Impera

XƏBƏR LENTİ
17:29Ermənistanın sabiq “baş çekistinin” ölümü: Paşinyan hədəfə alınıb - ŞƏRH17:20“Sovetski”də 8 milyona torpaq satılır - Fotofakt16:57Deputatlığa namizəd İmamveridi İsmayılovla bağlı ŞOK MƏLUMATLAR YAYILDI16:27Ən qızğın mübarizə bu dairələrdə gedəcək — SİYAHI15:42"Hər kəs ulduz ola bilməz"15:27SON DƏQİQƏ: Gəncədə silahlı şəxslərlə polis arasında atışma: Yaralı var14:00Sahil Babayev bu şəxslərin maaşının artırılmasından danışdı12:41Parlament seçkilərində "Bakı qırğını" ƏN MARAQLI DAİRƏLƏR – VİDEO12:23İsfəndiyar Axundovun qaranlıq yolları... - İTTİHAM12:05AQTA ötən il 405 sahibkarlıq subyektinin qeydiyyatından imtina edib12:00Deputatlığa namizəd Prezidentə müraciət etdi - "Sizə güvənimiz sonsuzdur!!!"11:47Baş nazir qurumlar qarşısında vaxt qoydu11:22Şəmkirdə YAP-ın namizədi vaxtından qabaq təbliğat-təşviqat kampaniyasına başladı -FOTOFAKT10:56"Dövlətin ayırdığı pulu yeyiblər" - GİLEY10:13230 hektar torpağı əlindən alınmış kənd –YENİ ZUVAND CAMAATI CARƏSİZ QALIB09:53"Roma" 1/4 finalda09:32Güney Azərbaycan: Milli Hərəkat nə zaman ortaya güc qoyacaq? - GƏLİŞMƏ09:16Deputatlığa namizədlərin seçkiqabağı təşviqat kampaniyası başlayıb08:44Danimarkada qeyri-adi yaşayış məntəqəsi tikiləcək23:00Sahibkarlar hakimlərdən-İMAN NAĞIYEV VƏ İLHAM ƏHMƏDOVDAN PREZİDNTƏ ŞİKAYƏT ETDİLƏR…18:32Kominin Daxili İşlər naziri rüşvət ittihamı ilə saxlanılıb18:28Eldar Namazovdan Ramiz Mehdiyevə sensasion ittiham – 100 dollarlıq titul18:25Vilayət Eyvazov müşavirə keçirdi - Tapşırıqlar verdi18:23Dövlət Komitəsi Nərminlə bağlı müraciət yaydı: “Lazımsız məlumatların efirdən səslənməsi...”18:01Yüzlərlə leykozlu uşağın dərman problemi - RƏSMİ AÇIQLAMA17:48Putin: “Rusiya prezident respublikası olaraq qalacaq”17:31Prezident İlham Əliyev SƏRƏNCAM İMZALADI17:13İlham Əliyev Naxçıvana 8,8 milyon manat ayırdı16:48Musa Şəkiliyevin durumu gərgindir - İDDİA16:30Bakının gözəlləşməsini istəməyənlər...16:04Çempionlar Liqasının formatı DƏYİŞDİRİLƏ BİLƏR15:34Livanda gərginlik: 35 nəfər yaralandı15:05Azərbaycanda vergi daxilolmalarının həcmi tarixi maksimuma çatıbv14:35Putin növbəti seçkidən sonra bu vəzifəni tutacaq14:18İki qurum birləşdirilir, Samir Şərifov yola salınır - Şok təfərrüat13:27Nərminin anası ŞOK FAKTLAR açdı: "Qızım qatildən qaçıb, qonşular görüb xəbər verməyib" - VİDEO13:13Heydər Əliyev Sarayında “Əfsanəvi rok hitlər”i təqdim olunacaq12:52"İslahatlar kəmiyyət və keyfiyyətinə görə əvvəlkilərdən fərqlənir" - PA rəsmisi12:37Biləsuvar rayonunda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI12:09UEFA "Qarabağ" klubuna 260 min 500 avro pul ayrııb11:31Bur tibb ocağı yox, qəssabxana imiş... - GİLEY11:13“Həkim bir müalicə yazdı ki, az qaldı ölüm” - GİLEY10:37Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:17“Aqrar Tədarük və Təchizat” ASC-də böyük yeyinti - İTTİHAM09:57Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu20:59Rizvan Mirzəyev Salyan DYP postu ilə bağlı nazirə müraciət etdi - VİDEO18:30Cənab "baş bankir" bankları başdı başına buraxsanız gedib "Bank of Baku" olacaqlar......18:09Yeni gəmiyə və Pirşağı qəsəbəsindəki 112 nömrəli tam orta məktəbə Xoşbəxt Yusifzadənin adı verilib - SƏRƏNCAM17:45“Salyan OİL” şirkətinin fəhlələri etiraz aksiyası keçirdilər17:31Qazax və Ağstafada düşmən təx­ribatının qarşısı alınıb - DSX15:24İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - FOTO15:16Daha bir namizəd seçki qanununu açıq şəkildə pozdu - FOTOFAKT15:11Namizədliyi irəli sürülmüş indiki deputatlara xəbərdarlıq edilib: - Fəal olmasanız, seçilməyəcəksiniz15:05Arda Turandan gözlənilməz seçim14:30"“Böyük İyirmiliyin” mövcudluğu G7-nin vacib məsələləri həll edə bilmədiyini göstərir”14:17«Bravo» bizdən hər məhsula görə 500 MANAT İSTƏYİR» - GİLEY13:57"Deyirlər, bunlar da sevgilidir"13:32Tiflisdə kazinoda 270 min dollar uduzan deputat oğlu da seçkiyə qatılıb12:36Prezidentdən ciddi tapşırıq: Rüşvətxorluğa son qoyulsun!12:12Səfər Mehdiyev xalqı öz gömrüyündən utandırır - qəddarlıq, işgəncə, monopoliya...11:579 saylı Binəqədi II seçki dairəsində gərgin mübarizə gözlənilir – Kəmaləddin Qafarov, yoxsa Orxan Mustafayev?!...11:38Göygöldə kimlər narazılıq yaradır? - ETİRAZ11:24"İndi biz çörəyimizi kimdən istəyək?" - Laçınlı müəllim rayon təhsilində baş alıb gedən korrupsiyadan danışır11:00"Bəlkə hökumət görər, kömək eləyər…" - GİLEY10:39Paşinyan “pripiska”ya qayıdır: Ermənistan iqtisadiyyatı necə “şişir”? - TƏHLİL10:27Merih Demiral əməliyyat olundu - Nə vaxt qayıdacaq?10:10Prezident: Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır09:44Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub09:28Tramp cinayətkarların telefonlarını açmaqdan imtina edən “Apple” şirkətini qınadı20:19Zakir Fərəcov işdən çıxarılır –QALMAQALLAR İCRA BAŞÇISINI ÇIXILMAZA SALIB18:14Azərbaycan 20 ən islahatçı ölkə sırasında: Prezident 2019-cu ilə yekun vurdu - TƏHLİL18:07MTK dələduzları qurbanlarını belə tələyə salır - Tanınmış hüquqşünasdan ÇIXIŞ YOLU17:56Zaqatalanın icra başçısı iki kəndi “siyahı”dan sildi - İLGİNC17:46Ərdoğandan liviyalı general Xalifə Haftara sərt reaksiya — Ona layiq olduğu dərsi verəcəyik17:38Nazirlikdə işləmək istəyənlərin nəzərinə! 435 iş yeri var — SİYAHI17:26Prezident yeni qanunu imzaladı — DƏYİŞİKLİK17:14Cavanşir Məmmədovdan sərt sözlər: "Mən sənə 1000-1500 manat pul verməliyəm?" - VİDEO17:00Bakıda yaşlı qadını kəndirlə bağlayıb, ağzına dəsmal tıxayaraq qarət etdilər16:47İqtisadçı alim: Elman Rüstəmovun dediyindən belə çıxır ki, Azərbaycanın borcu 50 milyarddan çoxdur15:572020-ci ildə neftin qiyməti necə olacaq? - TƏHLİL15:16Fərhad Qəribov deputat mandatını oğluna necə “ötürür?” – Kürdəmirdə YAP-çı namizəd yenidən qurban verilir15:05Mənzildən oğurladığı pulları restoranlarda xərcləyən şəxs saxlanıldı14:49Zeynəb Xanlarova 12 il sonra konsert verəcək14:14Bu dairədə toqquşan milyonçu oğlu və məmur oğlu geri çəkildi - İLGİNC GƏLİŞMƏ13:52Arabir yağış yağacağı gözlənilir - Belə deyirlər...13:34Tanınmış jurnalist “Təhsil-Press.az” İnformasiya Agentliyinin direktoru, təhsil eksperti Əkbər Hüseynzadə 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd oldu.12:43“Mənim günahım” növbəti dəfə göstəriləcək12:05Rüşvət alan polislə bağlı Vilayət Eyvazovdan SƏRT QƏRAR - VİDEO11:49Samir Şərifov yola salınacaqmı? - O, yeni komandada "köhnə yamağa" bənzəyir...11:25Qarayevin çətiri altında özbaşınalıq - İTTİHAM10:27Kənd məktəblərinə ayrılan odun pulu harada və necə yandırılır? - Ceyhun Bayramova bircə sual10:09Milyonçu, Firon və Yapon oğullarının mandat savaşı - Şəkidə “ölüm dairəsi”09:47Azərbaycan nefti 2%-dək ucuzlaşıb09:28Valverde “Barselona”dan qovuldu - Yeni baş məşqçi bilindi09:09İlham Əliyev: “Azərbaycan ali liqada, Ermənistan isə üçüncü liqadadır”08:56Elman Rüstəmov: "Mərkəzi Bankın proqnozu dəyişmir, inflyasiyanın 4 faiz ətrafında sabitləşdirilməsi planlaşdırılır"22:22Tanınmış jurnalist, iqtisadçı-ekspert Razi Abasbəyli müraciət yaydı19:43Tanınmış QHT sədiri Mahirə Əsədovanın DEPUTATLIĞA NAMİZƏDLİYİ QEYDƏ ALINIB19:41Allahdan qorx, Zakir Fərəcov !19:40İlham Əliyev Xorvatiyanın yeni seçilən prezidentini təbrik edib
BÜTÜN XƏBƏRLƏR
Yanvar 2020 (276)
Dekabr 2019 (600)
Noyabr 2019 (626)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Xaçmazda bazar qalmaqalı... - Hələ də davam edir...

05 dek 2019, 12:47   
    30
 Xaçmazda bazar qalmaqalı... - Hələ də davam edir...
 

Əslində uzun tərəddüddən sonra, bu yazını qələmə almalı oldum. Bəlkə də ilk baxışda rayon əhalisindən başqa heç kəs üçün maraqlı olmayacaq bu yazıda, əslində böyük bir faciədən danışıram. Təbii ki, yazılanların arasında, yazılmayanları oxuya bilənlər üçün...

Bəli, mənə dərhal sual oluna bilər ki, bu "bazar söhbəti” hələ də bitmədimi?

Bitmədi əlbəttə, yəni bu hələki belə görünür.

Səhər tezdən adətim üzrə beynimdə çoxlu suallarla yuxudan oyandım. Necə ola bilər ki, həqiqəti hər kəs bildiyi halda, sıradan bir "bazar adamı”na heç bir orqan bata bilmir, onun öhdəsindən nəinki gələ bilmir, əksinə, barəsində qaldırılan ittihamların məhkəmə baxışına çıxarılan zaman, prosesə sədrlik edən hakim də, cavabdehə açıq-aydın vəkillik edir.

Nəzərə çarpacaq qədər çılpaqlığı ilə hər kəsin gözü qarşısında gün kimi aydın və aşkar baş verən bu "məhkəmə məzhəkəsi” axı kimə lazımdır?

Bir məhkəmənin hakimləri, bir rayonun vəzifəli şəxsləri dövlətin nüfuzunu aşağı salacaq qədər risqə gedərək, sıradan bir "bazar adamını” niyə bu formada müdafiə etsin ki?

Bəlkə mən səhvəm?

Bəlkə doğrudan da sözün əsl mənasında "Qurban” haqlıdır və biz sadəcə onun bu ali düşüncə səviyyəsini, bizdən daha müdrik olduğu üçün anlamırıq?

Bu suallarla, illərdir uğrunda iki adamın ölümü ilə nəticələnən bir davanın getdiyi "Kolxoz bazarına” tərəf gedirəm. Sakitcə telefonu çıxarıb, bazardan yeni fotolar çəkməyə çalışıram. Təbii ki, elə anda da bazar əhlinin diqqətini özümə çəkə bilirəm. Bu dəfə hər şey tərsinə baş verir. Yəni normalda hər kəsə sual verən adam, özü bazar əhlinin suallarına tuş gəlir.

- Yenə niyə çəkirsiz? Nəsə olub?

Suallara cavab vermək çətindir, ancaq yenə də özümü o yerə qoymadan, "istəyirəm bazardan reportaj hazırlayım” deyib, qarşı tərəfə, bazarda işləyən sadə adamlara "hücuma” keçməyə hazırlaşıram. Ancaq sualların ardı kəsilmir.

-Bu qədər yazırsız ey, nə xeyri var ki?

-Nə xeyri olsun ki? İstəyirəm ki, hamı hər şeyi olduğu kimi bilsin də...

-Ay bala, onsuz da hər kəs, hər şeyi olduğu kimi bilir, ancaq heç nə də edə bilməyəcəksiz, xeyri yoxdu. Məsləhət bilsəydilər elə analarının qatilini tapardı da bu hökümət. Niyə tapmırlar? Guya tapa bilmirlər? Hamı bilir də, kim öldürdü, niyə öldürdü, nədən ötrü də guya tapılmır?!

Yaşlı qadınların sözləri məni ayaq saxlamağa məcbur edir. Deyəsən bu adamlar cəsarətlidir və müsahibə ala bilərəm deyə düşünürəm.

-Bibi, müsahibə verə bilərsiz? Deyib yaşlı qadınlara yaxınlaşıram.

Dərhal da "adə bizi zibilə salarsan, öz dərdimiz özümüzə bəsdi” söyləyib, məndən uzaqlaşmağa çalışırlar. Ancaq mən imkan vermirəm, istəyirəm ki, burda baş verənləri, bir də kənardan izləyənlərin gözü ilə müşahidə edim.

-Bibi bax düz danışırsızsa, niyə qorxursuz? Gəlin danışın da. Yoxsa yalandan mənim fikirlərimi dolaşdırmaqda məqsədiniz nədi?

Bu sözüm deyəsən, hədəfə dəyir. Anidən duruxurlar, içlərindən biri düz gözlərimin içinə baxaraq, "ay bala, sizə etibar var? Bir az üstünüzə gələn kimi keçərsiniz o tərəfə, ara yerdə bizi də zibilə salarsan” deyib, yenə də uzaqlaşmaq istəyirlər. Mən də düzü əl çəkmək istəmirəm, "bax bibi, heç adınızı da bilmirəm və soruşmayacam. Mənə sadəcə danışın ki, bu Qurban kimdi, bu nə oyundur belə? Niyə bu söz-söhbətlərin ardı kəsilmir?”

Bir yaşlı qadın sakitcə baxıb, "bax, adımı çəkmə, mənim də balalarım var, özümə problem istəmirəm” deyib, mənimlə söhbətə razılaşır.

Sevinə-sevinə suallarımı yağdırmağa hazırlaşıram, ancaq müsahibim heç sualı gözləmir. Bunu görən başqaları da ürəklənir və sonradan heç mənə danışmağa imkan vermirlər.

"Qurban əvvəllər yaxşı uşaq idi. Elə bu bazarda böyüdü, gözümüzün qabağında. Sonradan heç gözləmədiyimiz halda, birdən birə dəyişdi. Bir də gördük ki, bazarda hamıya prokurorun adı ilə hədə-qorxu gəlir. Yanından yel ötməmiş, hamıya "sən öləsən, prokurora bir zəngim bəsdi ki, sənin başıva min oyun açsın” deyib dalaşardı. Bir gün də gördük ki, bazarda müdirlə (Gülnarə Həbibovanı nəzərdə tutur-müəl.) sözləri çəp gəldi. Biz heç bilmədik nə davadı, ancaq gördük ki, Qurban haray-qışqırıq salıb, gah deyir özümü yandıracam, gah deyir anam özünü öldürəcək”

-Axı nə baş vermişdi ki, bu belə edirdi?

- Vallah bala, heç nə bilmirdik. Ancaq gördük ki, bu elə haray salıb, müdirin anasının goruna filana söyür. Yan-yörəmiz polislə dolu idi, ancaq heç kəs Qurbana söz demirdi. Bildik ki, deyəsən yenə nəsə oyun var.

-Nə oyun?

-Ay bala, bəs Nəcimə müəlliməni də elə bu cür öldürdülər də...Bu bazardan söz-söhbət əksik olmur ki...Gündə birini öyrədirlər, gəlir haray-qışqırıq salır, bazar müdirini də polisə zada aparıb, başını ağrıtmaq üçün bəhanə olur da...

-Niyə bazar müdirini incitsinlər ki?

Təəccüblə mənə baxırlar, "ay bala, sən Xaçmaz adamı deyilsən? Guya bilmirsən niyə?”

-Mən Xaçmaz adamıyam, ancaq istəyirəm ki, baş verənləri sizdən dinləyim də...Niyə incitmək istəyirlər müdiri?

-Ay bala, bu bazarı hələ o vaxtdan Şəmsəddin müəllim almaq istəyirdi. Almaq deyəndə ki, deyəsən torpağını özəlləşdirib, camaata satmaq istəyirdi. Ona görə gündə beş-altı nəfəri rəhmətlik müəllimənin (Nəcimə Babayevanı nəzərdə tutur) üstünə davaya göndərirdi. Bilirsən nə qədər məhkəmələr oldu? Müəllimə də nahaq belə elədi, gərək verərdi bazarı, cəhənnəm olardılar. Gördün ki, sonra da evinin içində öldürdülər, heç bu gün də hökümət işi açmır. Açmazlar axı. Hamı bilir də, bunu kim eliyib, niyə eliyib?!

-Bəs Qurban nə məsələdi? Bu söhbətlər olanda Qurban uşaq idi axı.

-Ay bala, nə olsun uşaq idi? İndi böyüyüb də. Bunlar güclü adamlardı ey. İndiki müdir Gülnarə bacı, prezident Xaçmaza gələndə, binanın üstünə çıxıb qışqırdı, hamı da eşitdi, Gördün ki, heç bir xeyri olmadı. Hamı bilir ki, bu işin dalında Şəmsəddin müəllim dayanıb, heç ona batmaq olar? Gördün, işdən çıxdı, ancaq yenədə rayonu idarə edən elə odur. Ay bala, haqsız dünyadı, ona görə də bunlara baş qoşmaq olmur.

-Bibi, söhbətləri qarışdırırsız e, gəl bir-bir danışaq da.

-Nəyi danışırsan e bir-bir? Nə danışaq?

-Mən sual verim, siz də danışın da. Yoxsa belə fikirlər qarışır axı. Gah ordan danışırıq, gah da burdan. Məni də çaşdırırsınız.

-(Bərkdən gülürlər) Çaşma bala, çaşma. Nə danışaq axı. Deyirəm də, bizi zibilə qoyacaqsan sən.

-Bax bibi, mənə əsas Qurban maraqlıdır. Qurban kimdi, kim olub, bu gün niyə belə edir? Bu boyda bazarda hamıya dedi ki, Nəcimə müəlliməni elə ailəsi öldürüb. İndi də ailə onu məhkəməyə verib, ancaq nəsə hakimlər heç nə eləmək istəmir?! Bu Qurban kimdi ki?

-Ay bala, uşaqsan sən? Ona kim nə deyə bilər ki, onun arxasında o boyda prokuror, Şəmsəddin müəllim dayanıb. Heç nə də eləyə bilməzlər. Nə məhkəmə ay bala? Məhkəmə var? Haqq-ədalət var? Bunlar kimi necə istədi, elə də aradan götürürlər. Bircə bu ailəyə bata bilmədilər. Gülnarə bacıgili ağıllı adamlardı. Qurban o qədər söyüş söydü, ancaq bunlar ona heç nə demədi. Yəqin gözləyirdilər ki, Gülnarə bacının qardaşları gəlib vursun Qurbanı, o saat tutsunlar. Bunlar həmişə belə edir. Həmişə bir Qurban fason adam tapırlar, camaatın içində söydürürlər ailəni. Onlar da gəlib söz desələr, o saat tutsunlar deyə, oyun çıxarırlar.

-Bəs niyə tutmaq istəyirlər ki?

-Necə niyə? A bala, tutub deyəcəklər ki, gəl indi bazarı ver, qardaşlarını buraxaq da. Şəmsəddin burdan əl çəkməz ay bala, sot-sot satsa, bilirsən nə qədər pul qazanar? Heç əl çəkər? Tutsunlar da Qurbanı, niyə tuta bilmirlər? Çünki, Şəmsəddin tapşırıb. Camaatın içində neçə dəfə analarının gorunu söyüb, neçə dəfə deyib ki, anavızı siz öldürmüsüz, nə oldu? Heç baxan var? Baxan da olmayacaq. Xeyri yoxdu.

-Bibi, bəs axı qanun var, dövlətin qanunlarından güclüdü ki, Qurban?

-Ay bala, bibi qurban, mənim 60 yaşım var e. Nə dövlət, nə qanun? Burda elə qanun da, dövlət də Şəmsəddin müəllimdir. O birilər də ona yaltaqlıq edirlər, ona görə Qurbana dəyən yoxdu. Yoxsa gəl mən deyim görüm, bir kəlmə, gör mənim başıma nə oyun açarlar?

Ətrafa narahat formada baxmaqlarını görməmək mümkün deyil. Sanki danışdıqlarımızın kimsə tərəfindən eşidiləcəyindən qorxurlar. Mən də yarızarafat, yarıgerçək deyirəm ki, onsuz da sabah hamısı internetdə oxuyacaq. O saat cavabımı verirlər.

-Elə o internetdə bilirsən Şəmsəddin müəllimdən nələr yazırlar? Deyir işçilərin kartlarını da oğurlayıb e. Heç gör ona nəsə deyən var? Qorxurlar, Şəmsəddin müəllim böyük adamdı,istəsə lap prezident olar. Görmədin ki, işdən çıxardılar, bir gündən sonra da başqa vəzifəyə keçirdilər? Qorxurlar e ondan. Hamısı qorxur. Bu bazarı almamış getməyəcək rayondan. Bilirsən neçə məhkəmə işləri var müdirin? Bir gündə 3-4 məhkəməyə gedirlər e. Niyə? Çünki Şəmsəddin xanbabayev and içib ki, nə qədər mən sağam, sizə bu dünyanı dar edəcəm. Sən də cavan uşaqsan, baş qoşma belə işlərə.

-Mən jurnalistəm də, işim budu.

-Ay bala bunlar iş zad bilən deyil e, bir gündə aləmi qarışdırarlar, heç bilməzsən harda zəhərlədilər, nəyi necə elədilər. Görmürsən kiminlə düz gəlməsələr, izsiz-tozsuz meyidi tapılır? Gör heç maraqlanan var ki, bu necə olur? Şəmsəddin müəllim Heydər Əliyevlə dost olub, ona görə prezident onun xətrinə dəyə bilmir. Başqası olsaydı, çoxdan güllələyərdilər, buna dəyə bilmirlər, çox şey bilir.

Əslində ürəklərinin dolu olduğunu görüb, sözlərini kəsmək istəmirəm, ancaq mənə maraqlı olan mövzudan yayındıqları da xoşuma gəlmir. Tələsik söhbəti yenə də Qurbandan salmağa çalışıram.

-Ay bibi Qurbanı deyirdim e. Bu həftə də məhkəməsidir. Xəbəriniz var da? Gülnarə Həbibova və qardaşları onu məhkəməyə veriblər ki, onlara böhtan atdığı üçün cavab versin.

-Ay bala, heç nə olmayacaq, görərsən. Bütün Xaçmaz bilir ki, Qurbanın dalında kimlər dayanıb, hakim, məhkəmə kimdi ona söz deyə bilsin. Hakimlər özləri də qorxur ey Qurbandan. Ancaq əvvəl yaxşı uşaq idi Qurban, yetimçiliklə öz başını saxlayardı. İndi birdən birə görmürsən ki, gətirib onu bazara müdir qoydular? Qəsdən qoydular ki,burda davaları qızışdırsınlar. Sonra da deyəcəklər ki, Nəcimə müəllimənin ailəsi heç kəslə yola getmir. Ancaq "dava yorğan davasıdı” (bərkdən gülüşürlər).

Daha dözə bilmirəm və oranı tərk etmək üçün, yavaş-yavaş sağollaşmaq istəyirəm.

Beynimdəki suallara cavab tapıb, tapmadığımı isə hələ də anlamıram. Sağollaşıb aralanmaq istəyəndə ardımdan "ay bala, cavan oğlansan e, bazar söhbətini qurdalayacaqsansa, özündən muğayat ol. Bunlar adamın başına min oyun açarlar” deyib, gülməyə davam edirlər.

Sakitcə, qarışıq duyğularla bu "qanlı bazardan” aralanıram. Baş verənləri anlamağa çalışıram. Görəsən həqiqətən də bu Qurban kimdiki?

İctimai rəydə dövlətin, məhkəmənin, prokurorluğun nüfuzunu yerlə-yeksan olunduğunu görə-görə, onun qanunsuz davranışlarına himayədarlıq edən kimdir?

Bir bazara görə dəyərmi?

Suallar çox, cavablar isə...

P.S. Məlumat üçün qeyd edək ki, Xaçmaz şəhər sakini Qurban Sadıxov adlı şəxs, oktyabr ayında Kütləvi İnformasiya Vasitələrində yayımlanan çıxışında Gülnarə Həbibova və qardaşlarını, öz anaları şairə xanım Nəcimə Babayevanın qətlində ittiham edib. Sonradan Qurban Sadıxov barədə Xaçmaz Rayon Məhkəməsinə müraciət edən ailə, onun barəsində xüsusi-ittiham qaydasında iddia qaldırsalar da, məhkəmə prosesləri qəsdən yubadır və səbəbsiz yerdə məhkəmə iclası təxirə salınır.

Nəcimə Babayeva, 2010-cu ilin sentyabr ayının 15-də, öz yaşadığı evində, xüsusi amansızlıqla qətlə yetirilib. Qatil(lər) və sifarişçi(lər) bu günə qədər də tapılmayıb.
İXA.az
Cəmil Məmmədli

Xaçmazda bazar qalmaqalı...
Xaçmazda bazar qalmaqalı...
Xaçmazda bazar qalmaqalı...


OXŞAR MÖVZULAR