Impera

XƏBƏR LENTİ
17:19Mandatı təhvil ver, İqbal Məmmədov! - DEPUTATA AÇIQ MƏKTUB!17:05"S-400" raketləri Azərbaycanda yerləşdirilə bilərmi? - GƏLİŞMƏ16:55Pulsuzdursa, niyə 210 manat ödəyirik? - “Bu qədər böyük qiymət qoymaq...”16:51Fransada 20-dən çox metro stansiyası bağlandı16:43Məşhur baş məşqçiyə içində güllə olan məktub göndəriblər14:29Ağcabədi rayon 6 saylı qeydiyyat-imtahan şöbəsinin dünəni və bu günü14:17Sabah hava necə olacaq?13:50ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?13:20Əhalinin normal qaz təminatındakı əngəllər13:02“Ərdoğan qəti şəkildə ona dedi ki...” - Putindən sürpriz Türkiyə gedişi12:44Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”11:49Paltar, qadınlar və siyasət: Sərdar Cəlaloğlu ilə qalmaqallı müsahibə: - “Əli Kərimlinin bir qrupu var, ancaq söyüş söyməklə məşğuldur”11:30Azərbaycanlı milyarderlər: Pul və şöhrətləri çox, elə dərdləri də... - İLGİNC11:14Ağsu rayon İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifəsindən azad edildi10:50İstirahət günlərində gözlənilən HAVA PROQNOZU10:32Bağdadda TERROR: 6 ölü, 30 yaralı23:25Azərbaycanda DƏHŞƏT: oğul atasını qətlə yetirdi23:21Prodüsser omba dikləşdirmə əməliyyatı zamanı öldü - Kosmetoloq silikonu ebaydan gətizdiribmiş - FOTO22:48Azərbaycan xam neft ixracını artırıb21:58“Onlar faşisti müdafiə edirlər” - Prezident İlham Əliyev həqiqəti dedi21:44"Heç kim ləkəsiz, təmiz deyil"18:12Azərbaycan İsraildən iki yeni hərbi gəmi alır? - "SAAR 72" BAKIDA YIĞILACAQ...17:55Paşinyan narkomandır? - Qəribə görüntülər yayıldı - (VİDEO)17:41Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib17:30Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 3 milyon manat ayrılıb17:13Bu qədər sərvət, sizdə hardandır, cənab rektor? - ŞÜBHƏ16:57Məmurlar Prezidentdən nümunə götürməlidirlər... - Əsas məsələ vətəndaşın probleminin həllidir16:29Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib - FOTO16:11“Azəriqaz" pul tapmır? - Smart sayğacdan imtinanın ƏSL SƏBƏBİ15:52Könül Xasıyeva: Konsertimə biletlər satılmadı, 20 min manat borca düşdüm15:22Premyer Liqamızda oyunların vaxtı açıqlandı15:04Ölkəmiz Tbilisidə ilk dəfə keçiriləcək “Professional Musiqi Forumu”na dəvət alıb14:40Azərbaycanlılar ən çox nəyə pul xərcləyir?14:16Efirdə "QEYRƏT" QALMAQALI: Siz nəyi reklam edirsiniz?14:02Ağdamda ağaclar belə məhv edilir-VİDEO13:27“1 milyard manata da “uşaq pulu” vermək olar” - Nazirə CAVAB12:56DİN-in iki baş idarəsinə yeni rəis təyinatları olub12:40Gələn ilin büdcəsi: razı və narazı salan məqamlar - TƏHLİL12:30Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR: Evlər bahalaşacaq? - AÇIQLAMA12:16Qida bazarımız kimlərin əlindədir? - REAL TƏHLÜKƏ11:37Ermənistan Rusiya üçün böyük rol oynayan bir subyektdir... - TƏHLİL11:17Ölkədə antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi...10:47Kardiologiya İnstitutunda “saxta ürək” əməliyyatları - İTTİHAM10:35Elmira Süleymanova İSTEFA VERDİ?10:17Tərtər, Ağdam, Füzuli rayonlarında mövqelərimiz atəşə tutuldu18:29“Yanmış binanı mənə təmir etdirib pulu vermədilər” - QALMAQAL18:15İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində - Əhaliyə şad xəbər18:03Doğuş qiymətlərindən narazılıq: Qadının yerinə həkim özü doğur? - ŞOK QİYMƏTLƏR17:54Ülviyyə getdi17:33Gəncə səhiyyəsi acınacaqlı durumda... - İTTİHAM16:55"Yerli seriallar gənclərin tərbiyəsini pozur" - MTRŞ sədir16:41Beyləqanda Bələdiyyə sədri Ərşad Hüseynov radikal müxalifəti necə maliyyələşdirir? – İDDİA16:25Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ15:50Sabah hava dəyişəcək15:01Deputat Cavid Osmanovla bağlı şok iddialar... - Gizli FETO üzvü, “priton” biznesi...14:59İqtidara Göyçay menyusu: milyonçunu da, yoxsulu da bezdirən başçı kimdir?14:58Deputat oğlu model xanıma 50 min dollar verib foto çəkdirib – FOTOLAR14:54"Ay alçaq, niyə Qurbanın zamanında demirdin ki, ona da vaxt lazımdır?”14:41Deputatlar 162 dəyişikliyə birinci oxunuşda “Hə” dedi14:29Almaniyada tutulan həmyerlilərimiz Azərbaycana təhvil veriləcək? - AÇIQLAMA14:14Deputat müğənniləri hədəf aldı: Bir toya 15 minə gedirlər, 30 manat vergi ödəyirlər13:56"Baku Electronics” yenə də narazılıq yaradır... - GİLEY13:10Ermənistanlı 3 qat dünya çempionu Moskvada güllələnib12:54İlham Əliyev: Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır12:43Rektor nazirə necə yalan informasiya ötürür... - İDDİA12:13“Məndən 400-500 manat pul tələb edirlər” - Xaçmaz sakini sosial yardım ala bilmir11:41Qazaxa yeni DYP rəisi təyin olunub11:41Qazaxa yeni DYP rəisi təyin olunub11:11İbrahim Cəfərov haqda ilginc iddialar... - Belə deyirlər...10:53PD&MS-də azərbaycanlılarla qul kimi davranırlar - “Rəhbərlərin heç ali təhsili də yoxdur”10:33Sahibkarların qarşısında yeni sədd: Nağd pula QADAĞA gəlir? - TƏHLİL10:19Sosial evlər niyə baha qiymətə satılır? - HESABLAMA10:17Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 21 dəfə pozub17:28Cənubi Koreyada hərbi laboratoriya partladı: ölən və yaralananlar var17:26Qüdrət Qurbanovun sertifikat biznesi17:15Azərbaycan kubokunun PÜŞKÜ ATILDI17:00Azərbaycan Prezidenti: "Mənim göstərişimlə ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində addımlar atılır"16:41Prezident İlham Əliyev: "Yollar tamamilə yenidən qurulmalıdır ki, qatarların sürəti artsın"16:22Nazirliklərin ŞÜBHƏLİ qrant siyasəti: - QHT-lər həvəssiz, müsabiqə qapalı, nəticələr bəlli15:55Ağdaşın deputatı ilə bağlı şok iddialar... - Bu imiclə yenidən mandat ala bilməyəcək...15:41İnam Kərimov daha iki direktoru işdən çıxardı - ADLAR15:29Prezidentin qətiyyəti, xalqın dəstəyi: - Azərbaycanın durmadan inkişafı qaçılmazdır15:12“GünayBank”ın keçmiş sədr müavini 30 milyonu hara xərcləyib? - zərərçəkənlərdən biri onun qaynıdır14:52Azərbaycanda toyda oynamaq üstündə dava düşdü14:14"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə Laçın14:02İçərişəhərdə “Sirlərin ahəngi” adlı sərgi açılacaq13:49Azərbaycanın məşhur futbol bazası bağlanır12:31“10 gün qalıb, amma namizədlik üçün arayış ala bilmirəm” - GİLEY12:04“Meqa Sığorta” ilə müştəri arasında QALMAQAL - “ÖDƏNİŞİ DÜZ VERMİRLƏR”11:47Azərbaycanda ətin qiyməti qalxıb, kolbasa ucuzlaşıb - PARADOKS11:19Bakı Beynəlxalq Avtovağzalında özbaşınalıqlar... - Nazirliyi hərəkətə gətirdi...10:52Bakı İqtisadiyyat və Humanitar Kollecində özbaşınalıq... - İDDİA10:36Əli İnsanov haqda ŞOK FAKT: Bağ evləri bir-biri ilə yeraltı tunellə birləşdirilibmiş... - 1 milyon avro qiymətinə mebellər, kef məclisləri üçün qırmızı otaq...09:37"Vüsal Kərimlinin hədəfi XALQA XİDMƏT yox, XALQA ZİLLƏTDİR!" - Müraciət...09:15Səhiyyə sistemimizdə daha bir biabırçı mənzərə... - "Bəs mən qüsuru kimdən öyrənim, kimdən bilim?"08:58Azərbaycanın bank sektoru Bazel III standartlarına keçməyə hazırlaşır (ÖZƏL)08:39Makronla Tramp Suriyanı müzakirə etdi08:23BDU ilə bağlı qalmaqal böyüyür - Ekspert deputatları debata çağırdı22:01Sumqayıt Apellyasiya məhkəməsinin hakimi ilə biznes ortağının əmlak davası davam edir-VİDEO18:00DTX rəisi: “Yeni potensial terror ocaqlarının formalaşmasına şərait yaradılır”
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2019 (337)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"Səhiyyə Nazirliyi Azərbaycan Standartlaşdırma İnstitutunun ekspertizasının rəyini də nəzərə almır" - İTTİHAM

08 noy 2019, 16:19   
    9
"Səhiyyə Nazirliyi Azərbaycan Standartlaşdırma İnstitutunun ekspertizasının rəyini də nəzərə almır" - İTTİHAM
 
Bir müddətdir ki, ölkədə keyfiyyətsiz şprislərin dövriyyəyə buraxılması barədə məlumatlar yayılmaqda davam edir. Bildirilir ki, saxta şprislər standartlardan fərqli olaraq 3 hissədən - silindir, porşen və onun sonluğunda yerləşən, aslanlıqla ayrılan qara rəngli rezindən ibarətdir. Və həmin qara rezin hissə steril hesab olunmadığından insan sağlamlığı üçün təhlükəlidir. O da qeyd olunur ki, saxta şprislər ölkəyə, əsasən Çin və Türkiyədən idxal olunur.

Buna baxmayaraq ki, Səhiyyə Nazirliyi, vətəndaşlardan standartlara uyğun olmayan şprislərlə bağlı şikayət daxil olmadığı bildirilir. Sadəcə tövsiyə edilir ki, vətəndaşların hər hansı şikayəti yaranarsa, quruma məlumat versinlər.

Yayılmış məlumatların haradan qaynaqlanması, həqiqətə uyğun olub-olmaması, əgər həqiqətdirsə, təhlükənin konkret olaraq nədən ibarət olması, ümumiyyətlə birdəfəlik şprislərin hansı hallarda insan sağlamlığı üçün təhlükə yaratmasına AYNA tutmağa çalışdıq.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov AYNA-ya açıqlamasında bildirib ki, bu ilin sentyabr ayında Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) da saxta şprislərlə bağlı araşdırma aparıb: "İnstitut ölkədə standartların tələblərinə cavab verməyən, Türkiyə, Çin və digər ölkələrdən idxal olunan, insan sağlamlığı üçün təhlükə törədən şprislərin mövcudluğunu təsdiqləyib. Hətta İnstitut rəhbərliyi bu şprislərlə bağlı Rusiyada ekspertiza aparılması üçün müraciət də edib. Bundan sonra Şahin Mustafayev Gömrük Komitəsini, Səhiyyə Nazirliyini və digər dövlət oranlarını toplayaraq müşavirə keçirib ki, həmin şprislər tibbdə istifadədən çıxarılsın”.

E.Hüseynovun sözlərinə görə, buna baxmayaraq, hazırda ölkənin 85 faiz tibb ocaqlarında həmin şprislərdən istifadə olunur və hər yerdə satılır: "Mən bir neçə dövlət orqanına, Dövlət Gömrük Komitəsinə, İqtisadiyyat Nazirliyinə, Səhiyyə Nazirliyinə və digər qurumlara bu barədə müraciət etmişdim. Müraciətimə Səhiyyə Nazirliyindən çox gülməli cavab almışam. Cavabda qeyd edilir ki, istehlakçılardan bu barədə şikayətlər yoxdur. Belə anlaşılır ki, Səhiyyə Nazirliyi Standartlaşdırma İnstitutunun ekspertizasının rəyini belə, saymır. Vətəndaş haradan bilə bilər ki, həkimin işlətdiyi şpris saxtadır, yoxsa orijinal”.

"Bu cavaba görə Səhiyyə Nazirliyini qınayıram və sizin vasitənizlə müraciət edirəm ki, ya məndən, ya da dövlət orqanından həmin ekspertizanın nəticələrini götürsünlər. Belə gülünc, yuvarlaq cavablardan əl çəkmək lazımdır, insanların sağlamlığı təhlükəyə atılmamlıdır. Dövlət Gömrük Komitəsindən, İqtisadiyyat Nazirliyindən isə hələ cavab gəlməyib. Bilmirəm, nəyi gözləyirlər”, – deyə AİB sədri vurğulayıb.

Image result for Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Musa Quliyev

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev isə AYNA-ya açıqlamasında, E.Hüseynovdan fərqli olaraq, ölkədə saxta şpris satılmadığını deyib: "Azərbaycana gətirilən və istifadə olunan şprislərin təhlükəli olması ilə bağlı fikirləri qəbul etmirəm. Belə bir fakt yoxdur, kimsə öz məhsulunu reklam edə bilər, amma heç kimin ixtiyarı yoxdur ki, əlində fakt olmadan başqa məhsul barəsində tənqidi fikirlər səsləndirsin, keyfiyyətsiz adlandırsın”.

Deputat onu da qeyd edib ki, Azərbaycana müxtəlik ölkələrdən gətirilən şprislər mütləq qaydada sertifikatlaşdırılmalıdır: "Müvafiq laboratoriyalardan keçməlidir və ondan sonra satışa buraxılmalıdır. Əgər hər hansı bir şprisin sertifikatı yoxdursa, hansısa laboratoriyadan müayinədən keçirilməyibsə, nəticələri yoxdursa, həmin şprislərin ölkəyə qaçaq yolla gətirilməsi istisna olunmur. Və həmin şprislərin keyfiyyətinə heç kim zəmanət vermir”.

"Amma biz yenə də vətəndaşlara tövsiyə edirik ki, keyfiyyətli məhsula üstünlük versinlər. Məhsulun qiymətinin ucuz olması onun keyfiyyətsiz olmasına əsas vermir. Və ya qiymətinin baha olması, keyfiyyətli olması deyil. Vətəndaşlar, yaxşı olar ki, ilk növbədə aldıqları istər şpris, istər dərman, istərsə də digər tibb ləvazimatlarının keyfiyyət sertifikatını tələb etsinlər”, - deyə M.Quliyev vurğulayıb.

Deputatın sözlərinə görə, Səhiyyə Nazirliyi hazırda ölkədə satılan şprislərin ölkəyə idxal olunması ilə bağlı icazəsinin olub-olmadığını araşdırmalıdır.

Etiraf edək ki, heç birimiz dərmanlardan fərqli olaraq, şpris alarkən onun materialına, keyfiyyətinə, sterillliyinə, infeksiya mənbəyi olub-olmamasına diqqət yetirmirik. Ümumiyyətlə, şprislə bağlı apteklərdən hər hansı bir tələbimiz olmur, nə satılırsa, onu da alıb istifadə edirik. Ancaq mütəxəssislər qeyd edirlər ki, şpris, həqiqətən də insanın sağlamlığı üçün çox ciddi təhlükə mənbəyi ola bilər.

Bu gün əksər apteklərdə satılan, ucu qara rezindən ibarət olan şprislərdən artıq dünyanın qabaqcıl ölkələrində imtina olunub. Və artıq may ayından bəri Azərbaycanda fəaliyyət göstərən şpris zavodunda da beynəlxalq standartlara cavab verən iki hissəli şprislər istehsal olunur.

Bu yaxınlarda zavod artıq öz məhsullarını daxili bazara çıxarıb. Ancaq qiyməti digər şprislərdən ikiqat bahadır, yerli istehal olunan şprislər 6 qəpiyə, Çindən idxal olunanlar isə 3 qəpiyə satılır. Belə olduqda isə anlaşılır ki, yerli şpris zavodunun bu bazarda rəqabət aparması bir qədər çətin olacaq.

Bunu nəzərə aldıqda, istər-istəməz ağıllarda belə bir sual yaranır: Ölkəyə idxal olunan şprislərin keyfiyyətsiz olması ilə bağlı səsləndirilən fikirlər, ölkədə istehsal olunan şprislərin satılmasını təşviq etmək üçün bilərəkdən ortaya atılmış iddialar ola bilərmi? Bu sual isə başqa bir yazının mövzusudur və buna da aydınlıq gətirməyə çalışacağıq. Həmçinin şprislərlə bağlı daha bir vacib problemə, istifadədən sonra məhv edilməsi prosesinə (utilizasiya) AYNA tutacağıq.
OXŞAR MÖVZULAR