Impera

XƏBƏR LENTİ
17:19Mandatı təhvil ver, İqbal Məmmədov! - DEPUTATA AÇIQ MƏKTUB!17:05"S-400" raketləri Azərbaycanda yerləşdirilə bilərmi? - GƏLİŞMƏ16:55Pulsuzdursa, niyə 210 manat ödəyirik? - “Bu qədər böyük qiymət qoymaq...”16:51Fransada 20-dən çox metro stansiyası bağlandı16:43Məşhur baş məşqçiyə içində güllə olan məktub göndəriblər14:29Ağcabədi rayon 6 saylı qeydiyyat-imtahan şöbəsinin dünəni və bu günü14:17Sabah hava necə olacaq?13:50ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?13:20Əhalinin normal qaz təminatındakı əngəllər13:02“Ərdoğan qəti şəkildə ona dedi ki...” - Putindən sürpriz Türkiyə gedişi12:44Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”11:49Paltar, qadınlar və siyasət: Sərdar Cəlaloğlu ilə qalmaqallı müsahibə: - “Əli Kərimlinin bir qrupu var, ancaq söyüş söyməklə məşğuldur”11:30Azərbaycanlı milyarderlər: Pul və şöhrətləri çox, elə dərdləri də... - İLGİNC11:14Ağsu rayon İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifəsindən azad edildi10:50İstirahət günlərində gözlənilən HAVA PROQNOZU10:32Bağdadda TERROR: 6 ölü, 30 yaralı23:25Azərbaycanda DƏHŞƏT: oğul atasını qətlə yetirdi23:21Prodüsser omba dikləşdirmə əməliyyatı zamanı öldü - Kosmetoloq silikonu ebaydan gətizdiribmiş - FOTO22:48Azərbaycan xam neft ixracını artırıb21:58“Onlar faşisti müdafiə edirlər” - Prezident İlham Əliyev həqiqəti dedi21:44"Heç kim ləkəsiz, təmiz deyil"18:12Azərbaycan İsraildən iki yeni hərbi gəmi alır? - "SAAR 72" BAKIDA YIĞILACAQ...17:55Paşinyan narkomandır? - Qəribə görüntülər yayıldı - (VİDEO)17:41Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib17:30Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 3 milyon manat ayrılıb17:13Bu qədər sərvət, sizdə hardandır, cənab rektor? - ŞÜBHƏ16:57Məmurlar Prezidentdən nümunə götürməlidirlər... - Əsas məsələ vətəndaşın probleminin həllidir16:29Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib - FOTO16:11“Azəriqaz" pul tapmır? - Smart sayğacdan imtinanın ƏSL SƏBƏBİ15:52Könül Xasıyeva: Konsertimə biletlər satılmadı, 20 min manat borca düşdüm15:22Premyer Liqamızda oyunların vaxtı açıqlandı15:04Ölkəmiz Tbilisidə ilk dəfə keçiriləcək “Professional Musiqi Forumu”na dəvət alıb14:40Azərbaycanlılar ən çox nəyə pul xərcləyir?14:16Efirdə "QEYRƏT" QALMAQALI: Siz nəyi reklam edirsiniz?14:02Ağdamda ağaclar belə məhv edilir-VİDEO13:27“1 milyard manata da “uşaq pulu” vermək olar” - Nazirə CAVAB12:56DİN-in iki baş idarəsinə yeni rəis təyinatları olub12:40Gələn ilin büdcəsi: razı və narazı salan məqamlar - TƏHLİL12:30Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR: Evlər bahalaşacaq? - AÇIQLAMA12:16Qida bazarımız kimlərin əlindədir? - REAL TƏHLÜKƏ11:37Ermənistan Rusiya üçün böyük rol oynayan bir subyektdir... - TƏHLİL11:17Ölkədə antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi...10:47Kardiologiya İnstitutunda “saxta ürək” əməliyyatları - İTTİHAM10:35Elmira Süleymanova İSTEFA VERDİ?10:17Tərtər, Ağdam, Füzuli rayonlarında mövqelərimiz atəşə tutuldu18:29“Yanmış binanı mənə təmir etdirib pulu vermədilər” - QALMAQAL18:15İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində - Əhaliyə şad xəbər18:03Doğuş qiymətlərindən narazılıq: Qadının yerinə həkim özü doğur? - ŞOK QİYMƏTLƏR17:54Ülviyyə getdi17:33Gəncə səhiyyəsi acınacaqlı durumda... - İTTİHAM16:55"Yerli seriallar gənclərin tərbiyəsini pozur" - MTRŞ sədir16:41Beyləqanda Bələdiyyə sədri Ərşad Hüseynov radikal müxalifəti necə maliyyələşdirir? – İDDİA16:25Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ15:50Sabah hava dəyişəcək15:01Deputat Cavid Osmanovla bağlı şok iddialar... - Gizli FETO üzvü, “priton” biznesi...14:59İqtidara Göyçay menyusu: milyonçunu da, yoxsulu da bezdirən başçı kimdir?14:58Deputat oğlu model xanıma 50 min dollar verib foto çəkdirib – FOTOLAR14:54"Ay alçaq, niyə Qurbanın zamanında demirdin ki, ona da vaxt lazımdır?”14:41Deputatlar 162 dəyişikliyə birinci oxunuşda “Hə” dedi14:29Almaniyada tutulan həmyerlilərimiz Azərbaycana təhvil veriləcək? - AÇIQLAMA14:14Deputat müğənniləri hədəf aldı: Bir toya 15 minə gedirlər, 30 manat vergi ödəyirlər13:56"Baku Electronics” yenə də narazılıq yaradır... - GİLEY13:10Ermənistanlı 3 qat dünya çempionu Moskvada güllələnib12:54İlham Əliyev: Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır12:43Rektor nazirə necə yalan informasiya ötürür... - İDDİA12:13“Məndən 400-500 manat pul tələb edirlər” - Xaçmaz sakini sosial yardım ala bilmir11:41Qazaxa yeni DYP rəisi təyin olunub11:41Qazaxa yeni DYP rəisi təyin olunub11:11İbrahim Cəfərov haqda ilginc iddialar... - Belə deyirlər...10:53PD&MS-də azərbaycanlılarla qul kimi davranırlar - “Rəhbərlərin heç ali təhsili də yoxdur”10:33Sahibkarların qarşısında yeni sədd: Nağd pula QADAĞA gəlir? - TƏHLİL10:19Sosial evlər niyə baha qiymətə satılır? - HESABLAMA10:17Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 21 dəfə pozub17:28Cənubi Koreyada hərbi laboratoriya partladı: ölən və yaralananlar var17:26Qüdrət Qurbanovun sertifikat biznesi17:15Azərbaycan kubokunun PÜŞKÜ ATILDI17:00Azərbaycan Prezidenti: "Mənim göstərişimlə ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində addımlar atılır"16:41Prezident İlham Əliyev: "Yollar tamamilə yenidən qurulmalıdır ki, qatarların sürəti artsın"16:22Nazirliklərin ŞÜBHƏLİ qrant siyasəti: - QHT-lər həvəssiz, müsabiqə qapalı, nəticələr bəlli15:55Ağdaşın deputatı ilə bağlı şok iddialar... - Bu imiclə yenidən mandat ala bilməyəcək...15:41İnam Kərimov daha iki direktoru işdən çıxardı - ADLAR15:29Prezidentin qətiyyəti, xalqın dəstəyi: - Azərbaycanın durmadan inkişafı qaçılmazdır15:12“GünayBank”ın keçmiş sədr müavini 30 milyonu hara xərcləyib? - zərərçəkənlərdən biri onun qaynıdır14:52Azərbaycanda toyda oynamaq üstündə dava düşdü14:14"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə Laçın14:02İçərişəhərdə “Sirlərin ahəngi” adlı sərgi açılacaq13:49Azərbaycanın məşhur futbol bazası bağlanır12:31“10 gün qalıb, amma namizədlik üçün arayış ala bilmirəm” - GİLEY12:04“Meqa Sığorta” ilə müştəri arasında QALMAQAL - “ÖDƏNİŞİ DÜZ VERMİRLƏR”11:47Azərbaycanda ətin qiyməti qalxıb, kolbasa ucuzlaşıb - PARADOKS11:19Bakı Beynəlxalq Avtovağzalında özbaşınalıqlar... - Nazirliyi hərəkətə gətirdi...10:52Bakı İqtisadiyyat və Humanitar Kollecində özbaşınalıq... - İDDİA10:36Əli İnsanov haqda ŞOK FAKT: Bağ evləri bir-biri ilə yeraltı tunellə birləşdirilibmiş... - 1 milyon avro qiymətinə mebellər, kef məclisləri üçün qırmızı otaq...09:37"Vüsal Kərimlinin hədəfi XALQA XİDMƏT yox, XALQA ZİLLƏTDİR!" - Müraciət...09:15Səhiyyə sistemimizdə daha bir biabırçı mənzərə... - "Bəs mən qüsuru kimdən öyrənim, kimdən bilim?"08:58Azərbaycanın bank sektoru Bazel III standartlarına keçməyə hazırlaşır (ÖZƏL)08:39Makronla Tramp Suriyanı müzakirə etdi08:23BDU ilə bağlı qalmaqal böyüyür - Ekspert deputatları debata çağırdı22:01Sumqayıt Apellyasiya məhkəməsinin hakimi ilə biznes ortağının əmlak davası davam edir-VİDEO18:00DTX rəisi: “Yeni potensial terror ocaqlarının formalaşmasına şərait yaradılır”
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2019 (337)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“İkili standart” siyasəti ilə konfliktin həllini daha da qəlizə salan “vasitəçilər”... - Azərbaycana lazımdırmı?

06 noy 2019, 15:05   
    10
“İkili standart” siyasəti ilə konfliktin həllini daha da qəlizə salan “vasitəçilər”... - Azərbaycana lazımdırmı?
 
Ermənistan rəhbərliyi, baş nazir Nikol Paşinyan Dağlıq Qarabağla bağlı qeyri-konstruktiv mövqeyinə sadiqdir. Bunu Paşinyanın son açıqlaması bir daha təsdiqləyir. Belə ki, facebook-dakı birbaşa efirdə Ermənistan lideri növbəti dəfə öz ənənəsinə sadiq qalaraq bəyan edib ki, konfliktin həlli "Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır”. Halbuki "Dağlıq Qarabağ xalqı” adlı məfhum mövcud deyil, Dağlıq Qarabağın öz yurd yerlərindən qovulmuş azərbaycanlı əhalisi və erməni etnik azlığı var.

Bu, növbəti dəfə erməni tərəfinin işğalı rəsmiləşdirmək, Dağlıq Qarabağdakı separatçı rejimin danışıqların üçüncü müstəqil tərəfi kimi masa arxasında oturmasına nail olmaq, yekun etibarilə münaqişənin guya Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından qaynaqlanmadığını sübut etmək cəhdidir. Bunun ardınca isə Ermənistanın işğala görə hər hansı sanksiyadan sığortalanması gəlir. Çünki məntiqlə konflikt ərazi iddiasından yaranmayıbsa, o zaman İrəvanın məsuliyyəti və günahı ortadan qalxmış olur və İrəvan Türkiyə və Azərbaycanla sərhədlərin açılmasını tələb eləmək üçün daha əlverişli mövqe qazanır.

Nikol Paşinyan son çıxışında Ermənistan tərəfinin təmas xəttində itkilərlə üzləşdiyini, Qarabağla bağlı hər hansı qərarın erməni xalqından gizli olmayacağını və lazım gələrsə, referendum keçiriləcəyini də söyləyib. Bu da yenə konfliktə görə məsuliyyəti öz üzərindən atmaq, daha dəqiqi, atəşkəsi süni surətdə uzatmaq cəhdidir. Nədən ki, enində-sonunda problemin nizamlanmasının liderlərin siyasi iradəsindən asılı olacağı hər kəsə aydındır.

Bunu ATƏT-in Minsk Qrupunun həmsədrləri də zaman-zaman bəyan ediblər. Ermənistan rəhbəri üçün siyasi qərar isə işğal edilmiş torpaqlardan çıxmaqla bağlı olacaq ki, bundan ötrü referenduma ehtiyac yoxdur. Beynəlxalq hüquq, işğalçı ölkənin özünün də səs verdiyi BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 məlum qətnaməsi var.

Ermənistanda hakimiyyətdə kim olur-olsun, gec-tez buna getməli olacaq. Bu, Ermənistanın xilası üçün yeganə doğru yol və qərar olacaq. Bu qərarla bağlı referendum keçirmək yox, erməni xalqına onun zəruriliyini anlatmaq və onu sülhə hazırlamaq gərəkir, nəinki nala-mıxa vurub vaxtı uzatmaq...

*****

"Azərbaycanın işğal olunmuş ərazilərində referendumla bağlı danışıqlar Nikol Paşinyan tərəfindən Qoşulmama Hərəkatı ölkələrinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanımasından sonra və sırf daxili tələbat üçün ortaya atılıb”. "Yeni Müsavat”ın məlumatına görə, bunu "Trend”ə rusiyalı tarixçi, politoloq Oleq Kuznetsov deyib.

Onun sözlərinə görə, Paşinyan dəqiq cavabdan yayınmaq üçün hər vəchlə yeni bəhanələr axtararaq vaxtı uzatmağa çalışır: "Onun üçün referendumun forması və formatı əhəmiyyətli deyil, ona yalnız referendum baş tutana qədər hakimiyyətdə qalmaq lazımdır. İndi Ermənistanda hakimiyyətdə olan qrupun xaotik, mənasız hərəkətlərində sağlam düşüncə axtarmaq lazım deyil. Bu qrupu yalnız hakimiyyətdə qalmaq müddətini uzatmaq narahat edir, bunsuz onların həyatı mənasını itirir. Məqsədləri piramidanın zirvəsində qalmaqdır, xalqın onlara qarşı çıxmaması üçün isə Ermənistanın daxili siyasətinə heç bir aidiyyəti olmayan referendumun keçirilməsi kimi yüksək şüarlar səsləndirmək lazımdır”.

Politoloqa görə, Nikol Paşinyan hakimiyyətə gəldiyindən bəri danışıqlar prosesində nəinki hər hansı perspektiv meydana çıxıb, əksinə, proses 1990-cı illərin ortalarındakı vəziyyətə geri qayıdıb: "Çoxdan etiraf etmək lazımdır ki, danışıqlar dalana dirənib və bunu yalnız Ermənistana təzyiq nəticəsində yerindən tərpətmək olar. Amma mən hadisələrin dinc yolla inkişafını istisna etmirəm. Məsələn, Böyük Vətən müharibəsində qələbənin 75 illiyi ərəfəsində Rusiya və digər MDB ölkələri Ermənistanı nasizmdən arınmağa vadar edə və bununla da Azərbaycan torpaqlarının işğalının ideoloji təməlini sarsıda bilər”.

N.Paşinyanın "Ermənistan tərəfi bu gün itkilərlə üzləşir” fikrini şərh edən politoloq deyir ki, Dağlıq Qarabağ münaqişəsində itkilər təkcə hərbçilərin ölümündə deyil, həm də iqtisadi və dünya arenasında itkilərlə ifadə olunur: "Ona görə də mən tam başa düşə bilmirəm ki, Paşinyan bu vəziyyətdə nəyi nəzərdə tutur: insan itkiləri, maliyyə-iqtisadi, yoxsa imic itkiləri. Doğrusu, bu, indi o qədər də əhəmiyyət daşımır. Nikol Paşinyan hər zaman daxili auditoriyaya yönəlir, qalan dünya ilə onun və Ermənistanın adından müdafiə naziri Tonoyan və xarici işlər naziri Mnatsakanyan əlaqə saxlayır. O, şəxsən hansısa beynəlxalq forumda peyda olanda, dərhal təcrid vəziyyətinə düşür. Bunu MDB ölkələrinin Aşqabad sammiti aydın göstərdi. Bu gün Paşinyan üçün daxili cəbhə xaricdən vacibdir: o, ”Qarabağ klanı"nı tam sındıra, iqtisadi vəziyyəti sabitləşdirə, xarici investisiyaları cəlb edə, həmvətənlərinin həyat səviyyəsini yüksəldə bilmədi, Rusiya ilə iqtisadi tərəfdaşlıq məsələlərində arası dəydi. Bu vəziyyət indi "Domokl qılıncı” kimi onun başı üzərində asılıb. Ona görə də o, özü də qorxmamaq üçün durmadan danışmalıdır".

Ukraynalı politoloq Aleksey Voronenko isə hesab edir ki, Ermənistan hakimiyyəti artıq Azərbaycana işğal edilmiş torpaqların qaytarılması planını hazırlayıb. Bu barədə o, Axar.az-a açıqlamasında deyib. Politoloq Ermənistan hökumətinin hazırda öz ictimaiyyətinə diqqətlə hər şeyi izah etməyə hazırlaşdığını bildirib.

Voronenkonun ehtimalına görə, Paşinyanın facebook-da son çıxışı bunun təsdiqidir. "Qarabağın qaytarılması planı çoxdan işlənirdi, amma indi artıq hər şey hazırdır. Təbii ki, bu planda danışıqlar tez və ya gec, hökumət dəhlizlərini tərk etməliydi. Ermənistanın müəyyən dairələrində artıq bunu açıq şəkildə danışırlar”, - deyə o bildirib.

Politoloq Paşinyanın son çıxışından bəzi tezislərə diqqət yetirib: "1. ”Erməni tərəfi itki verir". 2. "Ermənistan və Azərbaycan arasındakı situasiyada hər zaman təhdid olub. 3. ”Biz hələlik Qarabağın həlli ilə bağlı konkret plan qəbul etməmişik. Plan peyda olduğu zaman biz mütləq bu sənədi vətəndaşlarımızla müzakirə edəcəyik". İlk iki tezis aydındır və yuxarıda deyilənləri tam təsdiq edir. Üçüncü tezis xüsusi maraq kəsb edir. Niyə gözlənilmədən Ermənistan hökumətinin rəhbəri özünün yox, hansısa plan haqqında danışır? Məsələ odur ki, bu planda şayiələr və danışıqlar, dediyim kimi, hökumət divarlarından kənara çıxıb və Paşinyana bu bəllidir. İndi o, iti küncləri hamarlamalı və ictimiyyətdə aqressiya yaratmamalıdır. Bu çıxışdan sonra yalnız "Bütün bunlar şayiədir” ifadəsi çatışmırdı" .

*****

Bunlar sözsüz ki, ehtimaldır. Ermənistan sülh prosesinə stimul verəcək heç bir addım atmır. O da var ki, Qarabağ ixtilafının həllini illərdir təkcə İrəvanın maksimalist, qeyri-real istək və tələbləri deyil, həmsədr ölkələrin "ikili standart” siyasəti də əngəlləyir. Diqqət edin, ötən həftə ABŞ-a səfər edib orada ölkəmiz əleyhinə bəyanatlar verən, separatçı rejimin müstəqil dövlət kimi tanınması vacibliyindən dəm vuran "dqr”in qondarma "xarici işlər naziri” Masis Mailyan iki gün öncə sərbəst şəkildə Rusiyada peyda olub. Başqa sözlə, Amerikadan vurub Rusiyadan çıxıb.

"Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, bu üzdəniraq "nazir” Moskvadakı "Dağlıq Qarabağın xüsusi nümayəndəliyi”ndə bir sıra rusiyalı tanınmış ekspert və politoloqlarla "Artsaxın beynəlxalq miqyasda tanınma” məsələsini də müzakirə ediblər. Bu xüsusda Mailyan ABŞ Konqresinin Nümayəndələr Palatasının oktyabrın 29-da saxta "erməni soyqırımı”nı tanımasının mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Əlbəttə ki, Nümayəndələr Palatasının həmin qərarı Qarabağ məsələsində də ermənilərin "çörəyinin üstünə yağ” sürtür. Baş verənlər sözsüz ki, işğalçı tərəfi daha da şirnikləndirəcək və onu Qarabağ məsələsində realist, konstruktiv yanaşmadan bir qədər də uzaqlaşdıracaq. O zaman sual ortaya çıxır: belə "ikili standart” siyasətindən çıxış edən və faktiki surətdə konfliktin uzanmasına töhfə verməklə məşğul olan "vasitəçilər” bizə lazımdırmı?

Təbii ki, həmsədrlərin 25 illik nəticəsiz fəaliyyəti Bakını qane edə bilməz. Belə çıxır ki, ya danışıqlar mexanizmi və formatı dəyişməli, ya da Azərbaycan öz ərazi bütövlüyünü bərpa eləmək üçün güc variantına qərar verəcək. Bakı hərb variantını daima masanın üstündə saxlayır. Azərbaycanın öz silahlı qüvvələrinin hərbi və döyüş potensialına, işğalçı ölkə üzərində hərbi üstünlüyü saxlamağa, dost-qardaş ölkələrlə hərbi-texniki əməkdaşlığa xüsusi diqqət ayırması bu mənada boşuna deyil.

Bu arada, Bakıda Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq iclası başlayıb. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahın ikinci rəisi korgeneral Mətin Gürak toplantıda iştirak etmək üçün Azərbaycana gəlib. Tədbirdə nümayəndə heyətləri işçi qruplarda ikitərəfli hərbi əlaqələrin cari vəziyyətini nəzərdən keçirirlər və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edirlər.

İclasın Azərbaycan tərəfdən həmsədri müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahın ikinci rəisi korgeneral Mətin Gürakdır. Hərbi dialoq çərçivəsində müzakirələrə noyabrın 7-də yekun vurulacaq. //musavat.com//
OXŞAR MÖVZULAR