Impera

XƏBƏR LENTİ
22:259 fevralı Mingəçevir camaatı toy-bayram edəcək... - Mingəçevirlilər Prezidentin çağırışlarına tam güvənir21:41Baş Prokurorluq və DİN-dən Salyan sakininin polis zorakılığına məruz qalması haqqında yayılanlara MÜNASİBƏT17:54Bakıda xanım sürücüdən qeyri-etik davranış - VİDEO17:41Ağsu xəstəxanasında rəzalət: Xəstələrə baxan yoxdur17:25Azərbaycanda neft platformasında yanğın - Əraziyə yanğın söndürənlər cəlb olunub - RƏSMİ17:08"Qarabağ" Cüzeppe üçün təklif göndərib - "Sky Sports"16:52İlham Əliyev: Dünya nizamının bugünkü quruluşu çoxqütblülüyü nəzərdə tutur - VİDEO16:32Mingəçevirdə qəzalı vəziyyətdəki yataqxana sakinləri yeni mənzillərə köçürüləcəkmi? - AÇIQLAMA16:03Bakıda bu yolun “yiyəsi” çıxmır: Qurumlar imtina edir - RƏSMİ AÇIQLAMA15:33Dizaynerlər arasında müsabiqə elan olunub15:09YAP-ın köhnə deputat heyəti HƏYƏCANDA - Qapı-qapı gəzirlər...14:43Türkiyədəki zəlzələ TANAP və BTC-nin işinə təsir etməyib - SOCAR14:26Daha bir sərnişin təyyarəsi qəzaya uğradı: Göyərtəsində 83 sərnişin olub14:10Keçən il əczaçılıq məhsullarının idxalı azalıb12:29Oliqarx-deputatın yeni heyət arzusu... - İDDİA11:27Hadi Rəcəbli seçicilərə 20 manat pul və yağ paylayır - Seçki ola həmişə...11:06Şəkər zavodunun acı taleyi: Yerli istehsalçılar üçün dərslər - TƏHLİL10:46“Pafoslu cümlələrlə insanlarımızı aldatmaq olmaz” – Elşən Gəncəvi (MÜSAHİBƏ)10:4350 saylı Abşeron-Qobustan Seçki Dairəsindən deputatlığa namizəd Novruz Aslanova Seçicilər mahnı həsr etdi.10:37"Aylardır ki, Səhiyyə Nazirliyinə, rayon səhiyyə idarəsinə müraciət edirəm..." - GİLEY10:18Dollar yüksəlişdə: Manatı nə gözləyir? - TƏHLİL10:03Ermənistan atəşkəs rejimini 24 dəfə pozdu09:46İsmayıllıda baş verən ağır yol qəzası ilə bağlı Açıqlama - DYP09:20Malidə hərbi düşərgəyə hücum: 19 əsgər öldü09:03Arzu Nağıyev kimdir? – “KQB” POLKOVNİKİ, media KAPİTANI08:59Elmar Musayev Gədəbəy seçicilərinin aşkar favoriti oldu - FOTOLAR08:52Əfqan Quliyev bu gün iki kənddə görüş keçirtdi-FOTOLAR01:18BİABIRÇILIQ: İcra Hakimiyyətindən seçkiyə kobud müdaxilə – SƏS YAZI11:10Əfqan Quliyev daima seçicilərin yanında olacağına söz verdi-FOTOLAR11:05Razi Nurullayevin görüşləri davam edir...18:26“Barselona” 17 yaşlı istedadı transfer etdi18:04Bakıda keçmiş məhkumdan tapança götürülüb17:05Türkiyədə dağıdıcı zəlzələ anının görüntüləri – VİDEO16:43"Azərbaycan qızını milli geyimdə ərəblərə təklif edirdi, dözmədim vurdum" - VİDEO16:08“Valideynlər it dişləməsindən sonra uşağa az iynə vurdurublar...” - TƏBİB ölən şagirdlə bağlı açıqlama yaydı15:47Fərdi qaydada deputatlığa namizədliyini irəli sürmüş bir qrup YAP-çı partiyadan çıxarılıb14:33"Əslində səhiyyə sistemində hazırkı idarəçilik və infrastruktur, fəaliyyət mühiti və resurslar bu sahədən ictimai gözləntiləri çoxdan dəfn edib"14:16Rusiyanın bu bazarında güclü yanğın oldu - VİDEO14:01Binəqədi icra məmuru Fikrət Məmmədovu İsfəndiyar Axundova “satdı”: “tikinti maqnatı” hələ də at oynadır – VİDEO11:29Rusiyanın Yaxın Şərqdə "Məsafə" siyasəti - Təhlil11:09Saatlıda biabırçı seçki mənzərəsi - İDDİA10:41"İşğal olunmuş ərazilərdəki tarixi və mədəniyyət abidələri erməniləşdirilir" - BƏYANAT10:2340 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib23:27Razi Nurullayevin görüşləri davam edir...18:39"Sovetski"də yenidən söküntü başlandı - Narazı da var, razılaşan da...18:37"Putin gələcəkdə senator və ya Federasiya Şurasının sədri ola bilər"18:04Bakıda ağaclar kəsilib?: İdarə “hə”, Nazirlik “yox” deyir15:44Azərbaycanda koronavirusa yoluxma riski — Özünüzü qoruyun15:29Bakı polisi uşaq oğurladığı iddia olunan qadını tapdı — FOTO - RƏSMİ15:05Aprel şəhidinin atası: "Şikayətimizə baxan yoxdur" - VİDEO14:52Moskvada Azərbaycanın sovet dövrünə aid xalça və tikmələri SƏRGİLƏNƏCƏK14:38Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub14:19Klubu "Qarabağ"ın alacağı futbolçunun harada olduğunu bilmir13:55Xalq artistinə həsr olunan gecədə narazılıq13:38Tramp “Facebook” vasitəsilə 2020-də qələbə qazanacaq?13:17Nazirlik rəsmisindən Bakıda qar AÇIQLAMASI12:36Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.12:21Xətaidə icazəsiz tikinti ilə bağlı rəsmi açıqlama: “Ərazi şəxsi mülkdür”12:04“Pulunuz çox ola bilər, amma nüfuzunuz yoxdur” – ƏLƏŞRƏFQIZI “ÜSYAN” ETDİ11:29"30 ildir bu yolla kimsə maraqlanmayıb" - GİLEY10:59Bu universitet rektorlarının vəzifələrini itirəcəkləri gözlənilir - İDDİA10:40Sabirabadda dializ xəstələri kütləvi zəhərlənib - AĞIR İDDİA10:14Kamaləddin Qafarov rayonun ziyalıları və M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri ilə görüşüb09:55“Manqurt” yenidən nümayiş edilib09:37“Panorama Park” Yaşayış Kompleksinin sakinləri kimdən narazıdır? - GİLEY09:07Azərbaycanda daha bir uşaq evindən şok görüntü yayıldı – Video08:49Azərbaycanda çay yığımının həcmi açıqlanıb08:31Çində koronavirusa yoluxanların sayı 849-a, ölənlərin sayı isə 26 nəfərə çatıb - YENİLƏNİB22:12103 saylı dairənin qalibi Elmar Musayev olacaq21:46Vilayət Eyvazovun dəyişdiyi DYP: Bunlarla rastlaşmayacaqsınız! – RƏSMİ AÇIQLAMA21:40Paytaxtda taksi xidmətində dəyişiklik: Gedişhaqqı artacaqmı? - RƏSMİ CAVAB21:27Ermənistan 1990-cı ilin yanvar hadisələri ilə bağlı uydurma təbliğat aparır - XİN20:55Oğlu tərəfindən küçəyə atılan ata və ana: - "Əziyyətlə aldığım evimə bizi buraxmır"17:00İlham Əliyevin Davos çıxışı: Azərbaycan yeni çiçəklənmə dövrünün astanasında - TƏHLİL16:44“Əsassız və məntiqsiz yanaşmanın...” - AzTV ilə bağlı qalmaqal16:26Faşizmin təbliğatı Ermənistana baha başa gəlir - GƏLİŞMƏ15:25O pullar BÜDCƏDƏN OĞURLANIB... - Mərhum nazir oğlunan İTTİHAM15:02"İTV-nin fantastik qiymətləri namizədlərin əksəriyyəti üçün əlçatan deyil" - ETİRAZ14:43Hava kəskin dəyişir: Bakıda sulu qar yağacaq, temperatur 0 dərəcəyə düşəcək14:09Dəhşətli virus Rusiyanın ikinci paytaxtında - FOTO13:50Azərbaycan Türkiyəyə təbii qaz ixracını artırıb13:32"Aygün Kazımova böyük risk etdi"13:15Ülviyyə Ağayeva seçki qanunu necə pozur? – piarçı direktorlar, müəllimlər…12:5772 yaşlı milyonçu Əmiraslanov yenə necə deputat olur? – Şok faktlar…11:49Ərdoğanla Trüdo arasında telefon danışığı olub11:25Eldar Əzizovdan icra başçılarına XƏBƏRDARLIQ11:01Rektor haqqında ŞOK İDDİA - Ağır ittihamlar...10:02Ən iddialı namizədlərdən biri Elmir Qurbanov10:00İlham Əliyev Mixail Qusmanı təltif etdi20:56ELŞƏN GƏNCƏVİ SEÇİCİLƏRƏ MÜRACİƏT ETDİ20:53Davosda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsi üzrə yeni layihəyə dair müzakirələr aparılıb20:19"Onlar cinayət törədən, qayda-qanunu pozan vətəndaşı müdafiə etməyi özlərinə peşə seçiblər" - DİN19:56Ziyad Səmədzadə seçki qanununu vecinə almır19:42DSMF Dövlətin Ana Qanununu tanımır? - İTTİHAM19:30Leriki İqbal Məmmədova peşkəş edən kimdir? - Nə qanun bilirlər, nə də qayda...16:36Ukrayna radiosunda Ermənistanın işğalçılıq siyasəti pislənilib16:27NAMİZƏDLƏRİN QARŞIDURMASI YAŞANAN ƏSAS 3 DAİRƏ - GƏLİŞMƏ16:15Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin ədəbi layihələri davam edir15:59Obyektlərin üzərinə yapışdırılan namizəd plakatları sökülür? - ARAŞDIRMA15:46Köhnə deputatları yeni heyətə aparan ÇƏTİN YOLLAR - GƏLİŞMƏ
BÜTÜN XƏBƏRLƏR
Yanvar 2020 (461)
Dekabr 2019 (600)
Noyabr 2019 (626)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Konstitusiya Məhkəməsi parlamentin buraxılmasının Konstitusiyaya uyğun olması ilə bağlı qərar qəbul edib - YENİLƏNİB-3

04 dek 2019, 15:01   
    28
Konstitusiya Məhkəməsi parlamentin buraxılmasının Konstitusiyaya uyğun olması ilə bağlı qərar qəbul edib - YENİLƏNİB-3
 

© Report / Elchin Murad
Konstitusiya Məhkəməsi Plenumunun iclası müşavirədən sonra davam etdirilib.

"Report" xəbər verir ki, iclasda qərar elan olunub.

Qərarı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev oxuyub.

Plenum iclasının yekununda Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilib.

*** 12:30

İclasda Milli Məclisin qərarı barədə danışan sorğu verən tərəfin nümayəndəsi - Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov çıxış edib.

"Report"un xəbərinə görə, o deyib ki, həmin qərarda Azərbaycan Prezidentindən Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi xahiş edilib.

G.Kərimovun sözlərinə görə, bu qərar faktiki olaraq parlamentdə çoxluq təşkil edən, Yeni Azərbaycan Partiyasının üzvləri olan deputatların təşəbbüsü və iradəsi, o cümlədən parlamentdə digər partiyalardan olan deputatlar və bitərəf deputatlarla birgə onların böyük əksəriyyəti tərəfindən qəbul edilib: "Parlamentin buraxılması institutu Azərbaycan qanunvericiliyində yeni institutdur. Bildiyimiz kimi, həmin institut 2016-cı ildə ümumxalq səsverməsi yolu ilə Konstitusiyaya daxil edilib. Nə həmin tarixdən əvvəl, nə də sonra müasir Azərbaycan Respublikasının Konstitusiya tarixində bu cür ictimai, siyasi, hüquqi hadisə baş verməyib. Bu müddəa xalq tərəfindən qəbul olunandan sonra da onun tətbiqi üçün şərait formalaşmamış, onun tətbiqi üçün zərurət olmamışdır. Nəticədə göstərilən müddəanın təsir dairəsi, onun tətbiq mexanizmləri müəyyənləşdirilməmiş və Azərbaycan hüquq ictimaiyyətində bu barədə vahid bir fikir formalaşmamışdır. Eyni zamanda Azərbaycan hüquq ədəbiyyatında da bu məsələ tam araşdırılmamışdır. Həmçinin Milli Məclisin buraxılması ictimai, siyasi və hüquqi baxımdan böyük əhəmiyyətə malik hadisədir. Bu hadisənin baş verməsi nəinki birbaşa bugünkü nəticələrə, həmçinin gələcək üçün də çoxşaxəli ola bilər.

Bu təsirlər arasında potensial növbəti seçkilər, yeni qərarlar, yeni qanunlar, parlamentin yeni orqanları, o cümlədən deputatların indiki və gələcək statusu məsələsi ortaya çıxa bilər. Bu gün Konstitusiya Məhkəməsi icraata olan sorğu bu mülahizələrdən irəli gəlir. Sorğunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 98.1 maddəsinin hazırki vəziyyətdə tətbiqi əsaslarının olub-olmadığını aydınlaşdırmaq, habelə onun tətbiqinin Konstitusion qaydalarını, prosedurunu müəyyən etmək və müddəanın tətbiqi nəticəsində potensial hər hansı bir hüquqi mənfi nəticənin qarşısını almaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhz bu mülahizələrdən irəli gələrək qərara almışdır ki, göstərilən sualların aydınlaşdırılması üçün onlar məhz Konstitusiya icraatı çərçivəsində nəzərdən keçirilməlidir.

Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 3-cü hissəsinin 1 bəndini rəhbər tutaraq yaranmış vəziyyətdə Azərbaycan Respublikasının Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə Qərarı əsasında Azərbaycan Respublikasının Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinin qərarının qəbul edilməsini xahiş edirik”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bir neçə gün əvvəl Milli Məclisin deputatları Milli Məclisin növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təşəbbüslə çıxış ediblər və Milli Məclisin dekabrın 2-də keçirilən iclasında bu təkliflərə hüquqi qiymət verilib, Prezidentə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müraciət ediblər: "Bu gün sizin araşdırmalarınız nəticəsində gələcəyiniz qərar Azərbaycan dövlətçiliyi baxımından, hakimiyyət qollarının fəaliyyəti baxımından müstəsna əhəmiyyət kəsb edir. Konstitusiyada qeyd olunduğu kimi, Azərbaycan demokratik və hüquqi dövlətdir. Hüquqi dövləti xarakterizə edən isə hakimiyyət bölgüsüdür. Qanunvericilik hakimiyyəti dövlət hakimiyyətinin çox vacib elementidir. Sözsüz ki, Qanunvericilik hakimiyyəti təkcə millət vəkillərinin qanunları qəbul etməsi kimi başa düşülməməlidir. Milli Məclisin konstitusiya ilə üzərinə qoyulmuş və dövlət həyatında müstəsna əhəmiyyət kəsb edən digər funksiyaları var. Konstitusiyamızın 95-ci maddəsinin 16 və 17-ci bəndləri, Konstitusiyamızın 111 və 112-ci maddələrində hərbi vəziyyətin, müharibənin, fövqəladə vəziyyətlə bağlı və bu cür dövlətçilik və xalqımız üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdə iştirakı zəruridir. Konstitusiyamızın məhz bu mənada qanunvericilik hakimiyyətində xüsusi bir yerini qeyd etmiş olur. 98-1-ci maddədə əlbəttə ki, "Milli Məclis buraxılır” dedikdə, bu baxımdan qanunverici hakimiyyətin funksiyaları dayanır mənasında başa düşülməməlidir. 98-1-ci maddənin buraxılma məqsədi Milli Məclisin qərarında göstərildiyi kimi növbədənkənar seçkilərin keçirilməsidir. Ona görə də, 98-1-ci maddədə Milli məclisin buraxılması Konstitusiyanın 89-cu maddəsində deputatın mandatdan özünün imtinası kimi başa düşülməməlidir. Bu maddələrin hər birinin funksiyası və mənası fərqlidir. Hesab edirəm ki, bütövlükdə deputatların səlahiyyət müddətini həll edən 87-ci maddəyə istinad etməliyik. Çünki "səlahiyyət müddəti yeni çağırışın ilk iclas günü bitir” müddəası bütövlükdə Milli Məclisin səlahiyyət müddətini özündə əks etdirmir”.

Ə.Hüseynli bildirib ki, yeni parlament fəaliyyətə başlayana qədər hazırkı parlament qanunvericilik hakimiyyəti kimi fəaliyyətini davam etdirməlidir.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və ekspert - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürovun çıxışından sonra Konstitusiya Məhkəməsi Plenumu müşavirəyə gedib.

*** 11:58

Bu gün Azərbaycan Prezidentinin göndərdiyi sorğuya baxılması üçün Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.

"Report" xəbər verir ki, toplantıya Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev sədrlik edir.

İclasda Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə göndərdiyi sorğuya baxılır.

İclasda məruzəçi-hakim Rafael Qvaladze, iclas katibi isə Fəraid Əliyevdir. Konstitusiya Məhkəmə icraatında iştirak edən tərəflər isə aşağıdakılardır:

Sorğu verən tərəfin nümayəndəsi – Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov.

Cavab verən tərəfin nümayəndələri – Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev.

Ekspert isə Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin Konstitusiya hüququ kafedrasının dosenti, Hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov.

Qeyd edək ki, Milli Məclisdə çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyasının deputatları dekabrın 2-də parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər.

Azərbaycan Prezidenti "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Elə həmin gün Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasında Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və "Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Milli Məclisin 2019-cu il 2 dekabr tarixli "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.

*** 09:02

Bu gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçiriləcək.

"Report" xəbər verir ki, iclas saat 12:00-da baş tutacaq.

İclasda Azərbaycan Prezidentinin dekabrın 2-də göndərdiyi sorğusuna baxılacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Elə həmin gün Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasında Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və "Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Milli Məclisin 2019-cu il 2 dekabr tarixli "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.
OXŞAR MÖVZULAR