Impera

XƏBƏR LENTİ
19:58Sabaha olan məzənnə açıqlandı - Mərkəzi Bank19:39Dmitri Medvedev WADA-nın qərarını anti-Rusiya isteriyasının davamı ADLANDIRIB19:28Sevindik Hətəmovun başçılığı ilə Salyanın abadlaşdırılan küçələri də çirkab mənbəyinə çevrilir...19:10Naziri narahat edən rəqəmlərin səbəbkarı kimlərdir? - “Pulu, adamı varsa...”18:59"Qarabağ"ın futbolçusu 100-ə çatdı17:01Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmirinə 7,8 milyon manat ayrılıb16:45Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib16:43"Bizə də gənc kadr başçı göndərilsin..." - Balakəndən müraciət...16:17Keçmiş PA rəsmisinin obyektlərində VERGİ YOXLAMASI - İDDİA15:48Türkiyədə hərbi konvoy partladıldı - Ölən və yaralılar var15:30Ata Abdullayevi kim sarsıdıb? – Səttar Mehbalıyevin obyektlərini çəkmək istəyən vloqerə qəfil zəng15:17Naxçıvan FHN-dən anormal qərar – “Soyuqdan qırılırıq…”15:09Məktəblərdə verilən qanunsuz attestatlar: “Bəzi direktorlar …”14:48Könül Xasıyeva evini satmasının əsas səbəbini açıqladı14:30Qvardioladan gözlənilməz açıqlama14:07Fuad Muradov komitənin adının dəyişdirilməsi məsələsinə münasibət bildirdi13:34Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNƏCƏK13:21Saatlıda bələdiyyə seçkiləri şou olacaq... - İDDİA12:32SON DƏQİQƏ: Dünya ŞOKDA - Bu ölkənin beynəlxalq hava limanı BOMBALANDI11:44Paşinyanın “misli görünməmiş” silahları: baş nazir öz xalqını aldadır - GƏLİŞMƏ11:32Ən çox yağıntı hara düşüb? - FAKTİKİ HAVA10:30Rusiya ordusu ilk dəfə İŞİD-in "paytaxtına" daxil olub10:12“Oksigen” klinikasında kəsilən nəfəsimiz... - İTTİHAM09:55Gölməçəyə çevrilən paytaxt küçələri - Dövlət Agentliyi səbəbləri AÇIQLADI09:41Neft yenidən ucuzlaşıb09:39"Bu şəkildə uşaqlarının məktəbdə oxuması doğru deyil..." - GİLEY17:31Prezident İlham Əliyevin “əlyazmaları” - TƏHLİL17:23Deməli, bu milyonlar Fazil Məmmədovun cibinə axıb... - Mikayıl Cabbarov əslində keçmiş naziri ifşa edib...17:09Afətə atmaca atan Flora Kərimovaya Ramiz Rövşəndən CAVAB16:47İşini düzgün qurmayan icra başçıları kimlərdir? - Biznesmenləri uzaqlaşdırıb, rayonları inkişafdan qoyanlar...16:37Heyvan bazarlarından gələn TƏHLÜKƏ - XƏBƏRDARLIQ12:18Qarabağ qazisi haqqın tələb edir... - Müraciət...12:04Yevda Abramovun ölümündən öncə dediyi söz - VİDEO11:35Azərbaycanda "İvanovka malları" fırıldağı... - Arxasında kimlər dayanır?10:59Bəzi partiyalar bu gün, bəziləri isə gələn həftə qərar verəcək... - Seçki-202010:36"Leş Tofiq" kimlərə "ultimatum" göndərib? - İLGİNC18:02Tramp növbəti dəfə erməniləri MƏYUS ETDİ17:52Füzuli Diaqnostika Mərkəzində Şaiq – Vüqar – Lalə “trio”su – RAYON SƏHİYYƏSİ ŞÜKÜROVLARIN REANİMASİYASINDA17:37Yeni devalvasiya dalğası gəlir? - GƏLİŞMƏ17:11Daxili qanaxma nədir? - Əlamətləri, səbəbləri və ilkin tibbi yardım16:55Azərbaycanda rektor təyinatları: - Bu il kimlərə vəzifə verildi?16:39Neft təhdid altında:2020-ci il "sürprizlərlə" gələ bilər - TƏHLİL16:12Xaçmazda bazar qalmaqalında YENİ NÜANS... - İTTİHAM15:44Milli Məclisin iki deputatı Gürcüstana niyə gedir?15:26"Ölüm-itim dünyasıdır, yeyəndə..." - Məşhur müğənni Masallının 8 illik icra başçısını tənqid etdi - VİDEO15:03Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq14:42“AAAF Park” ayağa qalxdı:“Qaz yox, işıq yox… donuruq” – Video14:38Kürdəmirdə dəhşətli hadisə - Ölən və yaralananlar var14:18Təhməzlinin işçiləri belə işləyir... - İTTİHAM13:37ABŞ əlavə 7 minə qədər hərbçi göndərə bilər - Yaxın Şərqə13:08Bu təhsil ocağı bazara çevrilib... - Direktor isə özünü oliqarxlar kimi aparır...12:57İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda12:18Jurnalistin Prezidentə növbəti müraciətində söhbət hansı "Bermud üçbucağı"ndan gedir?12:09“OLYMPUS”un qanunsuz fəaliyyəti narazılığa səbəb oldu - Tikinti şirkətinin əməkdaşları qoçuluqla məşğuldular11:43Almaniya üçün yeni rəqiblər - İspaniya və İtaliya11:21Dünya birjalarında neftin SON QİYMƏTİ10:59Təhsil nazirinin gizli hesabları üzə çıxdı... - Müavini də hədəfdədir...10:42Anarın AYB sədrliyi qanunsuz imiş... - İDDİA10:19Ağdaşda İcbari Tibbi Sığortanın büdcəsi RƏSMƏN TALANIR... - İTTİHAM09:51BNA sürücülərə necə tələ qurur? - ARAŞDIRMA09:21Azərbaycan Prezidenti: "Biz evsiz-eşiksiz qalmış insanların problemlərini həll etməli idik, bu, bizim borcumuzdur"08:40"Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik" - Şenol Güneş08:40"Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik" - Şenol Güneş08:21İranda 7421 nəfər deputatlığa namizədliyini irəli sürüb18:08Prezident İlham Əliyev Finlandiya Prezidentini təbrik edib17:52“Bazarstore”da 18 illik sosis və kolbasalar satılır: - Müştərilərin sağlamlığı təhlükə altında17:36Bibiheybət yolunun da “günahı” Ziya Məmmədovun boynunda qaldı: - “Həmin dönəmdə Nəqliyyat Nazirliyi fəaliyyət göstərirdi”17:17Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib - SƏRƏNCAM16:48Ermənistanda 1-ci prezidentinə qarşı da cinayət işi açıla bilər16:07Əvəz Ələkbərov parlament seçkilərinə GEDİR? - "...yeni parlamentdə fayda verə bilərəm..."15:50Pakistanın Baş naziri “Diriliş Ertuğrul” serialının dövlət televiziyasında yayımlanmasını tələb etdi15:34"Ata Bank" məcburi köçkünə necə divan tutur... - GİLEY15:12Lənkəranda seçki biabırçılığı... - İDDİA14:45Adil Vəliyevin viran qoyduğu Sabunçu... - Biabırçı mənzərə...14:12Zeynalabdin Tağıyevin İstanbul Böyükadadakı villası rekord qiymətə satışa çıxarıldı13:52BDU-da nə baş verir? - Ekspert səbəbləri AÇIQLADI13:29AMEA-nın 150-dək əməkdaşının ixtisar edilməsi ETİRAZ YARATDI - İDDİA13:10“Culture Guide” mədəniyyət bələdçisinin dekabr nömrəsi çapdan çıxıb12:47Xaçmazda bazar qalmaqalı... - Hələ də davam edir...12:17İqbal Məmmədovun daha bir şirkəti haqda qalmaqal - İDDİA12:00Bakıda dərsdə dırnaqlarını manikür edən müəllimə… - GİLEY11:32"Həmin abidəni iki dəfə yandırmağa da cəhd ediblər" - QALMAQAL11:12Sabirabad sakininin acınacaqlı həyatı... - "Prezidentə, Birinci-vitse prezidentə müraciət edirəm..."10:56“Müraciətlərimizin prezident İlham Əliyevə çatmasına imkan vermirlər” - 2-ci qrup əlil məmurlardan şikayətçidir09:42Xırdalan sakinlərindən Eldar Əhmədova ETİRAZ: Biz “maklerə” səs verən deyilik…09:26828 milyon dollarlıq narkotik maddə müsadirə edildi09:03Millətlər Liqasında Azərbaycan millisi sonuncu səbətdə yer alacaq08:33Kürd yaraqlıları iki ayda 45 dinc sakini öldürdülər – Türkiyə MN08:16Qobuda dəhşətli qətl törədilib - 25 yaşlı qadın evində öldürülüb00:34Saxta vəsiyyətnamə ilə qərar çıxaran hakimlərdən prezidentə ŞİKAYƏT22:29Abşeronda Beynəlxalq Könüllülər Günü qeyd olundu21:48DİQQƏT! “WhatsApp”-da YENİLİK - FOTO20:17Prezident Mikayıl Cabbarova YENİ VƏZİFƏ VERDİ - SƏRƏNCAM19:51Hərbi qulluqçumuz vəfat edib19:362 ayda 3 məşhur gənc həyatla vidalaşdı - Ölüm səbəbləri bilinmir19:24Hökumətlərarası Komissiyanın tərkibi təsdiqlənib17:06İcbari tibbi sığorta pulu nə vaxtdan yığılacaq? - Agentlikdən hamını düşündürən suala CAVAB16:28Lavrovun Ermənistanla Azərbaycanı “kiçik addımlarla” yaxınlaşdırma planı - GƏLİŞMƏ16:23Elşad Hacıyevə ağır itki16:06"İlin Qalibləri-2019" üçün namizədlər açıqlandı
BÜTÜN XƏBƏRLƏR
Dekabr 2019 (170)
Noyabr 2019 (626)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”

16 noy 2019, 12:44   
    13
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
"Tenderlərin keçirilməsində çox böyük, hətta cinayətə bərabər qanunsuzluqlar olur”
Dövlət başçısının son aylar keçirdiyi müşavirə və qəbullarda korrupsiyaya qarşı mübarizə mövzusunda çıxışları diqqət çəkir. 1 ay əvvəl iqtisadi sektoru əhatə edən hökumət üzvləri ilə keçirdiyi müşavirədə prezident demişdi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə iqtidarı tam qane edə bilməz. Prezident müşavirədə ictimai nəzarətin daha da gücləndirilməsindən danışmışdı, hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulamışdı.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Saatlı və Sabirabad rayon şöbələrində güzəştli şərtlərlə yaşa görə əmək pensiyalarının təyin edilməsində qanunvericiliyin tələblərinə əməl edilməməsi faktını araşdırıblar. Məlum olub ki, hər 2 şöbənin müdiri qanunsuz pensiya təyin edib. Dövlətə vurulan ziyan 200 min manatdan bir qədər azdır. Bu əməliyyat özlüyündə çox vacibdir, amma oxşar əməliyyatların daha geniş mənimsəmələr, büdcə vəsaitlərinin milyonlarla talanması haqda siqnallar olan digər dövlət qurumlarında da keçirilməsi zərurəti ortalıqdadır.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, ölkədə masştablı şəkildə antikorrupsiya əməliyyatlarına olduqca ciddi ehtiyac var: "İllərdir ki, eşidirik ki, ”sobes" işçilərini tuturlar. Sanki ölkədə rüşvət və korrupsiya bu qurumla məhdudlaşır. Bu sahədə ən bərbad vəziyyət büdcə korrupsiyasıdır. Büdcədən ayrılan vəsaitin xərclənməsində olduqca ciddi neqativ faktlar mövcuddur. Bu gün Azərbaycanda büdcədən oğurluq edən iri ranqlı məmur-biznesmenlərin həbsi üçün kifayət qədər əsaslar var. Məsələn, tenderlərin keçirilməsində çox böyük, hətta cinayətə bərabər qanunsuzluqlar olur. İl ərzində 178 tender udan şirkət var Azərbaycanda. Bu rəqəm açıq-aşkar şirkətin fəaliyyətinin araşdırma predmeti olmasına çağırışdır".

Natiq Cəfərlinin sözlərinə görə, elə şirkətlər var ki, bu gün qeydiyyatdan keçir, 1 gün sonra artıq tenderdə qalib olur: "Dövlət büdcəsində 1 günlük şirkətin hesabına milyonlarla büdcə vəsaiti köçürülür. Tenderlərlə bağlı, büdcə xərcləmələri ilə bağlı ciddi iş aparılmalıdır. Orda önə çıxan şirkətlər, korrupsiya sxemlərində öndə olan şirkətlərin böyük əksəriyyəti məmurlara məxsusdur. Buna görə də çox zaman ciddi araşdırma mövzusuna çevrilmir. Ölkədə məişət korrupsiyası ilə məsələ az-çox həllini tapıb. Amma büdcə oğurluqları ilə bağlı problem ən kəskin, ən ağrılıdır”.

Natiq Cəfərli deyir ki, məmurların, deputatların biznesdən qoparılması baş verməyincə, ölkədə bu sahədə durum dəyişməz qalacaq: "Düzdür, hazırda bu istiqamətdə müzakirələr gedir, addımlar atılır. Hətta prezident səviyyəsində bu problem dilə gətirilir. Lakin bu gün bu istiqamətdə prosesin sürətlə getdiyini demək mümkün deyil. Antikorrupsiya orqanlarının məşğul olmalı sahə məhz büdcə korrupsiyası olmalıdır”.

Natiq Cəfərli 2020-ci ildən toplanması nəzərdə tutulan əmlaka görə sığorta haqlarının toplanmasında da korrupsiyanın çox ciddi maneə olacağını diqqətə çatdırıb: "Azərbaycanda 350-400 min əmlak qeydə alınmayıb. Bu vətəndaşın günahı deyil. Vətəndaş illərlə yaşadığı evində kommunal xərcləri ödəyir. Əslində bu onun mülkiyyət hüququnun yaranması üçün əsas şərtlərdən biridir. Bu məsələ həll edilməlidir. Bu sahədə olan korrupsiya, süni əngəllər aradan qaldırılmalıdır. Vətəndaş dövlət büdcəsində rüsum ödəyib ”kupça"nı, yəni çıxarışı heç bir maneəsiz almalıdır. Çox təəssüf bizdə həmişə olduğu kimi bu məsələdə də tərsdən başlanılıb. Çıxarışı olmayan evdən icbari sığorta haqqı hansı əsasla alınacaq?"

Ekspert deyir ki, korrupsiya ilə mübarizə kampaniya xarakterli olmamalıdır: "Korrupsiya ilə mübarizə dövlətin bütün orqanlarının işlək mexanizminə çevrilməlidir. Kampaniya xarakterli mübarizə heç bir effekt verməyəcək. Sosial müdafiə sferasında antikorrupsiya tədbirlərinin keçirilməsinin effekti göz qabağındadır. Hər dəfə antikorrupsiya kampaniyaları bu sferadan həbslərə yol açır və kampaniya bitir. ”Prezident deyib, biz də iş görürük" prinsipi əldə rəhbər tutulacaqsa, bunun effekti də olan deyil. Necə ola bilər ki, sivil dünyanın hər yerində mediada çıxan istənilən məlumat araşdırma mövzusu olur, Azərbaycanda isə mətbuat yüzlərlə belə faktlar yazır, antikorrupsiya idarəsi bunun üzərinə getmir. İctimai nəzarətin ən gözəl forması elə mediadır. Jurnalistlər korrupsiya faktlarını yazır, ictimailəşdirir. Azərbaycan mediasında korrupsiya faktları ilə bağlı sənədlər, səs yazıları, ən müxtəlif səpkili xəbərlər yayılır. Amma bu faktlar rəsmiləşdirilib günahkarlar cəzaya çatdırılmırlar. Deputatın adı tenderdə tərəf kimi keçir, səsi də yayılır, amma tədbir görülmür. Halbuki deputatın da, məmurun da qanunla bizneslə məşğul olması qadağandır. Deputatlar qəbul etdikləri qanunlara göz görə-görə hörmətsizlik edirlərsə, deməli Azərbaycanda qanunların işlək duruma gətirilməsi üçün çox ciddi işlər görmək lazımdır"./"Yeni Müsavat”/
OXŞAR MÖVZULAR