Impera

XƏBƏR LENTİ
23:52"Tac Mahal" MTK-nın tikdiyi binada "dərə xəlvət, tülkü bəydir"21:04Cənub bölgəsində onkoloji xəstəliklər üzrə profilaktik tibbi müayinələr aparılır17:26BNA-nın xərclədiyi 100 milyon hara gedib: - Sistem nə vaxt diriləcək?17:08BDU tələbələrinin zəhərlənməsi ilə bağlı cinayət işi başlandı16:47Prezident Sumqayıtda stadionun yenidən qurulmasına beş milyon manat ayırdı16:26"Golden Boy-2019"a üç namizədin adı açıqlandı16:07Paşinyan Bakını şərləməyə başladı: Savaş başlasa... - Video15:49Ağsuda bələdiyyə sədrlərini ataları əvəz edir? - İDDİA15:37İlham Əliyev Sumqayıtda — YENİLƏNİB15:34Heybət İmanaov Aparat rəhbərinə qarşı... - Nazirlikdə ÇƏKİŞMƏ14:04Qırx milyonu neylədiniz ki, cənablar, liftimiz yenə işləmir? -«ŞÜKÜR» GETDİ, «XALİS» GƏLDİ .....13:43Baba Rzayevin “caduları” özünü nura, əhalini isə zülmətə qərq edib – Əhali etiraz aksiyalarına sürüklənir.12:50İcra başçısı özünə lüks avtomobil aldı - FOTO12:27Bakıda professor evində ÖLÜ TAPILDI12:09Bakıda keçirilən beynəlxalq biennaledə xarici ölkələrdən 40-dan çox rəssam iştirakı edir11:58Milanda azərbaycanlı tələbələrə İMKAN VERİLMƏYİB - “Paşinyana yaxşı suallar hazırlamışdıq”11:37Əbülfəs Qarayev nə zaman qəflət yuxusundan ayılacaq?.. - Tarixi abidələrimiz baxımsız gündə...10:08Beyləqanda rəsmən özbaşınalıqdır... - İTTİHAM09:49Cəlilabadda başçının adından pul yığılır - İDDİA09:36Ceyhun Bayramov belə kadrlarla işləyir... - İDDİA09:20“Sosial yardım versəydilər, kommunal xərcləri ödəyərdik” - GİLEY08:48Ər-Riyad ABŞ-ın İrana qarşı sanksiyaların bərpasını alqışlayır18:07Palata “Azərsığorta”ya CƏZPalata “Azərsığorta”ya CƏZA KƏSDİ - Vətəndaşa görə...A KƏSDİ - Vətəndaşa görə...17:55Elkapone Azərbaycandan necə gedib? - VİDEO17:42Gəncə təhsilində nə baş verir? - İTTİHAM17:29Prezident “əhalini incitməyin” deyir, “Azəristilik” isə... - Özbaşınalıq, yoxsa?..17:03Probasiya Xidmətinin Rəhbəri: Azərbaycanda 2000-dən artıq məhkuma elektron qolbaq tətbiq edilib - Eksklüziv16:47Lavrov: Kürdlərin geri çəkilməsi prosesi başa çatıb16:36Vüqar Əliyev qaynı İnam Kərimova arxayın olub artıq özünü Müşfiqabadın "seçilmiş bələdiyyə sədri" kimi görür16:27Azərbaycanda bu il 8 mlrd. kubmetrdən çox qaz istehlak edilib16:00Murad Dadaşovun mağazasında ölüm hadisəsi15:41İcra hakimiyyətlərinin “uşaq bağçası” biznesi15:2415 ildir bu rayonda rəhbər idi – Yeri dəyişdilirən icra başçıları haqda dosye14:46Offlayn etirazlar: İranda nə baş verir - TƏHLİL14:34"...onu tezliklə milli azadlıq hərəkatının gerçək liderinə çevirdi" - Əli Həsənov14:18Prezident Şahin Məmmədovu Masallının İCRA BAŞÇISI TƏYİN ETDİ14:08İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT13:36Füzuli Ələkbərovun qızı klinika açır? - İDDİA13:18Milli Konservatoriyada növbəti albomun təqdimatı olub12:55Sahil Babayevin işçiləri əl-ayağa düşüb... - İLGİNC12:34Növbədənkənar seçkilər iddiaları artır - GƏLİŞMƏ12:07Avropa çempionatına vəsiqə qazanan 20 komanda11:51Təhsil ocağında tender maxinasiyaları... - İTTİHAM11:36Səhiyyə sistemində daha bir biabırçı mənzərə... - Nazirlik görməzdən gəlir...11:04QARAKƏND FACİƏSİ - Azərbaycan Tarixinin 28 İLLİK QARANLIQ SƏHİFƏSİ - VİDEO10:36“Gedib, nəvələrini oynatsın...” Partiya sədrindən səhiyyə nazirinə çağırış10:19Azərbaycan elektrik enerjisinin istehsalının artırılmasını davam etdirir10:03Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub00:09Qoyun kəsən azərbaycanlıya cinayət işi açıldı18:51Xırdalanın su-kanalizasiya çəkilişlərindəki - SON DURUM18:45Elçinlə arvadından döyülmə xəbərinə reaksiya18:35Rəisin qardaşının meyiti TAPILDI - Xəzərdə18:26SON DƏQİQƏ: İranda DƏHŞƏT - Yüzlərlə insan həyatını itirdi - VİDEO18:03“Özümüzü Prezidenti Administrasiyasının qarşısında yandıracağıq” - İcra başçısı tərəfindən evi əlindən alınan Lerik sakini17:4629 milyonluq qaz borcunu kim ödəyəcək? – Bü yük də dövlətin üzərinə qoyulur17:18İlham Əliyev sərəncam imzaladı17:03"Təzyiq və təhqirlər başlanıb" – Baş katibdən Rövnəq Abdullayevə şikayət16:24Sosial etiraz, təxribat, hakimiyyətdaxili mübarizə: İranda nə baş verir? - TƏHLİL16:03100 manatlıq şirkət 13 milyonluq tenderin qalibi elan edildi15:46Əhmədzadənin Göydöldəki adamı ilə bağlı şok iddialar - İTTİHAM13:46Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ AÇIQLANDI13:34“Sovetski”də kompensasiya alan bəzi sakinlər razı qalmayıb - haqlıdırlarmı?..13:17AQTA əməkdaşı korrupsiya ilə tutulub?12:59Nazirin buralardan xəbəri varmı? - İDDİA12:44Eldar Əzizov direktoru işdən çıxardı12:15Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib12:03SON DƏQİQƏ: 3 ölkənin gəmiləri girov götürüldü - Müharibə yenidən alovlanır11:00“Sevindik ki, Sevindik gəlir...” – Salyan sakinləri başçıdan şikayət edir10:57Prezidentin islahatları Qüdrət Qurbanovu necə bitirir? -Müəmma…10:35Gədəbəyin icra başçısı kimdir – O, özü barədə məlumatları niyə gizlədir?10:18Şəkidə rəhbər var, ya yox: BİLİNMİR... - GİLEY, VİDEO10:03Mövqelərimiz snayperlərdən atəşə tutuldu09:46Dünya birjalarında neftin SON QİYMƏTİ09:32"Şərəf üçün oynayacağıq" - Nikola Yurçeviç09:16Vyanada Azərbaycanın görkəmli caz ifaçısı Vaqif Mustafazadənin xatirəsinə caz konserti təşkil edilib08:59"Pompeo ABŞ-dakı acların dərdini çəksin" - İran XİN-in sözçüsü08:59"Pompeo ABŞ-dakı acların dərdini çəksin" - İran XİN-in sözçüsü23:46Dəlixanada qeydiyyatda olana sürücülük vəsiqəsi üçün sağlamlıq kağızı verilib-VİDEO23:34Qarabağda erməni əsgər minaya düşdü19:46ABŞ-ı dünyada LİDER edən ƏSAS FAKTOR - Prezidentin çıxışında hansı təkliflər yer almışdı?19:23Azərbaycanda maşın aşdı, azyaşlı öldü19:05Gürcüstan müxalifəti parlamentə girişi bağladı18:50Nə olsun ki Albert yəhudidir? - Azərbaycan üçün canından keçən hər kəsin xatirəsi əzizdir18:39Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR+Fotolar18:35Qubadlıda başçı dəyişikliyi gözlənilir - İDDİA18:19Əhməd Əhmədzadənin yarıtmazlığına son qoyulur: - “Meliorasiya və Su Təsərrüfatı” ləğv edilir18:03“İcra hakimiyyətindən təklif gəlsə, yolu yenidən qura bilərik” - QALMAQAL17:45İran hökuməti benzinin bahalaşmasına görə təzminat verəcək17:23Rusiyada "Lotu Quli"nin dəstəsinin üzvü saxlanıldı17:02“Vergi ödəməyən müğənnilərin maşınını, evini əlindən alacağıq”16:41Azərbaycan Prezidenti: "Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir"16:16Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub15:47Əyləncəyə milyonlar xərcləyən rəhbər... – Bakıda qalmaqal15:24Xəzərdə neftçi batıb - YENİLƏNİB14:53Bu başçılar maraqlı rekorda imza atıblar - İLGİNC SİYAHI14:16"Sığorta şirkətləri ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki..." - PROBLEM14:16"Sığorta şirkətləri ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki..." - PROBLEM13:31Lerikin icra başçısı narazılıq yaradır... - GİLEY12:56Kərimov sabiq nazirin dayısını işdən qovdu – Səbəb12:39"Rayonda sorğu keçirilərsə, 100 adamdan biri bu deputatı tanımaz" - QALMAQAL
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2019 (442)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“İŞİD müsəlman ölkəsi kimi Azərbaycanı hədəf götürməyib” - Keçmiş MTN zabiti

28 okt 2019, 10:42   
    22
“İŞİD müsəlman ölkəsi kimi Azərbaycanı hədəf götürməyib” - Keçmiş MTN zabiti
 
ABŞ-ın silahlı qüvvələri Suriyada İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadini zərərsizləşdirib. "Newsweek” jurnalı bildirib ki, İŞİD lideri hərbi əməliyyat zamanı məhv edilib. Məlumata görə, əməliyyatı Pentaqonun xüsusi əməliyyatlar üzrə Birləşmiş Komandanlığı "etibarlı kəşfiyyat məlumatları əsasında” həyata keçirib.

ABŞ quru qoşunlarının həmin əməliyyatla tanış olan nümayəndəsi jurnala bildirib ki, əl-Bağadi məhv edilib. Məlumata görə, Pentaqon artıq Ağ evə reyd zamanı məhz əl-Bağdadinin məhv edildiyi barədə "yüksək əminlik dərəcəsinə malik” məruzə edib. Bildirilir ki, ABŞ xüsusi təyinatlıları İdlibdə əl-Bağdadinin rezidensiyasını aşkar ediblər və orada "təmizləmə” aparıblar. Ərazini mühafizə edən yaraqlılar müqavimət göstəriblər, amma xüsusi təyinatlılar onları atışmada məhv ediblər. İŞİD lideri isə çıxış yolunun olmadığını görərək özünü öldürüb. Əl-Bağdadi ilə birlikdə onun iki arvadı da öldürülb.

Nəşr bildirir ki, prezident Donald Tramp xüsusi əməliyyatın keçirilməsini onun başlanmasından bir həftə əvvəl dəstəkləyib. Əməliyyat başa çatandan sonra isə öz Tvitter-ində əl-Bağdadinin məhv edilməsinə eyhamla mesaj paylaşıb. "Elə indicə çox mühüm hadisə baş verdi” - Tramp müəmmalı tvitində bildirib. Şərhçilər hesab edir ki, prezident məhz Bağdadinin öldürülməsinə işarə verib.

Bəs Bağdadi kimdir? Öncə bu barədə qısa arayış verək.

İbrahim Əvvad əl-İbrahim Əbdülmumin Əli Əl-Bədri 1971-ci ildə İraqın Samira şəhərində doğulub. Ləqəbi Əbu Bəkir Əl-Bağdadi olan şəxs diktator Səddam Hüseynin vaxtında Samirrada "Əhməd bin Hənbəl” məscidinin imamı olub. O, həmçinin paytaxt Bağdadda "Əl Kubeysi” məscidində də xütbə oxuyub. Əl-Bağdadi Tikrit Universitetində təhsil alıb və İslam elmləri ilə bağlı doktorluğu müdafiə edib. Bağdadi təhlükəli, eyni zamanda, terror təşkilatının hiyləgər lideri sayılır. O, "İraq Şam İslam Dövləti” (İŞİD) adlı terror qruplaşmasına rəhbərlik edir. Terrorbaşı həmçinin özünü xəlifə kimi görürdü və müsəlmanların ona biyət etməsini zorla həyata keçirmək niyyətində idi.

Hərbi mənbələrə əsasən, ABŞ-ın 2003-cü ildə İraqı işğal etməsindən sonra məscid imamı yavaş-yavaş alətə çevrilməyə başlayıb. O, Amerikanın nəzarətində olan Kamp Bukka həbsxanasında 5 il məhbus həyatı yaşayıb. Əl-Bağdadinin işğal etmək, baş kəsmək və terror aktı törətmək kimi fikirləri də bu həbsxanada formalaşıb. Əl-Bağdadi həbsxanadan çıxdıqdan sonra 2010-cu ildə "İŞİD” qruplaşmasının lideri olub. O, bu vəzifəyə 2010-cu ilin aprelində ABŞ və İraq qoşunlarının Sisar bölgəsində birgə keçirdiyi əməliyyat zamanı Əbu Ömər əl-Bağdadi və Əbu Həmzə əl-Mühacirinin öldürülməsindən sonra keçib.

İŞİD lideri apardığı mübarizəni İslam dövləti yaratmaq istəməsi ilə əlaqələndirir. Terrorçularına insanları qətlə yetirmək, məscidləri partlatmaq və şəhərləri talan etmək əmri verən Əl-Bağdadi İslam adı altında bu cinayətləri həyata keçirib.

"Yeni Müsavat”a danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirdi ki, Tramp bu barədə yazıbsa, deməli məsələ ciddidir: "Hesab etməyin ki, Bağdadinin öldürülməsi İŞİD-in zəifləməsinə təsir etməyəcək. Hər halda Bağdadi liderdir və neçə illərdir ki, bu terror qruplaşmasını yaradıb, rəhbəri olub. Liderin öldürülməsi təşkilata böyük zərbədir. Ola bilsin ki, Bağdadi sağ qalsaydı, nə zamansa İŞİD-i yenidən dirildə bilərdi. Lakin hesab etməyin ki, İŞİD təkcə Bağdadidən ibarətdir. Hər halda onun öldürülməsi bu qruplaşma üçün böyük zərbədir. Necə ki, Bin Ladenin öldürülməsi ”əl-Qaidə"nin zəifləməsinə səbəb oldu, İŞİD üçün də Bağdadinin öldürülməsi eyni nəticəni verə bilər. İŞİD onsuz da zəifləmişdi və bundan sonra daha da zəifləyəcək. Bağdadinin öldürülməsi İŞİD-in tamamilə məhv olması, sona qədər zəifləməsi də deyil. Bilirik ki, terror təşkilatları adətən müəyyən dövlətlərin əlində vasitə olur. Bəzən bir dövlət bu terror qruplaşmasını məhv etməyə çalışır, digəri isə bundan yararlanmaq istəyir. Hazırda Suriyadakı proseslər elə gedir ki, perspektivdə Rusiyanı hədəfə almaq üçün ola bilsin, ABŞ-ın İŞİD-i gücləndirməyə ehtiyacı olsun. Məqsəd də güclənən İŞİD-in hədəf olaraq Rusiyanı seçməsidir. Rusiyanı seçərsə, terror bu dövlətin ərazisinə keçə bilər. Nəticədə bu, Rusiya üçün böyük problemlər yaradar. Yəni İŞİD-in tezliklə ləğv edilməsi inandırıcı görünmür. O mənada ki, İŞİD-dən Rusiyaya qarşı istifadə etmək mümkün ola bilər".

Ekspert bildirib ki, İŞİD birbaşa olaraq Cənubi Qafqazı hədəfə almayıb: "Bu ərazilər İŞİD tərəfindən hədələnib. Konkret olaraq İŞİD müsəlman ölkəsi kimi Azərbaycanı hədəf götürməyib. Ancaq hər dəfə oradakı azərbaycanlıların əli ilə hədələyib. Məndə olan məlumata görə, burada müəyyən cəhdlər olub, ancaq qarşısı alınıb. İŞİD hazırda özünün təmərküzləşmə prosesinə başlayıb. Onlar daha çox Əfqanıstan tərəfində toplanıblar. Bu baxımdan hazırda İŞİD-in Cənubi Qafqaz üçün təhlükəsi ön planda deyil”.
OXŞAR MÖVZULAR