Impera

XƏBƏR LENTİ
15:50Sabah hava dəyişəcək15:01Deputat Cavid Osmanovla bağlı şok iddialar... - Gizli FETO üzvü, “priton” biznesi...14:59İqtidara Göyçay menyusu: milyonçunu da, yoxsulu da bezdirən başçı kimdir?14:58Deputat oğlu model xanıma 50 min dollar verib foto çəkdirib – FOTOLAR14:54"Ay alçaq, niyə Qurbanın zamanında demirdin ki, ona da vaxt lazımdır?”14:41Deputatlar 162 dəyişikliyə birinci oxunuşda “Hə” dedi14:29Almaniyada tutulan həmyerlilərimiz Azərbaycana təhvil veriləcək? - AÇIQLAMA14:14Deputat müğənniləri hədəf aldı: Bir toya 15 minə gedirlər, 30 manat vergi ödəyirlər13:56"Baku Electronics” yenə də narazılıq yaradır... - GİLEY13:10Ermənistanlı 3 qat dünya çempionu Moskvada güllələnib12:54İlham Əliyev: Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır12:43Rektor nazirə necə yalan informasiya ötürür... - İDDİA12:13“Məndən 400-500 manat pul tələb edirlər” - Xaçmaz sakini sosial yardım ala bilmir11:41Qazaxa yeni DYP rəisi təyin olunub11:41Qazaxa yeni DYP rəisi təyin olunub11:11İbrahim Cəfərov haqda ilginc iddialar... - Belə deyirlər...10:53PD&MS-də azərbaycanlılarla qul kimi davranırlar - “Rəhbərlərin heç ali təhsili də yoxdur”10:33Sahibkarların qarşısında yeni sədd: Nağd pula QADAĞA gəlir? - TƏHLİL10:19Sosial evlər niyə baha qiymətə satılır? - HESABLAMA10:17Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 21 dəfə pozub17:28Cənubi Koreyada hərbi laboratoriya partladı: ölən və yaralananlar var17:26Qüdrət Qurbanovun sertifikat biznesi17:15Azərbaycan kubokunun PÜŞKÜ ATILDI17:00Azərbaycan Prezidenti: "Mənim göstərişimlə ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində addımlar atılır"16:41Prezident İlham Əliyev: "Yollar tamamilə yenidən qurulmalıdır ki, qatarların sürəti artsın"16:22Nazirliklərin ŞÜBHƏLİ qrant siyasəti: - QHT-lər həvəssiz, müsabiqə qapalı, nəticələr bəlli15:55Ağdaşın deputatı ilə bağlı şok iddialar... - Bu imiclə yenidən mandat ala bilməyəcək...15:41İnam Kərimov daha iki direktoru işdən çıxardı - ADLAR15:29Prezidentin qətiyyəti, xalqın dəstəyi: - Azərbaycanın durmadan inkişafı qaçılmazdır15:12“GünayBank”ın keçmiş sədr müavini 30 milyonu hara xərcləyib? - zərərçəkənlərdən biri onun qaynıdır14:52Azərbaycanda toyda oynamaq üstündə dava düşdü14:14"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə Laçın14:02İçərişəhərdə “Sirlərin ahəngi” adlı sərgi açılacaq13:49Azərbaycanın məşhur futbol bazası bağlanır12:31“10 gün qalıb, amma namizədlik üçün arayış ala bilmirəm” - GİLEY12:04“Meqa Sığorta” ilə müştəri arasında QALMAQAL - “ÖDƏNİŞİ DÜZ VERMİRLƏR”11:47Azərbaycanda ətin qiyməti qalxıb, kolbasa ucuzlaşıb - PARADOKS11:19Bakı Beynəlxalq Avtovağzalında özbaşınalıqlar... - Nazirliyi hərəkətə gətirdi...10:52Bakı İqtisadiyyat və Humanitar Kollecində özbaşınalıq... - İDDİA10:36Əli İnsanov haqda ŞOK FAKT: Bağ evləri bir-biri ilə yeraltı tunellə birləşdirilibmiş... - 1 milyon avro qiymətinə mebellər, kef məclisləri üçün qırmızı otaq...09:37"Vüsal Kərimlinin hədəfi XALQA XİDMƏT yox, XALQA ZİLLƏTDİR!" - Müraciət...09:15Səhiyyə sistemimizdə daha bir biabırçı mənzərə... - "Bəs mən qüsuru kimdən öyrənim, kimdən bilim?"08:58Azərbaycanın bank sektoru Bazel III standartlarına keçməyə hazırlaşır (ÖZƏL)08:39Makronla Tramp Suriyanı müzakirə etdi08:23BDU ilə bağlı qalmaqal böyüyür - Ekspert deputatları debata çağırdı22:01Sumqayıt Apellyasiya məhkəməsinin hakimi ilə biznes ortağının əmlak davası davam edir-VİDEO18:00DTX rəisi: “Yeni potensial terror ocaqlarının formalaşmasına şərait yaradılır”17:40Pensiyalar artırılır, amma ortada başqa problem var17:17"Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək" - İlham Əliyev17:07Əyyubovların Mingəçevir Turizm Kollecində “işğal siyasəti” –ŞOK FAKTLAR16:33“Azərbaycanda mal-qara üçün nəzərdə tutulan yemlik buğdadan çörək bişirilir” - ŞOK İDDİA16:11Ağsu RİH -in işdən çıxarılan müavini İqbal Mikayılov qaçıb? - İDDİA15:48“Meliorasiya və Su Təsərrüfatı”nın 1 milyonluq kranını “metallom”a veriblər - İTTİHAM15:32“Turan” Samir Şərifovu qəzəbləndirdi – 20 suala 20 səhifəlik cavab15:00Masallıda keçmiş məmurla bağlı iddia... - İTTİHAM14:44Şirvan şəhərinin yeni icra başçısı kimdir? - DOSYE14:28Azərbaycan hava limanlarında sərnişin axını yeni rekord göstəriciyə çatıb14:07İrana nüvə sazişi ilə bağlı XƏBƏRDARLIQ13:34Xətai Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib13:16SƏRƏNCAM: Əziz Əzizov vəzifəsindən AZAD EDİLDİ12:58İlqar Abbasov Bakının Suraxanı RİH başçısı vəzifəsindən AZAD EDİLDİ12:41Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb12:16İsrail Qəzzada cihadçıların liderini məhv etdi11:55Erməni hiyləgərliyini ifşa edən portal: 1828.az saytının təqdimatı keçirilib11:42Bakıdakı marketdə erməni içkisi SATILIR - Utanaqmı, ölüb yerə girəkmi?..11:08Mikayıl Cabbarovun Tarif Şurasının sədri kimi ilk işi bahalaşdırma olacaq? - Gözlənti10:49İş adamı vətəndaşlara fırıldaq gəlir? - Müraciət...10:25Adil Vəliyev bu evlər tikiləndə hara baxırdı? - VİDEO10:05"Heydər Əliyev tərəfindən yaradılan bu əsaslar hazırda Azərbaycan xalqına yol göstərir" - Əli Həsənov09:53Sumqayıtın başçısı Zakir Fərəcovun abadlaşdırma dələduzluğu09:50Şəmsəddin Xanbabayevin KORRUPSİYA "TƏMƏL"İ... - İTTİHAM09:28Prezidentin Şamaxıda sökdürdüyü məktəbin invertarların kim satır? – Kuryoz fakt09:07İcra başçısı Tərtər sahibkarlarına qarşı zülm edir-Şikayətçi08:52Türkiyə Superliqasında növbəti baş məşqçi istefası08:22Pakistan HDQ üçün freqatların ikinci partiyasının istehsalına başlanılıb08:05Azərbaycanda Konstitusiya Günü qeyd olunur22:01Mübariz Mənsimov Araz Əlizadəni "siyasi təlxək" adlandırdı16:35Oqtay Gülalıyevdən nə xəbər var? - AÇIQLAMA16:32Xərçəng xəstəliyinin müalicəsinə ayrılmış 43 milyon manatı mənimsəyən deputat - KORRUPSİYA16:27Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyulub – “Tamamilə qanunsuzdur”16:23Ərdoğanın Osmanlıda nüfuzun 50 faizi yazı bilirdi bəyanatına sənədli cavab gəldi: " Sayın cumhurbaşkanım oran 2.575 faiz..."16:20“Əmlak” Kərəmindəmi ulduzu sönür?14:27"Pərviz haqsızlıq edib"- Türkandan SƏRT CAVAB14:07Azərbaycanda bank hesabından nağd pul çıxarmaq ÇƏTİNLƏŞƏCƏK – YENİ TƏKLİF13:45«MƏQSƏDİMİZ DAHA ÇOX OXUCU KÜTLƏSİNƏ SAHİB OLMAQLA YANAŞI, AZƏRBAYCAN REALLIQLARINI DÜNYAYA ÇATDIRMAQDIR»13:38Gələn ilin dövlət büdcəsi niyə daha çox sosialyönümlüdür? - TƏHLIL12:46Qazaxda toy karvanında silahdan atəş açılıb, təhlükəli anlar yaşanıb - FOTO12:27Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...11:59Aldatdığı şəxsi kürəkənləri ilə hədələyən şöbə rəisi- GENERALLARA ŞİKAYƏT OLUNDU -VİDEO11:49“MİDA” MMC sakinləri mühasirəyə alıb - Haqsızlıqdan şikayətlənənlər ölkə başçısından kömək istəyirlər11:27"Böyük Fırat"ın Bakıda yaratdığı BÖYÜK TƏHLÜKƏ... - Bir daha LEŞ ƏTİ qalmaqalı haqda...11:08DSMF-yə qarşı daha bir MƏHKƏMƏ QƏRARI... - Amma nədənsə icra olunmur...10:45Ağstafada dəhşətli mənzərə... - Sakinlər narazılıq edir...10:31NI Rusiyanın “ən qorxulu kabusu” haqqında yazdı09:26"Amma hər şeyin qədəri var, sonra efirə çıxırlar, üz sallanır, qarın nə boyda"03:24Nurməhəmmədov alman döyüşçüyə uduzdu21:29Mitinqə çıxan Maqsud Mahmudov ÖLKƏDƏN QAÇDI - Bu səbəbə görə15:20BŞBPİ Müsavat Partiyasının rəhbərliyinə xəbərdarlıq etdi15:00Azyaşlılara siqaret satanlar cərimələndi14:40Yeni "Azəriqaz" şefi bu problemi çözə biləcəkmi? - Ölümə aparan isinmək həvəsi...
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2019 (284)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Baş redaktor yenidən Prezidentə müraciət etdi

04 noy 2019, 16:27   
    13
Baş redaktor yenidən Prezidentə müraciət etdi
 
 Möhtərəm cənab Prezident!
         Mən Sizin Özünüzə dost hesab etdiyiniz tərəqqipərvər Azərbaycan jurnalistlərindən biriyəm, ictimai rəyə az-çox təsiri olan bir elektron nəşrin - Mediatv.az saytının baş redaktoruyam. Rəhbərlik etdiyim kütləvi informasiya vasitəsində həmişə dövlətə, dövlətçiliyə xidmət etmişəm. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu daim dəstəkləmişəm və bütün Azərbaycan vətəndaşlarının həmin kursun layiqli davamçısı kimi tanıdığı Sizin ətrafınızda sıx birləşməyinin tərəfdarı olmuşam. Sağlam düşüncəli həmkarlarımın Sizi "Jurnalistlərin Böyük Dostu" seçmələrini alqışlamışam.
         Bu günlərdə çox böyük siyasi iradə ortaya qoyaraq qətiyyətlə elan etdiyiniz, cəmiyyət tərəfindən olduqca müsbət qarşılanan kadr gəncləşdirmə siyasətini əsaslandıran son çıxışlarınızdan birində dediyiniz sözlər bütün saf əqidəli media mənsubları kimi məni də ruhlandırmış, bu müraciətimdə ehtiva olunan problemin həll olunacağına inamımı artırmışdır. Nitqinizdə media nümayəndələrini Özünüzün köməkçiləriniz hesab etdiyinizi bir daha vurğulamış, bəzi hallarda dözülməz vəziyyətlə bağlı məlumatları məhz mediadan xəbər tutduğunuzu qeyd etmişsiniz.
         Bildirirəm ki, Azərbaycanda həyata keçirilən, iqtisadi inkişafı şərtləndirən mütərəqqi islahatların, onları müşayiət edən sosial proqramların əhəmiyyətini xalqa - KİV izləyicilərinə həvəslə çatdırdığım kimi, həmin islahatlara mane olmağa çalışan destruktiv ünsürləri də tənqid etməkdən, neqativ hallara rəvac verən şəxsləri ictimai qınağın obyektivinə tuş gətirməkdən də çəkinməmişəm. Başqa sözlə, yerlərdə rast gəlinən dözülməz vəziyyətlə bağlı Sizi məlumatlandıran, təqdir etdiyiniz jurnalistlərdən biri də mənəm. Lakin, məhz Sizə və Sizin şəxsinizdə Azərbaycan dövlətinə köməkçi olduğum üçün, qanunsuzluqların aşkarlanması, neqativ halların üzə çıxarılması müstəvisində hökumətə etibarlı tərəf müqabili kimi çıxış etdiyimçün indi özüm dözülməz vəziyyətə düşmüşəm, daha doğrusu, bəzi vəzifəli şəxslər tərəfindən çıxılmaz duruma salınmışam.  
         Məlum edirəm ki, bu il iyul ayının 28-də ailəmlə birgə Masallıda - İstisu istirahət mərkəzində dincəldiyim vaxt orada avtomobilim qarət olunmuş, şüşəsi qırılaraq salonundan oğurluq edilmiş,valideynlərimdən bizim üçün qalan, ailə quran zaman valideynlərimin aldıqları, övladlarımın ad günlərində yaxın qohumlar tərəfindən hədiyyə olunmuş, mənə və ailə üzvlərimə məxsus, uzun illər ərzində qazandığımız halal zəhmət haqqı ilə aldığımız hazırki qiymətlərlə 20000 (iiirmi min) manat dəyərində qızıl zinət əşyaları və sənədlər götürülmüşdür. Şikayətim əsasında əməliyyat - axtarış tədbirlərinə başlayan Masallı polisi tanımadığım Nurlan Səmədov adlı bir şəxsi saxlamışdır. Amma, sürətlə "aparılaraq" təcili şəkildə məhkəməyə ötürülən cinayət işi qeyri-obyektiv, qərəzli, birtərəfli qaydada və heç bir maddi sübut tapılmadan aparılmışdır. Hadisə baş verən günü götürülmüş əl izlərinin ekspertizanın nəticələrinə görə Nurlan Səmədovun olduğu təsdiqlənməsə də, əşyaların deyil, onlarla birgə oğurlanmış sənədlərimizin hansı şəraitdə tapıldığı yetərincə araşdırılmasa da, xeyli başqa uyğunsuzluqlar ortada olsa da, mənim və ailə üzvlərimin cinayət işinin materialları və maddi sübutlarla vaxtında tanış olmaq hüququmuzdan istifadə edə bilməməyimiz üçün, istintaqın gedişindəki qanun pozuntularını aşkar etməməyimiz  və istintaqın sürətlə yekunlaşdırılmasına mane olmamağımız üçün Masallı polisi yayındırıcı bütün mümkün tədbirləri görüb. Polis  cinayət işinin istintaqını prosessual nəzarətin olmaması səbəbindən istədiyi kimi aparmış, hansısa maraq naminə günahsız adamı təqsirkar çıxarmaqdan belə çəkinməmişdir.
         Cinayət işinin obyektiv araşdırılmasından ötrü onun yenidən istintaqa qaytarılması üçün məhkəmə qarşısında vəsadət qaldırmışam. Lakin nə prokurorluq, nə məhkəmə cinayət işini ibtidai istintaqa qaytarmaq istəməyiblər, çünki bununla onlar reputasiyalarına xələl gətirmək istəmədikləri polis rəisi və müstəntiqlə üz-üzə gələcəkdilər.
         Onu da qeyd edim ki, hadisədən az müddət öncə Masallı rayonunda sahibkarın polis rəisi tərəfindən incidilməsi barədə faktlara söykənən tənqidi məqalələr yazmış, Mediatv.az saytında dərc etmişdim. Mənim əslində həmin ərəfələr tənqid etdiyim yerli polis tərəfindən izlənildiyini hiss etdiyim avtomobilimdən edilən oğurluğun tamamilə başqa şəxs tərəfindən törədilməsi ehtimalını qətiyyən nəzərə almayan Masallı polisinin ortada heç bir maddi sübut olmadan, başqa oğurluq üstündə yaxalanmış Nurlan Səmədovun boynuna qoyması şübhələnməyimə ciddi əsas verir ki, istintaqın mənə sərf edən nəticəni verməməsi məhz peşə fəaliyyətimlə bağlıdır və rayonda necə deyərlər, "at oynadan, qılıncının dalı da qabağı da kəsən" polis rəisinin tənqidə dözümsüzlüyünün, jurnalistdən qisas almasının təzahürüdür.
         İstintaqın gedişatı onu göstərir ki, hər şey mənim qiymətli əşyalarımın əlimə gəlib çıxmamasına hesablanıb. Çünki, təqsirləndirilən və hüquqlarını müdafiə etmək üçün özünə vəkil tutmağa belə maddi imkanı olmayan Nurlan Səmədov oğurlamadığı zinət əşyalarımı qaytarmaq, nə də onların qarşılığında mənə pul ödəmək iqtidarında deyildir.
      Möhtərəm Cənab Prezident
Çağırışınıza hay verərək gördüyüm neqativ halları işıqlandırdığım üçün başıma gələn bu oyunlar barədə müraciət etmədiyim ünvan qalmayıb.Bir sahibkarın polis rəisi tərəfindən incidilərək aylıq haqq tələb etdiyini mətbuat səhifəsində işıqlandırdığım  üçün "başıma bu oyunlar" polis rəisi tərəfindən gətrilir.İstintaqın gedişi onu deməyə əsas verir ki avtomobilimin qarət olunması polis rəisi tərəfindən təşkil olunub,ya da ki polis rəisi vəzifə səlahətlərindən istifadə edərək cinayət işini "isdədiyi istiqamətə yönəldib". İndiyədək yuxarı instansiyalara 20-yədək teleqram vurmuş, məktublar yazmışam, problemimi mətbuatda ictimailəşdirmişəm. Əminəm ki, müraciətnamələrim Sizə yetişməyib, yoxsa, problemimə biganə qalmaz, həllinə köməkliyinizi əsirgəməzsiniz. Axı Siz Özünüzün dediyiniz kimi, istisnasız olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuz qədər, istisnasız olaraq hər bir Azərbaycan jurnalistinin də dostusunuz. Odur ki, Sizdən artıq dərəcədə xahiş edirəm, aidiyyati qurumlara bu işi nəzarətə götürmələri üçün tapşırıq verəsiniz.
         Qabaqcadan minnətdarlığımı bildirirəm.
Mediatv.az İnformasiya Portalının Baş redaktoru    Əfqan Bəhluloğlu
OXŞAR MÖVZULAR