Impera

XƏBƏR LENTİ
23:25Azərbaycanda DƏHŞƏT: oğul atasını qətlə yetirdi23:21Prodüsser omba dikləşdirmə əməliyyatı zamanı öldü - Kosmetoloq silikonu ebaydan gətizdiribmiş - FOTO22:48Azərbaycan xam neft ixracını artırıb21:58“Onlar faşisti müdafiə edirlər” - Prezident İlham Əliyev həqiqəti dedi21:44"Heç kim ləkəsiz, təmiz deyil"18:12Azərbaycan İsraildən iki yeni hərbi gəmi alır? - "SAAR 72" BAKIDA YIĞILACAQ...17:55Paşinyan narkomandır? - Qəribə görüntülər yayıldı - (VİDEO)17:41Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib17:30Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 3 milyon manat ayrılıb17:13Bu qədər sərvət, sizdə hardandır, cənab rektor? - ŞÜBHƏ16:57Məmurlar Prezidentdən nümunə götürməlidirlər... - Əsas məsələ vətəndaşın probleminin həllidir16:29Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib - FOTO16:11“Azəriqaz" pul tapmır? - Smart sayğacdan imtinanın ƏSL SƏBƏBİ15:52Könül Xasıyeva: Konsertimə biletlər satılmadı, 20 min manat borca düşdüm15:22Premyer Liqamızda oyunların vaxtı açıqlandı15:04Ölkəmiz Tbilisidə ilk dəfə keçiriləcək “Professional Musiqi Forumu”na dəvət alıb14:40Azərbaycanlılar ən çox nəyə pul xərcləyir?14:16Efirdə "QEYRƏT" QALMAQALI: Siz nəyi reklam edirsiniz?14:02Ağdamda ağaclar belə məhv edilir-VİDEO13:27“1 milyard manata da “uşaq pulu” vermək olar” - Nazirə CAVAB12:56DİN-in iki baş idarəsinə yeni rəis təyinatları olub12:40Gələn ilin büdcəsi: razı və narazı salan məqamlar - TƏHLİL12:30Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR: Evlər bahalaşacaq? - AÇIQLAMA12:16Qida bazarımız kimlərin əlindədir? - REAL TƏHLÜKƏ11:37Ermənistan Rusiya üçün böyük rol oynayan bir subyektdir... - TƏHLİL11:17Ölkədə antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi...10:47Kardiologiya İnstitutunda “saxta ürək” əməliyyatları - İTTİHAM10:35Elmira Süleymanova İSTEFA VERDİ?10:17Tərtər, Ağdam, Füzuli rayonlarında mövqelərimiz atəşə tutuldu18:29“Yanmış binanı mənə təmir etdirib pulu vermədilər” - QALMAQAL18:15İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində - Əhaliyə şad xəbər18:03Doğuş qiymətlərindən narazılıq: Qadının yerinə həkim özü doğur? - ŞOK QİYMƏTLƏR17:54Ülviyyə getdi17:33Gəncə səhiyyəsi acınacaqlı durumda... - İTTİHAM16:55"Yerli seriallar gənclərin tərbiyəsini pozur" - MTRŞ sədir16:41Beyləqanda Bələdiyyə sədri Ərşad Hüseynov radikal müxalifəti necə maliyyələşdirir? – İDDİA16:25Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ15:50Sabah hava dəyişəcək15:01Deputat Cavid Osmanovla bağlı şok iddialar... - Gizli FETO üzvü, “priton” biznesi...14:59İqtidara Göyçay menyusu: milyonçunu da, yoxsulu da bezdirən başçı kimdir?14:58Deputat oğlu model xanıma 50 min dollar verib foto çəkdirib – FOTOLAR14:54"Ay alçaq, niyə Qurbanın zamanında demirdin ki, ona da vaxt lazımdır?”14:41Deputatlar 162 dəyişikliyə birinci oxunuşda “Hə” dedi14:29Almaniyada tutulan həmyerlilərimiz Azərbaycana təhvil veriləcək? - AÇIQLAMA14:14Deputat müğənniləri hədəf aldı: Bir toya 15 minə gedirlər, 30 manat vergi ödəyirlər13:56"Baku Electronics” yenə də narazılıq yaradır... - GİLEY13:10Ermənistanlı 3 qat dünya çempionu Moskvada güllələnib12:54İlham Əliyev: Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır12:43Rektor nazirə necə yalan informasiya ötürür... - İDDİA12:13“Məndən 400-500 manat pul tələb edirlər” - Xaçmaz sakini sosial yardım ala bilmir11:41Qazaxa yeni DYP rəisi təyin olunub11:41Qazaxa yeni DYP rəisi təyin olunub11:11İbrahim Cəfərov haqda ilginc iddialar... - Belə deyirlər...10:53PD&MS-də azərbaycanlılarla qul kimi davranırlar - “Rəhbərlərin heç ali təhsili də yoxdur”10:33Sahibkarların qarşısında yeni sədd: Nağd pula QADAĞA gəlir? - TƏHLİL10:19Sosial evlər niyə baha qiymətə satılır? - HESABLAMA10:17Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 21 dəfə pozub17:28Cənubi Koreyada hərbi laboratoriya partladı: ölən və yaralananlar var17:26Qüdrət Qurbanovun sertifikat biznesi17:15Azərbaycan kubokunun PÜŞKÜ ATILDI17:00Azərbaycan Prezidenti: "Mənim göstərişimlə ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində addımlar atılır"16:41Prezident İlham Əliyev: "Yollar tamamilə yenidən qurulmalıdır ki, qatarların sürəti artsın"16:22Nazirliklərin ŞÜBHƏLİ qrant siyasəti: - QHT-lər həvəssiz, müsabiqə qapalı, nəticələr bəlli15:55Ağdaşın deputatı ilə bağlı şok iddialar... - Bu imiclə yenidən mandat ala bilməyəcək...15:41İnam Kərimov daha iki direktoru işdən çıxardı - ADLAR15:29Prezidentin qətiyyəti, xalqın dəstəyi: - Azərbaycanın durmadan inkişafı qaçılmazdır15:12“GünayBank”ın keçmiş sədr müavini 30 milyonu hara xərcləyib? - zərərçəkənlərdən biri onun qaynıdır14:52Azərbaycanda toyda oynamaq üstündə dava düşdü14:14"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə Laçın14:02İçərişəhərdə “Sirlərin ahəngi” adlı sərgi açılacaq13:49Azərbaycanın məşhur futbol bazası bağlanır12:31“10 gün qalıb, amma namizədlik üçün arayış ala bilmirəm” - GİLEY12:04“Meqa Sığorta” ilə müştəri arasında QALMAQAL - “ÖDƏNİŞİ DÜZ VERMİRLƏR”11:47Azərbaycanda ətin qiyməti qalxıb, kolbasa ucuzlaşıb - PARADOKS11:19Bakı Beynəlxalq Avtovağzalında özbaşınalıqlar... - Nazirliyi hərəkətə gətirdi...10:52Bakı İqtisadiyyat və Humanitar Kollecində özbaşınalıq... - İDDİA10:36Əli İnsanov haqda ŞOK FAKT: Bağ evləri bir-biri ilə yeraltı tunellə birləşdirilibmiş... - 1 milyon avro qiymətinə mebellər, kef məclisləri üçün qırmızı otaq...09:37"Vüsal Kərimlinin hədəfi XALQA XİDMƏT yox, XALQA ZİLLƏTDİR!" - Müraciət...09:15Səhiyyə sistemimizdə daha bir biabırçı mənzərə... - "Bəs mən qüsuru kimdən öyrənim, kimdən bilim?"08:58Azərbaycanın bank sektoru Bazel III standartlarına keçməyə hazırlaşır (ÖZƏL)08:39Makronla Tramp Suriyanı müzakirə etdi08:23BDU ilə bağlı qalmaqal böyüyür - Ekspert deputatları debata çağırdı22:01Sumqayıt Apellyasiya məhkəməsinin hakimi ilə biznes ortağının əmlak davası davam edir-VİDEO18:00DTX rəisi: “Yeni potensial terror ocaqlarının formalaşmasına şərait yaradılır”17:40Pensiyalar artırılır, amma ortada başqa problem var17:17"Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək" - İlham Əliyev17:07Əyyubovların Mingəçevir Turizm Kollecində “işğal siyasəti” –ŞOK FAKTLAR16:33“Azərbaycanda mal-qara üçün nəzərdə tutulan yemlik buğdadan çörək bişirilir” - ŞOK İDDİA16:11Ağsu RİH -in işdən çıxarılan müavini İqbal Mikayılov qaçıb? - İDDİA15:48“Meliorasiya və Su Təsərrüfatı”nın 1 milyonluq kranını “metallom”a veriblər - İTTİHAM15:32“Turan” Samir Şərifovu qəzəbləndirdi – 20 suala 20 səhifəlik cavab15:00Masallıda keçmiş məmurla bağlı iddia... - İTTİHAM14:44Şirvan şəhərinin yeni icra başçısı kimdir? - DOSYE14:28Azərbaycan hava limanlarında sərnişin axını yeni rekord göstəriciyə çatıb14:07İrana nüvə sazişi ilə bağlı XƏBƏRDARLIQ13:34Xətai Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib13:16SƏRƏNCAM: Əziz Əzizov vəzifəsindən AZAD EDİLDİ12:58İlqar Abbasov Bakının Suraxanı RİH başçısı vəzifəsindən AZAD EDİLDİ12:41Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb12:16İsrail Qəzzada cihadçıların liderini məhv etdi
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2019 (321)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Elşad Şamayev, Məmməd Məmmədov və Aida Hüseyn üçlüyündən Qarabağ əlilinə “kassasiya şantajı” Şikayət verərsə , əlil evindən çıxarılacağı ilə hədələnir

09 noy 2019, 13:27   
    11
Elşad Şamayev, Məmməd Məmmədov və Aida Hüseyn üçlüyündən Qarabağ əlilinə “kassasiya şantajı” Şikayət verərsə , əlil evindən çıxarılacağı ilə hədələnir
 
Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Xaliq Abbaszadəyə qarşı məhkəmə, icra, sosial müdafiə(sizlik), sığorta dələduzluğu davam edir. Yaddaşlarda qalar, Nərimanov rayon məhkəməsinə, 1 və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (BİİM ) icra sənədi olmadan yarıqat edilən pensiyasının bərpa edilməsi tələbi ilə müvafiq olaraq pensiyasını yeyən "Rəvan” sığorta şirkətinə, "yedizdirən” ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinə və sifarişçi Ədliyyə Nazirliyinin Suraxanı icra və probasiya şöbəsinə qarşı (icra məmuru Vüsal Əliyev ) Qarabağ əlilinin 3 ayrı iddia qaldırması haqqında basında informasiya verilib. 1 və 2 saylı BİİM (hakimlər Miminat Hacıbəyova və Zaur Tağıyev ) iddianı cavabdehlərin məhkəməyə gəlmədən verdikləri sifarişlə mümkün saymayıb və Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyası (sədrlik edənlər müvafiq olaraq Elmira Nağıyevə və Afaq Nuriyeva ) da bu saxta qərardadları qüvvədə saxlayıb . Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası 1 saylı BİİM -in qərardadını qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərardadını ləğv edərək işi apellyasiya instansiyasına qaytarıb və Bakı Apellyasiya Məhkəməsi də öz növbəsində 1 BİİM -in qərardadını ləğv edərək işi yenidən baxılmağa 1 BİİM-ə göndərib. Lakin 4 aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də 1 BİİM əlilin iddiasına baxmır. 2 saylı BİİM -in qərardadını qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərardadını isə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası (sədrlik edən Sevda Hüseynova ) dəyişdirmədən saxlayıb. Nərimanov məhkəməsinin hakimi Vüqar Quliyev isə 06.05.2019 tarixli qətnamə ilə Qarabağ əlilinin pensiyasını bərpa edib. Vurğuladığımız kimi bütün bu məhkəmə iddialarının predmetini saxta icra sənədi tərtib etməklə yarıqat edilən əlilliyə görə pensiyanın bərpa edilməsi tələbi təşkil edib. Di gəl, hər 3 məhkəmə bilərəkdən işə predmet üzrə baxmaqdan imtina edib. Nərimanov rayon məhkəməsi saxta icra sənədi əsasında Qarabağ əlilinin pensiyasının yarıqat edilməsini "İcra haqqında” qanunun 68.1.2 maddəsinə uyğun gəlməməsi nədəni ilə qanunsuz sayıb və tutulan məbləğin cavabdeh "Rəvan” sığorta şirkətindən iddiaçının hesabına ödənilməsini qət edib. İddiaçı Qarabağ əlili məhkəməyə saxta icra sənədi təqdim edilməsinə görə, bu sənədin sübutlar içərisindən çıxarılması və cavabdeh "Rəvan” sığorta şirkətinə qarşı cinayət işi başlanılması üçün xüsusi qərardadla prokurora xəbər verilməsi haqqında ərizə versə də, 6 aydır Nərimanov məhkəməsi ərizəyə baxmaqdan imtina edir. Hətta Məhkəmə Hüquq Şurası, digər bağlantılı qurumlar da rayon məhkəməsinin özbaşınalığına son qoymaqda acizdirlər. Xatırladaq ki, məhkəməyə daxil olan istənilən ərizə üzrə məhkəmə aktı qəbul edilməlidir. Nərimanov məhkəməsi isə hələ də özbaşınalığını davam etdirir və əlilin apellyasiya şikayətini də Bakı Apellyasiya Məhkəməsinə göndərməkdən imtina edir. Onu da vurğulayaq ki, məhkəmə sənədləri rəsmi qaydada verilməli olduğu halda, Nərimanov məhkəməsi bu tələbə də əməl etməyib. Amma cavabdehin müddətin keçməsi ilə verilən apellyasiya şikayətini iddia tərəfinə bildirmədən Bakı Apellyasiya Məhkəməsinə göndərib.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Elşad Şamayev olan , Məmməd Məmmədov və Aida Hüseyn üçlüyündən ibarət heyəti də Mülki Prosessual Məcəllənin tələbinə əməl etməyib və hətta apellyasiya şikayətini iddia tərəfinə göndərib, 20 gün müddətində münasibət bildirməyi də gərəkli saymayıb. Qarabağ əlili yay dincəlişində olan çağ -29.08.2019 tarixli qətnamə ilə "Rəvan” sığorta şirkətinin şikayətini təmin edib ki, bəs əlillin pensiyasının yeyilməsi "İcra haqqında” qanunun 68.1.2 maddəsinə zidd olsa da, bununla cavabdeh şirkət Qarabağ qazisinə ziyan vurmayıb! (?) Özbaşınalığa fikir verin, dələduzluq yolu ilə savaş əlilinin pensiyasını yarılığına yeyən "Rəvan” sığorta bu yeməklə əlilə ziyan vurmur?! Elşad Şamayev və kollegaları da iddianın predmetini yox, cavabdehin məhkəməyə təqdim etdiyi 28.11.2016 tarixli Suraxanı məhkəməsinin (hakim Ramil Həsənov ) qanuni qüvvəyə minməmiş , yalnız ayaqyolunda istifadə etməyə yarayan "tualet qətnaməsi”ni əsas tutub. İşdə olan Ali Məhkəmənin 16.05.2017 tarixli ali və aşağı instansiyalar üçün məcburi qərarını isə görməzliyə vurub. Niyə? Elşad Şamayev, Məmməd Məmmədov və Aida Hüseyn üçlüyü "tualet qətnaməsi”nin Konstitusiyanın 129 -cu maddəsinə əsasən icrasının məcburi olduğunu qət edib və ya savadsızlıqdan, ya da qeyri-prosessual münasibətdən qətnamənin qüvvəyə minməməsini unudub. MPM-in 15 -ci maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məcburidir. Eyni zamanda, axı, iddianın predmetini saxta icra sənədi tərtib etməklə xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlilinin yarıqat edilən pensiyasının bərpası təşkil edir! Tutaq ki, aşağı instansiya qeyri-prosessual təzyiq nəticəsində özünü savadsızlığa qoyub və icra sənədinin olmadığına əhəmiyyət verməyib. Bəs yuxarı instansiyaya nə gəlib? Bu yekəlikdə kollegiya da bilmir ki, məhkəmə qərarı qüvvəyə minmədən icraya yönəldilə bilməz? Nə olsun, dələduz sığorta şirkəti məhkəmə qətnaməsi sifariş edib və buna nail olub! Axı, bu hələ onun qüvvəyə minməsi demək deyil! Və qüvvəyə minibsə, hanı bunun əsasında verilən, məhkəmənin möhürü ilə təsdiq olunan konkret tarixli icra vərəqəsi? Razılaşın ki, bu yekəlikdə kollegiyanın bu zırpılıqda özbaşınalığı görmək istəməməsi çox yekə qeyri-prosessual münasibətdən qaynaqlanır. Bu fikri Bakı Apellyasiya Məhkəməsinin sözügedən üçlüyünün Qarabağ əlilinə hüququndan dezinformasiya verməsi də sübut edir. Elşad Şamayev, Məmməd Məmmədov və Aida Hüseyn mütəşəkkil qaydada Qarabağ əlilini şantaj ediblər ki, kassasiya şikayəti versə, dələduzlara borcunu yaşadığı mənzilin satışa çıxarılması ilə alacaqlar.
Bu da, məhkəmə hüquq sistemində islahat dələduzluğu!
Qarabağ əlilinə Suraxanı məhkəməsinin hakimi Ramil Həsənov özünü yandırmağı hökm edir, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elşad Şamayev və kollegaları isə mənzilindən məhrum etməklə hədələyir! (?)
... Və hələ də kassasiya şikayəti vermək üçün Qarabağ əlilinə vəkil ayrılmayıb. ..
Məğrur Bədəlsoy
Teref.az
OXŞAR MÖVZULAR