Impera

XƏBƏR LENTİ
13:46Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ AÇIQLANDI13:34“Sovetski”də kompensasiya alan bəzi sakinlər razı qalmayıb - haqlıdırlarmı?..13:17AQTA əməkdaşı korrupsiya ilə tutulub?12:59Nazirin buralardan xəbəri varmı? - İDDİA12:44Eldar Əzizov direktoru işdən çıxardı12:15Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib12:03SON DƏQİQƏ: 3 ölkənin gəmiləri girov götürüldü - Müharibə yenidən alovlanır11:00“Sevindik ki, Sevindik gəlir...” – Salyan sakinləri başçıdan şikayət edir10:57Prezidentin islahatları Qüdrət Qurbanovu necə bitirir? -Müəmma…10:35Gədəbəyin icra başçısı kimdir – O, özü barədə məlumatları niyə gizlədir?10:18Şəkidə rəhbər var, ya yox: BİLİNMİR... - GİLEY, VİDEO10:03Mövqelərimiz snayperlərdən atəşə tutuldu09:46Dünya birjalarında neftin SON QİYMƏTİ09:32"Şərəf üçün oynayacağıq" - Nikola Yurçeviç09:16Vyanada Azərbaycanın görkəmli caz ifaçısı Vaqif Mustafazadənin xatirəsinə caz konserti təşkil edilib08:59"Pompeo ABŞ-dakı acların dərdini çəksin" - İran XİN-in sözçüsü08:59"Pompeo ABŞ-dakı acların dərdini çəksin" - İran XİN-in sözçüsü23:46Dəlixanada qeydiyyatda olana sürücülük vəsiqəsi üçün sağlamlıq kağızı verilib-VİDEO23:34Qarabağda erməni əsgər minaya düşdü19:46ABŞ-ı dünyada LİDER edən ƏSAS FAKTOR - Prezidentin çıxışında hansı təkliflər yer almışdı?19:23Azərbaycanda maşın aşdı, azyaşlı öldü19:05Gürcüstan müxalifəti parlamentə girişi bağladı18:50Nə olsun ki Albert yəhudidir? - Azərbaycan üçün canından keçən hər kəsin xatirəsi əzizdir18:39Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR+Fotolar18:35Qubadlıda başçı dəyişikliyi gözlənilir - İDDİA18:19Əhməd Əhmədzadənin yarıtmazlığına son qoyulur: - “Meliorasiya və Su Təsərrüfatı” ləğv edilir18:03“İcra hakimiyyətindən təklif gəlsə, yolu yenidən qura bilərik” - QALMAQAL17:45İran hökuməti benzinin bahalaşmasına görə təzminat verəcək17:23Rusiyada "Lotu Quli"nin dəstəsinin üzvü saxlanıldı17:02“Vergi ödəməyən müğənnilərin maşınını, evini əlindən alacağıq”16:41Azərbaycan Prezidenti: "Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir"16:16Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub15:47Əyləncəyə milyonlar xərcləyən rəhbər... – Bakıda qalmaqal15:24Xəzərdə neftçi batıb - YENİLƏNİB14:53Bu başçılar maraqlı rekorda imza atıblar - İLGİNC SİYAHI14:16"Sığorta şirkətləri ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki..." - PROBLEM14:16"Sığorta şirkətləri ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki..." - PROBLEM13:31Lerikin icra başçısı narazılıq yaradır... - GİLEY12:56Kərimov sabiq nazirin dayısını işdən qovdu – Səbəb12:39"Rayonda sorğu keçirilərsə, 100 adamdan biri bu deputatı tanımaz" - QALMAQAL10:35Cəlilabadda gənc müəllim evində ölü tapılıb10:16Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub09:57Ət yeməyənlərin ideologiyası — Veqanlıq - REPORTAJ09:42Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub09:29Tramp Kim Çen Inla görüşəcək17:19Mandatı təhvil ver, İqbal Məmmədov! - DEPUTATA AÇIQ MƏKTUB!17:05"S-400" raketləri Azərbaycanda yerləşdirilə bilərmi? - GƏLİŞMƏ16:55Pulsuzdursa, niyə 210 manat ödəyirik? - “Bu qədər böyük qiymət qoymaq...”16:51Fransada 20-dən çox metro stansiyası bağlandı16:43Məşhur baş məşqçiyə içində güllə olan məktub göndəriblər14:29Ağcabədi rayon 6 saylı qeydiyyat-imtahan şöbəsinin dünəni və bu günü14:17Sabah hava necə olacaq?13:50ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?13:20Əhalinin normal qaz təminatındakı əngəllər13:02“Ərdoğan qəti şəkildə ona dedi ki...” - Putindən sürpriz Türkiyə gedişi12:44Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”11:49Paltar, qadınlar və siyasət: Sərdar Cəlaloğlu ilə qalmaqallı müsahibə: - “Əli Kərimlinin bir qrupu var, ancaq söyüş söyməklə məşğuldur”11:30Azərbaycanlı milyarderlər: Pul və şöhrətləri çox, elə dərdləri də... - İLGİNC11:14Ağsu rayon İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifəsindən azad edildi10:50İstirahət günlərində gözlənilən HAVA PROQNOZU10:32Bağdadda TERROR: 6 ölü, 30 yaralı23:25Azərbaycanda DƏHŞƏT: oğul atasını qətlə yetirdi23:21Prodüsser omba dikləşdirmə əməliyyatı zamanı öldü - Kosmetoloq silikonu ebaydan gətizdiribmiş - FOTO22:48Azərbaycan xam neft ixracını artırıb21:58“Onlar faşisti müdafiə edirlər” - Prezident İlham Əliyev həqiqəti dedi21:44"Heç kim ləkəsiz, təmiz deyil"18:12Azərbaycan İsraildən iki yeni hərbi gəmi alır? - "SAAR 72" BAKIDA YIĞILACAQ...17:55Paşinyan narkomandır? - Qəribə görüntülər yayıldı - (VİDEO)17:41Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib17:30Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 3 milyon manat ayrılıb17:13Bu qədər sərvət, sizdə hardandır, cənab rektor? - ŞÜBHƏ16:57Məmurlar Prezidentdən nümunə götürməlidirlər... - Əsas məsələ vətəndaşın probleminin həllidir16:29Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib - FOTO16:11“Azəriqaz" pul tapmır? - Smart sayğacdan imtinanın ƏSL SƏBƏBİ15:52Könül Xasıyeva: Konsertimə biletlər satılmadı, 20 min manat borca düşdüm15:22Premyer Liqamızda oyunların vaxtı açıqlandı15:04Ölkəmiz Tbilisidə ilk dəfə keçiriləcək “Professional Musiqi Forumu”na dəvət alıb14:40Azərbaycanlılar ən çox nəyə pul xərcləyir?14:16Efirdə "QEYRƏT" QALMAQALI: Siz nəyi reklam edirsiniz?14:02Ağdamda ağaclar belə məhv edilir-VİDEO13:27“1 milyard manata da “uşaq pulu” vermək olar” - Nazirə CAVAB12:56DİN-in iki baş idarəsinə yeni rəis təyinatları olub12:40Gələn ilin büdcəsi: razı və narazı salan məqamlar - TƏHLİL12:30Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR: Evlər bahalaşacaq? - AÇIQLAMA12:16Qida bazarımız kimlərin əlindədir? - REAL TƏHLÜKƏ11:37Ermənistan Rusiya üçün böyük rol oynayan bir subyektdir... - TƏHLİL11:17Ölkədə antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi...10:47Kardiologiya İnstitutunda “saxta ürək” əməliyyatları - İTTİHAM10:35Elmira Süleymanova İSTEFA VERDİ?10:17Tərtər, Ağdam, Füzuli rayonlarında mövqelərimiz atəşə tutuldu18:29“Yanmış binanı mənə təmir etdirib pulu vermədilər” - QALMAQAL18:15İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində - Əhaliyə şad xəbər18:03Doğuş qiymətlərindən narazılıq: Qadının yerinə həkim özü doğur? - ŞOK QİYMƏTLƏR17:54Ülviyyə getdi17:33Gəncə səhiyyəsi acınacaqlı durumda... - İTTİHAM16:55"Yerli seriallar gənclərin tərbiyəsini pozur" - MTRŞ sədir16:41Beyləqanda Bələdiyyə sədri Ərşad Hüseynov radikal müxalifəti necə maliyyələşdirir? – İDDİA16:25Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ15:50Sabah hava dəyişəcək15:01Deputat Cavid Osmanovla bağlı şok iddialar... - Gizli FETO üzvü, “priton” biznesi...
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2019 (382)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Keçən il 40 ton feyxoa yığdım, amma 4 min manat ziyana düşdüm...” - MEYVƏ BOLDUR, AMMA BAĞLARDA ÇÜRÜYÜR

26 okt 2019, 12:18   
    23
“Keçən il 40 ton feyxoa yığdım, amma 4 min manat ziyana düşdüm...” - MEYVƏ BOLDUR, AMMA BAĞLARDA ÇÜRÜYÜR
 
Hazırda Azərbaycanda alma, xurma, nar və bir sıra sitrus meyvələrinin yığımı mövsümüdür. Fermerlər deyirlər ki, bu il bağlarda meyvə boldur, amma məhsulu satmaq ciddi problemdir və nəticədə bağlarda qalıb çürüyür. Xüsusən də xurma, feyxoa, alma becərən fermerlər ziyanı bəribaşdan gözə almış kimi görünürlər. Onlar məhsulun bağlardakı satış qiymətlərindən narazıdırlar və deyəsən xüsusilə feyxoa istehsalçıları bu mövsümdə gözlədikləri yüksək gəliri əldə edə bilməyəcəklər.

Bazarda 1 manat 20 qəpik, bağda 10-20 qəpik

...Bakı bazarlarında feyxoanın qiyməti bu günlərdə 80 qəpik-1 manat 50 qəpik arasında dəyişir. Fermerlər isə deyirlər ki, yerli bazara 1 manat 50 qəpiyə çıxarılan feyxoanı bağlarda ən yaxşı halda 50 qəpikdən alırlar. Amma bəzən meyvəni 5-10 qəpikdən təklif etməyə məcbur qalırlar, ən azından məhsul yerdə çürüməsin deyə.

Adının çəkilməsini istəməyən astaralı fermer deyir ki, 6 hektarlıq bağda feyxoa əkib və gübrədən tutmuş yığıma qədər təxminən 8 min manat xərcləyib. "Feyxoanın 90 faizi Rusiya bazarlarına çıxarılır, yerdə qalan 10 faiz yerli bazarlarda satılır. İndi Rusiya bazarında da feyxoa satılmır, təlabat azalıb. Yüksək keyfiyyətli feyxoanı 50 qəpikdən satırıq. Təsəvvür edin ki, 50 qəpiyin 20 qəpiyi xərclərə çıxır, hələ bunun tullantısı var”.

Fermerin sözlərinə görə, təxminən 13-14 il əvvəl feyxoa bağları salıb, çünki o vaxtlar təlabat yüksək olub. Amma illər keçdikcə vəziyyət dəyişib.

"Səbəbini dəqiq izah edə bilmərəm...”

"Səbəbin dəqiq izah edə bilməyəcəm, ya bu işlə məşğul olanların sayı artdı, bolluq olduğundan qiymət düşdü, ya da bu meyvə mətbəxtimizə daxil ola bilmədi. Hər nə səbəbdənsə təlabat get-gedə aşağı düşür. Məsələn, ötənilki mövsümdə 40 ton feyxoa yığdım, amma yenə də 4 min manat ziyana düşdüm. Bu il ötsün bir çarə düşünəcəm”,-fermer belə deyib.

Müsahibimiz onu da əlavə edib ki, nisbətən kiçik məhsulları alverçilər 10 qəpikdən alıb, zavodlara satırlar.

Lənkəranın İstisu qəsəbəsində feyxoa yetişdirən fermer Rəftarə Şükürova isə deyib ki, yerlii feyxoa sortlarını yetişdirmək daha əlverişli deyil. Buna görə də o, yeni feyxoa növləri yetişdirmək niyyətindədir. "Feyxoanın qiyməti ölçüsünə görə dəyişir. Məsələn, alma boyda, məhsuldarlığı yüksək olan feyxoalardan yetişdirmək istəyirəm”,-fermer deyir.

Qeyd edək ki, fermerlərə dövlət tərəfindən hər hektara görə 50 manat subsidiya verilir, gübrələri də güzəştli şərtlərlə alırlar.

Fermerlərdən biri isə meyvə tədarükü məntəqəsinə məhsulu 10 qəpikdən satdığını deyib və əlavə edib ki, sərf etməsə də, razılaşmalı olub. Çünkionun bağında yetişən feyxoa iri deyildi və indi bazarda belə meyvələri alan olmur. Ona görə də tədarük məntəqəsinə satıb ki, heç olmasa fəhlələrin pulunu ödəsin.

Limon: 15-i 1 manata

Digər lənkəranlı fermer Seymur Nağıyev isə bildirib ki, təkcə feyxoa deyil, limonun qiyməti də aşağıdır. Məsələn, o, 15 ədəd limonu 1 manata satır: "Nazik qabıq, sulu, eyni zamanda çıxıntılı limonlardır, buna görə ucuzdur. Təbii ki, qiymət sorta görə dəyişir. Yaxşı limon yetişdirib, 80 qəpikdən satan da var”.

Hazırda Bakı bazarlarında sitrus meyvələrindən xüsusilə portağal bahadır, qiymət 3 manat 50 qəpik-5 manat 50 qəpik arası dəyişir. Fermer əlavə edib ki, noyabrdan portağalın qiyməti aşağı düşəcək, çünki yığım mövsümü yenicə başlayıb.

Almanın alıcısı var, amma...

Bu mövsümdə almanın da qiyməti aşağıdır. Qubalı fermer Ceyhun Abdullayev deyib ki, mövsümdə 9 hektar bağdan məhsul yığacaq: "Birinci nov, yəni təmiz almanın alıcısı həmişə var. Mən təmiz almanı Rusiya bazarlarına çıxarıram. Məsələ ondadır ki, builki mövsümdə intensiv bağlardan fərqli olaraq yerli bağlarda yaxşı alma azdır. Meyvəyə xəstəlik düşür, xal düşür, qurdlayır”.

Fermerin sözlərinə görə, elə məhsul var ki, 60 qəpikdən satılır, elə məhsul da var ki tonuna cəmi 40 manat verirlər. "Fəhlə məhsulu yeşiklərə 60 qəpikdən yığır, qiymət münasib olmalıdır ki, fəhlələrin pulunu da ödəyə bilək”,-fermer vəziyyəti izah edib.

Fermerlər onu da söyləyiblər ki, təmiz alma yetişdirilməsi həm də verilən dərmanların keyfiyyətindən asılıdır. Bəzən bağları 25 dəfə dərmanlayırlar ki, istədikləri nəticəni ala bilsinlər. Çünki zərərvericilərə qarşı dərmanlar keyfiyyətsizdir.

Qeyd edək ki, Quba-Xaçmaz bölgəsində kəndli-fermerlər əsasən "Royal qala”, "Golden”, "Jonagold”, "Red Chief”, "Granny Smith”, "Fuji” kimi xaricdən gətirilən sortlara üstünlük verirlər.

"Yaxşı məhsul yetişdirənlər narazı qalmırlar”

Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov isə virtualaz.org-a deyir ki, keyfiyyətli məhsul yetişdirən fermerlər qazanc götürürlər.

Onun sözlərinə görə, xurma istehsalçıları nə məhsuldarlıqdan, nə də qiymətlərdən narazı deyillər: "Yaxşı məhsulun alıcıları həmişə olur. Fermerlər məhsulunu 60-70 qəpikdən sata bilirlər, bu isə aşağı məbləğ hesab edilmir, sərfəlidir. Azərbaycan xurmaları əsasən Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Ərəb Əmirliklərinə ixrac olunur, 114 milyon dollarlıq xurma satılıb. Bu il 200 min ton məhsulun ixrac ediləcəyi gözlənilir”.

Q.Yusifov əlavə edib ki, fermerlər keyfiyyətli məhsul üçün aqrotexniki qaydalara əməl etməlidirlər, sonradan narazı qalmasınlar.

Qeyd edək ki, hazırda xurma yığımının qızğın mövsümüdür və hər gün 3-4 min ton xurma ixrac edilir.

Ekspert isə deyib ki...

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli də meyvə-tərəvəz istehsalında vəziyyətlə bağlı danışıb. Onun sözlərinə görə, cənub bölgəsində feyxoa bağlarında monitorinq aparılıb. "Son 3 ildə feyxoa istehsalı azalır. Feyxoa yeganə sitrus meyvəsidir ki, saxlamaya qarşı davamsızdır. Məhsul yığımı iki həftəyə yekunlaşacaq. Feyxoa ölçüsünə görə qiymətləndirilir, emala gedən məhsulları bağlarda 10-15 qəpikdən alırlar. Bu məhsulu bazara çıxarsalar satılmayacaq, ona görə də fermerlər narazı qalsalar belə 15 qəpikdən alınması ədalətlidir”.

Amma ekspert hesab edib ki, yeni il ərəfəsi feyxoa bahalaşacaq, yəni yığılıb soyuducu anbarlarda saxlanılan məhsul daha yüksək qiymətə satışa çıxarılacaq. "Alma ilə bağlı vəziyyət fərqlidir, çünki alma xarici bazarlarda mövqeyin itirir. Üstəlik bağlarda itkilər çoxdur, buna görə də fermerlər məhsullarını istədikləri qiymətə sata bilmirlər. Nar və xurmaya gəldikdə, xarici bazarlarda hər iki məhsula təlabat var. Xurma artıq ixraca görə üçüncü yeri tutub”,-həmsöhbətimiz bildirir.

Ekspert deyib ki, daha ucuz məhsul almaq istəyənlər həftə sonları keçirilən yarmarkalara gedə bilərlər. Çünki fermerlərə yüksək sortlu olmasa da, təmiz məhsullarını bazarlara çıxarmağa şərait yaradılır…
Virtualaz.org
OXŞAR MÖVZULAR