Impera

XƏBƏR LENTİ
19:58Sabaha olan məzənnə açıqlandı - Mərkəzi Bank19:39Dmitri Medvedev WADA-nın qərarını anti-Rusiya isteriyasının davamı ADLANDIRIB19:28Sevindik Hətəmovun başçılığı ilə Salyanın abadlaşdırılan küçələri də çirkab mənbəyinə çevrilir...19:10Naziri narahat edən rəqəmlərin səbəbkarı kimlərdir? - “Pulu, adamı varsa...”18:59"Qarabağ"ın futbolçusu 100-ə çatdı17:01Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmirinə 7,8 milyon manat ayrılıb16:45Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib16:43"Bizə də gənc kadr başçı göndərilsin..." - Balakəndən müraciət...16:17Keçmiş PA rəsmisinin obyektlərində VERGİ YOXLAMASI - İDDİA15:48Türkiyədə hərbi konvoy partladıldı - Ölən və yaralılar var15:30Ata Abdullayevi kim sarsıdıb? – Səttar Mehbalıyevin obyektlərini çəkmək istəyən vloqerə qəfil zəng15:17Naxçıvan FHN-dən anormal qərar – “Soyuqdan qırılırıq…”15:09Məktəblərdə verilən qanunsuz attestatlar: “Bəzi direktorlar …”14:48Könül Xasıyeva evini satmasının əsas səbəbini açıqladı14:30Qvardioladan gözlənilməz açıqlama14:07Fuad Muradov komitənin adının dəyişdirilməsi məsələsinə münasibət bildirdi13:34Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNƏCƏK13:21Saatlıda bələdiyyə seçkiləri şou olacaq... - İDDİA12:32SON DƏQİQƏ: Dünya ŞOKDA - Bu ölkənin beynəlxalq hava limanı BOMBALANDI11:44Paşinyanın “misli görünməmiş” silahları: baş nazir öz xalqını aldadır - GƏLİŞMƏ11:32Ən çox yağıntı hara düşüb? - FAKTİKİ HAVA10:30Rusiya ordusu ilk dəfə İŞİD-in "paytaxtına" daxil olub10:12“Oksigen” klinikasında kəsilən nəfəsimiz... - İTTİHAM09:55Gölməçəyə çevrilən paytaxt küçələri - Dövlət Agentliyi səbəbləri AÇIQLADI09:41Neft yenidən ucuzlaşıb09:39"Bu şəkildə uşaqlarının məktəbdə oxuması doğru deyil..." - GİLEY17:31Prezident İlham Əliyevin “əlyazmaları” - TƏHLİL17:23Deməli, bu milyonlar Fazil Məmmədovun cibinə axıb... - Mikayıl Cabbarov əslində keçmiş naziri ifşa edib...17:09Afətə atmaca atan Flora Kərimovaya Ramiz Rövşəndən CAVAB16:47İşini düzgün qurmayan icra başçıları kimlərdir? - Biznesmenləri uzaqlaşdırıb, rayonları inkişafdan qoyanlar...16:37Heyvan bazarlarından gələn TƏHLÜKƏ - XƏBƏRDARLIQ12:18Qarabağ qazisi haqqın tələb edir... - Müraciət...12:04Yevda Abramovun ölümündən öncə dediyi söz - VİDEO11:35Azərbaycanda "İvanovka malları" fırıldağı... - Arxasında kimlər dayanır?10:59Bəzi partiyalar bu gün, bəziləri isə gələn həftə qərar verəcək... - Seçki-202010:36"Leş Tofiq" kimlərə "ultimatum" göndərib? - İLGİNC18:02Tramp növbəti dəfə erməniləri MƏYUS ETDİ17:52Füzuli Diaqnostika Mərkəzində Şaiq – Vüqar – Lalə “trio”su – RAYON SƏHİYYƏSİ ŞÜKÜROVLARIN REANİMASİYASINDA17:37Yeni devalvasiya dalğası gəlir? - GƏLİŞMƏ17:11Daxili qanaxma nədir? - Əlamətləri, səbəbləri və ilkin tibbi yardım16:55Azərbaycanda rektor təyinatları: - Bu il kimlərə vəzifə verildi?16:39Neft təhdid altında:2020-ci il "sürprizlərlə" gələ bilər - TƏHLİL16:12Xaçmazda bazar qalmaqalında YENİ NÜANS... - İTTİHAM15:44Milli Məclisin iki deputatı Gürcüstana niyə gedir?15:26"Ölüm-itim dünyasıdır, yeyəndə..." - Məşhur müğənni Masallının 8 illik icra başçısını tənqid etdi - VİDEO15:03Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq14:42“AAAF Park” ayağa qalxdı:“Qaz yox, işıq yox… donuruq” – Video14:38Kürdəmirdə dəhşətli hadisə - Ölən və yaralananlar var14:18Təhməzlinin işçiləri belə işləyir... - İTTİHAM13:37ABŞ əlavə 7 minə qədər hərbçi göndərə bilər - Yaxın Şərqə13:08Bu təhsil ocağı bazara çevrilib... - Direktor isə özünü oliqarxlar kimi aparır...12:57İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda12:18Jurnalistin Prezidentə növbəti müraciətində söhbət hansı "Bermud üçbucağı"ndan gedir?12:09“OLYMPUS”un qanunsuz fəaliyyəti narazılığa səbəb oldu - Tikinti şirkətinin əməkdaşları qoçuluqla məşğuldular11:43Almaniya üçün yeni rəqiblər - İspaniya və İtaliya11:21Dünya birjalarında neftin SON QİYMƏTİ10:59Təhsil nazirinin gizli hesabları üzə çıxdı... - Müavini də hədəfdədir...10:42Anarın AYB sədrliyi qanunsuz imiş... - İDDİA10:19Ağdaşda İcbari Tibbi Sığortanın büdcəsi RƏSMƏN TALANIR... - İTTİHAM09:51BNA sürücülərə necə tələ qurur? - ARAŞDIRMA09:21Azərbaycan Prezidenti: "Biz evsiz-eşiksiz qalmış insanların problemlərini həll etməli idik, bu, bizim borcumuzdur"08:40"Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik" - Şenol Güneş08:40"Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik" - Şenol Güneş08:21İranda 7421 nəfər deputatlığa namizədliyini irəli sürüb18:08Prezident İlham Əliyev Finlandiya Prezidentini təbrik edib17:52“Bazarstore”da 18 illik sosis və kolbasalar satılır: - Müştərilərin sağlamlığı təhlükə altında17:36Bibiheybət yolunun da “günahı” Ziya Məmmədovun boynunda qaldı: - “Həmin dönəmdə Nəqliyyat Nazirliyi fəaliyyət göstərirdi”17:17Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib - SƏRƏNCAM16:48Ermənistanda 1-ci prezidentinə qarşı da cinayət işi açıla bilər16:07Əvəz Ələkbərov parlament seçkilərinə GEDİR? - "...yeni parlamentdə fayda verə bilərəm..."15:50Pakistanın Baş naziri “Diriliş Ertuğrul” serialının dövlət televiziyasında yayımlanmasını tələb etdi15:34"Ata Bank" məcburi köçkünə necə divan tutur... - GİLEY15:12Lənkəranda seçki biabırçılığı... - İDDİA14:45Adil Vəliyevin viran qoyduğu Sabunçu... - Biabırçı mənzərə...14:12Zeynalabdin Tağıyevin İstanbul Böyükadadakı villası rekord qiymətə satışa çıxarıldı13:52BDU-da nə baş verir? - Ekspert səbəbləri AÇIQLADI13:29AMEA-nın 150-dək əməkdaşının ixtisar edilməsi ETİRAZ YARATDI - İDDİA13:10“Culture Guide” mədəniyyət bələdçisinin dekabr nömrəsi çapdan çıxıb12:47Xaçmazda bazar qalmaqalı... - Hələ də davam edir...12:17İqbal Məmmədovun daha bir şirkəti haqda qalmaqal - İDDİA12:00Bakıda dərsdə dırnaqlarını manikür edən müəllimə… - GİLEY11:32"Həmin abidəni iki dəfə yandırmağa da cəhd ediblər" - QALMAQAL11:12Sabirabad sakininin acınacaqlı həyatı... - "Prezidentə, Birinci-vitse prezidentə müraciət edirəm..."10:56“Müraciətlərimizin prezident İlham Əliyevə çatmasına imkan vermirlər” - 2-ci qrup əlil məmurlardan şikayətçidir09:42Xırdalan sakinlərindən Eldar Əhmədova ETİRAZ: Biz “maklerə” səs verən deyilik…09:26828 milyon dollarlıq narkotik maddə müsadirə edildi09:03Millətlər Liqasında Azərbaycan millisi sonuncu səbətdə yer alacaq08:33Kürd yaraqlıları iki ayda 45 dinc sakini öldürdülər – Türkiyə MN08:16Qobuda dəhşətli qətl törədilib - 25 yaşlı qadın evində öldürülüb00:34Saxta vəsiyyətnamə ilə qərar çıxaran hakimlərdən prezidentə ŞİKAYƏT22:29Abşeronda Beynəlxalq Könüllülər Günü qeyd olundu21:48DİQQƏT! “WhatsApp”-da YENİLİK - FOTO20:17Prezident Mikayıl Cabbarova YENİ VƏZİFƏ VERDİ - SƏRƏNCAM19:51Hərbi qulluqçumuz vəfat edib19:362 ayda 3 məşhur gənc həyatla vidalaşdı - Ölüm səbəbləri bilinmir19:24Hökumətlərarası Komissiyanın tərkibi təsdiqlənib17:06İcbari tibbi sığorta pulu nə vaxtdan yığılacaq? - Agentlikdən hamını düşündürən suala CAVAB16:28Lavrovun Ermənistanla Azərbaycanı “kiçik addımlarla” yaxınlaşdırma planı - GƏLİŞMƏ16:23Elşad Hacıyevə ağır itki16:06"İlin Qalibləri-2019" üçün namizədlər açıqlandı
BÜTÜN XƏBƏRLƏR
Dekabr 2019 (170)
Noyabr 2019 (626)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Gələn ilin dövlət büdcəsi niyə daha çox sosialyönümlüdür? - TƏHLIL

11 noy 2019, 13:38   
    18
Gələn ilin dövlət büdcəsi niyə daha çox sosialyönümlüdür? - TƏHLIL
 
Məlum olduğu kimi, 2020-ci ilin dövlət büdcəsinin xərcləri 26913,7 milyon manat məbləğində proqnozlaşdırılmaqla, 2019-cu ilə dair analoji göstəricidən 1723,7 milyon manat və ya 6,8 faiz çoxdur.

Ümumiyyətlə, 2020-ci ilin dövlət büdcəsi bütün əvvəlki illərdəkilərdən fərqli olaraq, ən böyük həcmdədir. Və buna da əsas səbəb sosial xərclərdir. Belə ki, gələn il sosial xərclər indiyədək heç bir ildə olmadığı qədər yüksək səviyyə təşkil edəcək.

Sual olunur ki, niyə?

Bunun iki səbəbi vardır. Birincisi, başa çatmaqda olan bu il ərzində, yəni 2019-cu ildə iki dəfə - mart və sentyabr aylarından etibarən əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin və təqaüdlərin artımını nəzərdə tutan iki sosial paket icra olunmağa başlanıb.

Belə ki, minimum əməkhaqqı indiyədək heç bir ildə olmadığı halda, bir ildə iki dəfə artırılaraq, 130 manatdan 250 manata, eləcə də, minimum pensiya məbləği 72,0 faiz artırılaraq, 116 manatdan 200 manata çatdırılıb.

Eyni ildə paralel olaraq dövlət büdcəsindən maliyyələşdirilən elm, müdafiə, təhlükəsizlik, hüquq-mühafizə, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, sənaye, tikinti və faydalı qazıntılar, nəqliyyat və rabitə, iqtisadi fəaliyyət sahələrində, habelə dövlət orqanlarında çalışan işçilərin də aylıq əməkhaqları dövlət başçısının müvafiq sərəncamları ilə orta hesabla artırılıb.

Beləliklə, bütövlükdə cəmi bir il ərzində dövriyyəyə 4,2 milyon nəfəri əhatə edən maliyyə tutumu 2,3 milyard manata bərabər olmaqla, gələcək üçün artıq xərc vəsaitinin qarşılanması tələbi ortaya atılıb.

İkincisi, 2020-ci ildə qarşıya bu tələbi ödəmək vəzifə qoyulmaqla yanaşı, bəzi sahələr üzrə əməkhaqlarının əlavə olaraq artırılması da nəzərdə tutulur ki, nəticədə, 2019-cu ildə tətbiq olunmuş və 2020-ci ilə proqnozlaşdırılan artımlar üçün növbəti ilin dövlət və icmal büdcələrində cəm olaraq 4,0 milyard manatadək əlavə vəsait nəzərdə tutmaq məcburiyyəti yaranıb.

Bütün bunlar nəzərə alınaraq 2020-ci il üçün dövlət büdcəsinin sosialyönümlü xərcləri 10373,7 milyon manat proqnozlaşdırılmaqla 2019-cu ildəkindən fərqli olaraq 2605,8 milyon manat və ya 33,5 faiz çox müəyyən edilib.

Ümumiyyətlə, gələn il sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 38,5 faiz təşkil edəcək ki, bu da 2019-cu ildəki ilə müqayisədə, 7,7 faiz-bənd çox olacaq.

Bəs 2020-ci ildə sosial istiqamətdə, başqa sözlə desəm, əməkhaqqı, pensiya və digər ödənişlərdə əlavə artımlar gözlənilirmi? Doğrudanmı, maaşlar və pensiyalar bir daha artacaq?

Yoxsa gələn il ərzində heç bir dəfə də olsa, növbəti sosial paket həyata keçirilməyəcək? 2020-ci ildə 2019-cu ildə atılan addımların heç olmasa birinin də varsa, şahidi olacağıqmı?

Bəli. Ən azı pensiyalar artırılacaq. Belə ki, əmək pensiyalarının ildə bir dəfə indeksasiyası həyata keçirilir ki, bu, ənənəvi xarakter daşıyır. Yəni əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı səviyyəsinin artım tempinə uyğun olaraq 2020-ci ilin yanvarın 1-dən əmək pensiyalarının sığorta hissəsi artırılacaq.

Xatırladım ki, əmək pensiyalarında artımla bağlı mexanizm belədir ki, mövcud məbləğlər ildə bir dəfə olmaqla, ölkə üzrə əvvəl, istehlak qiymətləri indeksinin bir il əvvəlki artım səviyyəsinə uyğun olaraq indeksləşdirilərək artırılırdısa, keçən ildən bu, məhz il ərzində orta aylıq əməkhaqqı göstəricisinin artım göstəricisinə görə edilir.

Yeri gəlmişkən, bu il ölkə üzrə orta aylıq əməkhaqqı göstəricisində ilkin olaraq təqribən 14-15 faiz artım olduğu nəzərə çarpır ki, buna dair daha dəqiq rəqəm ilin sonunda məlum olacaq. Bu isə o deməkdir ki, gələn ilin əvvəlindən ölkədəki bütün əmək pensiyaçıların pensiyaları azı bu məbləğdə indeksləşdiriləcək.

Yəni pensiya artımı son olaraq, yalnız cari ilin oktyabr ayında olan artımla yekunlaşmayacaq. Və gələn il daha çox məbləğdə pensiya alanların aylıq pensiya məbləğlərində daha çox artım qeydə alınacaq.

Sözüm bunda deyil. Büdcə təşkilatlarında çalışanların maaşlarına gəldikdə isə bəli, növbəti ildə də müəyyən artımlar həyata keçirmək nəzərdə tutulur. Ancaq bu, asılıdır birinci növbədə xarici iqtisadi şəraitin təsir gücündən və ikinci, ölkədə aparılan iqtisadi və struktur islahatlarının, xüsusən də kölgə iqtisadiyyatına qarşı mübarizənin nəticələrindən.

2020-ci ilin dövlət büdcəsində neftin dünya bazar qiymətinin 55 ABŞ dolları səviyyəsində götürülməsi nöqteyi-nəzərindən hesab edirəm, növbəti il ərzində xarici iqtisadi şəraitin təsir gücündən heç bir təhlükə gözlənilmir. Belə ki, vəziyyət ən azı ötən və builki qədər stabil olacaq. Çünki neftin qiyməti 55 və ya 50 dollara qədər düşən deyil.

Ən azı 2021-ci ilədək.

Kölgə iqtisadiyyatına qarşı mübarizəyə gəldikdə, xırdalığa varmadan qeyd edim ki, ümumiyyətlə, dövlət büdcəsinin xərclərində sosial yönümlüyü artırmaqdan və gücləndirməkdən söhbət gedirsə, mütləq qeyri-neft sektoru inkişaf etməlidir. Başqa sözlə desəm, dövlət büdcəsi gəlirlərində iqtisadiyyatın qeyri-neft sektorunun payı yüksək həddə çatmalıdır ki, sosial ödənişlərin maliyyələşdirilməsində dayanıqlılıq olsun.

Bu, olduqca mühüm şərt və tələb sayılır.

Düzdür, qeyri-neft sektorunun inkişafı ilə bağlı, onun dövlət büdcəsi gəlirlərində payını artırmaq sahəsində son illər ərzində çox işlər görülüb və görülür. Və bunun nəticəsi olaraq, qeyd olunan sektordan gəlirlər tədricən artmaqdadır. Ancaq bu, yavaş templə baş verməkdədir, o səbəbdən ki, iqtisadiyyatın qeyri-neft sektoru qısa zaman ərzində arzuolunan səviyyədə inkişaf tempi nümayiş etdirə bilməz.

Bunun üçün müəyyən zaman lazımdır.

Yeri gəlmişkən, ötən şərhimdə də qeyd etdim ki, dövlət başçımız istər oktyabrın 15-də yanında keçirdiyi iqtisadi müşavirədə, istərsə də hökumətdə etdiyi kadr dəyişiklikləri ilə əlaqədar qəbul etdiyi şəxslərlə söhbət zamanı qeyri-neft sektorunun bu gün ölkə iqtisadiyyatının lokomotivi rolunda hələlik çıxış etmədiyini qeyd etdi. Bunu ixracın strukturu da sübut edir.

Belə ki, ümumilikdə cari ilin yanvar-sentyabr ayları ərzində ixracımızın 75,79 faizi xam neft və bitumlu minerallardan alınan neft məhsulları, 12,18 faizi təbii qaz, 2,33 faizi isə digər neft məhsulları təşkil edib ki, ötən ilin eyni aylarında isə bu rəqəmlər uyğun olaraq 81,18 faiz, 7,2 faiz və 2,98 faiz olmuşdu.

Odur ki, Prezident haqlı olaraq bildirmişdir ki, əsas vəzifə qeyri-neft sektorunu inkişaf etdirmək, məşğulluğu artırmaqdan ibarətdir. Gələn ilin dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirləri 10 milyard 536,5 milyon manat olmaqla payını 43 faizə çatdıracaq ki, hesab edirəm, ölkə əhalisinin sosial müdafiəsinin təşkilində qeyri-neft sektorundan əldə edilən gəlirlərə tam şəkildə əsaslanmaq və yaxud arxalanmaq o vaxt mümkün olacaq ki, onun ÜDM istehsalı strukturunda payı 80 faizdən, dövlət büdcəsi gəlirlərinin tərkibində isə 60 faizdən yuxarı təşkil etsin.

Bunun üçün isə qeyri-neft məhsulları ixracı da bugünkü 1/10 hissədən heç olmasa 4/10 hissəyə qədər genişlənməlidir.

Sözün qısası, gələn il üçün, yəni 2020-cil ərzində dövlət büdcəmizin sosial yönümlüyünün əvvəlki illərə nisbətən artması səbəbini bacardıqca izah etdim. Gələn il dövlət büdcəsi xərclərinin tərkibində sosialyönlü xərclərin xüsusi çəkisi 38,5 faiz təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 7,7 faiz-bənd çoxdur.

Son beş ildə, yəni 2016-cı illə müqayisədə, 2020-ci ildə sosialyönlü xərclər 1.7 dəfə, büdcə xərclərinin tərkibində isə xüsusi çəkisi 3,4 faiz-bənd artıb.

Qeyri-neft sektoru tələb olunan səviyyəyədək inkişaf etməyənə kimi, büdcədən sosialyönümlü xərclərin artması dinamikasının dayanıqlılığına güvənmək qətiyyən olmaz. //oxu.az//
OXŞAR MÖVZULAR