Impera

XƏBƏR LENTİ
13:36Füzuli Ələkbərovun qızı klinika açır? - İDDİA13:18Milli Konservatoriyada növbəti albomun təqdimatı olub12:55Sahil Babayevin işçiləri əl-ayağa düşüb... - İLGİNC12:34Növbədənkənar seçkilər iddiaları artır - GƏLİŞMƏ12:07Avropa çempionatına vəsiqə qazanan 20 komanda11:51Təhsil ocağında tender maxinasiyaları... - İTTİHAM11:36Səhiyyə sistemində daha bir biabırçı mənzərə... - Nazirlik görməzdən gəlir...11:04QARAKƏND FACİƏSİ - Azərbaycan Tarixinin 28 İLLİK QARANLIQ SƏHİFƏSİ - VİDEO10:36“Gedib, nəvələrini oynatsın...” Partiya sədrindən səhiyyə nazirinə çağırış10:19Azərbaycan elektrik enerjisinin istehsalının artırılmasını davam etdirir10:03Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub00:09Qoyun kəsən azərbaycanlıya cinayət işi açıldı18:51Xırdalanın su-kanalizasiya çəkilişlərindəki - SON DURUM18:45Elçinlə arvadından döyülmə xəbərinə reaksiya18:35Rəisin qardaşının meyiti TAPILDI - Xəzərdə18:26SON DƏQİQƏ: İranda DƏHŞƏT - Yüzlərlə insan həyatını itirdi - VİDEO18:03“Özümüzü Prezidenti Administrasiyasının qarşısında yandıracağıq” - İcra başçısı tərəfindən evi əlindən alınan Lerik sakini17:4629 milyonluq qaz borcunu kim ödəyəcək? – Bü yük də dövlətin üzərinə qoyulur17:18İlham Əliyev sərəncam imzaladı17:03"Təzyiq və təhqirlər başlanıb" – Baş katibdən Rövnəq Abdullayevə şikayət16:24Sosial etiraz, təxribat, hakimiyyətdaxili mübarizə: İranda nə baş verir? - TƏHLİL16:03100 manatlıq şirkət 13 milyonluq tenderin qalibi elan edildi15:46Əhmədzadənin Göydöldəki adamı ilə bağlı şok iddialar - İTTİHAM13:46Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ AÇIQLANDI13:34“Sovetski”də kompensasiya alan bəzi sakinlər razı qalmayıb - haqlıdırlarmı?..13:17AQTA əməkdaşı korrupsiya ilə tutulub?12:59Nazirin buralardan xəbəri varmı? - İDDİA12:44Eldar Əzizov direktoru işdən çıxardı12:15Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib12:03SON DƏQİQƏ: 3 ölkənin gəmiləri girov götürüldü - Müharibə yenidən alovlanır11:00“Sevindik ki, Sevindik gəlir...” – Salyan sakinləri başçıdan şikayət edir10:57Prezidentin islahatları Qüdrət Qurbanovu necə bitirir? -Müəmma…10:35Gədəbəyin icra başçısı kimdir – O, özü barədə məlumatları niyə gizlədir?10:18Şəkidə rəhbər var, ya yox: BİLİNMİR... - GİLEY, VİDEO10:03Mövqelərimiz snayperlərdən atəşə tutuldu09:46Dünya birjalarında neftin SON QİYMƏTİ09:32"Şərəf üçün oynayacağıq" - Nikola Yurçeviç09:16Vyanada Azərbaycanın görkəmli caz ifaçısı Vaqif Mustafazadənin xatirəsinə caz konserti təşkil edilib08:59"Pompeo ABŞ-dakı acların dərdini çəksin" - İran XİN-in sözçüsü08:59"Pompeo ABŞ-dakı acların dərdini çəksin" - İran XİN-in sözçüsü23:46Dəlixanada qeydiyyatda olana sürücülük vəsiqəsi üçün sağlamlıq kağızı verilib-VİDEO23:34Qarabağda erməni əsgər minaya düşdü19:46ABŞ-ı dünyada LİDER edən ƏSAS FAKTOR - Prezidentin çıxışında hansı təkliflər yer almışdı?19:23Azərbaycanda maşın aşdı, azyaşlı öldü19:05Gürcüstan müxalifəti parlamentə girişi bağladı18:50Nə olsun ki Albert yəhudidir? - Azərbaycan üçün canından keçən hər kəsin xatirəsi əzizdir18:39Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR+Fotolar18:35Qubadlıda başçı dəyişikliyi gözlənilir - İDDİA18:19Əhməd Əhmədzadənin yarıtmazlığına son qoyulur: - “Meliorasiya və Su Təsərrüfatı” ləğv edilir18:03“İcra hakimiyyətindən təklif gəlsə, yolu yenidən qura bilərik” - QALMAQAL17:45İran hökuməti benzinin bahalaşmasına görə təzminat verəcək17:23Rusiyada "Lotu Quli"nin dəstəsinin üzvü saxlanıldı17:02“Vergi ödəməyən müğənnilərin maşınını, evini əlindən alacağıq”16:41Azərbaycan Prezidenti: "Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir"16:16Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub15:47Əyləncəyə milyonlar xərcləyən rəhbər... – Bakıda qalmaqal15:24Xəzərdə neftçi batıb - YENİLƏNİB14:53Bu başçılar maraqlı rekorda imza atıblar - İLGİNC SİYAHI14:16"Sığorta şirkətləri ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki..." - PROBLEM14:16"Sığorta şirkətləri ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki..." - PROBLEM13:31Lerikin icra başçısı narazılıq yaradır... - GİLEY12:56Kərimov sabiq nazirin dayısını işdən qovdu – Səbəb12:39"Rayonda sorğu keçirilərsə, 100 adamdan biri bu deputatı tanımaz" - QALMAQAL10:35Cəlilabadda gənc müəllim evində ölü tapılıb10:16Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub09:57Ət yeməyənlərin ideologiyası — Veqanlıq - REPORTAJ09:42Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub09:29Tramp Kim Çen Inla görüşəcək17:19Mandatı təhvil ver, İqbal Məmmədov! - DEPUTATA AÇIQ MƏKTUB!17:05"S-400" raketləri Azərbaycanda yerləşdirilə bilərmi? - GƏLİŞMƏ16:55Pulsuzdursa, niyə 210 manat ödəyirik? - “Bu qədər böyük qiymət qoymaq...”16:51Fransada 20-dən çox metro stansiyası bağlandı16:43Məşhur baş məşqçiyə içində güllə olan məktub göndəriblər14:29Ağcabədi rayon 6 saylı qeydiyyat-imtahan şöbəsinin dünəni və bu günü14:17Sabah hava necə olacaq?13:50ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?13:20Əhalinin normal qaz təminatındakı əngəllər13:02“Ərdoğan qəti şəkildə ona dedi ki...” - Putindən sürpriz Türkiyə gedişi12:44Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”11:49Paltar, qadınlar və siyasət: Sərdar Cəlaloğlu ilə qalmaqallı müsahibə: - “Əli Kərimlinin bir qrupu var, ancaq söyüş söyməklə məşğuldur”11:30Azərbaycanlı milyarderlər: Pul və şöhrətləri çox, elə dərdləri də... - İLGİNC11:14Ağsu rayon İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifəsindən azad edildi10:50İstirahət günlərində gözlənilən HAVA PROQNOZU10:32Bağdadda TERROR: 6 ölü, 30 yaralı23:25Azərbaycanda DƏHŞƏT: oğul atasını qətlə yetirdi23:21Prodüsser omba dikləşdirmə əməliyyatı zamanı öldü - Kosmetoloq silikonu ebaydan gətizdiribmiş - FOTO22:48Azərbaycan xam neft ixracını artırıb21:58“Onlar faşisti müdafiə edirlər” - Prezident İlham Əliyev həqiqəti dedi21:44"Heç kim ləkəsiz, təmiz deyil"18:12Azərbaycan İsraildən iki yeni hərbi gəmi alır? - "SAAR 72" BAKIDA YIĞILACAQ...17:55Paşinyan narkomandır? - Qəribə görüntülər yayıldı - (VİDEO)17:41Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib17:30Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 3 milyon manat ayrılıb17:13Bu qədər sərvət, sizdə hardandır, cənab rektor? - ŞÜBHƏ16:57Məmurlar Prezidentdən nümunə götürməlidirlər... - Əsas məsələ vətəndaşın probleminin həllidir16:29Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib - FOTO16:11“Azəriqaz" pul tapmır? - Smart sayğacdan imtinanın ƏSL SƏBƏBİ15:52Könül Xasıyeva: Konsertimə biletlər satılmadı, 20 min manat borca düşdüm15:22Premyer Liqamızda oyunların vaxtı açıqlandı15:04Ölkəmiz Tbilisidə ilk dəfə keçiriləcək “Professional Musiqi Forumu”na dəvət alıb
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2019 (405)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Səhiyyə sistemimiz qəssabxana olanda... - GİLEY

30 okt 2019, 10:28   
    27
Səhiyyə sistemimiz qəssabxana olanda... - GİLEY
 
Qubada yaşayan Samir Ağacanov keçən il övladını itirib. O, 12 yaşlı qızı Samirənin ölümünə görə həkimləri günahlandırır. DİA.AZ bildirir ki, keçən il dekabrın 20-də Samirə Ağacanovanın halı pisləşib. Qəbzlik, qusma olduğuna görə uşağı əvvəlcə Quba Diaqnostika Mərkəzinə aparıblar. Samir deyir ki, orada həkimlər ötür-ötür ediblər, axırda qızına həkim Kamil Quluzadə baxıb. Uşağı rentgendən keçirib, imalə eləyib, bağırsağı yuyub, evə buraxıblar. Həkim deyib ki, qorxulu heç nə yoxdur, bağırsaqları dolaşıb, qəbzlik də ondan yaranıb.

"Çoxlu nar yemişdi, biz də bundan şübhələndik. Evə gətirəndən sonra durumu pisləşdi, daha tez-tez qusmağa başladı. Həkimə zəng elədim. Dedi ki, nahaq narahat eləyirəm, onun sahəsi deyil. Həkimin bu cür davranışından əsəbiləşdim. Ertəsi gün Quba Diaqnostika Mərkəzinə gedib, bir gün əvvəl həkimə, tibb bacısına verdiyim pulları geri aldım. Uşağı usə Sumqayıta - "Liman” klinikasına apardım”, - ata belə xatırlayır.

Sumqayıtdakı klinikada da ataya qorxulu heç nə olmadığını deyiblər. Evə qayıdıblar, amma dekabrın 22-də uşağın vəziyyəti yenə pisləşib. Nənəsi uşağı Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırıb. Orada uşaqda yüksək dərəcədə (547) şəkərli diabet aşkarlayıblar. Samir sual verir ki, niyə əvvəlki iki xəstəxanada analiz götürüb şəkəri üzə çıxarmayıblar?

Samirəni Pediatriya İnstitutundan 6 saylı xəstəxanaya göndəriblər. Orada çatana qədər uşaq komaya düşüb. Komadan ayılandan sonra Mərkəzi Klinik Xəstəxanaya müraciət etməyi məsləhət görüblər.

"Dedilər ki, bizdə lazımi avadanlıq yoxdur, onlarda var. Getdim ora, ilkin olaraq 1600 manat istədilər. Razılaşdım. Özlərinin Təcili Yardım maşınıyla həkimləri gəlib uşağı görəndə dedi ki, yox, 20 min manat depozit qoyulmalıdır. Dedim ki, gedib nəyim var satıb gətirim, indi üstümdə o qədər yoxdu. Razılaşmadılar ki, müalicəyə başlamaq üçün əvvəlcə depozit qoyulmalıdı. Bir də baxdım ki, həkim çıxıb gedib”, - Samir danışır.

Dekabrın 25-də səhərə yaxın 6 saylı xəstəxanada Samirənin nəfəsi dayanıb…

Hadisədən sonra ata çox yerə şikayət edib. Deyir ki, Baş prokurorun müavininin də qəbulunda olub. Hadisədən 6 ay sonra - 2019-cu ilin iyununda Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Samir Ağacanov prokurorluğa ərizəsində göstərib ki, qızı həkim məsuliyyətsizliyinin qurbanı olub.

Samir Ağacanovun günahkar saydığı həkimlər prokurorluqda dindirilib. Quba Diaqnostika Mərkəzinin qəbul şöbəsinin müdiri Vüqar Burcalıyev deyib ki, onlarda, ümumiyyətlə, uşaq həkimi və uşaq şöbəsi yoxdur. O, Samirdən pul almaları barədə deyilənləri də inkar edib.

Həkim Kamil Quluzadə isə deyib ki, uşaqda kəskin cərrahi patologiya əlamətləri olmayıb: "Samirənin ölümündə mənim günahım yoxdur. Mənim yanımdan gedəndə vəziyyəti yaxşı olmuşdu”.

Ekspertiza rəyində yazılıb ki, meyit müayinə olunmadığı üçün onun ölümünün səbəbilə aparılan müalicələr arasında əlaqəni müəyyənləşdirmək də alınmayıb. Amma ekspert tibbi sənədlərdə göstərilənlər əsasında rəy verib. Rəydə yazılıb ki, Quba Diaqnostika Mərkəzində və Sumqayıtdakı "Liman”, "Unikal” klinikalarında müayinələr tam aparılmayıb, şəkər müəyyənləşdirilməyib. Onda "Şəkərli diabet birinci tip” xəstəliyi vaxtında müəyyənləşdirilib ölümün qarşısının alınması üçün adekvat tibbi yardımlar göstərilməli olsa da, edilməyib.

6 saylı uşaq klinik xəstəxanasında göstərilmiş reanimasyon tədbirlər də tam həcmdə aparılmayıb.

"Baş vermiş kliniki ölüm zamanı şəkərli diabet xəstəliyinin ağırlaşması ilə əlaqədar ümumi qan dövranının kəskin pozulması hesabına yaranan baş-beynin kəskin hopoksiyasının qarşısının alınması üçün tədbirlər gecikdirilib. Süni ventilyasiya aparatına qoşulması və oksigen terapiyası kifayət qədər aparılmayıb. Bu da beynin ödəminin davam etməsinə gətirib çıxarıb.

Samirə Ağacanovanın vəziyyətinin ağırlaşmasına səbəb şəkərli diabet xəstəliyinin ağırlaşması fonunda yaranan beyin ödəmi nəticəsində tənəffüs çatışmazlığı olub. Samirə Ağacanovanın əziyyət çəkdiyi "Şəkərli diabet birinci tip” xəstəliyinin vaxtında müəyyən edilməməsi və adekvat tibbi yardımlar göstərilməməsi müalicə həkimləri tərəfindən səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarının pozulması kimi qiymətləndirilir.

Tibbi sənədlərdə göstərilənlərə əsasən, Quba Diaqnostika Mərkəzində, "Liman” və "Unikal” klinikalarında ondakı "Şəkərli diabet birinci tip” xəstəliyi müəyyən edilib, adekvat tibbi yardımlar, 6 saylı Uşaq Klinik Xəstəxanasında göstərilən reanimasyon yardımlar tam həcmdə olsaydı, onun ölümünün qarşısının alınması imkanı çox ola bilərdi. Bununla əlaqədar Səhiyyə Sistemində olan 70 saylı əmrin müvafiq bəndləri pozulub. Bunlara da məsul olan adları çəkilən tibb müəssisələrinin müalicə həkimləridir”, - rəydə belə yazılıb.

Baxmayaraq ki, ekspert rəyində ölüm hadisəsində həkimlərin günahı olması aydın şəkildə yazılıb, Quba Rayon Prokurorluğunda cinayət işinə xitam verilib.

"Uşağımı öldürüb, meyitini qucağıma verdilər. Müstəntiq mənə deyir ki, get özün cəzalandır. Bu, nə deməkdir? Bəs onda prokurorluq, qanunlar nə üçündür? Prokurorluqda deyirlər ki, biz Səhiyyə Nazirliyilə bacarmırıq. Min bir əziyyətlə böyütdüyüm Samirənin ölümünün mənə, anasına, qardaşına necə zərbə olduğunu sözlə ifadə eləmək mümkün deyil. Mərkəzi Klinik Xəstəxana məndən dərhal 20 min manat pul istədi. Bu adamların ölkədəki maaşlardan xəbərləri yoxdur? Mən Rokfellerəm ki, yarım saatın içində 20 mini gətirim? Uşaq öləndə dəfn və yas xərcləri üçün bankdan kredit götürməyə məcbur oldum”, - Samir danışır.

Sənədlərdə yazılıb ki, ata uşağın ölümündən sonra meyitin yarılmasına imkan verməyib. Cinayət işi başlanandan sonra isə ona meyitin eksqumasiyası (məzarın açılması) və təkrar müayinə aparılması təklif olunub. Buna da razılaşmayıb. Samir Ağacanov bu məsələlərə belə aydınlıq gətirir:

"Uşaq keçinəndən sonra mənə bir sənədə qol çəkdirdilər. Heç bilmədim ki, nədir. Onda ağlım başımda idi ki, bilim nə var, nə yox?! Meyitin çıxarılmasına gəlincə, dedim ki, əgər günahkarları doğrudan da cəzalandıracaqsınızsa, nəticəsiz qalmayacaqsa, eksqumasiya eləyərəm. Müstəntiq dedi ki, mən heç nə deyə bilmərəm. Mənə deyir ki, "şikayət etməyin mənası yoxdur, hətta məsuliyyətə cəlb olunsalar belə, məhkəmə 2-3 il icbari iş verəcəklər, bitəcək". Bu, nə deməkdir? Yolda adi xətti maşın tapdayanda cərimə eləyirlər, sürücünü cəzalandırırlar. Mənim uşağımın o xətt qədər dəyəri yoxdur ki, heç kimi cəzalandırmırlar?"

Samir Ağacanov prezidentdən və xanımından bu işdə kömək istəyir. Deyir, onlar baş verənləri bilsələr, biganə qalmazlar, günahkarların cəzalandırılması üçün lazım olan addımları atarlar:

"Mən dörd il Qarabağda vuruşmuşam. Prezidentimi həmişə dəstəkləmişəm, bu gün də ona inanıram. Mən bu vətən üçün canımdan keçərəm. Amma görsəm ki, uşağıma belə münasibət davam edir, baş götürüb gedəcəm. Amma ümid edirəm ki, bir gün mütləq uşağımın qatilləri cəzasını alacaq. O ümid olmasa, yaşaya bilmərəm”.

Samir danışdıqca, sanki həmin hadisəni bir daha yaşayır. Çox sarsıldığını hiss etmək üçün dərin müşahidəyə ehtiyac yoxdur. Ata fəryad qoparır. Qızının necə arzuları olduğundan danışır. Samirə müəllimə olmaq istəyirdi…(DİA.AZ)

OXŞAR MÖVZULAR