Impera

XƏBƏR LENTİ
19:58Sabaha olan məzənnə açıqlandı - Mərkəzi Bank19:39Dmitri Medvedev WADA-nın qərarını anti-Rusiya isteriyasının davamı ADLANDIRIB19:28Sevindik Hətəmovun başçılığı ilə Salyanın abadlaşdırılan küçələri də çirkab mənbəyinə çevrilir...19:10Naziri narahat edən rəqəmlərin səbəbkarı kimlərdir? - “Pulu, adamı varsa...”18:59"Qarabağ"ın futbolçusu 100-ə çatdı17:01Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmirinə 7,8 milyon manat ayrılıb16:45Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib16:43"Bizə də gənc kadr başçı göndərilsin..." - Balakəndən müraciət...16:17Keçmiş PA rəsmisinin obyektlərində VERGİ YOXLAMASI - İDDİA15:48Türkiyədə hərbi konvoy partladıldı - Ölən və yaralılar var15:30Ata Abdullayevi kim sarsıdıb? – Səttar Mehbalıyevin obyektlərini çəkmək istəyən vloqerə qəfil zəng15:17Naxçıvan FHN-dən anormal qərar – “Soyuqdan qırılırıq…”15:09Məktəblərdə verilən qanunsuz attestatlar: “Bəzi direktorlar …”14:48Könül Xasıyeva evini satmasının əsas səbəbini açıqladı14:30Qvardioladan gözlənilməz açıqlama14:07Fuad Muradov komitənin adının dəyişdirilməsi məsələsinə münasibət bildirdi13:34Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNƏCƏK13:21Saatlıda bələdiyyə seçkiləri şou olacaq... - İDDİA12:32SON DƏQİQƏ: Dünya ŞOKDA - Bu ölkənin beynəlxalq hava limanı BOMBALANDI11:44Paşinyanın “misli görünməmiş” silahları: baş nazir öz xalqını aldadır - GƏLİŞMƏ11:32Ən çox yağıntı hara düşüb? - FAKTİKİ HAVA10:30Rusiya ordusu ilk dəfə İŞİD-in "paytaxtına" daxil olub10:12“Oksigen” klinikasında kəsilən nəfəsimiz... - İTTİHAM09:55Gölməçəyə çevrilən paytaxt küçələri - Dövlət Agentliyi səbəbləri AÇIQLADI09:41Neft yenidən ucuzlaşıb09:39"Bu şəkildə uşaqlarının məktəbdə oxuması doğru deyil..." - GİLEY17:31Prezident İlham Əliyevin “əlyazmaları” - TƏHLİL17:23Deməli, bu milyonlar Fazil Məmmədovun cibinə axıb... - Mikayıl Cabbarov əslində keçmiş naziri ifşa edib...17:09Afətə atmaca atan Flora Kərimovaya Ramiz Rövşəndən CAVAB16:47İşini düzgün qurmayan icra başçıları kimlərdir? - Biznesmenləri uzaqlaşdırıb, rayonları inkişafdan qoyanlar...16:37Heyvan bazarlarından gələn TƏHLÜKƏ - XƏBƏRDARLIQ12:18Qarabağ qazisi haqqın tələb edir... - Müraciət...12:04Yevda Abramovun ölümündən öncə dediyi söz - VİDEO11:35Azərbaycanda "İvanovka malları" fırıldağı... - Arxasında kimlər dayanır?10:59Bəzi partiyalar bu gün, bəziləri isə gələn həftə qərar verəcək... - Seçki-202010:36"Leş Tofiq" kimlərə "ultimatum" göndərib? - İLGİNC18:02Tramp növbəti dəfə erməniləri MƏYUS ETDİ17:52Füzuli Diaqnostika Mərkəzində Şaiq – Vüqar – Lalə “trio”su – RAYON SƏHİYYƏSİ ŞÜKÜROVLARIN REANİMASİYASINDA17:37Yeni devalvasiya dalğası gəlir? - GƏLİŞMƏ17:11Daxili qanaxma nədir? - Əlamətləri, səbəbləri və ilkin tibbi yardım16:55Azərbaycanda rektor təyinatları: - Bu il kimlərə vəzifə verildi?16:39Neft təhdid altında:2020-ci il "sürprizlərlə" gələ bilər - TƏHLİL16:12Xaçmazda bazar qalmaqalında YENİ NÜANS... - İTTİHAM15:44Milli Məclisin iki deputatı Gürcüstana niyə gedir?15:26"Ölüm-itim dünyasıdır, yeyəndə..." - Məşhur müğənni Masallının 8 illik icra başçısını tənqid etdi - VİDEO15:03Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq14:42“AAAF Park” ayağa qalxdı:“Qaz yox, işıq yox… donuruq” – Video14:38Kürdəmirdə dəhşətli hadisə - Ölən və yaralananlar var14:18Təhməzlinin işçiləri belə işləyir... - İTTİHAM13:37ABŞ əlavə 7 minə qədər hərbçi göndərə bilər - Yaxın Şərqə13:08Bu təhsil ocağı bazara çevrilib... - Direktor isə özünü oliqarxlar kimi aparır...12:57İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda12:18Jurnalistin Prezidentə növbəti müraciətində söhbət hansı "Bermud üçbucağı"ndan gedir?12:09“OLYMPUS”un qanunsuz fəaliyyəti narazılığa səbəb oldu - Tikinti şirkətinin əməkdaşları qoçuluqla məşğuldular11:43Almaniya üçün yeni rəqiblər - İspaniya və İtaliya11:21Dünya birjalarında neftin SON QİYMƏTİ10:59Təhsil nazirinin gizli hesabları üzə çıxdı... - Müavini də hədəfdədir...10:42Anarın AYB sədrliyi qanunsuz imiş... - İDDİA10:19Ağdaşda İcbari Tibbi Sığortanın büdcəsi RƏSMƏN TALANIR... - İTTİHAM09:51BNA sürücülərə necə tələ qurur? - ARAŞDIRMA09:21Azərbaycan Prezidenti: "Biz evsiz-eşiksiz qalmış insanların problemlərini həll etməli idik, bu, bizim borcumuzdur"08:40"Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik" - Şenol Güneş08:40"Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik" - Şenol Güneş08:21İranda 7421 nəfər deputatlığa namizədliyini irəli sürüb18:08Prezident İlham Əliyev Finlandiya Prezidentini təbrik edib17:52“Bazarstore”da 18 illik sosis və kolbasalar satılır: - Müştərilərin sağlamlığı təhlükə altında17:36Bibiheybət yolunun da “günahı” Ziya Məmmədovun boynunda qaldı: - “Həmin dönəmdə Nəqliyyat Nazirliyi fəaliyyət göstərirdi”17:17Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib - SƏRƏNCAM16:48Ermənistanda 1-ci prezidentinə qarşı da cinayət işi açıla bilər16:07Əvəz Ələkbərov parlament seçkilərinə GEDİR? - "...yeni parlamentdə fayda verə bilərəm..."15:50Pakistanın Baş naziri “Diriliş Ertuğrul” serialının dövlət televiziyasında yayımlanmasını tələb etdi15:34"Ata Bank" məcburi köçkünə necə divan tutur... - GİLEY15:12Lənkəranda seçki biabırçılığı... - İDDİA14:45Adil Vəliyevin viran qoyduğu Sabunçu... - Biabırçı mənzərə...14:12Zeynalabdin Tağıyevin İstanbul Böyükadadakı villası rekord qiymətə satışa çıxarıldı13:52BDU-da nə baş verir? - Ekspert səbəbləri AÇIQLADI13:29AMEA-nın 150-dək əməkdaşının ixtisar edilməsi ETİRAZ YARATDI - İDDİA13:10“Culture Guide” mədəniyyət bələdçisinin dekabr nömrəsi çapdan çıxıb12:47Xaçmazda bazar qalmaqalı... - Hələ də davam edir...12:17İqbal Məmmədovun daha bir şirkəti haqda qalmaqal - İDDİA12:00Bakıda dərsdə dırnaqlarını manikür edən müəllimə… - GİLEY11:32"Həmin abidəni iki dəfə yandırmağa da cəhd ediblər" - QALMAQAL11:12Sabirabad sakininin acınacaqlı həyatı... - "Prezidentə, Birinci-vitse prezidentə müraciət edirəm..."10:56“Müraciətlərimizin prezident İlham Əliyevə çatmasına imkan vermirlər” - 2-ci qrup əlil məmurlardan şikayətçidir09:42Xırdalan sakinlərindən Eldar Əhmədova ETİRAZ: Biz “maklerə” səs verən deyilik…09:26828 milyon dollarlıq narkotik maddə müsadirə edildi09:03Millətlər Liqasında Azərbaycan millisi sonuncu səbətdə yer alacaq08:33Kürd yaraqlıları iki ayda 45 dinc sakini öldürdülər – Türkiyə MN08:16Qobuda dəhşətli qətl törədilib - 25 yaşlı qadın evində öldürülüb00:34Saxta vəsiyyətnamə ilə qərar çıxaran hakimlərdən prezidentə ŞİKAYƏT22:29Abşeronda Beynəlxalq Könüllülər Günü qeyd olundu21:48DİQQƏT! “WhatsApp”-da YENİLİK - FOTO20:17Prezident Mikayıl Cabbarova YENİ VƏZİFƏ VERDİ - SƏRƏNCAM19:51Hərbi qulluqçumuz vəfat edib19:362 ayda 3 məşhur gənc həyatla vidalaşdı - Ölüm səbəbləri bilinmir19:24Hökumətlərarası Komissiyanın tərkibi təsdiqlənib17:06İcbari tibbi sığorta pulu nə vaxtdan yığılacaq? - Agentlikdən hamını düşündürən suala CAVAB16:28Lavrovun Ermənistanla Azərbaycanı “kiçik addımlarla” yaxınlaşdırma planı - GƏLİŞMƏ16:23Elşad Hacıyevə ağır itki16:06"İlin Qalibləri-2019" üçün namizədlər açıqlandı
BÜTÜN XƏBƏRLƏR
Dekabr 2019 (170)
Noyabr 2019 (626)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

İslahatların yaratdığı zərurət: yeni dönəm mediası - TƏHLİL

03 dek 2019, 16:26   
    10
İslahatların yaratdığı zərurət: yeni dönəm mediası - TƏHLİL
Dünyada baş verən proseslər, rəqəmsallaşma müstəvisinin hər gün daha da genişlənməsi və informasiya cəmiyyətinin insanı idarəetməyə yeni baxış tələb edir. Şərti olaraq, "internet adamı” adlandıra biləcəyimiz yeni insan modeli reformist, çevik, smart düşüncəli idarəetmə istəyir.

Yaxşı olan odur ki, Azərbaycan dünyadakı bu prosesdən kənarda qalmadı. Prezident İlham Əliyev "islahat ili” kimi başladığı ilin ikinci yarısında islahatların ikinci mərhələsinə start verdi.

Əhalinin bütün təbəqələrini əhatə edən sosial paketlərin qəbulu, böyük xalq açılımları, infrastruktur layihələrinin sayının artırılması, məhkəmə-hüquq islahatları ilə bağlı sənədin qəbul edilməsi istiqamətində atılan addımlar növbəti dəyişikliklər-struktur və kadr islahatları üçün yaxşı baza rolunu oynadı. Hazırda aparılan struktur və kadr islahatlarına "radikal və ya kardinal dəyişikliklər” demək mümkündür.

Alt icra strukturlarından tutmuş Prezident Administrasiyası və Milli Məclisdə davam edən dəyişikliklərinin tezliklə məhkəmə hakimiyyətini də əhatə etməsi gözləniləndir.

Prezidentin səbir və təmkin, eyni zamanda qətiyyət və inamla apardığı dəyişikliklər sistemli olduğuna görə yeni formasiyaya keçid cəmiyyətin dəstəyi, rəğbəti və salamlaması ilə qarşılanır.

Məsələnin mahiyyətində dayanan isə Prezident İlham Əliyevin uzun illər əvvəl, hələ islahat sözü bu ildəki kimi aktiv leksikonumuza daxil edilməmişdən çox öncə islahatların alt bazasını hazırlaması olmuşdu.

İlham Əliyev hələ hakimiyyətinin ilk illərindən, neftin dünya bazarının favoriti olduğu vaxtlarda postneft dövrü hazırlıqlarına başladı. "Qara qızılı insan kapitalına çevirək” məşhur tezisi ilə xaricdə təhsil proqramlarına vəsait ayırdı. Azad internetin və sosial medianın ictimai rəydə möhkəmlənməsinə mane olmadı. Ölkəni birvektorlu siyasətlə idarə etmədi, yeni düşüncəli, keyfiyyətcə müasir mərhələyə hazır gənclərin oxuyub ölkəyə dönməsinə, ölkədə olanların burda təcrübə toplamalarına dəstək verdi və stimullaşdırdı. Beynəlxalq tədbirləri, dünya miqyaslı aksiyaları ölkəyə gətirdi, Azərbaycanın aparıcı trendlərdən bəhrələnməsinə imkan yaratdı. Tolerantlıq və multikultural dəyərlərin təbliğinə vəsait ayırdı, bürokratik aparatda şəffaf idarəetmə və operativ xidmət modeli olan ASAN-ı yaratdı və orda da bir kadr bazası formalaşdı. Müasir dünya ilə ənənəvi cəmiyyətin meyllərini uzlaşdırdı. Komandasının sadiq, təcrübəli, xidmətləri olmuş üzvlərini qiymətləndirməyi və fərqləndirməyi bacardı. Eyni zamanda heç vaxt ictimai rəyi, xalqın dəstəyini gözardı eləmədi, həmişə, bütün fəaliyyətinin əsas tezisi bu oldu: "Müstəqillik və xalqın dəstəyi”.

Və bütün bunlar dünyanın hətta ən inkişaf etmiş ölkələrində kardinal islahatlardan ehtiyat edildiyi bir vaxtda "Prezident necə bu qədər rahat və özünə inamla islahatlar apara bilir” sualının cavabı oldu.

Beləliklə, Prezident dəyişikliklər üçün lazım olan bazanı, kadrları, şəraiti illərlə və səbirlə, təmkinlə, həm də müdrikliklə hazırlayıb. Ona görə də dinamik, sürətli və inamlı dəyişikliklər edə bilir...

Yeni dönəmdə media

Hakimiyyətin müxtəlif qollarında aparılan dəyişikliklər şərti olaraq "IV hakimiyyət” adlandırılan mediadan da yan keçə bilməz. Əslində, Prezidentin sentyabrda növbəti mərhələsinə başladığı dəyişikliklərdə problemlərinə toxunduğu və eyni zamanda dəstək gözlədiyi sahələrdən biri də media idi. Dövlət başçısı islahatlara mane olmaq istəyənlərin media üzərindən oynadıqları oyunları qeyd etmiş, eyni zamanda ictimai nəzarətin vacibliyinə və əhəmiyyətinə diqqət çəkmişdi. İslahatların uğurla həyata keçirilməsi üçün müstəqil və sağlam medianın, həmçinin, digər cəmiyyət institutlarının mövcudluğu mühüm şərtlər arasındadır.

Bu yanaşmada media təkcə struktur etibarilə formalaşmış şirkət və ya yaradıcı şəxslərin topluluğu deyil. Media cəmiyyətin vizyonu, baxışlar sistemi və yanaşması kimi xarakterizə edilə bilər. Kardinal dəyişikliklərin aparıldığı ölkənin cəmiyyətində "yeni dövr mediası”nın yaranması və ya mediaya yeni baxışın olması zəruridir.

Terminlərlə sahənin mütəxəssisi olmayan oxucunu yormaq istəmədiyimə görə, fikrimi daha sadə ifadə etməyə çalışacam. Məsələnin mahiyyətində bu dayanır: interaktiv medianın-yəni internetin, saytların və online medianın, həmçinin "ağıllı telefonların” olmadığı zamanın insanı yalnız məlumat daşıyıcısı və məlumat alıcısı idi. Yeni dövrün insanı isə həm də məlumat ötürücüsüdür.

İndi heç kimsə informasiyaya münasibətdə bir funksiyalı deyil, hər kəsin informasiyanı yaratmaq, daşımaq və ötürmək imkanı var. Hələ üstəlik sosial media alətləri informasiyanı yönəltmək, idarə etmək, hətta kampaniyalaşdırmaq imkanı yaradır. Bu prosesdə peşəkarla sadə informasiya ötürücüsü arasında təsir imkanları baxımından fərq ola bilər. Amma bu fakt təkzib olunmur ki, hər kəsin informasiya istehsalçısı və ən başlıcası, ötürücüsü olmaq imkanı var.

Məhz bu məqam - müasir informasiya alətlərinin imkan verdiyi şərtlərdə ÖTÜRÜCÜ ola bilmək artıq informasiyaya baxışı və yanaşmanı dəyişir.

Başqa sözlə, siz bir fabrik yaradıb istənilən məhsulu istehsal edə bilərsiniz. Əgər sizin onu bazara çıxarmaq, nümayiş etdirmək və satmaq imkanınız yoxdursa, məhsulunuzun iqtisadi səmərəliliyi, ziyanı və ya faydalılıq əmsalı cəmiyyətə də, bazar oyunçularına da maraqlı deyil. Yəni əsas məsələ istehsal deyil, istehsal etdiyini ötürə bilmək, bazarlamaqdır.

Ənənəvi medianın mövcud olduğu zamanda da hər kəs informasiya daşıyıcısıydı. Lakin bu informasiyanı ötürmək üçün geniş müstəvi yalnız seçilmiş obyektlərə məxsus idi. Ona görə də ənənəvi media mühiti informasiyanın konyuktura daxilində təqdimatına şərait yaradırdı. İstənilən hadisəyə və ya fakta konyktur baxış bucağını müəyyənləşdirib, bunu imperativ qaydada kütləviləşdirməklə, vahid tezisləşdirmə ilə təsəvvür yaratmaq, hətta həmin təsəvvürləri möhkəmləndirmək mümkün idi.

İnternetin gətirdiyi interaktivlik, sosial medianın, yeni texnologiyanın gerçəkliyi bütün informasiya daşıyıcılarını həm də ötürücüyə çevrilə bildi. Bu isə konyuktur informasiyanı əhəmiyyətsizləşdirdi. "Feyk nyus”un və konyuktur informasiyanın yayılması qədər yalanlanması da çox az vaxt aldı. İnformasiya mənbəyinin həm də alternativ informasiya ötürücüsü ola bilməsi "konyuktur informasiya” vasitəsinə inamı azaltdı, onları baxımsızlaşdırdı. Nəticədə ənənəvi media oxucusunu və tamaşaçısını sürətlə alternativ informasiya qaynağına - yeni mediaya, başqa sözlə, oxucu və tamaşaçının özünə uduzmalı oldu.

Çox açıq yazsam, imperativ və administrativ media idarəetməsi faydasını itirdi, mediaya yalnız məlumatlandırma funksiyasının dominantlığı, çeviklik və daha çox interaktivliklə fərqlənmək seçimləri qaldı. Yeni situasiyanın fərqinə varmadan davam etdirilən imperativ məlumat yönləndirilməsi isə mövcud media siyasətindəki problemləri yaratdı.

Nə etməli?

Nəzəri təhlildən ölkəmizin reallığına qayıtsaq, hazırda çıxış yolu bazar oyunçularının sərbəstləşməsi və alternativ kontentin ənənəvi mediada daha çox görünməsinə imkan yaratmaq kimi görünür.

Başqa sözlə, ciddi, etibarlı və cəmiyyət arasında etimadlı media qurumları bazarda daha sərbəst şərtlərlə çıxış edə bilsə, proqres baş verər.

Bu, eyni zamanda xaricdən "milli kontent” adı ilə ölkəyə qarşı "qara pair” kampaniyası aparanların əhəmiyyətsizləşməsinə də səbəb olar. Ənənəvi medianın alternativ fikrə, açıq müzakirəyə və tənqidə daha çox önəm verməsi media mühitindəki çoxrəngliliyi təmin etmiş olar.

Sosial media alətlərində kustar üsullarla aparılan, ciddi əks-effekt verən fəaliyyət praktik və dinamik, ölçmələrə əsaslanan daha peşəkar işlə əvəz oluna bilər. İdarə edənin ictimai rəyin formalaşmasında rol oynayan istənilən müstəvidə, o cümlədən sosial media alətində işləməsi heç bir halda mənfi qarşılana bilməz. Əksinə, dövlət sosial media üzərindən ciddi işləyib, müasir tətbiqetmələrdən yararlanıb, tendensiyaları ölçüb, problem yaradan səbəbləri aradan qaldırıb, nəticəni dəyişərsə, bundan bütün cəmiyyət qazanar.

Ənənəvi mediada çoxçeşidliliyin, müxtəlif rəngliliyin təmin olunması, "biz nəyi dəyişirik və niyə dəyişirik” sualına olan cavab medianın gələcəyini müəyyən edəcək.

Bütün bu nəzəri olaraq asan, lakin praktikada indiki halda xeyli ağrılı kimi görünən prosesin aparılması zamanı "informasiya kirliliyini” yaradan aqreqatorlardan, şantaj və böhtan üçün yaradılmış "üçnəfərlik saytlar” topluluğundan xilas olmaq da şərtdir. Bunun üçün bəzən administrativ qərarlara da ehtiyac ola bilər.

Eyni zamanda dövlət strukturlarının informasiyaya əlçatanlığın təmin edilməsi istiqamətindəki fəaliyyəti də sistemli artırıla bilər.

Cəmiyyətin sosial media davranışlarını mənimsəməsinə müxtəlif institutlar, xüsusilə ənənəvi media tərəfindən dəstək verilməsi də prioritetlər arasında ola bilər.

Və bu məqamda əsas problemdən yazmaya bilməyəcəm.

Bütün bu düsturların doğru təsbiti üçün mühüm məqam - media menecmentidir. Çox təəssüf ki, hazırda mediadakı əsas problemlərdən biri budur.

Geniş və konseptual media baxışı olan, rəhbərlik etdiyi qurumun media siyasətini formalaşdıra bilən, həmçinin bəşəri dəyərləri, medianın cəmiyyət üçün məlumatlandırma ilə yanaşı, humanitar missiyasını, eyni zamanda dövlətin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olan informasiya təhlükəsizliyinin qorunmasındakı öhdəliyini başa düşən, adekvat media menecmentə ehtiyac var.

İndiki halda işin pis tərəfi belə media menecmentin azlığıdır. Yeni media tipi-konseptual yanaşması olan, sahənin və cəmiyyətin maraqlarını uzlaşdıra bilən, həmçinin "qara piar”la tənqidin sərhədlərini müəyyənləşdirmək imkanı olan, "hər şey pisdir” və ya "hər şey yaxşıdır” tandemindən uzaq olub, ictimai nəzarət funksiyasını yerinə yetirə bilən media institutu və media obrazı formalaşdırmaqdır. Bu iş heç də saxta sayğaclarla ölçmələri artırmaq, sosial media mühəndisliyi etmək, informasiya siyasətində rolu olmayan, əksinə, cəmiyyətlə problem yaradan "onminlik baxışlar”ı olan xəbərlər yazmaq deyil. Bu, heç təkcə müasir dünya və trendləri bilmək də deyil. Müasir media menecment adekvatlığı və yeni düşüncəsi ilə yanaşı, eyni zamanda ənənəvi cəmiyyətin istəklərini, hətta stereotiplərini yaxşı anlamaq və bu stereotiplərə belə adekvat olmağı bacarmaqdır.

***

Bu, bir prosesdir. Açıq cəmiyyətlər bütün dəyişikliklərdə uğur qədər uğursuzluğu, doğru qədər yanlışları da təbii qarşılaya bilir. Yaxşı olan odur ki, islahat prosesi başlayıb, cəmiyyət yenilənməyə həvəslidir, onun fikrini ifadə edən mediada da bu yenilik istəyi və əzmi var...

Vüsalə Mahirqızı //APA//
OXŞAR MÖVZULAR