Impera

XƏBƏR LENTİ
18:19Əhməd Əhmədzadənin yarıtmazlığına son qoyulur: - “Meliorasiya və Su Təsərrüfatı” ləğv edilir18:03“İcra hakimiyyətindən təklif gəlsə, yolu yenidən qura bilərik” - QALMAQAL17:45İran hökuməti benzinin bahalaşmasına görə təzminat verəcək17:23Rusiyada "Lotu Quli"nin dəstəsinin üzvü saxlanıldı17:02“Vergi ödəməyən müğənnilərin maşınını, evini əlindən alacağıq”16:41Azərbaycan Prezidenti: "Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir"16:16Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub15:47Əyləncəyə milyonlar xərcləyən rəhbər... – Bakıda qalmaqal15:24Xəzərdə neftçi batıb - YENİLƏNİB14:53Bu başçılar maraqlı rekorda imza atıblar - İLGİNC SİYAHI14:16"Sığorta şirkətləri ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki..." - PROBLEM14:16"Sığorta şirkətləri ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki..." - PROBLEM13:31Lerikin icra başçısı narazılıq yaradır... - GİLEY12:56Kərimov sabiq nazirin dayısını işdən qovdu – Səbəb12:39"Rayonda sorğu keçirilərsə, 100 adamdan biri bu deputatı tanımaz" - QALMAQAL10:35Cəlilabadda gənc müəllim evində ölü tapılıb10:16Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub09:57Ət yeməyənlərin ideologiyası — Veqanlıq - REPORTAJ09:42Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub09:29Tramp Kim Çen Inla görüşəcək17:19Mandatı təhvil ver, İqbal Məmmədov! - DEPUTATA AÇIQ MƏKTUB!17:05"S-400" raketləri Azərbaycanda yerləşdirilə bilərmi? - GƏLİŞMƏ16:55Pulsuzdursa, niyə 210 manat ödəyirik? - “Bu qədər böyük qiymət qoymaq...”16:51Fransada 20-dən çox metro stansiyası bağlandı16:43Məşhur baş məşqçiyə içində güllə olan məktub göndəriblər14:29Ağcabədi rayon 6 saylı qeydiyyat-imtahan şöbəsinin dünəni və bu günü14:17Sabah hava necə olacaq?13:50ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?13:20Əhalinin normal qaz təminatındakı əngəllər13:02“Ərdoğan qəti şəkildə ona dedi ki...” - Putindən sürpriz Türkiyə gedişi12:44Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”11:49Paltar, qadınlar və siyasət: Sərdar Cəlaloğlu ilə qalmaqallı müsahibə: - “Əli Kərimlinin bir qrupu var, ancaq söyüş söyməklə məşğuldur”11:30Azərbaycanlı milyarderlər: Pul və şöhrətləri çox, elə dərdləri də... - İLGİNC11:14Ağsu rayon İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifəsindən azad edildi10:50İstirahət günlərində gözlənilən HAVA PROQNOZU10:32Bağdadda TERROR: 6 ölü, 30 yaralı23:25Azərbaycanda DƏHŞƏT: oğul atasını qətlə yetirdi23:21Prodüsser omba dikləşdirmə əməliyyatı zamanı öldü - Kosmetoloq silikonu ebaydan gətizdiribmiş - FOTO22:48Azərbaycan xam neft ixracını artırıb21:58“Onlar faşisti müdafiə edirlər” - Prezident İlham Əliyev həqiqəti dedi21:44"Heç kim ləkəsiz, təmiz deyil"18:12Azərbaycan İsraildən iki yeni hərbi gəmi alır? - "SAAR 72" BAKIDA YIĞILACAQ...17:55Paşinyan narkomandır? - Qəribə görüntülər yayıldı - (VİDEO)17:41Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib17:30Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 3 milyon manat ayrılıb17:13Bu qədər sərvət, sizdə hardandır, cənab rektor? - ŞÜBHƏ16:57Məmurlar Prezidentdən nümunə götürməlidirlər... - Əsas məsələ vətəndaşın probleminin həllidir16:29Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib - FOTO16:11“Azəriqaz" pul tapmır? - Smart sayğacdan imtinanın ƏSL SƏBƏBİ15:52Könül Xasıyeva: Konsertimə biletlər satılmadı, 20 min manat borca düşdüm15:22Premyer Liqamızda oyunların vaxtı açıqlandı15:04Ölkəmiz Tbilisidə ilk dəfə keçiriləcək “Professional Musiqi Forumu”na dəvət alıb14:40Azərbaycanlılar ən çox nəyə pul xərcləyir?14:16Efirdə "QEYRƏT" QALMAQALI: Siz nəyi reklam edirsiniz?14:02Ağdamda ağaclar belə məhv edilir-VİDEO13:27“1 milyard manata da “uşaq pulu” vermək olar” - Nazirə CAVAB12:56DİN-in iki baş idarəsinə yeni rəis təyinatları olub12:40Gələn ilin büdcəsi: razı və narazı salan məqamlar - TƏHLİL12:30Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR: Evlər bahalaşacaq? - AÇIQLAMA12:16Qida bazarımız kimlərin əlindədir? - REAL TƏHLÜKƏ11:37Ermənistan Rusiya üçün böyük rol oynayan bir subyektdir... - TƏHLİL11:17Ölkədə antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi...10:47Kardiologiya İnstitutunda “saxta ürək” əməliyyatları - İTTİHAM10:35Elmira Süleymanova İSTEFA VERDİ?10:17Tərtər, Ağdam, Füzuli rayonlarında mövqelərimiz atəşə tutuldu18:29“Yanmış binanı mənə təmir etdirib pulu vermədilər” - QALMAQAL18:15İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində - Əhaliyə şad xəbər18:03Doğuş qiymətlərindən narazılıq: Qadının yerinə həkim özü doğur? - ŞOK QİYMƏTLƏR17:54Ülviyyə getdi17:33Gəncə səhiyyəsi acınacaqlı durumda... - İTTİHAM16:55"Yerli seriallar gənclərin tərbiyəsini pozur" - MTRŞ sədir16:41Beyləqanda Bələdiyyə sədri Ərşad Hüseynov radikal müxalifəti necə maliyyələşdirir? – İDDİA16:25Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ15:50Sabah hava dəyişəcək15:01Deputat Cavid Osmanovla bağlı şok iddialar... - Gizli FETO üzvü, “priton” biznesi...14:59İqtidara Göyçay menyusu: milyonçunu da, yoxsulu da bezdirən başçı kimdir?14:58Deputat oğlu model xanıma 50 min dollar verib foto çəkdirib – FOTOLAR14:54"Ay alçaq, niyə Qurbanın zamanında demirdin ki, ona da vaxt lazımdır?”14:41Deputatlar 162 dəyişikliyə birinci oxunuşda “Hə” dedi14:29Almaniyada tutulan həmyerlilərimiz Azərbaycana təhvil veriləcək? - AÇIQLAMA14:14Deputat müğənniləri hədəf aldı: Bir toya 15 minə gedirlər, 30 manat vergi ödəyirlər13:56"Baku Electronics” yenə də narazılıq yaradır... - GİLEY13:10Ermənistanlı 3 qat dünya çempionu Moskvada güllələnib12:54İlham Əliyev: Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır12:43Rektor nazirə necə yalan informasiya ötürür... - İDDİA12:13“Məndən 400-500 manat pul tələb edirlər” - Xaçmaz sakini sosial yardım ala bilmir11:41Qazaxa yeni DYP rəisi təyin olunub11:41Qazaxa yeni DYP rəisi təyin olunub11:11İbrahim Cəfərov haqda ilginc iddialar... - Belə deyirlər...10:53PD&MS-də azərbaycanlılarla qul kimi davranırlar - “Rəhbərlərin heç ali təhsili də yoxdur”10:33Sahibkarların qarşısında yeni sədd: Nağd pula QADAĞA gəlir? - TƏHLİL10:19Sosial evlər niyə baha qiymətə satılır? - HESABLAMA10:17Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 21 dəfə pozub17:28Cənubi Koreyada hərbi laboratoriya partladı: ölən və yaralananlar var17:26Qüdrət Qurbanovun sertifikat biznesi17:15Azərbaycan kubokunun PÜŞKÜ ATILDI17:00Azərbaycan Prezidenti: "Mənim göstərişimlə ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində addımlar atılır"16:41Prezident İlham Əliyev: "Yollar tamamilə yenidən qurulmalıdır ki, qatarların sürəti artsın"16:22Nazirliklərin ŞÜBHƏLİ qrant siyasəti: - QHT-lər həvəssiz, müsabiqə qapalı, nəticələr bəlli15:55Ağdaşın deputatı ilə bağlı şok iddialar... - Bu imiclə yenidən mandat ala bilməyəcək...
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2019 (357)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bu da yaşlı deputatları qəzəbləndirən xəbər – İttihamlara cavab

05 noy 2019, 20:50   
    23
Bu da yaşlı deputatları qəzəbləndirən xəbər – İttihamlara cavab
 
Millət vəkili Elxan Süleymanovun Mətbuat Şurasının sədri Əflatun Amaşova açıq məktub yazdığını xəbər vermişdik. Elxan Süleymanov məktubda Modern.az saytında dərc edilən "Yaşlı deputatlar xanım köməkçilərə üstünlük verir” başlıqlı yazı ilə bağlı hiddətini ifadə edib. Onun iddiasına görə, "həmin yazı cəmiyyətdə mənəviyyatsızlıq toxumları səpir və bilərəkdən yaşlı deputatları üstüörtülü şəkildə namussuzluq və şərəfsizlik kimi qeyri-insani əməllərdə suçlayır”.
Modern.az saytının baş redaktoru Əfqan Qafarlı "Yeni Sabah”a açıqlamasında deyib ki, Elxan Süleymanov Mətbuat Şurasına ünvanladığı məktubda fikirlərini çox aqressiv şəkildə ifadə edib: "Az qala Modern.az saytını asıb-kəsməyə çalışır... Ola bilsin ki, son günlər mətbuatda pensiya yaşını keçmiş məmur və deputatlar barədə dərc olunan yersiz yazılar Elxan müəllimi də özündən çıxarıb və o da bütün acığını Modern.az-a yönəldib.

Elxan Süleymanovun Modern.az saytının 4 noyabr 2019-cu il tarixli "Yaşlı deputatlar xanım köməkçilərə üstünlük verirlər...” adlı məqaləsini alçaldıcı yazı kimi təqdim etməsi əsassız iddiadır və başadüşülən deyil.

Yazıda deputatlara öz işlərində xanım köməkçilərin yardım etdiyi diqqətə çatdırılıb. Bu informasiya da Milli Məclisin öz saytından götürülüb. Elxan müəllim çox uzağa gedərək, iddia edir ki, yazı cəmiyyətdə mənəviyyatsızlıq toxumları səpir və bilərəkdən yaşlı deputatları üstüörtülü şəkildə namussuzluq və şərəfsizlik kimi qeyri-insani əməllərdə suçlayır. Hardadı həmin suçlama? Yazıda qeyri-adi, üstüörtülü ifadələr harda qeyd olunub?

Xanımlar bizim baş tacımızdır və cəmiyyətimizdə onlara daim xüsusi hörmət və ehtiram mövcud olub, düşünürük ki, həmişə də belə olacaq.

Elxan müəllimdən xahiş edirik ki, fikirlərini ifadə edəndə jurnalistlərə iftira atmasın, hansısa cümləni başqa yerə yozmasın, yaşlı insan kimi nümunə göstərsin. Yox, yenə başqa cür fikirləşirsə, bu artıq onun öz işidir”.

Baş redaktor bildirib ki, Milli Məclislə sıx işgüzar münasibətlər quran Modern.az saytı heç vaxt kimliyindən asılı olayaraq hansısa deputata qarşı qərəzli, sifarişli, təhqiramiz yazılar dərc etməyib. "Əksinə, həmişə başqalarının "vurduğu” deputatlara öz fikirlərini cəmiyyətə çatdırmaq üçün tribuna vermişik.

Məsələn, deputatlara yaşlarına görə mənfi yanaşma az qala kampaniya halını alanda biz dərhal yaşlı nəslin nümayəndələrindən olan millət vəkillərinə öz fikirlərini cəmiyyətə təqdim etməyə şərait yaratdıq”, -deyə Əfqan Qafarlı vurğulayıb.

Baş redaktor əlavə edib ki, Milli Məclisə seçkilərdə namizədlərə yuxarı yaş həddi qoyulmadığı bəllidir. "Biz də yazılarımızda da heç vaxt bu məqamı qabartmamışıq. Elxan Süleymanov düz deyir, biz də Modern.az olaraq hesab edirik ki, elə yaşlı deputat və ya məmur var ki, o, bacarığına, savadına, nitq qabiliyyətinə və digər keyfiyyətlərinə görə bəzi gənclərə nümunə ola bilər və belə insanların təcrübəsindən həmişə istifadə olunmalıdır”.

Məlumat üçün deyək ki, sözügedən yazı deputat köməkçiləri ilə bağlıdır. Milli Məclisin saytına istinadən hazırlanan materialda bildirilir ki, yaşlı deputatların köməkçiləri əsasən xanımlardır. Yazıda həmin deputatlardan bəzilərinin, o cümlədən də Elxan Süleymanovun adı qeyd edilib. Həmin yazını da oxuculara təqdim edirik:

Xəbər verdiyimiz kimi, Milli Məclis ötən həftədən deputatlarla bağlı yenilik edib.

Bu vaxta kimi Milli Məclisin internet resursundakı "Deputatlar” bölməsində hər bir parlamentarinin ancaq təvəllüdü, təmsil olunduğu partiya və üzv olduğu komitə qeyd edilmişdisə, indi artıq orada "Deputatla əlaqə” keçidi də yaradılıb. İndi həm seçicilər, həm də ictimaiyyət bu keçiddən yararlana bilər.

Belə ki, "Deputatla əlaqə” keçidində deputatın köməkçisinin ad və soyadı, mobil nömrələri, bəzilərində isə hətta e-mail ünvanları qeyd edilib.

Modern.az saytının əməkdaşı "Deputatla əlaqə” keçidində deputat köməkçilərinin kimliyinə diqqət yetirərkən maraqlı bir məqamı diqqətdən qaçırmayıb.

Məlum olub ki, Milli Məclisin bəzi yaşlı deputatları xanım köməkçilərlə işləməyə üstünlük verirlər.

Məsələn, parlamentin ən qocaman üzvlərindən olan İntizam Komissiyasının sədri, 82 yaşlı Ağacan Abiyevi (köməkçisi Xuraman Quliyeva) buna misal göstərmək olar.

Elə 79 yaşlı deputat Elxan Süleymanovun (köməkçisi Təranə Babayeva), 79 yaşlı Ziyad Səmədzadənin (köməkçisi Firuzəxanım Qəribova), 73 yaşlı Əliağa Hüseynovun (köməkçisi Aytən Qəniyeva), 72 yaşlı Madər Musayevin (köməkçisi Gümüş İbadova) də işlərinə xanımlar kömək edir.

Bəlkə də zərif məxluqlarla işləməyə üstünlük vermələri bu deputatların yaşından irəli gəlir... Axı belə deyirlər ki, hər gün gənc xanımlarla ünsiyyətdə olmaq yaşlıları ruhən cavan saxlayır. Bəlkə də, Milli Məclisdə sonuncu deputatlıq dönəmlərini yola verən ağsaqqal parlamentarilər də bu deyimin hikmətinə inanırlar...
OXŞAR MÖVZULAR