Impera

XƏBƏR LENTİ
23:46Dəlixanada qeydiyyatda olana sürücülük vəsiqəsi üçün sağlamlıq kağızı verilib-VİDEO23:34Qarabağda erməni əsgər minaya düşdü19:46ABŞ-ı dünyada LİDER edən ƏSAS FAKTOR - Prezidentin çıxışında hansı təkliflər yer almışdı?19:23Azərbaycanda maşın aşdı, azyaşlı öldü19:05Gürcüstan müxalifəti parlamentə girişi bağladı18:50Nə olsun ki Albert yəhudidir? - Azərbaycan üçün canından keçən hər kəsin xatirəsi əzizdir18:39Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR+Fotolar18:35Qubadlıda başçı dəyişikliyi gözlənilir - İDDİA18:19Əhməd Əhmədzadənin yarıtmazlığına son qoyulur: - “Meliorasiya və Su Təsərrüfatı” ləğv edilir18:03“İcra hakimiyyətindən təklif gəlsə, yolu yenidən qura bilərik” - QALMAQAL17:45İran hökuməti benzinin bahalaşmasına görə təzminat verəcək17:23Rusiyada "Lotu Quli"nin dəstəsinin üzvü saxlanıldı17:02“Vergi ödəməyən müğənnilərin maşınını, evini əlindən alacağıq”16:41Azərbaycan Prezidenti: "Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir"16:16Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub15:47Əyləncəyə milyonlar xərcləyən rəhbər... – Bakıda qalmaqal15:24Xəzərdə neftçi batıb - YENİLƏNİB14:53Bu başçılar maraqlı rekorda imza atıblar - İLGİNC SİYAHI14:16"Sığorta şirkətləri ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki..." - PROBLEM14:16"Sığorta şirkətləri ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki..." - PROBLEM13:31Lerikin icra başçısı narazılıq yaradır... - GİLEY12:56Kərimov sabiq nazirin dayısını işdən qovdu – Səbəb12:39"Rayonda sorğu keçirilərsə, 100 adamdan biri bu deputatı tanımaz" - QALMAQAL10:35Cəlilabadda gənc müəllim evində ölü tapılıb10:16Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub09:57Ət yeməyənlərin ideologiyası — Veqanlıq - REPORTAJ09:42Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub09:29Tramp Kim Çen Inla görüşəcək17:19Mandatı təhvil ver, İqbal Məmmədov! - DEPUTATA AÇIQ MƏKTUB!17:05"S-400" raketləri Azərbaycanda yerləşdirilə bilərmi? - GƏLİŞMƏ16:55Pulsuzdursa, niyə 210 manat ödəyirik? - “Bu qədər böyük qiymət qoymaq...”16:51Fransada 20-dən çox metro stansiyası bağlandı16:43Məşhur baş məşqçiyə içində güllə olan məktub göndəriblər14:29Ağcabədi rayon 6 saylı qeydiyyat-imtahan şöbəsinin dünəni və bu günü14:17Sabah hava necə olacaq?13:50ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?13:20Əhalinin normal qaz təminatındakı əngəllər13:02“Ərdoğan qəti şəkildə ona dedi ki...” - Putindən sürpriz Türkiyə gedişi12:44Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”11:49Paltar, qadınlar və siyasət: Sərdar Cəlaloğlu ilə qalmaqallı müsahibə: - “Əli Kərimlinin bir qrupu var, ancaq söyüş söyməklə məşğuldur”11:30Azərbaycanlı milyarderlər: Pul və şöhrətləri çox, elə dərdləri də... - İLGİNC11:14Ağsu rayon İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifəsindən azad edildi10:50İstirahət günlərində gözlənilən HAVA PROQNOZU10:32Bağdadda TERROR: 6 ölü, 30 yaralı23:25Azərbaycanda DƏHŞƏT: oğul atasını qətlə yetirdi23:21Prodüsser omba dikləşdirmə əməliyyatı zamanı öldü - Kosmetoloq silikonu ebaydan gətizdiribmiş - FOTO22:48Azərbaycan xam neft ixracını artırıb21:58“Onlar faşisti müdafiə edirlər” - Prezident İlham Əliyev həqiqəti dedi21:44"Heç kim ləkəsiz, təmiz deyil"18:12Azərbaycan İsraildən iki yeni hərbi gəmi alır? - "SAAR 72" BAKIDA YIĞILACAQ...17:55Paşinyan narkomandır? - Qəribə görüntülər yayıldı - (VİDEO)17:41Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib17:30Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 3 milyon manat ayrılıb17:13Bu qədər sərvət, sizdə hardandır, cənab rektor? - ŞÜBHƏ16:57Məmurlar Prezidentdən nümunə götürməlidirlər... - Əsas məsələ vətəndaşın probleminin həllidir16:29Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib - FOTO16:11“Azəriqaz" pul tapmır? - Smart sayğacdan imtinanın ƏSL SƏBƏBİ15:52Könül Xasıyeva: Konsertimə biletlər satılmadı, 20 min manat borca düşdüm15:22Premyer Liqamızda oyunların vaxtı açıqlandı15:04Ölkəmiz Tbilisidə ilk dəfə keçiriləcək “Professional Musiqi Forumu”na dəvət alıb14:40Azərbaycanlılar ən çox nəyə pul xərcləyir?14:16Efirdə "QEYRƏT" QALMAQALI: Siz nəyi reklam edirsiniz?14:02Ağdamda ağaclar belə məhv edilir-VİDEO13:27“1 milyard manata da “uşaq pulu” vermək olar” - Nazirə CAVAB12:56DİN-in iki baş idarəsinə yeni rəis təyinatları olub12:40Gələn ilin büdcəsi: razı və narazı salan məqamlar - TƏHLİL12:30Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR: Evlər bahalaşacaq? - AÇIQLAMA12:16Qida bazarımız kimlərin əlindədir? - REAL TƏHLÜKƏ11:37Ermənistan Rusiya üçün böyük rol oynayan bir subyektdir... - TƏHLİL11:17Ölkədə antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi...10:47Kardiologiya İnstitutunda “saxta ürək” əməliyyatları - İTTİHAM10:35Elmira Süleymanova İSTEFA VERDİ?10:17Tərtər, Ağdam, Füzuli rayonlarında mövqelərimiz atəşə tutuldu18:29“Yanmış binanı mənə təmir etdirib pulu vermədilər” - QALMAQAL18:15İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində - Əhaliyə şad xəbər18:03Doğuş qiymətlərindən narazılıq: Qadının yerinə həkim özü doğur? - ŞOK QİYMƏTLƏR17:54Ülviyyə getdi17:33Gəncə səhiyyəsi acınacaqlı durumda... - İTTİHAM16:55"Yerli seriallar gənclərin tərbiyəsini pozur" - MTRŞ sədir16:41Beyləqanda Bələdiyyə sədri Ərşad Hüseynov radikal müxalifəti necə maliyyələşdirir? – İDDİA16:25Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ15:50Sabah hava dəyişəcək15:01Deputat Cavid Osmanovla bağlı şok iddialar... - Gizli FETO üzvü, “priton” biznesi...14:59İqtidara Göyçay menyusu: milyonçunu da, yoxsulu da bezdirən başçı kimdir?14:58Deputat oğlu model xanıma 50 min dollar verib foto çəkdirib – FOTOLAR14:54"Ay alçaq, niyə Qurbanın zamanında demirdin ki, ona da vaxt lazımdır?”14:41Deputatlar 162 dəyişikliyə birinci oxunuşda “Hə” dedi14:29Almaniyada tutulan həmyerlilərimiz Azərbaycana təhvil veriləcək? - AÇIQLAMA14:14Deputat müğənniləri hədəf aldı: Bir toya 15 minə gedirlər, 30 manat vergi ödəyirlər13:56"Baku Electronics” yenə də narazılıq yaradır... - GİLEY13:10Ermənistanlı 3 qat dünya çempionu Moskvada güllələnib12:54İlham Əliyev: Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır12:43Rektor nazirə necə yalan informasiya ötürür... - İDDİA12:13“Məndən 400-500 manat pul tələb edirlər” - Xaçmaz sakini sosial yardım ala bilmir11:41Qazaxa yeni DYP rəisi təyin olunub11:41Qazaxa yeni DYP rəisi təyin olunub11:11İbrahim Cəfərov haqda ilginc iddialar... - Belə deyirlər...10:53PD&MS-də azərbaycanlılarla qul kimi davranırlar - “Rəhbərlərin heç ali təhsili də yoxdur”10:33Sahibkarların qarşısında yeni sədd: Nağd pula QADAĞA gəlir? - TƏHLİL10:19Sosial evlər niyə baha qiymətə satılır? - HESABLAMA
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2019 (365)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib

18 okt 2019, 10:13   
    20
Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib
 

Stokholmda "İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, "Scandic Continental” otelində reallaşan tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə təşkil olunub.

Qonaqları salamlayan tədbirin təşəbbüskarı, biznesin inkişafı üzrə mütəxəssis Ulrika Nazimson öz fəaliyyəti və bu tədbirin keçirilməsi ilə bağlı qarşıya qoyulmuş məqsədlərdən söz açıb.

"Bu gün biz Azərbaycanı İsveçdə daha da yaxşı tanıtmaq istəyirik və bunun üçün biznes sahəsinin verdiyi imkanlarından istifadə etməyə çalışacağam. Gələcəkdə, bu tədbirin davamı kimi mən iki ölkədən olan iş adamlarının birgə görüşünü də keçirmək istəyirəm”, - deyə Ulrika Nazimson bildirib.

Sonra çıxış edən Azərbaycanın İsveç Krallığındakı səfirliyinin birinci katibi Vaqif Seyidbəyov, bu tədbirin baş tutması təşəbbüsünün irəli sürdüyünə və keçirilməsi üçün fəaliyyətinə görə Ulrika Nazimsona təşəkkür edib. Diplomat bildirib ki, bu gün Azərbaycanın mədəniyyəti, tarixi, adət-ənənəsi və gözəl təbiəti haqqında daha çox məlumat verməklə və ölkəmizi daha da yaxşı tanıtdırmaqla yanaşı, bura, eyni zamanda, İsveç iş adamlarına Azərbaycan ticarət və investisiya imkanlarını nümayiş etdirmək üçün yaxşı şansdır.

Vaqif Seyidbəyob deyib: "Bu layihə İsveç və Azərbaycan arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verəcək və bir daha Azərbaycan hökumətinin iki ölkə arasında əlaqələrin və tərəfdaşlığın inkişaf etdirməyə marağını nümayiş etdirəcək”.

O bildirib ki, Azərbaycanın İsveçdəki səfirliyi 2008-ci ildə fəaliyyətə başlayıb və ötən 10 ildən çox müddətdə səfırlik ikitərəfli münasibətləri inkişafına töhfə verərək yaxşı dost əlaqələrinin qurulması üçün əlindən gələni edib.

"Bu gün biz bir daha əməkdaşlıq etməyə və birlikdə işləməyə hazır olduğumuzu göstərmək üçün buradayıq. Onu da əlavə etmək istərdim ki, bu tədbirin keçirilməsi üçün Diasporlarla İş üzrə Dövlət Komitəsi yanında Azərbaycan Diasporuna Dəstək Fondu, tərəfindən yaradılan təşkilat xaricdə yaşayan azərbaycanlıları da dəstəkləyir”, - deyə diplomat qeyd edib.

İsveçin Rusiya və MDB ölkələri üzrə Ticarət Palatasının rəhbəri və idarə heyətinin üzvü Hainz Syoqren, keçiriləcək təqdimatın əhəmiyyətini vurğulayaq bildirib ki, Azərbaycanla İsveç arasında olan münasibətlər iki ölkənin potensialını əks etdirmir: "150 il əvvəl ölkələrimiz arasında çox sıx münasibətlər mövcud olmuşdur, hətta Nobel qardaşları öz var-dövlətlərinin böyük hissəsini Azərbaycanda qazanıb. Onların Bakıdakı neft sahəsində işləri o qədər uğurlu olub ki, 1880-cı illərdə onlara çalışanların sayı 15 min nəfərdən çox olub”.

Hainz Syoqren bildirib ki, həmin illərdə Nobel qardaşları İsveçə xas yanaşmanı Bakıda da nümayiş etdirib, çünki onlarla çalışan işçilərin sosial rifahı üçün bir sıra məsələlər həll olunub.

"Təəssüflər olsun ki, biz bir vaxtlar mövcud olmuş bu əlaqələri yaddan çıxartmışıq, ona görə bu kimi tədbirlərin keçirilməsi və davamlı olması çox vacibdir”, - deyə Hainz Syoqren söyləyib.

Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun aparıcı mütəxəssisi Xıdır Kazımov təmsil etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, ötən il Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Fond, digər ölkələrdə Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərlər və ənənələrinin qoruyub saxlanılması habelə, xaricdə yaşayan azərbaycanlıların fəaliyyətinin güclənməsinə və diaspor sahəsində müxtəlif layihələrin reallaşdırılmasına dövlət dəstəyinin verilməsini təmin edir.

Azərbaycanla İsveç arasındakı əlaqələrə də toxunan X. Kazımov qeyd edib ki, Nobel qardaşlarının ölkəmizdə buraxdığı miras bu gün də qorunur. O bildirib ki, bu qəbildən olan fəaliyyətlər arasında Nobel təqaüdü, Bakı Nobel İrsi Fondu və Nobel qardaşları Muzeyini qeyd etmək olar.

Tədbirin əsas hissəsində biznes inkişafı üzrə mütəxəssis Ulrika Nazimson Azərbaycanla bağlı təqdimat edib. Təqdimatda ölkəmizin tarixi və mədəni aspektləri, iqtisadi inkişafın gələcək modeli haqqında ətraflı məlumat verilməsi ilə yanaşı, İsveç və Azərbaycan arasındakı işgüzar və mədəni əlaqələrin inkişaf etdirmə perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Azərbaycanın turizm potensiyalı haqqında xüsusi videoların nümayiş olunmasından sonra, ölkəmizin tarixi mədəni müxtəlifliyi haqqında məlumat verilib. Azərbaycanın inkişaf modeli, neft qaz, layihələri ilə bağlı ətraflı məlumatın da yer aldığı təqdimatda respublikanın digər tərəfdaş ölkələrlə əlaqələri haqqından da bəhs olunub.

Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri haqqında da məlumat verən Ulrika Nazimson, hava nəqliyyatının inkişafı, Xəzərin ən böyük limanı olan "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində görülən işlərdən və İsveç iş adamlarını maraqlandıra biləcək digər layihələr haqqında da məlumat verib.

Telekomunikasiya texnologiyalarının da Azərbaycanda böyük vüsət aldığını diqqətə çatdıran biznes inkişafı üzrə mütəxəssis U. Nazimson, Azərbaycan Milli Aerokosmik Agentliyi tərəfindən müxtəlif peyklərin istifadə edildiyini və bunun Azərbaycanda kosmik sənayenin inkişafı üçün ilk addım olduğunu bildirib.

Azərbaycanda "Volvo”, ABB, "Ericsson”, "Electrolux”, "Oriflame”, "SKF”, "Husqvarna” və "Vsab” kimi İsveç şirkətlərin fəaliyyət göstərdiyini bildirən Ulrika Nazimson bu əlaqələrin daha da inkişaf edə biləcəyini qeyd edib, bəzi sahələrə daha çox diqqətin yetirilməli olduğunu vurğulayıb.

Tədbir əsnasında ingilis dilində nəşr edilmiş "Cry” (Ağı) kitabının təqdimatı da keçirilib. Burada çıxış edən şairə Leyla Bəyim, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın təcavüzü haqqında məlumat verərək münaqişə haqqında həqiqətlərin İsveçdə də yayılmasının vacibliyini bildirib.


OXŞAR MÖVZULAR