxınlaşan milli fəlakəti hiss edən bir qrup vətənpərvər Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət etdi. Müraciətdə ziyalılar Azərbaycanı düçar olduğu fəlakətli böhrandan çıxarmaq məqsədilə ölkədə bütün vətəndaşları, sağlam düşüncəli qüvvələri öz ətrafında birləşdirə bilən yeni bir siyasi partiyanın yaradılması və ona rəhbərlik etmək məsələsinə münasibət bildirməsini Heydər Əliyevdən xahiş edirdilər. Respublikada gündən-günə kəskinləşən və getdikcə daha da fəlakətli vəziyyət alan daxili ictimai-siyasi və milli vətəndaş qarşıdurması fonunda Azərbaycanı canı qədər sevən bir lider kimi Heydər Əliyev əlbəttə ki, çoxsaylı ölkə ziyalılarının, geniş xalq kütlələrinin tələblərini cavabsız qoya bilməzdi. Belə də oldu, cəmi bir həftə sonra - oktyabrın 24-də o, "Səs” qəzetində ölkə ziyalılarına cavab verdi. Bu, əslində adi bir cavab deyildi, Azərbaycanın mövcud fəlakətli vəziyyətinin hərtərəfli təhlili və ondan çıxış yollarını göstərən dəqiq milli fəaliyyət proqramı idi. Sonrakı prosesləri, hörmətli oxucular yaxşı bilir, Bakıda qurultay keçirməsinə imkan verilməyən ziyalılar və partiya qurucuları soyuq və şaxtalı Naxçıvana axışdı və noyabrın 21-də Yeni Azərbaycan Partiyası (YAP) adlanan siyasi təşkilatı yaratdılar. Cəmi 7 ay sonra, 1993-cü ilin iyununda xalqın tələbi ilə YAP-ın sədri, Azərbaycan xalqının görkəmli lideri Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Onun qayıdışı ilə ölkənin bütün sağlam qüvvələri, ictimai-siyasi və mənəvi potensialı hakimiyyətin ətrafında səfərbər olaraq Azərbaycanı sonrakı labüd iflasdan xilas etdilər. Beləliklə, müstəqillik dövrünün tarixi, yaşadığımız hər bir gün Ulu Öndərin söylədiyi "Müstəqilliyi qorumaq onu qazanmaqdan daha çətindir” fikrini bir daha təsdiq edir.

Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor
OXŞAR MÖVZULAR