Impera

XƏBƏR LENTİ
17:19Mandatı təhvil ver, İqbal Məmmədov! - DEPUTATA AÇIQ MƏKTUB!17:05"S-400" raketləri Azərbaycanda yerləşdirilə bilərmi? - GƏLİŞMƏ16:55Pulsuzdursa, niyə 210 manat ödəyirik? - “Bu qədər böyük qiymət qoymaq...”16:51Fransada 20-dən çox metro stansiyası bağlandı16:43Məşhur baş məşqçiyə içində güllə olan məktub göndəriblər14:29Ağcabədi rayon 6 saylı qeydiyyat-imtahan şöbəsinin dünəni və bu günü14:17Sabah hava necə olacaq?13:50ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?13:20Əhalinin normal qaz təminatındakı əngəllər13:02“Ərdoğan qəti şəkildə ona dedi ki...” - Putindən sürpriz Türkiyə gedişi12:44Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”11:49Paltar, qadınlar və siyasət: Sərdar Cəlaloğlu ilə qalmaqallı müsahibə: - “Əli Kərimlinin bir qrupu var, ancaq söyüş söyməklə məşğuldur”11:30Azərbaycanlı milyarderlər: Pul və şöhrətləri çox, elə dərdləri də... - İLGİNC11:14Ağsu rayon İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifəsindən azad edildi10:50İstirahət günlərində gözlənilən HAVA PROQNOZU10:32Bağdadda TERROR: 6 ölü, 30 yaralı23:25Azərbaycanda DƏHŞƏT: oğul atasını qətlə yetirdi23:21Prodüsser omba dikləşdirmə əməliyyatı zamanı öldü - Kosmetoloq silikonu ebaydan gətizdiribmiş - FOTO22:48Azərbaycan xam neft ixracını artırıb21:58“Onlar faşisti müdafiə edirlər” - Prezident İlham Əliyev həqiqəti dedi21:44"Heç kim ləkəsiz, təmiz deyil"18:12Azərbaycan İsraildən iki yeni hərbi gəmi alır? - "SAAR 72" BAKIDA YIĞILACAQ...17:55Paşinyan narkomandır? - Qəribə görüntülər yayıldı - (VİDEO)17:41Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib17:30Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 3 milyon manat ayrılıb17:13Bu qədər sərvət, sizdə hardandır, cənab rektor? - ŞÜBHƏ16:57Məmurlar Prezidentdən nümunə götürməlidirlər... - Əsas məsələ vətəndaşın probleminin həllidir16:29Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib - FOTO16:11“Azəriqaz" pul tapmır? - Smart sayğacdan imtinanın ƏSL SƏBƏBİ15:52Könül Xasıyeva: Konsertimə biletlər satılmadı, 20 min manat borca düşdüm15:22Premyer Liqamızda oyunların vaxtı açıqlandı15:04Ölkəmiz Tbilisidə ilk dəfə keçiriləcək “Professional Musiqi Forumu”na dəvət alıb14:40Azərbaycanlılar ən çox nəyə pul xərcləyir?14:16Efirdə "QEYRƏT" QALMAQALI: Siz nəyi reklam edirsiniz?14:02Ağdamda ağaclar belə məhv edilir-VİDEO13:27“1 milyard manata da “uşaq pulu” vermək olar” - Nazirə CAVAB12:56DİN-in iki baş idarəsinə yeni rəis təyinatları olub12:40Gələn ilin büdcəsi: razı və narazı salan məqamlar - TƏHLİL12:30Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR: Evlər bahalaşacaq? - AÇIQLAMA12:16Qida bazarımız kimlərin əlindədir? - REAL TƏHLÜKƏ11:37Ermənistan Rusiya üçün böyük rol oynayan bir subyektdir... - TƏHLİL11:17Ölkədə antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi...10:47Kardiologiya İnstitutunda “saxta ürək” əməliyyatları - İTTİHAM10:35Elmira Süleymanova İSTEFA VERDİ?10:17Tərtər, Ağdam, Füzuli rayonlarında mövqelərimiz atəşə tutuldu18:29“Yanmış binanı mənə təmir etdirib pulu vermədilər” - QALMAQAL18:15İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində - Əhaliyə şad xəbər18:03Doğuş qiymətlərindən narazılıq: Qadının yerinə həkim özü doğur? - ŞOK QİYMƏTLƏR17:54Ülviyyə getdi17:33Gəncə səhiyyəsi acınacaqlı durumda... - İTTİHAM16:55"Yerli seriallar gənclərin tərbiyəsini pozur" - MTRŞ sədir16:41Beyləqanda Bələdiyyə sədri Ərşad Hüseynov radikal müxalifəti necə maliyyələşdirir? – İDDİA16:25Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ15:50Sabah hava dəyişəcək15:01Deputat Cavid Osmanovla bağlı şok iddialar... - Gizli FETO üzvü, “priton” biznesi...14:59İqtidara Göyçay menyusu: milyonçunu da, yoxsulu da bezdirən başçı kimdir?14:58Deputat oğlu model xanıma 50 min dollar verib foto çəkdirib – FOTOLAR14:54"Ay alçaq, niyə Qurbanın zamanında demirdin ki, ona da vaxt lazımdır?”14:41Deputatlar 162 dəyişikliyə birinci oxunuşda “Hə” dedi14:29Almaniyada tutulan həmyerlilərimiz Azərbaycana təhvil veriləcək? - AÇIQLAMA14:14Deputat müğənniləri hədəf aldı: Bir toya 15 minə gedirlər, 30 manat vergi ödəyirlər13:56"Baku Electronics” yenə də narazılıq yaradır... - GİLEY13:10Ermənistanlı 3 qat dünya çempionu Moskvada güllələnib12:54İlham Əliyev: Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır12:43Rektor nazirə necə yalan informasiya ötürür... - İDDİA12:13“Məndən 400-500 manat pul tələb edirlər” - Xaçmaz sakini sosial yardım ala bilmir11:41Qazaxa yeni DYP rəisi təyin olunub11:41Qazaxa yeni DYP rəisi təyin olunub11:11İbrahim Cəfərov haqda ilginc iddialar... - Belə deyirlər...10:53PD&MS-də azərbaycanlılarla qul kimi davranırlar - “Rəhbərlərin heç ali təhsili də yoxdur”10:33Sahibkarların qarşısında yeni sədd: Nağd pula QADAĞA gəlir? - TƏHLİL10:19Sosial evlər niyə baha qiymətə satılır? - HESABLAMA10:17Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 21 dəfə pozub17:28Cənubi Koreyada hərbi laboratoriya partladı: ölən və yaralananlar var17:26Qüdrət Qurbanovun sertifikat biznesi17:15Azərbaycan kubokunun PÜŞKÜ ATILDI17:00Azərbaycan Prezidenti: "Mənim göstərişimlə ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində addımlar atılır"16:41Prezident İlham Əliyev: "Yollar tamamilə yenidən qurulmalıdır ki, qatarların sürəti artsın"16:22Nazirliklərin ŞÜBHƏLİ qrant siyasəti: - QHT-lər həvəssiz, müsabiqə qapalı, nəticələr bəlli15:55Ağdaşın deputatı ilə bağlı şok iddialar... - Bu imiclə yenidən mandat ala bilməyəcək...15:41İnam Kərimov daha iki direktoru işdən çıxardı - ADLAR15:29Prezidentin qətiyyəti, xalqın dəstəyi: - Azərbaycanın durmadan inkişafı qaçılmazdır15:12“GünayBank”ın keçmiş sədr müavini 30 milyonu hara xərcləyib? - zərərçəkənlərdən biri onun qaynıdır14:52Azərbaycanda toyda oynamaq üstündə dava düşdü14:14"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə Laçın14:02İçərişəhərdə “Sirlərin ahəngi” adlı sərgi açılacaq13:49Azərbaycanın məşhur futbol bazası bağlanır12:31“10 gün qalıb, amma namizədlik üçün arayış ala bilmirəm” - GİLEY12:04“Meqa Sığorta” ilə müştəri arasında QALMAQAL - “ÖDƏNİŞİ DÜZ VERMİRLƏR”11:47Azərbaycanda ətin qiyməti qalxıb, kolbasa ucuzlaşıb - PARADOKS11:19Bakı Beynəlxalq Avtovağzalında özbaşınalıqlar... - Nazirliyi hərəkətə gətirdi...10:52Bakı İqtisadiyyat və Humanitar Kollecində özbaşınalıq... - İDDİA10:36Əli İnsanov haqda ŞOK FAKT: Bağ evləri bir-biri ilə yeraltı tunellə birləşdirilibmiş... - 1 milyon avro qiymətinə mebellər, kef məclisləri üçün qırmızı otaq...09:37"Vüsal Kərimlinin hədəfi XALQA XİDMƏT yox, XALQA ZİLLƏTDİR!" - Müraciət...09:15Səhiyyə sistemimizdə daha bir biabırçı mənzərə... - "Bəs mən qüsuru kimdən öyrənim, kimdən bilim?"08:58Azərbaycanın bank sektoru Bazel III standartlarına keçməyə hazırlaşır (ÖZƏL)08:39Makronla Tramp Suriyanı müzakirə etdi08:23BDU ilə bağlı qalmaqal böyüyür - Ekspert deputatları debata çağırdı22:01Sumqayıt Apellyasiya məhkəməsinin hakimi ilə biznes ortağının əmlak davası davam edir-VİDEO18:00DTX rəisi: “Yeni potensial terror ocaqlarının formalaşmasına şərait yaradılır”
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2019 (337)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Qanlı yürüş, buzlaqların sakinləri, xəyanətlə bitən 250 illik tarix... – ARAŞDIRMA – I YAZI

06 noy 2019, 22:16   
    9
Qanlı yürüş, buzlaqların sakinləri, xəyanətlə bitən 250 illik tarix... – ARAŞDIRMA – I YAZI
 
Xalqların əksəriyyəti zamanla bir yerdən başqa yerə köçməyə məcbur olublar. Məkan dəyişikliyi onların məişət, mədəniyyət, dini və dövlətçilik ənənələrinə də təsir edib. Bəzi toplumlar öz dəyərlərini unudaraq, yerləşdiyi bölgənin dəyərlərini mənimsəyib. Elə xalqlar da var ki, özü bir mədəniyyət daşıyıcısıdır və getdiyi torpaqların inkişafı onların adı ilə bağlıdır. Türklər məhz bu cür xalqlardandırlar. Bu yazımızda türk xalqları ilə şərq slavyanlarının birgə həyatı və onların böyüyərək dövlət olmalarındakı rolundan bəhs ediləcək.

Coğrafi və tarixi anlamda türklərlə uzun əsrlər boyu münasibətdə olan ruslar istər dövlətçilik, istər ordu quruculuğu, istərsə də mədəniyyət baxımından onlardan çox yararlanmışdılar. Ona görə də bu münasibətlər dünya tarixçilərinin diqqətindən qaçmır, üzərində çalışdıqları məqamlarda daim yeniliklər əldə edirlər. Bu günün güclü Rusiyası və tarixin dağınıq slavyan qövmünün keçdiyi uzun yol hər zaman araşdırmalar mövzusu olmuşdur. Slavyanlar haqqında ilk məlumat VI əsrdə yaşamış Bizanslı Pseudo Kasariosun kitabındadır. Lakin o Slav adının mənası və kökəni haqqında məlumat verməmişdir. Müəllifə görə, IV-V əsrlərdə German tayfaları ilə birlikdə şimal-şərq buzlaqları ətrafından gələn slavyanların bir hissəsi Bizansda yerləşmiş, digər qismi isə Bizansın şərqində, indiki Rusiya torpaqlarında qalmışdılar. Öncə Avar xaqanlığının, sonra İdil (Volqa) Bulqarlarının tərkibində yaşayan slavyanlar, daha sonra Xəzər xaqanlığı, Böyük Bulqar dövləti və Qızıl Orda dövlətinin tərkibində yaşayaraq, özlərini inkişaf etdirmiş bir xalq kimi tarix səhnəsinə çıxdılar.

Rusiya tarixini araşdıranlar orada yaşayan xalqlar və ruslar haqqında olduqca geniş məlumat verirlər. Alimlər antropoloji və genetik araşdırmalarla bərabər, ilk slavyan tayfaları haqqında daha çox məlumat verilən bizans-roma mənbələrini də qarşılaşdıraraq, Rusiya ərazisində ilk yaşayan xalqların məhz Rusiyanın cənubunda, yəni Şimali Qafqazda, Qara dəniz sahilləri və Krımda yaşayan İskit, Kimmer, Sak, Sarmat və Antlar olduqlarını təsdiqləmişdilər. M.N.Karamzin, S. Solovyev kimi tarixçilər də araşdırmalarının nəticəsi olaraq bu faktları təsdiqləmişdilər. E. ə. VIII əsrdən tarixi bilinən bu türk tayfalarının bir köçü Cənubi Qafqaza, Azərbaycanın qərb, cənub-qərb bölgəsinə köçərək məskən salması, VII əsrdə dövlət qurması, Şimali Qafqazda qalanların isə e.ə. IV əsrdə İskit dövlətini yaratdıqları tarixdə danılmaz həqiqətdir. Sonradan araşdırmaçılar daha irəli gedərək, bu xalqlarla qədim slavyanların kök bağlılığı nəzəriyyəsini işləmişdilər. G.Vernadski "Rusiyanın siyasi və diplomatik tarixi”ni yazarkən buradakı qədim xalqlarla slavyanların köklərini eyniləşdirməyə çalışsa da, tam açıqlama verə bilməmişdir. Lakin əksini yazanlar da vardı. Məsələn, Çex slavşünası L.Niederle isə bu yerlərin ən qədim sakinlərinin slavyanlar olduqlarını yazır. Müasir dövrdə bütün genetik, antropoloji və somatik araşdırmaların nəticəsi olaraq, bu xalqlar arasında heç bir bağlılığın olmadığı ortaya qoyulub. Rusların əcdadları slavyanların hind-avropa kökənli qövmlərə aid olduğu bir daha təsdiqlənmişdir. Eyni zamanda, slavyanların zaman keçdikcə inkişafı, güclü Moskva knyazlığı şəklində ilk dövlətin meydana gəlməsi haqqında rus tarixçisi M.N.Karamzin geniş yazmışdır. O, bildirir ki, Moskva öz ehtişamını Qızıl Orda xanlarına borcludur. Müəllif, knyaz İvan Kalitanın Orda xanlarını ziyarət etməsi, dövlətin idarəçilik işləri ilə yaxından tanış olması, slavyan üsyanlarını amansızlıqla yatıraraq, onların etimadını qazanması, Moskvanı beləcə qoruması və inkişaf etdirməsindən də geniş bəhs edir. İvan Kalitanın nüfuzuna görə Orda xaqanı kilsələrə də toxunmamışdır. Bu da dini mərkəzlərin zəruri məqamlarda İvan Kalitanı dəstəkləməsinə səbəb olmuşdur. Moskva həm də dini mərkəzə çevrilmişdir.

1934-cü ildə Sovet Rusiyası rus tarixini yenidən işləməyə başladı və burada təhriflərə yol verərək, rus torpaqlarında ilk olaraq slavyan tayfalarının yaşadıqları yazıldı. Çarlıq dövründə yazılan bütün kitablar yığışdırıldı. Rusiya ərazisində mövcud olmuş yuxarıda adı sadalanan türk tayfaları, eyni zamanda, Avar, Xəzər,Bulqar dövlətləri, peçenek və kumanların tarixi rus tarixşünaslığından çıxarıldı. Rusiya dövlətinin qurulmasında həm dövlətçilik, həm mədəni, həm ordu sahəsində iz buraxan monqol-tatarlar isə vəhşi, barbar tayfalar kimi tanıdıldı. Monqollar - düşünə bilməyən, qarşısındakına aman verməyən küt varlıqlar kimi təqdim edildi (bu da sonradan təhqir kimi istifadə edilən "monqol” ifadəsinin meydana çıxmasına səbəb oldu). Lakin Avropa tarixçiləri sovetlərin uydurmalarını elmə aid etməyərək, coğrafi olaraq ruslara qonşu olan türklərlə münasibətlərini daima diqqətdə saxladılar, istər nəzəri, istərsə də laborator araşdırmalara davam etdilər.


Türklərlə rusların ilk qarşılaşması

Türklərlə rusların ilk qarşılaşması eramızın IV – VI əsrində baş verən xalqların böyük köçü zamanı baş vermişdir. Bizansla yanaşı, ərəb mənbələrində də rusların əcdadları olan şərq slavyanların adı ilk dəfə bu köçlə bağlı çəkilir. Şərq slavyanları əsasən heç kimlə işi olmayan dağınıq tayfalar halında bataqlıqların ətrafında yaşayırdılar. Balıq tutur, maral saxlayır, müxtəlif bitkilər yetişdirirdilər. 552-ci ildə Göytürk dövləti yarandıqdan sonra onlarla münaqişədə olan avarların bir qismi Pannoniyaya (Macarıstan) kimi gəlmiş, burada dövlət yaratmışdılar. Slavyanlar bu dövlətin tərkibinə daxil olmuş və ilk dəfə onların ordularında, ictimai həyatında yer alaraq mədəniləşmişdilər. Beləliklə, slavyanlar tarix səhnəsində türklərlə birlikdə hərəkət etməyə başladılar. Daha sonra bölgədə yaranan Xəzər xaqanlığı tərkibində inkişaf etmişdilər. Xəzər dövləti dinlərə, xalqlara daha mülayim yanaşır, onların inkişafına mane olmurdu. Xəzər xaqanlığının zəiflədiyi dövrdə slavyanlar artıq birləşir, müəyyən mədəniyyət formalaşdıraraq, feodalizmin qaydalarına tam əməl edən bir xalq halına gəlmişdilər. Beləliklə, 882-ci ildə ilk dövlətləri olan Kiyev dövlətini yaratdılar. Hətta ticarət yollarını da nəzarətə alan slavyanlar qonşu dövlətlərə, limanlara qarətçi yürüşlərə başladılar. Azərbaycan tarixindən də bilirik ki, Volqa-Xəzər yolu vasitəsi ilə slavyanlar Xəzər adalarına, xəzərsahili bölgələrə və Azərbaycanın içərisinə doğru yürüşlər etmişdilər. Bəzən vergi alaraq çəkilir, bəzən isə dağıdıcı-qarətçi basqınlar edirdilər. Bu dövrdən artıq türklərin Rusiya ərazisində zəiflədiyini görürük. Ərazini hər tərəfdən əhatələyən rus knyazlıqları idarə etməyə başlayırlar.

XI əsrin ortalarında Qıpcaq çölləri və Ros çayı sahilləri Bizanslıların "koman”, rusların isə "polovtsı” adlandırdıqları böyük köçəri türk tayfaları tərəfindən ələ keçirildi. Lakin bu zaman oğuz və peçeneklər Kiyev dövlətinin ucqarlarında muzdlu ordu halında təhlükəsizliyi qoruyurdular. İstifadə etdikləri qalpaqlara (dəri-kürk baş geyimi) görə "qaraqalpaq” adlanmağa başladılar. Kiyev dövləti Dnepr çayı boyu əraziləri xidmət müqabilində onlara vermişdi. Lev Qumilyovun yazdığına görə, 1061-1210-cu illər arasında 50 böyük kuman axını baş vermişdir. Beləliklə, XIII əsrdən Kiyev dövlətində də iqtisadi-siyasi səbəblərdən və qonşu tayfaların hücumlarından dolayı parçalanmalar baş verdi və onların müstəqil knyazlıqlara bölünmələri sürətləndi.

Üçüncü dəfə rusların türklərlə qarşılaşması 1235-ci ildə monqol dövləti komandanı Batunun rus torpaqlarına yürüşü zamanı baş verdi. Belə ki, Çingiz ulusuna daxil qoşunların komandanları monqol olsalar da, hərbi birliklər göytürk, uyğur, hun, qazax və digər boylardan təşkil edilmişdi.

Çingiz xan sağlığında Qafqaz, Azərbaycan və digər torpaqlara kəşfiyyat yürüşü əmri vermişdi və bu, gerçəkləşmişdi. Onun ölümündən sonra isə Batunun yürüşləri gerçəkləşdi. O, öncə bulqar torpaqlarını ələ keçirdi, sonra Volqa çayını keçərək, rus knyazlıqları üzərinə yürüş etdi. Sıra ilə Ryazan, Çerniqov və digər şəhərləri ələ keçirən Batu 1240-cı ildə Kiyevi, 1241-ci ildə isə Macarıstanı işğal edərək, yürüşü bitirmiş oldu. Onun dayanmasına səbəb isə Çingiz xandan sonra yerinə keçmiş Ugedeyin vəfat etməsi idi. Qardaşı Ağ Orda dövləti qurarkən Batu ordularını Dunayın sağ sahilinə çəkib, qıpcaq və kumanları da tabe etdirərək, Göy Orda dövlətini qurdu. Bununla da rus torpaqlarına yürüş başa çatdı və 1242-ci ildən başlayaraq, dövlət Qızıl Orda adı ilə 250 il indiki Rusiya və Şimali Qafqaz ərazisində hökmranlıq etdi. Orda sözü bir çox mənbələrdə ordu adına bağlansa da, Çin mənbələrində Orda xaqanın əyləşdiyi çadır mənasını bildirir. Dövlətin mərkəzi Volqa çayı sahilində yerləşən Saray-Batu, sonralar isə Bərkə xanın adı şərəfinə Saray-Bərkə şəhəri olmuşdur.

Batu idarəçiliyi dövründə rus kilsə və rahiblərinə hörmətlə yanaşıldı, knyazlar öldürülmədilər, əksinə, ulusun mərkəzi Qaraqorum şəhərindən "yarlıq” adlanan icazə kağızı alaraq, eyni zamanda vergi vermək qarşılığında məhəlli idarəçiliklərdə yer aldılar. 1257-ci ildə Rusiya ərazisində Orda dövlətinin siyahıyaalması başlanıldı. Bu, eyni zamanda, Azərbaycanda yeni qurulmuş, monqol ulusunun bir qolu olan Hülakülər dövlətində, Mərkəzi Asiya və Çində də həyata keçirildi. Lakin bu yerlərdən fərqli olaraq, Rusiyada adambaşına deyil, ev sayına görə vergi təyin edildi.

Qızıl Orda dövləti XIV əsrin sonlarında zəifləmiş və rus knyazları bundan istifadə edərək, güclənmişdilər. Belə bir dövrdə Mərkəzi Asiya və Azərbaycana sahiblənən Əmir Teymur Toxtamış xanı dəstəkləmiş, onun güclənməsinə kömək etmişdir. Lakin Toxtamış Teymura xəyanət edərək, onun ordularına hücum etmişdir. Bu çəkişmələr, Teymurun qalibiyyəti sonralar onların övladları arasında da mübahisə və müharibələrə gətirib çıxarmışdır. Hər iki dövlətdə daxili çəkişmələr bir sıra parçalanmalar baş vermişdir. Qızıl Orda dövləti parçalanmağa başladı və başda Moskva knyazlığı olmaqla, rus knyazlıqları vergi verməkdən imtina edib, mərkəzdənqaçma siyasəti yeritdilər. 1480-ci ildə tərəflər arasında Uqra çayı sahilində baş verən döyüşdə Orda dövləti Moskva knyazlığına məğlub oldu. Bununla da hər iki dövlətin taleyi həll edildi. Tarixdə yeni bir güclü dövlətin əsası qoyuldu. Bu, Moskva Knyazlığı, sonradan isə Rusiya dövləti olacaqdı. Ruslar özləri də bu döyüşü rus tarixi üçün önəmli hadisə sayır və 1980-ci ildə Uqra çayı sahilində qələbənin 500 illiyi şərəfinə qələbə abidəsi də ucaldılmışdı...

Dağılmaqda olan Qızıl Orda dövlətindən ayrılan xanlar isə Rusiya ərazisində sürətlə yeni xanlıqlar yaratdılar. Birinci ayrılan Krım xanlığı oldu. Ardınca Kazan, Həştərxan, Sibir xanlıqları və Noqay Ordası yarandı.

Qızıl Orda dövlətinin süqutu 1504-cü ildə tam olaraq başa çatdı...

Yeni yaranan rus dövləti idarəçilikdə Qızıl Ordanın yolunu getməyə başladı. Ümumiyyətlə, araşdırmaçılar ideologiya baxımından olmasa da, mədəniyyət, məişət, ordu quruculuğu məsələsində rusların tam bir monqol-tatar davamçıları olduqlarını dəfələrlə əsaslandırıblar.

Qızıl Ordadan ruslara bir çox dəyərlər keçmişdir. Rus knyazları monqollara kimi baş geyimi geyinməzdilər. İlk dəfə İvan Kalitaya Orda xanı Özbəyin "Monomax” baş geyimi verməsi haqqında elə rusların özləri yazırlar. Bundan sonra rus çarları davamlı olaraq o baş geyimindən istifadə etdilər. Hətta I Pyotr belə o baş geyimində rəsm çəkdirmişdi.

Sonradan inkar etməyə çalışsalar da, muzeylərdə qalan baş geyiminin üzərindəki işarələr, istifadə edilən saplar və digər məmulatların Qızıl Orda mədəniyyətinə aid olduğu açıq görünür.

Digər bir örnək rus dövlətinin indiki dövlət gerbində də istifadə edilən ikibaşlı qartal təsviridir. Həmin təsvir 1497-ci ildə buraxılan Qızıl Orda sikkəsində istifadə edilmişdir. İkibaşlı qartalın bir başı şərqə, gəldikləri və güc aldıqları mərkəz Çingizxan Ulusuna baxır. Digər - qərbə baxan baş isə Bizans və digər təhlükəli qonşuları nəzarətdə saxlayan güc mənbəyidir. Ordu quruculuğunda da ruslar türklərdən yararlanmışdılar. Sürətli at çapmağı, at çaparkən ox atmağı onluq, minlik, hətta on minlik qoşun növü olan Tüməni də Orda dövlətindən götürmüşdülər.

İlk dövrlərdə əkinçiliklə məşğul olan slavyanlar monqol-tatar dövləti zamanı buğda-darı və bir sıra mədəni bitkilərin əkinini də öyrənmiş və gerçəkləşdirmişdilər. Ticarət sahəsində də rusların inkişafına səbəb türklər olmuşdular. Tacirlər ticarət edər, rusları da bələdçi kimi yanlarında aparardılar. Bəzən limanlarda onların yüklərini daşıyardılar. Bu yolla onlar ticarəti öyrənmiş oldular. Zaman-zaman Rusiya küçələrində, bazarlarında arabaçı mənasını verən "yamşik” sözü də monqollardan alınmadır. Belə ki, monqol uluslarında Yam adlı rabitə mərkəzləri, poçtlar vardı. Sürətli çaparlar məktubları, hədiyyələri oraya çatdırardılar, həmin Yamda gözləyən digər çapar isə onu qarşı tərəfə çatdırardı. Sonralar rus arabaçıları belə yerlər qurdular. Bu sistemi inkişaf etdirdilər.

Mühafizə mənasını verən "karaul” (qarovul) Orda dövlətində növbətçi mənasında işlənən "qaraqol” sözündən alınmadır. Çarlıq zamanı saraya gələn elçilərin çarın qarşısında diz çökərək məsələni ərz etməsi və qiymətli hədiyyələrlə geri göndərilməsi eynən Qızıl Orda dövlətinin adəti idi.

Beləliklə, slavyanlar, türklərin çoxsaylı yürüşləri nəticəsində böyük itkilər versələr də, saraydan orduya, təsərrüfatdan sənətkarlığa qədər hər sahədə türk dəyərlərindən yararlanmışdılar. Güclü knyazlıq yaradan ruslar Orda dövlətindən ayrılan xanlıqları özlərindən əvvəl vergi verməklə asılı salmış, sonra tamamilə tabe etmişdir. Məhz bu idarəçilik sisteminin təməlləri üzərində güclü bir Rusiya çarlığı yarandı. Bu çarlıq Cənubi Qafqaza, Osmanlı Dövlətinə, Qazax Juzlarına, Mərkəzi Asiya xalqlarına təhlükə mənbəyinə çevrildi.

Ardı var...

OXŞAR MÖVZULAR