Impera

XƏBƏR LENTİ
13:37"Baku Steel Company" zavoduna yeni rəhbər gətirilir11:42İlham Əliyev bu ASC-yə 3,3 milyon manat ayırdı - SƏRƏNCAM11:37Hacıqabulda BİABIRÇILIQ: rəisin atasının adı qoyun oğurluğunda hallanır - VİDEO11:24XİN Laçının işğalının 28-ci ildönümü ilə bağlı bəyanat yaydı11:19Füzuli bu gün11:15Xızının icra başçısı Xaçmazda zeytun, əncil meyvələrin biznesini qurub11:01Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi - RƏSMİ10:53Salyanın icra başçısına həbs təhlükəsi – Növbədə Sevindik Hətəmovdur?10:48Vidadi İsayevin iqtidara başağrı olan repressiv siyasəti: ətalət, hədə, zülm... - VİDEO12:10Aqil Nəzərli qaynatasını Baxışovlar ailəsinə minnətçi salıb- səs yazısı11:56Azərbaycanda Pənahovlar imperiyası: - Vəzifədə olmayanı yoxdur11:51Tərtərdə ağacların dibinə asfalt döşəndi, etiraza səbəb oldu22:10Nadir Qafarzadə: “Evdən gedəndə ucuzlaşırsınız” - VİDEO22:03Lənkəranda etiraz edən tibb işçiləri təhqir olundu - VİDEO21:4765 yaşdan yuxarı şəxslərə şad xəbər21:43Baku TV-də “Xəbər” vaxtıdır - VİDEO21:39Vilayət Eyvazovdan DİN Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə TƏYİNAT21:33İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə görüşdü21:28II Elizabet İlham Əliyevə məktub göndərdi12:22Naxçıvan korovirus avandanlıqlarını hardan alıb? - Fransızlar bizi Afrika ilə qarışdırmayıblar ki? - VİDEO12:12Universitet ilə keçmiş dosenti arasında qalmaqal - "Dekanın mənimlə ədavəti olduğu üçün..."12:02Koronavirusun dünya iqtisadiyyatına vuracağı itki hesablandı12:00“Bakı Metropoliteni” gediş haqqının artırılacağı xəbərlərinə CAVAB VERDİ - VİDEO11:54Məşhur həkim səhvən xəstənin ürəyinə gedən damarı kəsdi11:47Rüşvət almış, dələduzluq etmiş icra başçıları… – VİDEO11:43Tutulan generala bu maddələrlə cinayət işi açılıb11:38Eldar Mahmudovun oğlunun xaricdəki milyonluq şirkətləri - biri bağlandı, neçəsi qaldı...11:33Naxçıvanın yeni Baş naziri olacağı gözlənilən seyid kimdir?11:29Mikayıl İsmayılov adını təmizə çıxarır... - Bu nə həyəcan, bu nə təlaş?..16:47“Mən şortik geyinsəm, hamı ...” - Pişik Günel - VİDEO16:40Artıq bu şəxslər də ünvanlı sosial yardım ala biləcəklər - VİDEO16:36Azərbaycanda daha 44 nəfər koronavirusdan sağaldı - RƏSMİ16:31Rusiyada koronavirus statistikasında 12 gün sonra ilk yaşandı16:28Azərbaycanda kriminal aləmin nümayəndəsi belə öldürüldü - ANBAAN VİDEO16:22Metroda gedişhaqqı qaldırılacaq? - VİDEO16:16“Azərbaycan Dəmir Yolları” QSC bu rəqəmləri niyə açıqlamır? – Cavid Qurbanov gəldikdən sonra...16:11“Ramiz Mehdiyev prezident olmaq istəyirmiş” – VİDEO16:06Zakir Fərəcovun kürəkəni dənizi zəbt edib? - VIDEO15:48Eldar Mahmudovun oğlu Britaniyadakı əsas şirkətini bağladı15:40Parlamentin növbəti iclasının vaxtı açıqlandı15:36Əhaliyə ŞAD XƏBƏR! Karantin rejimi təyin olunan vaxtdan tez bitə bilər - AÇIQLAMA15:31Vilayət Eyvazovdan yeni TƏYİNAT15:28Vilayət Eyvazov bu postun komandirini VƏZİFƏSİNDƏN AZAD ETDİ15:20SOCAR: “Abşeron” layihəsinin icrasında hər hansı dəyişiklik nəzərdə tutulmur”15:16İlham Əliyev bu ASC-yə vəsait ayırdı - SƏRƏNCAM19:52Zakir Həsənovun “minalanmış” ətrafı: Azad Salamov getdi , bəs Fuad Məmmədov?19:4465 yaşdan yuxarı şəxslər nə vaxt küçəyə çıxacaq? - AÇIQLAMA19:39Mayın 31-dən sonra sərhədlər açılacaq?19:35Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb - VİDEO19:23DTX-nın kamerasına danışan İdarə rəisi haqqında şok iddia - VİDEO19:17İlham Əliyev icra başçısı təyin etdi - SƏRƏNCAM19:14İlham Əliyev tutulan icra başçılarından danışdı: “Buna son qoyulacaq!”19:11Prezident: “Köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır, kim yerləşdirib onları?”19:08Hacıqabul Sənaye Məhəlləsinin ərazisi genişləndiriləcək - SƏRƏNCAM19:06Prezident nazir müavini təyin etdi11:25May ayı üzrə 190 manatı alacaq şəxslərin nəzərinə! - VİDEO11:21Elman Rüstəmov Azərbaycanda iki bankın bağlanmasını şərh edir - CANLI YAYIM19:48Bərdənin icra başçısı vəzifəsindən azad edildi19:40Əmlakı SOCAR-ın işçiləri tərəfindən uçurulan vətədaş dövlət başçısına müraciət etdi – VİDEO19:29Azərbaycan Prezidenti vətəndaşlara çağırış etdi19:05Daha bir icra başçısı vəzifəsindən azad edildi18:59Nüşabəylə videosu yayılan KİŞİ DANIŞDI: "Nazir müavini olmağım..." - VİDEO18:52Bərbər və gözəllik salonlarına gedənlərə XƏBƏRDARLIQ18:47Vilayət Eyvazovdan plyonka ilə bağlı sərt göstəriş18:40Bu gün ləğv olunan bankların arxasında hansı məmurlar dayanıb?18:37Fransa - Azərbaycan işgüzar görüşü keçirildi18:33İlham Əliyev və Mehriban Əliyeva Sumqayıtda açılışda - FOTO18:21ÜST-ün baş direktoru İlham Əliyevə məktub ünvanladı18:17DTX-dan nazir müavini ilə bağlı ŞOK FAKTLAR -VIDEO12:23“Atabank” ASC-yə borc öhdəliyi olan hüquqi və fiziki şəxslərin NƏZƏRİNƏ12:17İlham Əliyev rektor təyin etdi - SƏRƏNCAM12:11Sumqayıtda BİABIRÇILIQ: “MERO” “WhatsApp”la işləyir11:59Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, barama saxlanılan məntəqələrdə oldu - FOTO11:44Alimpaşa Məmmədovun Şəmkir fironluğu: oğlu insanlara qul kimi yanaşır – VİDEO11:00Kəmaləddin Heydərov “EuroHome”un sahibini günahlandırdı - “Məsuliyyətsiz insandır”10:54Bakı Metropoliteninə giriş məhdudlaşdırılıb10:51KORONAVİRUS - CANLI STATİSTİKA Yanan "Eurohome" bazarından ən son görüntülər - VİDEO10:43“Qarabağ” yatağında hasilata başlamaq üçün hazırlıq işləri görülür11:29Bakıda kafeyə basqın - 17 nəfər saxlanıldı - VİDEO11:19Adil Vəliyevin rayonunda nələr baş verir... - VİDEO11:12Vətənə qayıda bilməyən azərbaycanlılar üçün Rusiyada yerləşmə məntəqəsi açılır - VİDEO11:03Məcburi köçkün Bərdə DYP rəisindən şok faktlar açıqladı: “Cənab nazir, Anar Cəlilov və işçiləri...” - VİDEO10:59"LİDER TV"-nin BÜTÜN ƏMƏKDAŞLARI İŞDƏN ÇIXARILIB10:55Zərdabın icra başçısı da hədəfə gələ bilər10:50GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ ƏMƏKDAR MÜƏLLİMLƏR NİYƏ DƏRS KEÇMİR???10:44Dövlət qurumlarının "dəli" çıxardığı biznesmen yeni məlumatlar açıqladı - VİDEO19:23Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı - VİDEO19:17Azərbaycanda koronavirsa 143 yeni yoluxma19:10İlham Əliyev Vladimir Putinə zəng edib19:08İlham Əliyev nazir müavinini vəzifəsindən azad etdi - SƏRƏNCAM19:05Prezident onu da vəzifəsindən azad etdi - SƏRƏNCAM19:03İlham Əliyevdən Heydər Əliyevin doğum günü münasibətilə paylaşım - VİDEO11:03Rafiq Bayramovun korrupsiya əlaqələrinin təfərrüatları10:5650 minlik maşın sürən vayner xanım 190 manat yardım alıb – VİDEO10:52İlham Əliyev: “Azərbaycan nefti olmadan Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsi mümkün olmazdı”10:48Samuxun da bir əməliyyata ehtiyacı var... - VİDEOLAR10:37Ağdaşlıların kabusu İlqar İsmayılov kimdir?- 190 AZN PROBLEMİ VƏ KORRUPSİYA!-VİDEO10:31Şəmkirdə ancaq Alimpaşa Məmmədovun şələsi fırlanır – VİDEO10:26Vilyam Hacıyev Göygöl İcra Hakimiyyətinin binasını necə alıb?10:21İlham Əliyev Qələbə Günü münasibətilə paylaşım edib - FOTO
BÜTÜN XƏBƏRLƏR
May 2020 (209)
Aprel 2020 (517)
Mart 2020 (535)
Fevral 2020 (211)
Yanvar 2020 (560)
Dekabr 2019 (600)

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qoşqar Təhməzlinin AQTA-sı "papağı günə yandırır"? - “Keyfiyyətə nəzarət yoxdur”

25 dek 2019, 14:11   
    65
Qoşqar Təhməzlinin AQTA-sı "papağı günə yandırır"? - “Keyfiyyətə nəzarət yoxdur”
 
Bakı mağazalarının vitrinlərini ən müxtəlif adlarda kolbasa-sosiskalar bürüyüb.

Onların kilosu 5-6 manat civarında satılır. Belə məhsulların keyfiyyəti barədə birmənalı fikirlər yoxdur. Tərkibinə fərqli qatqılar əlavə olunduğu söylənir. Kolbasa məhsullarının ucuz olması da sual doğurur.

Ətin kilosu 11-12 manatdır. Mal və ya toyuq ətinin kolbasası isə 5. 50, yaxud 6 manata satışdadır. Bu da istər-istəməz yerli kolbasa məhsullarına şübhələr yaradır.

Çünki dəfələrlə tərkibinə at, eşşək, ölü və xəstə heyvan əti vurulan kolbasa məmulatları müvafiq orqanlar tərəfindən aşkarlanıb.

Məsələn, Bakıda yerləşən Belarus, Litva və zoopark yaxınlığındakı Rusiya mağazalarında keyfiyyətli, bahalı kolbasa-sosiskalar məhsulları satılır.

Onların qiyməti müqayisə oluna bilməz. Yəni ucuz kolbasa Litva mağazasında 20 manatdan yuxarıdır. Zooparkın yaxınlığındakı mağazada isə kolbasa məhsullarının qiyməti 50-60 manat arasıdır.

Mağazalarda satıcılardan öyrəndik ki, müştəriləri bir neçə firmaya üstünlük verir. Reklam üçün onların adlarını çəkməsək də, həmin şirkətlərə də inam tam yoxdur.

Dəfələrlə həmin şirkətlərin məhsulları ilə bağlı neqativ faktlar üzə çıxıb. Satıcılar deyirlər ki, əksər müştərilər tərkibində donuz piyi olmayan halal kolbasa axtarışındadırlar. Amma "Halal” sertifikatı almış bir çox firmaların məhsullarının halal olmadığı üzə çıxıb.

Ümumdünya Səhiyyə Təşkilatı isə kolbasa məhsullarının insan orqanizminə ən azı siqaret qədər zərər vurması və onkoloji xəstəliklər yaratması barədə dəfələrlə ciddi xəbərdarlıq edib.

Belə ki, mütəxəssislər qida sənayesində işlənmiş ət məhsullarının xərçəng yaratma riskini araşdırıb, həftəyə iki və daha artıq sosiska yeyən qadınların süd vəzi xərçənginə tutulma riskinin dəfələrlə artmasını sübut ediblər.

Hazırda kolbasa və sosislərin hazırlanmasında tam ət məhsulundan istifadə olunmur. Belə məhsulların əsas hissəsini soya (paxlalı bitki), heyvan dərisi, sümükləri və digər tullantı hissələri, sellüloz təşkil edir.

Bu kütləyə onu "ət”ə bənzətmək üçün küllimiqdarda kimyəvi maddələr də əlavə olunur. Kolbasa məhsullarına əlavə olunan nitratlar (natrium nitriti) məhsula xoşagəlimli xarici görünüş verməklə yanaşı, onun saxlanma müddətini artırır.

Bu yaxınlarda isə Stokholmda keçirilən elmi konfransda İsveç alimləri dünyanı şoka salan təkliflə çıxış etdilər və bir çox alimlər onları dəstəkləyir. Onlar elmi tədqiqatlarla sübut ediblər ki, insan meyitinin əti və qanı qida üçün yararlıdır, yeyilə bilər, heç bir zərəri yoxdur.

İspaniyalı Teruel Raul isə insan qanından kolbasa icad edib. Belə ki, hər bir insan öz qanından 40 ml götürməklə bu kolbasanı hazırlaya bilər. "Bu kolbasanı dadanlar etiraf edib ki, o çox dadlıdır. Hesab edirəm ki, insanlar da canlı olduğu üçün bu kolbasa heyvən tərkibli hesab olunmalıdır. Çünki qan qandır. Kolbasada heyvan əti istifadə edilmədiyi üçün onu vegeterianlar da yeyə bilər” - deyə, o bildirib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əmtəə bazarında olan bütün qidaların təhlükəsizliyini yoxlayır: "Lakin Azərbaycanda istehsal edilən məhsulların keyfiyyətinə nəzarət edən heç bir orqan yoxdur. Hələ ki belə orqan yaradılmayıb. İki il qabaq prezident fərman verib və bu sahə üzrə agentlik yaradılmalıydı. Lakin fərmanın icrası gecikir. Ona görə də istehsal olunan məhsulların keyfiyyətinə nəzarət yoxdur”.

E.Hüseynov qeyd etdi ki, sahibkarlar nəzarət edən orqan olmamasından istifadə edirlər: "Bu vəziyyətdən yararlanıb bazara müxtəlif məhsullar çıxarılır. Hazırda ”Halal" kolbasa mal nişanı ilə bağlı ciddi problemlər var. Hətta xaricdən gətirilən kolbasa məhsullarının üzərinə "halal” nişanı vurub bazara çıxarırlar. Amma bir neçə etibarlı firmanın da olduğunu söyləmək lazımdır".

AİB sədri insan qanından kolbasa hazırlanması barədə dedi ki, süni ətdən kolbasa hazırlana bilir, texnologiya inkişaf etdikcə, heç nə istisna deyil.
OXŞAR MÖVZULAR