Impera

XƏBƏR LENTİ
23:25Azərbaycanda DƏHŞƏT: oğul atasını qətlə yetirdi23:21Prodüsser omba dikləşdirmə əməliyyatı zamanı öldü - Kosmetoloq silikonu ebaydan gətizdiribmiş - FOTO22:48Azərbaycan xam neft ixracını artırıb21:58“Onlar faşisti müdafiə edirlər” - Prezident İlham Əliyev həqiqəti dedi21:44"Heç kim ləkəsiz, təmiz deyil"18:12Azərbaycan İsraildən iki yeni hərbi gəmi alır? - "SAAR 72" BAKIDA YIĞILACAQ...17:55Paşinyan narkomandır? - Qəribə görüntülər yayıldı - (VİDEO)17:41Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib17:30Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 3 milyon manat ayrılıb17:13Bu qədər sərvət, sizdə hardandır, cənab rektor? - ŞÜBHƏ16:57Məmurlar Prezidentdən nümunə götürməlidirlər... - Əsas məsələ vətəndaşın probleminin həllidir16:29Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib - FOTO16:11“Azəriqaz" pul tapmır? - Smart sayğacdan imtinanın ƏSL SƏBƏBİ15:52Könül Xasıyeva: Konsertimə biletlər satılmadı, 20 min manat borca düşdüm15:22Premyer Liqamızda oyunların vaxtı açıqlandı15:04Ölkəmiz Tbilisidə ilk dəfə keçiriləcək “Professional Musiqi Forumu”na dəvət alıb14:40Azərbaycanlılar ən çox nəyə pul xərcləyir?14:16Efirdə "QEYRƏT" QALMAQALI: Siz nəyi reklam edirsiniz?14:02Ağdamda ağaclar belə məhv edilir-VİDEO13:27“1 milyard manata da “uşaq pulu” vermək olar” - Nazirə CAVAB12:56DİN-in iki baş idarəsinə yeni rəis təyinatları olub12:40Gələn ilin büdcəsi: razı və narazı salan məqamlar - TƏHLİL12:30Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR: Evlər bahalaşacaq? - AÇIQLAMA12:16Qida bazarımız kimlərin əlindədir? - REAL TƏHLÜKƏ11:37Ermənistan Rusiya üçün böyük rol oynayan bir subyektdir... - TƏHLİL11:17Ölkədə antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi...10:47Kardiologiya İnstitutunda “saxta ürək” əməliyyatları - İTTİHAM10:35Elmira Süleymanova İSTEFA VERDİ?10:17Tərtər, Ağdam, Füzuli rayonlarında mövqelərimiz atəşə tutuldu18:29“Yanmış binanı mənə təmir etdirib pulu vermədilər” - QALMAQAL18:15İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində - Əhaliyə şad xəbər18:03Doğuş qiymətlərindən narazılıq: Qadının yerinə həkim özü doğur? - ŞOK QİYMƏTLƏR17:54Ülviyyə getdi17:33Gəncə səhiyyəsi acınacaqlı durumda... - İTTİHAM16:55"Yerli seriallar gənclərin tərbiyəsini pozur" - MTRŞ sədir16:41Beyləqanda Bələdiyyə sədri Ərşad Hüseynov radikal müxalifəti necə maliyyələşdirir? – İDDİA16:25Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ15:50Sabah hava dəyişəcək15:01Deputat Cavid Osmanovla bağlı şok iddialar... - Gizli FETO üzvü, “priton” biznesi...14:59İqtidara Göyçay menyusu: milyonçunu da, yoxsulu da bezdirən başçı kimdir?14:58Deputat oğlu model xanıma 50 min dollar verib foto çəkdirib – FOTOLAR14:54"Ay alçaq, niyə Qurbanın zamanında demirdin ki, ona da vaxt lazımdır?”14:41Deputatlar 162 dəyişikliyə birinci oxunuşda “Hə” dedi14:29Almaniyada tutulan həmyerlilərimiz Azərbaycana təhvil veriləcək? - AÇIQLAMA14:14Deputat müğənniləri hədəf aldı: Bir toya 15 minə gedirlər, 30 manat vergi ödəyirlər13:56"Baku Electronics” yenə də narazılıq yaradır... - GİLEY13:10Ermənistanlı 3 qat dünya çempionu Moskvada güllələnib12:54İlham Əliyev: Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır12:43Rektor nazirə necə yalan informasiya ötürür... - İDDİA12:13“Məndən 400-500 manat pul tələb edirlər” - Xaçmaz sakini sosial yardım ala bilmir11:41Qazaxa yeni DYP rəisi təyin olunub11:41Qazaxa yeni DYP rəisi təyin olunub11:11İbrahim Cəfərov haqda ilginc iddialar... - Belə deyirlər...10:53PD&MS-də azərbaycanlılarla qul kimi davranırlar - “Rəhbərlərin heç ali təhsili də yoxdur”10:33Sahibkarların qarşısında yeni sədd: Nağd pula QADAĞA gəlir? - TƏHLİL10:19Sosial evlər niyə baha qiymətə satılır? - HESABLAMA10:17Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 21 dəfə pozub17:28Cənubi Koreyada hərbi laboratoriya partladı: ölən və yaralananlar var17:26Qüdrət Qurbanovun sertifikat biznesi17:15Azərbaycan kubokunun PÜŞKÜ ATILDI17:00Azərbaycan Prezidenti: "Mənim göstərişimlə ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində addımlar atılır"16:41Prezident İlham Əliyev: "Yollar tamamilə yenidən qurulmalıdır ki, qatarların sürəti artsın"16:22Nazirliklərin ŞÜBHƏLİ qrant siyasəti: - QHT-lər həvəssiz, müsabiqə qapalı, nəticələr bəlli15:55Ağdaşın deputatı ilə bağlı şok iddialar... - Bu imiclə yenidən mandat ala bilməyəcək...15:41İnam Kərimov daha iki direktoru işdən çıxardı - ADLAR15:29Prezidentin qətiyyəti, xalqın dəstəyi: - Azərbaycanın durmadan inkişafı qaçılmazdır15:12“GünayBank”ın keçmiş sədr müavini 30 milyonu hara xərcləyib? - zərərçəkənlərdən biri onun qaynıdır14:52Azərbaycanda toyda oynamaq üstündə dava düşdü14:14"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə Laçın14:02İçərişəhərdə “Sirlərin ahəngi” adlı sərgi açılacaq13:49Azərbaycanın məşhur futbol bazası bağlanır12:31“10 gün qalıb, amma namizədlik üçün arayış ala bilmirəm” - GİLEY12:04“Meqa Sığorta” ilə müştəri arasında QALMAQAL - “ÖDƏNİŞİ DÜZ VERMİRLƏR”11:47Azərbaycanda ətin qiyməti qalxıb, kolbasa ucuzlaşıb - PARADOKS11:19Bakı Beynəlxalq Avtovağzalında özbaşınalıqlar... - Nazirliyi hərəkətə gətirdi...10:52Bakı İqtisadiyyat və Humanitar Kollecində özbaşınalıq... - İDDİA10:36Əli İnsanov haqda ŞOK FAKT: Bağ evləri bir-biri ilə yeraltı tunellə birləşdirilibmiş... - 1 milyon avro qiymətinə mebellər, kef məclisləri üçün qırmızı otaq...09:37"Vüsal Kərimlinin hədəfi XALQA XİDMƏT yox, XALQA ZİLLƏTDİR!" - Müraciət...09:15Səhiyyə sistemimizdə daha bir biabırçı mənzərə... - "Bəs mən qüsuru kimdən öyrənim, kimdən bilim?"08:58Azərbaycanın bank sektoru Bazel III standartlarına keçməyə hazırlaşır (ÖZƏL)08:39Makronla Tramp Suriyanı müzakirə etdi08:23BDU ilə bağlı qalmaqal böyüyür - Ekspert deputatları debata çağırdı22:01Sumqayıt Apellyasiya məhkəməsinin hakimi ilə biznes ortağının əmlak davası davam edir-VİDEO18:00DTX rəisi: “Yeni potensial terror ocaqlarının formalaşmasına şərait yaradılır”17:40Pensiyalar artırılır, amma ortada başqa problem var17:17"Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək" - İlham Əliyev17:07Əyyubovların Mingəçevir Turizm Kollecində “işğal siyasəti” –ŞOK FAKTLAR16:33“Azərbaycanda mal-qara üçün nəzərdə tutulan yemlik buğdadan çörək bişirilir” - ŞOK İDDİA16:11Ağsu RİH -in işdən çıxarılan müavini İqbal Mikayılov qaçıb? - İDDİA15:48“Meliorasiya və Su Təsərrüfatı”nın 1 milyonluq kranını “metallom”a veriblər - İTTİHAM15:32“Turan” Samir Şərifovu qəzəbləndirdi – 20 suala 20 səhifəlik cavab15:00Masallıda keçmiş məmurla bağlı iddia... - İTTİHAM14:44Şirvan şəhərinin yeni icra başçısı kimdir? - DOSYE14:28Azərbaycan hava limanlarında sərnişin axını yeni rekord göstəriciyə çatıb14:07İrana nüvə sazişi ilə bağlı XƏBƏRDARLIQ13:34Xətai Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib13:16SƏRƏNCAM: Əziz Əzizov vəzifəsindən AZAD EDİLDİ12:58İlqar Abbasov Bakının Suraxanı RİH başçısı vəzifəsindən AZAD EDİLDİ12:41Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb12:16İsrail Qəzzada cihadçıların liderini məhv etdi
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2019 (321)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Yeni baş nazirin bir ayı... - TƏHLİL

09 noy 2019, 14:00   
    7
Yeni baş nazirin bir ayı... - TƏHLİL
 
Azərbaycanda baş nazir dəyişikliyindən bir ay ötür. Yeni baş nazir Əli Əsədovun bu bir ayda hansı işləri görüb, hansı qərarlara imza atıb?

Ölkə mətbuatını, həmçinin Nazirlər Kabinetinin rəsmi saytını araşdırdıqda məlum oldu ki, Ə.Əsədov təyinatından ötən 2-3 həftəni Nazirlər Kabinetində kadr dəyişikliklərinə həsr edib. Necə deyərlər, öz komandasını formalaşdırmaqla məşğul olub.

Belə ki, oktyabrın 23-də Ə.Əsədovun sərəncamı ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov işdən çıxarılıb. Bundan başqa, digər sərəncamla dövlət qulluğunda olmanın yaş həddinə çatması ilə əlaqədar baş nazirin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov tutduqları vəzifələrindən azad ediliblər.

Eyni gündə Ələsgər Ələsgərov baş nazirin köməkçisi, Hikmət Xəlilov Nazirlər Kabinetinin İşlər müdiri təyin edilib.

Oktyabrın 24-də isə Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov, Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Qasım Abdullayev tutduqları vəzifələrdən azad olunublar.

Baş nazir kimi Ə.Əsədov ilk görüşünü təyinatından bir gün sonra- oktyabrın 9-da Gürcüstanın Baş Naziri Giorgi Qaxariya ilə keçirib. Görüşdən sonra isə Azərbaycanın baş naziri adından Giorgi Qaxariyanın şərəfinə şam yeməyi verilib.

Ə.Əsədovun baş nazir kimi ilk xarici səfəri Moskvaya reallaşıb. O, oktyabrın 25-də Moskvada keçirilən MDB Hökumət Başçıları Şurasının iclasında Azərbaycanı təmsil edib. "Skolkovo” Texnoparkında keçirilən iclasda MDB hökumət başçıları iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin aktual məsələlərini müzakirə ediblər.

Səfər çərçivəsində oktyabrın 26-da Azərbaycanın baş naziri Rusiyalı həmkarı Dmitri Medvedyevlə görüşüb. Görüşdə Azərbaycan ilə Rusiya arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Baş nazir Dmitri Medvedyev Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq, iki ölkə arasında əmtəə dövriyyəsi həcminin 25 faiz artdığını diqqətə çatdırıb.

Qeyd edib ki, bu, digər MDB ölkələri ilə Rusiya arasında iqtisadi əməkdaşlığın ən yaxşı göstəricisidir.

Azərbaycanın baş naziri Əli Əsədov görüşün yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib, iki ölkə arasında bütün istiqamətlərdə əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb.

Ölkə daxilində ilk səfərini isə yeni baş nazir Şamaxı rayonuna reallaşdırıb. Belə ki, o, bir neçə naziri də başına yığaraq Prezident İlham Əliyevin haqqında bəhs etdiyi Şamaxı şəhər 2 saylı tam orta məktəbinə gedib. Qəzalı vəziyyətdə olan məktəblə onunla birlikdə gedən fövqəladə hallar naziri Kəmaləddin Heydərov, təhsil naziri Ceyhun Bayramov, maliyyə naziri Samir Şərifov və Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev də tanış olublar. Onların getdiyi gündən məktəbdə təmir-bərpa işlərinə başlanıb.

Baş nazirin qəbullarına gəlincə, Gürcüstanlı həmkarından sonra Ə.Əsədov noyabrın 5-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti ilə, noyabrın 6-da Bolqarıstanın əmək və sosial siyasət naziri Biser Petkovla, noyabrın 7-də Litva Seyminin sədri Viktoras Prantskietisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nəhayət, Ə.Əsədovun baş nazir kimi sərəncam və qərarlara oktyabrın 31-dən imza atmağa başlayıb. İlk sərəncam "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 oktyabr tarixli 844 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə" olub. Ümumilikdə həmin gün yeni baş nazir 5 sərəncam imzalayıb.

Ə.Əsədovun imzaladığı qərarların sayı isə 7-dir. Bunlardan biri keçmiş baş nazir Novruz Məmmədovun imzaladığı qərarda dəyişikliyi nəzərdə tutur. Belə ki, noyabrın 7-də Ə.Əsədov "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi və Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə" 2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında" Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarında dəyişiklik edib. Qərarla "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı”nda "Geofizika mühəndisliyi” ixtisasının adı dəyişdirilərək "Geologiya və geofizika mühəndisliyi” adı ilə əvəzlənib. Qeyd edək ki, dəyişiklik olunan qərarı bu il fevralın 11-də həmin vaxt baş nazir olan Novruz Məmmədov təsdiqləmişdi.

Prezident İlham Əliyev 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasdakı çıxışında ölkədə islahatlarının aparılmasın zəruri olduğunu, bununla bağlı Ə.Əsədova tapşırıqlar verdiyini qeyd edib: "Yeni hökumət qarşısında bir çox vəzifələr qoyulub. Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları, müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik? Düzdür, islahatlar aparılır, dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, ehtiyatlarımız çoxdur. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük”.

Ə.Əsədovun təyinatı Azərbaycandan kənarda - Rusiyada da təqdirlə qarşılanıb. Ötən müddət ərzində bir sıra Rusiya dövlət və ictimai şəxsləri Ə.Əsədovun Azərbaycanda islahatların həyata keçirilməsinə müsbət töhfə verəcəyini qeyd ediblər...
"Yeni Müsavat”
OXŞAR MÖVZULAR